Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-732/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi və dəbbə pulu tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Guseinov Gasanın, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5000 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla 22 günə hesablanmış 110 manat dəbbə pulu, 71.10 manat dövlət rüsumunun, cəmi 5181.10 manat məbləğində pul vəsaitinin iddaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki İddiaçı MMC Respublika ərazisində lizinq sahəsində işləri keyfiyyətli şəkildə həyata keçirmək və iqdisadiyyatın inkişafına öz müsbət təsirini göstərməklə fəaliyyət göstərir. Belə ki, MMC lizinq alan vətəndaşların sifariş etdiyi daşınar əmlakları qanunvericiliyin tələbinə əsasən öz mülkiyyətinə alaraq lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əmlakları sifarişçilərin müvəqqəti istifadə və sahibliyinə verir. Xüsusilə lizinqə verilən avtomobillər iqtisadiyyata töhvə verməkdə davam edən Azərbaycan Respublikasının daxili istehsalı olan “Chevrolet” markalı avtomobillərdir. İddiaçı MMC ilə bağlanmış “Daxili lizinq” müqavilələri əsasında lizinq alan şəxslərin sahiblik və istifadəsinə verilmiş 99- PG-318 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobillə **-YV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobil 16 sentyabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X4 təqsirli bilinərək barəsində X6 protokol tərtib edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq N.Hümbətov mülki məsuliyyəti icbari qaydada sığortalandığı üçün baş vermiş hadisə nəticəsində qarşı tərəfə dəymiş zərərlə bağlı sığorta ödənişi verilməlidir. Hadisə nəticəsində “Chevrolet Cobalt” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5078 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini ödəmək öhdəliyi olan "xxxx" ASC hadisə nəticəsində zədələnmiş **-YV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobilə vurulmuş zərəri ödəməkdən imtina etmişdir. İddiaçı MMC-nə "xxxx" ASC tərəfindən ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli № 1388/24 saylı bildiriş məktubu onunla əsaslandırılmışdır ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində qeyd edilmişdir ki, Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Hər iki avtomobil - zərər vuran və zərərçəkən avtomobillərin mülkiyyətçisi İddiaçı MMC olduğu üçün üçüncü şəxs mövcud deyildir. "xxxx" ASC tərəfindən istinad edilən normalar hazırki sığorta hadisəsi üçün əsas ola bilməz və sığorta ödənişindən imtina edilməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilən “Daxili lizinq” müqavilələrinin, təhvil-təslim aktlarının surətindən göründüyü kimi, lizinq obyektləri olan avtomobillər lizinq alan vətəndaşların sifarişi əsasında İddiaçı MMC-nin mülkiyyətinə alınmış və lizinq şərtləri ilə onların sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi hər iki nəqliyyat vastəsi lizinq alanların sifarişi əsasında İddiaçı MMC-nin mülkiyyətinə alınsa da fakitiki olaraq hər iki avtomobil ayrı-ayrı şəxslərin sahiblik və istifadəsindədir. Lizinq alan olaraq hər iki tərəf öz məsuliyyətini qanunvericiliyin tələbinə uyğun olaraq sığortalamışdır. Sığorta Şirkəti isə avtomobillərin mülkiyyətçisinin eyni şəxs olduğunu əsas gətirərək ödənişin həyata keçirilməsindən imtina edir. Halbu ki, faydalanan şəxs qismində İddiaçı MMC çıxış etsə də faktiki olaraq hadisə nəticəsində maddi zərər lizinq obyektinə, dolayısı ilə lizinq alanlara dəymişdir. Son illər Respublikamızın iqtisadiyyatının inkişafı nəzərə çarpaçaq dərəcədə müşahidə edilməkdədir. İqtisadi inkişafda ölkə daxilində istehsal edilən avtomobillərin sərfəli lizinq şərtləri ilə vətəndaşların istifadə və sahibliyinə verilməsidir. Məhz bunun sayəsində ölkənin köhnəlmiş avtomobil parkı yenilənir, maliyyə vəsaitləri Respublikadan kənara çıxmır. Məlumdur ki, ölkə daxilində istehsal edilən və lizinq şərtləri ilə vətəndaşların sahibliyinə verilən avtomobillər qanunvericiliyin tələbinə uyğun olaraq lizinq şirkətinin mülkiyyətinə qalır, müqavilə üzrə öhdəlik tam icra edildikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. Respublikanın avtomobil yollarında idarə edilən avtomobillərin müəyyən bir hissəsi lizinq şərtləri ilə vətəndaşların sahibliyinə verilmiş avtomobillərdir. Təbii ki, arzuolunmaz olsa da yol nəqliyyat hadisələrə hər zaman baş verib və verməkdə davam edəcəkdir. Təbii ki, həmin hadisələrdə toqquşan tərəflər arasında eyni MMC-nin mülkiyyətində olan, lakin ayrı ayrı şəxslərin sahibliyinə verilən avtomobillər də olacaqdır. Həmin hadisələrdə Sığorta Şirkətinin üçüncü şəxsin mövcudluğuna məhz mülkiyyət hüququna əsaslanmaqla müəyyən etməsi lizinq alanların hüquqlarının pozulması ilə yanaşı, onların maliyyə itkisi ilə üzləşməsinə səbəb olur. Burda belə bir sual ortaya çıxır. Nə üçün lizinqə verilmiş avtomobili icbari qaydada sığortalanmadıqda lizinq alan İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən cərimə olunur? Deməli, lizinq obyektini sığortalamaq vəzifəsi lizinq alanın üzərində olduğu kimi, sığorta hadisəsi zamanı da o tərəf olaraq çıxış etmək hüququna malik olmalıdır. Sığorta Şirkəti üçüncü şəxsin mövcud olmaması səbəbindən sığorta ödənişinin verilməsindən imtina etməsi o zaman əsaslı olardı ki, hər iki nəqliyyat vastəsi İddiaçı MMC-nin mülkiyyətində olmaqla yanaşı sürücülər də həmin şirkətin rəsmi işçiləri olmuş olardı. Bu zaman Sığorta Şirkətinin sığorta ödənişindən imtina etməsi hardasa ağlabatan olardı. Hazırki işdə isə zərərvuran və zərərçəkən tərəf İddiaçı MMC-nin işçisi və sürücüsü deyildir. Onlar avtomobillərə lizinq müqaviləsi əsasında sahiblik edən şəxslərdir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Baş vermiş hadisədə İddiaçı MMC-yə məxsus, zərərvuran “Chevrolet Cobalt” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətimizdə PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında AVSMMİS növü üzrə sığortalanmış və sığortalı "xxxx" MMC olmuşdur. Həmçinin hadisə nəticəsində zərərçəkmiş “Chevrolet Cobalt” markalı, ** YV *** dövlət qeydiyyat nişanlı avtomobilin də “Azərmaş Lizinq" MMC-yə məxsus olduğu müəyyən edilmişdir. "İcbari sığortalar haqqında” Qanunun 7-ci maddəsində göstərilmişdir ki, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. “İcbari sığortalar haqqında“ AR Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında sığorta şəhadətnaməsində göstərilən əmlakın sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “İcbari sığortalar haqqında" AR Qanununa əsasən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmış avtonəqliyyat vasitəsinin hərəkəti nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına dəymiş zərər ödənilir. Göründüyü kimi mülki məsuliyyətin sığortası üzrə sığorta ödənişi verilməli olan faydalanan şəxs üçüncü şəxsdir və üçüncü şəxs zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinin tərəfi ola bilməz. Lakin bağlanmış sığorta müqaviləsi üzrə “Azərmaş Lizinq" MMC həm zərərvuran nəqliyyat vasitəsinin sığortalısı - yəni sığorta müqaviləsinin tərəfi, həm də zərərçəkən nəqliyyat vaxitəsinin mülkiyyətçisi - faydalalanan şəxs olmuşdur. Bu isə səlahiyyətli polis orqanı tərəfindən təqdim edilmiş və hadisənin təfərrüatlarını özündə əks etdirən forma 4 arayışında və digər sənədlərdə də öz təsdiqini tapmışdır. İddiaçı MMC baş vermiş hadisə üzrə üçüncü şəxs ola bilməyəcəyi üçün ona hər hansı sığorta ödənişinin həyata keçirilməsi də mümkün olmamışdır. İddianın əsaslandırılması yekun iddia tələbi ilə uyğunluq təşkil etmir. İddiaçı iddia ərizəsində hər iki avtomobilin İddiaçı MMC-nin mülkiyyətində olmasına baxmayaraq ayrı-ayrı şəxslərin sahiblik və istifadəsində olduğunu və baş vermiş hadisə nəticəsində maddi zərərin dolayısı ilə lizinq alanlara dəydiyini qeyd etmiş, lakin yekunda sığorta ödənişinin İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb etmişdir. İddiaçının maddi zərərin ona dəymədiyini qeyd etdiyi halda sığorta ödənişinin ona ödənilməsini tələb etməsi onun iddiasının əsassız olduğunu göstərir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
5. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
7. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. 14.12.2023-cü il tarixli, AZL-1260 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı gümüşü rəngli nəqliyyat vasitəsi X5 və xx.xx.2024-cü il tarixli AZL-3275 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı ag rəngli nəqliyyat vasitəsi X1 lizinqə verilmişdir.
9. 16.09.2024-cü il tarixli ******* saylı X6 protokola əsasən Chevrolet Cobalt 99PG318 DNN nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi qeyd olunmuşdur.
10. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə” arayışa əsasən təqsirli şəxs kimi Chevrolet Cobalt LTZ Minik markalı 99PG318 DQN nəqliyyat vasitəsi qeyd olunmuş, mülkiyyətçi qismində İddiaçı MMC göstərilmiş, hadisə baş verdiyi anda sürücü isə X4 olmuş, zərər vrurulmuş avtomobil isə “Chevrolet Cobalt LTZ Minik” markalı, 77VY689 DNŞ nəqliyyat vasitəsi qeyd olunmuş, mülkiyyətçisi isə İddiaçı MMC göstərilmişdir.
11. 03.10.200000024-cü il tarixli akta əsasən “Chevrolet Cobalt” markalı 77YV689 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranmış nasazlıq nəticəsində 5078,80 manat dəyərində texniki xidmət göstərilmişdir.
12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
13. Belə ki, iddiaçı bildirir ki, “Daxili lizinq” müqavilələri əsasında lizinq alan şəxslərin sahiblik və istifadəsinə verilmiş 99- PG-318 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobillə **-YV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobil 16 sentyabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X4 təqsirli bilinərək barəsində X6 protokol tərtib edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq N.Hümbətov mülki məsuliyyəti icbari qaydada sığortalandığı üçün baş vermiş hadisə nəticəsində qarşı tərəfə dəymiş zərərlə bağlı sığorta ödənişi verilməlidir. Hadisə nəticəsində “Chevrolet Cobalt” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5078 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini ödəmək öhdəliyi olan "xxxx" ASC hadisə nəticəsində zədələnmiş **-YV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobilə vurulmuş zərəri ödəməkdən imtina etmişdir. İddiaçı MMC-nə "xxxx" ASC tərəfindən ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli № 1388/24 saylı bildiriş məktubu onunla əsaslandırılmışdır ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində qeyd edilmişdir ki, Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Hər iki avtomobil - zərər vuran və zərərçəkən avtomobillərin mülkiyyətçisi İddiaçı MMC olduğu üçün üçüncü şəxs mövcud deyildir. "xxxx" ASC tərəfindən istinad edilən normalar hazırki sığorta hadisəsi üçün əsas ola bilməz və sığorta ödənişindən imtina edilməsi əsassız və qanunsuzdur.
14. Hal-hazırda iddiaçı həmin imtinanı məhkəmədə mübahisələndirmişdir.
15. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
21. 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir.
22. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
23. 897.1-ci maddəsinə əsasən İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
24. 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
25. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun:
27. 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.
28. Həmin Qanunun 7-ci maddəsinə əsasən Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
29. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
31. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Məhkəmə qeyd edir ki, Sığortaçı "xxxx" ASC və İddiaçı MMC arasında Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmış, sığortalı qismində "xxxx" MMC göstərilmişdir. Yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobillin (zərər vuran və zərər çəkən avtomobillərin) mülkiyyətçisi İddiaçı MMC olmuşdur. Mülki məsuliyyətin sığortası üzrə sığorta ödənişi verilməli olan faydalanan şəxs yalnız hər-hansı üçüncü şəxs ola bilər və üçüncü şəxs zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinin tərəfi ola bilməz.
33. Yuxarıda qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, qeyd edilən hadisə üzrə İddiaçı MMC sığorta ödənişini tələb etmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilə bilməz.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
36. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
37. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova