Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7321/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin cavabdeh X1 qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək , İddiaçı ASC və Cavabdeh arasında KTA-KTT-23/11036 № li nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə uyğun olaraq Cavabdeh müştərək qaydada xx.xx.2025-ci il tarixə 138.03 manat gecikdirilmiş borcun, 18.08 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra -lizinq verən) və Cavabdeh ( bundan sonra - lizinq alan) arasında KTA-KTT-23/11036 № li “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Abollo TY DM165 165 DRUMMOWER” markalı 1 ədəd otbiçən 18 ay lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 3299 manat təşkil etmişdir. Həmin məbləğin 1290 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 659,80 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025 tarixə 138.03 manat gecikdirilmiş borcu, 18.08 manat cərimə borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh İddiaçı ASC qarşısında X3 Müqaviləsi” nə əsasən xx.xx.2025 tarixə 138.03 manat gecikdirilmiş borcu, 18.08 manat cərimə borcu öhdəliyi vardır.
I. Məhkəmə baxışının hədləri:
1. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
3. "xxxx" QSC (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2023cü il tarixli KTA-KTT-23/11036 № li nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasən Cavabdeh “Abollo TY DM165 165 DRUMMOWER” markalı 1 ədəd otbiçən 18 ay lizinqə verilmişdir . Bu avadanlıq lizinq obyektinin təhvil təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik ve istiladəyə götürür. verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri asasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən Lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. - 3.2-cı bəndinə əsasən lizinq müddəti 18 aydır. - 3.4-cü bəndinə əsasən Tərəflər razılaşırlar ki, subsidiya (güzəşt) məbləğinin (tam və ya hər hansı bir hissəsi) verilməsi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olarsa, həmin imtina olunan subsidiya (güzəşt) məbləği Lizinq Alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir. - 4.2-ci bəndinə əsasən Bu müqavilə üzrə qəbul edilmiş təminat(lar) Lizinq alana hesablanan bütün lizinq ödənişlərinin və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, xidmət haqqı. qeydiyyat xərcləri, notariat xərcləri və s.), o cümlədən hesablanmış faiz və cərimələrin qaytarılmasının və Lizinq alanın öhdəliklərinin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. - 11.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ila müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. - 11.2-ci bəndinə əsasən lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, Lizinq verənin mükafatından, həmçinin Lizinq müqaviləsində göstərilən digər ödənişlərən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay - 30 (otuz) gün, bir il - 360 gün kimi nəzərə alınır. - 11.3-ci bəndinə əsasən Lizing alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-1 (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. - 11.12-ci bəndinə əsasən Osas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 31 (otuz bir) təqvim günündən artıq gecikdirildikdə Lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir. - 15.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini Lizinq verəue qaytarmadıqda və/və ya icarə müqaviləsini bağlamadıqda, Lizinq verən, lizinq obyektinin qaytarılmasının hər gecikdirildiyi gün üçün lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləğinin 1 (bir) faizi miqdarında penya tələb edə bilər, Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 3299 manat təşkil etmişdir. Həmin məbləğin 1290 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Cavabdeh tərəfindən 659,80 manat məbləğində ilkin ödəniş iddiaçı tərəfə ödəniş edilmişdir.
5. DT/51 nömrəli xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən lizinq obyekti lizinq alana heç bir nasazlıq olmadan təhvil verilmişdir.
6. İddiaçı ASC (lizinq verən) və Cavabdeh (lizinq alan) ünvanladığı xx.xx.2025-cı il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müvafiq lizinq müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
7. İddiaçı ASC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında xx.xx.2023-cü il tarixli, KTA-KTT-23/11036 nömrəli X6 müqaviləsinə əsasən dair xx.xx.2023-cü il tarixli 01 və 02 nömrəli Əlavələr imzalanmışdır. Həmin Əlavə 2-yə görə tərəflər razılaşmışlar ki: Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 18 ay müddətində hər ay razılaşdırılmış məbləğlərdə cəmi 1349,2 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. Əlavələr lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. AR Mülki Məcəlləsinin: - 427.2-ci maddəsinə müvafiq olaraq Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddələrinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
9. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin X6 Müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya KTA-KTT-23/11036 № nömrəli müqaviləsi üzrə 138,03 mana tgecikdirilmiş borc məbləği, yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehldən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, borc məbləği cavabdehdən qaydada tutularaq iddiaçıya ödənilməlidir.
12. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 18,08 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
13. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
16. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11036 № li nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə 138,03 (yüz otuz səkkiz manat üç qəpik) manat əsas borc , 18,08 manat (on səkkiz manat səkkiz qəpik) cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pul tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova