Məhkəmə qərarları › İş №e-2-2(113)-734/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-734/2020

14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-734/2020 14.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsininhakimi Əliyev Emin Zöhraboğlunun sədirliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC (ləğv prosesindədir) və Cavabdeh2 MMC-yə qarşı aktiv öhdəliklərin silinməsi tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-də aktiv öhdəliklər kimi görünən LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 76K/10 nömrəli, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 3239,65 manat, 71K/10 nömrəli, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 9838,15 manat və 442/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3483,22 manat aktiv öhdəliklərin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddiaçı, cavabdehə məktubun göndərilməsi ilə bağlı poçt qəbzi (xx.xx.2020-ci il tarixli yalnız Cavabdeh2 MMC-yə aid) əlavə etsə də, tərəfin sözügedən məktubu alması ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, iddia ərizəsinin göndərilməsi deyil, cavabdehin həmin iddia ərizəsini alması ilə bağlı sübut təqdim etməli və iddia ərizəsini LPO Cavabdeh1 ASC-yə də göndərməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********28 nömrəli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC (ləğv prosesindədir) və Cavabdeh2 MMC-yə qarşı aktiv öhdəliklərin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********28 nömrəli qəbz geri qaytarılsın. İddiaçıba izah edilsin ki, cavabdehlər tərəfindən iddia ərizəsinin alınması barədə sənəd əldə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar