Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-734/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “X11” MMC-yə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “X12” MMC-yə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və "xxxx" MMC üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin təsisçilərinin xx.xx.2020-ci il tarixli qərarına uyğun olaraq təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər Cavabdeh2 MMC-də direktor vəzifəsində işləmişdir. Qeyd edir ki, Cavabdeh2 MMC-nin təsisçiləri 2 hüquqi şəxs olmuşdur. 1) Azərbaycan Respublikasının rezidenti olan "xxxx" MMC 2) X8 və Şimali İrlandiyanın rezidenti olan "xxxx"dir. Bir müddət müəssisə iddiaçının rəhbərliyi altında normal şəkildə fəaliyyət göstərsə də, rəhbərliyinin son dövrlərində fəaliyyəti məhdudlaşmışdır. Təsisçilərlə aparılmış müzakirələr nəticəsində iddiaçının adıçəkilən MMC-də direktor vəzifəsində ayrılması razılaşdırılmışdır. Buna uyğun olaraq iddiaçı tərəfindən tutduğu vəzifədən azad edilməsi ilə bağlı MMC-nin təsisçilərinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Adıçəkilən ərizə təsisçilər tərəfindən qəbul edilmiş və buna müvafiq olaraq MMC-nin təsisçilərinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərarda MMC-nin direktor vəzifəsinə X4 təyin ediməsi və dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirıiyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi də qərara alınmışdır. Eləcə də adıçəkilən müraciətin edilməsi sənədlərin dövlət qeydiyyatına təqdim edilməsi dəyişiklikləri əks etdirən hazır sənədləri və o cümlədən Cəmiyyətin kommersiya qurumunun dövlət reyestrindən çıxarışını təhvil almaq səlahiyyəti Cəmiyyətin direktoru X7 verilmişdir. Lakin buna baxmayaraq adıçəkilən qərarın qəbul edilməsindən 2 ildən çox bir vaxt keçsə də, təsisçilər tərəfindən təsis sənədlərində dəyişikliklərin qeydə alınması üçün vergi orqanına hər hansı bir müraciət edilməmişdir. Bu hal isə qanun pozuntusu olmaqla yanaşı hazırkı vəziyyətdə iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. İddiaçı dəfələrlə bu barədə müvafiq dövlət orqanlarına və cavabdehə müraciət etsə də, onun müraciəti nəticəsiz qalmışdır. Eyni zamanda qeyd edirlər ki, iddiaçı mübahisənin müdiasiya yolu ilə həll edilməsi üçün müdiasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya qurumuna müraciət etsə də, mediasiya prosesi baş tutmamışdır. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "X13" MMC-nin təsisçilərinin xx.xx.2020-ci il tarixli qərarına əsasən direktor vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2017- ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə əsasən xitam verilməsi və qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X4 təyin edilməsi ilə bağlı təsis sənədlərində dəyişikliklərin edilməsi və edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsini və dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinə verilmiş dəqiqləşmiş iddia tələblərinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı "X13" MMC-nin təsisçilərinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, "X13" MMC-də tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. "X13" MMC-nin təsisçiləri ("xxxx" MMC və "xxxx" Şirkəti) xx.xx.2020-ci il tarixdə qərara almışlar ki, həmin MMC-də direktor vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2017- ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə (öz xahişi ilə) əsasən xitam verilsin və MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X10 təyin edilsin, dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilsin. ******* nömrəli əmək kitabçasında edilmiş qeydlərə əsasən İddiaçı Əmək Məcəlləsinin 68.2 "xxxx" bəndi ilə (öz xahişi ilə) xx.xx.2020-ci il tarixli qərarı ilə elə həmin tarixdə də "X13" MMC-nin direktoru azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən edilir ki, İddiaçı "X13" MMC ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a) (tərəflərdən birinin təşəbbüsü) ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən edilir ki, İddiaçı "xxxx" QSC-də direktor vəzifəsində çalışır. Əmək müqaviləsi xx.xx.2019-cu ildə müddətsiz bağlanmış və əvvəl iş yeri əlavə iş yeri kimi qeyd edilsə də sonradan əmək müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci il tarixdən həmin QSC-də əsas iş yeri üzrə işləyir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı "X13" MMC-yə məxsus 1 ədəd möhürü "xxxx" MMC-nin direktoru X3 təhvil vermişdir. İddiaçı "xxxx" MMC-nin direktoruna (X5) xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, "X13" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad edilməyi barədə qeydlərin Dövlət Vergi Xidmətinin Kommersiya Qurumlarının dövlət reyestr məlumatlarına daxil edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə ********** saylı VÖEN ilə axtarış verərkən qüvvədə olan əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli YTP-76-17/47 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, "X13" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/20-YTP-004-F nömrəli “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqaviləyə əsasən "X13" MMC-nin icarə və xidmət haqqlarına görə, həmçinin kommunal ödənişlərə görə əlavə dəyər vergisi də daxil olmaqla ödənilməmiş 29.412,69 manat borcu mövcuddur. Qeyd edilən borc məbləğinin ödənilməsi ilə bağlı daha əvvəl ona dəfələrlə rəsmi müraciətlər ünvanlanmasına baxmayaraq bu günə kimi borc ödənilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixli 01/20-YTP-004-F nömrəli “fəaliyyətin həyata keçirilməsinə dair” müqaviləyə və AMEA Yüksək Texnologiyalar Parkındakı rezidentlik statusuna xitam verilmişdir. Bu barədə ona rəsmi olaraq məlumat verilmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan 29.412,69 manat borc məbləğinin xx.xx.2022-ci il tarixə qədər tam şəkildə ödənilməsinin təmin edilməsi sonuncu dəfə ondan xahiş olunur. Əks təqdirdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, həmin borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacaqdır. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışından görünür ki, "X13" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi İddiaçıdur. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2019-cu ildir. İddiaçı tərəfindən "X13" MMC-yə pretenziya ünvanlanaraq vergi orqanında movcud olan təsis sənədlərində edilmiş dəyişikliklərin 3 günü müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2017-ci ildən "X13" MMC-nin direktoru vəzifəsində işləməklə qanuni təmsilçilik, yəni həmin qurumu təmsil etmək səlahiyyətinə malik şəxs olmuş və fakt hüquqi şəxsin dövlət reyestrində qeydə alınmışdır. Daha sonra İddiaçı ərizəsi əsasında "X13" MMC-nin təsisçilərinin ("xxxx" MMC və "xxxx" Şirkəti) xx.xx.2020-ci il tarixli qərarı ilə onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə (öz xahişi ilə) əsasən xitam verilmiş və MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X10 təyin edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli qərarda göstərilən dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilməsi tapşırılmış, lakin bu günə qədər İddiaçı "X13" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad edilməsi və yeni direktorun vəzifəyə təyin edilməsi barədə qeydlər Dövlət Vergi Xidmətinin Kommersiya Qurumlarının dövlət reyestr məlumatlarına daxil edilməmişdir. Hazırda iddiaçı "X13" MMC-nin direktoru vəzifəsində işləmiş İddiaçı ilə xx.xx.2017- ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə əsasən xitam verilməsi və qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X4 təyin edilməsi ilə bağlı MMC-nin təsis sənədlərində dəyişikliklərin edilməsi və edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsinin cavabdeh "X13" MMC-nin üzərinə qoyulmasını xahiş edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən təsis sənədləri - hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir. 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 5.4.1-ci maddəsinə əsasən təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır). Yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxs ilə əlaqədar baş vermiş aşağıdakı dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alılnmalıdır. 1.Hüquqi şəxsin təsis sənədlərinə edilmiş hər hansı dəyişiklik.
2. Reyestrdə qeydiyyata alınmış faktların hər hansı sonrakı dəyişikliyi. Qanunvericiliyin tələblərinə əsasən təsis sənədləri dedikdə hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlər, yəni hüquqi şəxsin nizamnaməsi, eləcədə həmin şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar başa düşülür. Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxs (qanuni təmsilçi) barədə məlumatlar isə hüquqi şəxslərin dövlət reyestrinə hüquqi şəxs barəsində daxil edilən faktlara aiddir. Yuxarıda göstərilən normaların məzmunundan həmçinin görünür ki, hüquqi şəxslərin dövlət reyestrində hüquqi şəxslər barəsində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Bu zaman hüquqi şəxs tərəfindən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Hazırkı halda "X13" MMC-nin təsisçilərinin ("xxxx" MMC və "xxxx" Şirkəti) xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilsə və sözügedən dəyişikliyin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi qərara alınsa da, Cavabdeh2 MMC tərəfindən bu günədək müvafiq dəyişikliyin qeydiyyata alınması ilə bağlı vergi orqanına müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq “X11” MMC barədə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarda baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsi cavabdeh “X11” MMC-nin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddianın qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X10 təyin edilməsi ilə bağlı qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, V.Abbasovun və ya digər şəxsin direktor vəzifəsinə təyin edilməsi barədə dəyişikliyin qeydiyyata alınıb-alınması iddiaçının qanunla qorunan hüquq və vəzifələrinə toxunmur. Odur ki, iddiaçının həmin hissədə iddia qaldırmağa dair subyektiv hüququ olmadığından həmin hissəddə iddia rədd edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının qeydiyyata alınmasını tələb etdiyi dəyişiklik - qanuni təmsilçinin dəyişməsi təsis sənədlərində dəyişiklik tələb edən faktlara aid edilmədiyindən həmin dəyişikliklə bağlı təsis sənədlərinə dəyişiklik edilməsi və təsis sənədlərində dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia əsassızdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 20 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 20 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq Cavabdeh2 MMC barədə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarda baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 20 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva