Məhkəmə qərarları › İş №e-2-2(113)-737/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-737/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-737/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit razılaşması üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 10 fevral 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833% olmaqla 7.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 1.2-cı bəndinə əsasən kredit alan krediti, ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə - Ödəniş planına uyöun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür. - 4.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. - 4.2.3-cü bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. - 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC-nin “Mərdəkan” filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 10 fevral 2022-ci il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, kreditin məbləği 7000 manat məbləğində, müddəti 18 ay, faiz dərəcəsi aylıq 2.0833%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ gecikdirilərkən, zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 7000 manat əsas məbləğlə yanaşı 1.523,87 manat faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

4. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 7000 manat kredit Cavabdeh1 AZ35ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

5. "xxxx" QSC-nin “Mərdəkan” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 4.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 1.2-cı bəndinə əsasən kredit alan krediti, ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə - Ödəniş planına uyöun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür. - 4.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. - 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. - 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

6. "xxxx" QSC-nin “Mərdəkan” filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 13 iyul 2022-ci il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, kreditin məbləği 4000 manat məbləğində, müddəti 36 ay, faiz dərəcəsi aylıq 1.9167%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ gecikdirilərkən, zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

7. 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 4000 manat əsas məbləğlə yanaşı 1.598,87 manat faiz məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

8. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 4000 manat kredit Cavabdeh1 AZ35ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

9. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit müqavilələri üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2023-cü ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

10. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 3.461,57 manat, faiz borcu 430,86 manat, (gecikdirilən günlərin sayı 253 gün) cərimə borcu 175,09 manat olmaqla, cəmi borc 4.067,52 manat təşkil edir.

11. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 3.424,84 manat, faiz borcu 450,34 manat, (gecikdirilən günlərin sayı 198 gün) cərimə borcu 135,60 manat olmaqla, cəmi borc 4.010,78 manat təşkil edir. 12."xxxx" QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq xx.xx.2023-cü il tarixə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2023-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/1497 saylı ekspert rəyinə əsasən Cavabdeh1 "xxxx" QSC-yə 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (kreditin qaytarılma müddətinin bitdiyi tarixə) əsas kredit borcu 3.461,57 manat, faiz borcu 317,88 manat və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi və iddia ərizəsində tələb olunan tarixə) əsas kredit borcu 3.424,84 manat, faiz borcu 450,34 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

14. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə - 021A********** saylı kredit razılaşması üzrə 3.424,84 manat məbləğində kredit bоrcu, 512,01 manat məbləğində faiz bоrcu və 141,08 manat məbləğində cərimə olmaqla, cəmi 4077 manat; - 021A********** saylı kredit razılaşması üzrə 3.461,57 manat məbləğində kredit bоrcu, 430,86 manat məbləğində faiz bоrcu və 175,09 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4.067,52 manat; ümumilikdə hər iki kredit razılaşması üzrə 8.078,30 manat məbləğində bоrcun tutulması məbləğində bоrcun və tərəflərindən ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır O, götürdüyü kredit bоrcundan 575,16 manat ödəniş etmiş və оnun iddiaçıya 3.424,84 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 198 gün üçün hesablanmış faiz borcu 450,34 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 198 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 135,6 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3.538,43 manat ödəniş etmiş və оnun iddiaçıya 3.461,57 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 253 gün üçün hesablanmış faiz borcu 430,86 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 253 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 175,09 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. Bu barədə 07.xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 110 manat haqq ödənilmişdir.

16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

17. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

18. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

19. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

20. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

23. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

24. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

25. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 10 fevral 2022-ci il tarixli, 021A********** saylı və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC 10 fevral 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 7000 manat və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 4000 manat məbləğində kredit verməklə, müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

28. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas və müqavilənin xitam verildiyi tarixə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 "xxxx" QSC-yə 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (kreditin qaytarılma müddətinin bitdiyi tarixə) əsas kredit borcu 3.461,57 manat, faiz borcu 317,88 manat və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi və iddia ərizəsində tələb olunan tarixə) əsas kredit borcu 3.424,84 manat, faiz borcu 450,34 manat təşkil etməsi müəyyən edilmişdir.

29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

30. Mübahisəli müqavilələr üzrə tutulmalı olan faizlərin məbləğinə münasibətdə məhkəmə onu da qeyd edir ki, 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından iddiaçı yalnız həmin tarixədək müqavilə şərtlərinə əsasəın hesablanmış faizləri tələb edə bilər. 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsinə gəldikdə isə həmin müqavilə üzrə kredit verilmə müddəti hal-hazıradək bitməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən sözügedən kredit müqaviləsinə kredit məbləğinin vaxtından əvvəl qaytarılması və kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə bildiriş göndərməmişdir. Odur ki, iddiaçı həmin müqavilə üzrə iddia ərizəsingə göstərilmiş tarixə - xx.xx.2023-cü il tarixə olan faiz borcunun ödənnilməsini tələb etməkdə haqlıdır.

31. Odur ki, məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməli, 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (kreditin qaytarılma müddətinin bitdiyi tarixə) 3.461,57 manat əsas kredit borcu, 317,88 manat faiz borcu və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi və iddia ərizəsində tələb olunan tarixə) 3.424,84 manat əsas kredit borcu, 450,34 manat faiz borcu Cavabdeh1 bankın xeyrinə tutulmalıdır.

32. Bundan əlavə iddiaçı əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 175,09 və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 141,08 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

33. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulunun əsas borc məbləğinə qeyri-mütənasib hesab edilməsi üçün əsaslar olmadığından Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərin əsasən mübahisəli 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə 175,09 manat və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 141,08 məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 10 fevral 2022-ci il tarixli, 21A********** saylı və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqavilələri üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 10 fevral 2022-ci il tarixli, 021G**********01 saylı və 13 iyul 2022-ci il tarixli, 021G**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 10 fevral 2022-ci il tarixli, 21A********** saylı və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

35. Məhkəmə zamin Cavabdeh2 10 fevral 2022-ci il tarixli, 21A********** saylı və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqavilələri üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqavilələri üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

36. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

37. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100,78 manat təşkil edir.

38. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

39. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

40. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 90 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 fevral 2022-ci il tarixli, 21A********** saylı kredit müqaviləsi üzrə 3.461,57 manat məbləğində krеdit bоrcu, 317,88 manat məbləğində faiz bоrcu, 175,09 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3.954,54 manat və 13 iyul 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 3.424,84 manat məbləğində krеdit bоrcu, 450,34 manat məbləğində faiz bоrcu, 141,08 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.016,26 manat məbləğində pul vəsaiti, ümumilikdə iki müqavilə üzrə 7970,8 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar