Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-739/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi, obyektin boşaldılması və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi, obyektin boşaldılması və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi boşaldılaraq hazırki təmir vəziyyəti qorunmaqla təhvil verilməsi, icarə obyekti boşaldılan günə kimi yığılan icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Bakı şəhəri, 32 sayılı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı 16 iyun 2023-cü il tarixli müqavilə və həmin müqaviləyə düzəliş barədə 16 oktyabr 2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin əmlak 16 iyun 2023-cü il tarixində İddiaçı ilə X2 MMC arasında bağlanan icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilmişdir. İcarə obyekti üzrə cari ilin mart ayından etibarən icraa haqqının ödənilməsini əsassız olaraq dayandırılmışdır. Qarşı tərəf dəfələrlə yazılı və şifahi qaydada məlumat verilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə icarə haqqının ödənilməsindən yayınır. Yəni, 2024-cü ilin aprel ayının 1-dən hesablanmaqla sentyabr ayının 30-a kimi olan dövr üzrə cavabdehin iddiaçıya 24 000 manat ödənilməmiş icarə haqqı borcu vardır. 01 oktyabr 2024-cü il tarixində X2 MMC-nin faktiki ( ünvan 2 ünvanına (AZ1129, ünvan 3ərdarlıq məktubu göndərilmişdir. Həmçinin, 09 oktyabr 2024-cü il tarixində qarşı tərəflərə e-taxes.gov.az və elektron məhkəmə sistemi üzərindən xəbərdarlıq məktubu göndərilmişdir. Ancaq cavadeh X2 MMC müqavilə üzrə öhdəliyinin icrası baxımından hər hansı addım atmamışdır. Bu baxımdan 16 iyun 2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, icarə obyekti boşaldılaraq təhvil verilməli və icarə obyekti boşaldılan günə kimi yığılan icarə haqqı məbləği qarşı tərəfdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə (məcburi qaydada) çıxarılması barədə qətnamə qəbul edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi üzrə 2024-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə müqavilədə qeyd olunmuş hər ay üçün 4000 (dörd min) manat, yəni cəmi 36.000 (otuz altı min) manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və Bakı şəhəri, 32 sayılı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri- yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli (3M- 1186 reyestr nömrəli) müqavilə və həmin müqaviləyə düzəliş barədə xx.xx.2023-cü il tarixli (3M-1942 reyestr nörməli) müqavilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçinin nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyək. Xahiş edir ki, məhkəmə iclasını iştirakı olmadan keçirilsin və iddia tələbi tam şəkildə təmin edilsin.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, klinikanın təmirinə küllü miqdarda xərc çəkib. 2023-cü ildə obyekt fəaliyyət göstərməsə də, icarə haqqını ödəyirdilər. 36.000 manat tələb edilən icarə haqqı borcuna heç bir etirazı yoxdur, borcu ödəmək üçün möhlət istəyir. İddianın müqavilənin ləğvi və boşaldılması hissəsinə etiraz edir.
6. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə Verən Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən verilmiş ********* nömrəli çıxarışla tam mülkiyyət hüquqi ilə ona məxsus olan “ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 925,6 kv.m. olan qeyri-yaşayış sahəsini (bundan sonra "icarə obyekti” və ya “Obyekt" adlandırılacaq) “icarəçi"yə icarəyə verməyi, "icarəçi" isə Obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürürlər.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən obyekt İcarəçi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “Poliklinika" və ya "Klinika” kimi fəaliyyətinin təşkili məqsədilə icarəyə götürülür.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə aylıq icarə haqqı 01 İyul 2023-cü il tarixdən başlayaraq müqavilənin sonunadək hər ay üçün! 4000 (dörd min) AZN müəyyən edilir. İcarə haqqı Hər ayın 15-dən gec olmayaraq tam məbləğdə İcarəçi tərəfindən icarəyə verənə nəğd şəkildə və ya onun Bank hesabına ödənilir.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixədək qüvvədədir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərdən hər hansısa biri icarə Müddətinin bitməsinə ən azı 30 (otuz) təqvim günü qalmış Müqavilənin ləğv olunması barədə yazılı bildiriş verməzsə, Müqavilə növbəti 1 (bir) ıl müddətinə bu Müqavilədə müəyyən edilmiş eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir.
16. Müqavilənin 11.2-ci bəndinə əsaən icarəçi icarə haqqını 2 ay ardıcıl natamam və ya 1 ay tam ödəmədikdə icarəyə verən bu müqaviləni yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər.
17. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə dair xx.xx.2023-cü il tarixli düzəlişə dair müqaviləyə əsasən:
18. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə verən Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********96-05301-083003 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüquqi ilə ona məxsus olan “ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 925,6 kv.m. olan qeyri-yaşayış sahəsini (bundan sonra "icarə obyekti” və ya “Obyekt" adlandırılacaq) “icarəçi"yə icarəyə verməyi, "icarəçi" isə Obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdələrinə götürürlər.
19. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
24. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
28. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
29. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
30. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
31. 690.1-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.
32. 690.2-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
33. 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
34. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi tələbinə dair aşağıdakıları qeyd edir.
35. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.
36. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.
37. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.
38. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11.2-ci bəndinə əsasən icarəçi icarə haqqını 2 ay ardıcıl natamam və ya 1 ay tam ödəmədikdə icarəyə verən bu müqaviləni yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər.
39. İşdə olan iddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli (eyni tarixdə cavabdehə elektron qaydada çatdırılıb) pretezniya məktubundan görünür ki, artıq 6 aydır ki, icarə haqqı ödənilmir, sonuncu ödəniş 2024-cü ilin mart ayı üçün həyata keçirilmişdir. İcarə haqqı üzrə bütün ödəniş məbləğini 3 gün ərzində ödənilməsi xahiş edilmiş. Əgər həmin müddətdə qeyd olunan məbləğ ödənilməsə müqavilənin ləğvi və icarə obyektinin boşaldılmasının tələn olunacağı bildirilmişdir.
40. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən (icarə müqaviləsi üzrə 36.000 manat icarə haqqı borcunun mövcüdluğu cavabdeh tərəfindən də mübahisələndirilmir), iddiaçı mülki qanunvericiliyin və alarından bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür.
41. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilələrin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə xx.xx.2024-cü il tarixində çatdırıldığı üçün (pretenziyada üç gün verilmiş müddət nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixindən tərəflər arasında bağlanmış müqavilə və müqaviləyə edilmiş dəyişiklik müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
42. İddia tələbinin digər hissəsini icarə müqaviləsi üzrə ödənilməmiş 36.000 manat pulun cavabdehdən tutulması təşkil edir.
43. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarə obyekti cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən icarə haqqı ödənişləri həyata keçirilsə də, son doqquz ay müddət ərzində cavabdeh öhdəliklərini icra etmir və nəticədə iddiaçıya 36.000 manat məbləğində ödənilməmiş icarə borcu yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi də 36.000 manat borcun olmasını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.
44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini nəzərə alaraq, hesab edir ki, 36000 manat məbləğində yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir.
45. İddia tələbinin digər hissəsini icarə obyekti olan ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi təşkil edir.
46. İş materiallarında olan ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin əmlak 16 iyun 2023-cü il tarixində İddiaçı ilə X2 MMC arasında bağlanan icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilmişdir. İcarə obyekti üzrə cari ilin mart ayından etibarən icarə haqqının ödənilməsini əsassız olaraq dayandırılmışdır. Qarşı tərəf dəfələrlə yazılı və şifahi qaydada məlumat verilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə icarə haqqının ödənilməsindən yayınır. Yəni, 2024-cü ilin aprel ayının 1-dən hesablanmaqla dekabr ayının 30-a kimi olan dövr üzrə cavabdehin iddiaçıya 36 000 manat ödənilməmiş icarə haqqı borcu vardır.
47. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, icarə haqqı ödənilməmişdir. İddiaçı tərəfindən Müqavilə şərtlərinə riayyət edilməklə cavabdehə öhdəliyin icra edilməsi barədə xx.xx.2024-cü il tarixində pretenziya məktubu (borcun ödənişi üçün 3 gün vaxt verilmiş) göndərilmiş, lakin cavabdeh tərəfindən həmin müddət ərzində borc məbləği ödənilməmiş və icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
48. Beləliklə, AR MM-nin 697.1-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildiyi üçün, iddia tələbi bu hissədə də təmin edilməli, ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.
49. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 198 manat dövlət rüsumu ödənilmişdir.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün, 198 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi (3M-1186 reyestr nömrəli) və həmin müqaviləyə düzəliş barədə xx.xx.2023-cü il tarixli müqavilə (3M-1942 reyestr nömrəli) xx.xx.2024-cü il tarixindən ləğv (xitam) edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 36.000 manat icarə haqqı borcu və dövlət rüsumunun əvəzi olaraq 198 manat tutularaq İddiaçı ödənilsin. ünvan 1 ünvanında yerləşən 925.6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova