Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7391/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ninxx.xx.2025-ci il tarixli, 005432 saylı aktının ləğv edilməsi, əsassız olaraq hesablanmış 40,280 manat borcun abunə hesabımdan (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 005432 saylı aktına əsasən əsassız olaraq hesablanmış 40,280 manat borcun abunə hesabından (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi, artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 005432 saylı aktına əsasən hesablanmış 40,280 manat borcun abunə hesabından (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdehlə aralarında qarşılıqlı razılıq əldə edilmiş və aralarında xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlanmışdır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmişdir. X2 məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi, artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 005432 saylı aktına əsasən hesablanmış 40,280 manat borcun abunə hesabından (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddiaçı ilə aralarında qarşılıqlı razılıq əldə edilmiş və aralarında xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlanmışdır. X2 2-ci bəndinə əsasən, "xxxx" ASC NİQ 005432 saylı akt əsasında hesablanmış iddiaçı tərəfindən qismən ödənilmiş və hazırda xx.xx.2025-ci il tarixinə qalan 31.214,74 (otuz bir min iki yüz on dört manat yetmiş dört qəpik) manat məbləğin **********90647 (**********4) saylı abunə kodundan silinməsini öhdəsinə götürmüşdür. İddiaçı ilə aralarında qarşılıqlı razılıq əldə edildiyindən və aralarında xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlandığından - iddia tələbinin - 005432 saylı akta əsasən hesablanmış 9.065,26 (40,280-31.214,74) manat borcun abunə hesabından (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq ona ödənilməsi hissəsində iddia ərizəsinin geri qaytarılmasına etiraz etmirlər və həmin hissədə işin mahiyyəti üzrə həll olunmasını tələb etmirlər. Məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmişdir. X2 məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Cavabdehlə aralarında qarşılıqlı razılıq əldə edildiyindən və aralarında xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlandığından iddia tələbinin - 005432 saylı akta əsasən hesablanmış 9.065,26 (40,280- 31.214,74) manat borcun abunə hesabından (abunə kodu **********) silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və artıq ödənilmiş 14,878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən geri alınaraq mənə ödənilməsi - hissəsində iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, akta əsasən hesablanmış 9065,26 manat borcun abunə hesabından silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi 14878,55 manat pul vəsaitinin "xxxx" ASC-dən alınaraq ona ödənilməsi hissəsində iddia ərizəsinin geri qaytarılmasına etiraz etmirlər, həmçinin tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Aşağıda imza edənlər: bir tərəfdən İddiaçı (bundan sonra İddiaçı ŞA/ AA 3740648, FİN.xxxxxxx nömrəli), digər tərəfdən "xxxx" ASC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi (bundan sonra cavabdeh) X1 (ŞA/ 1130831) şəxsində, öz aralarında olan hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı şərtlərlə və qayda ilə həll edilməsi razılığına gəlirlər:
1. Hər iki tərəf bəyan edir ki, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-7391/2025 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan kommersiya mübahisəsinə barışıq ilə son qoyulmasını elan edirlər.
2. "xxxx" ASC NİQ 005432 saylı akt əsasında hesablanmış iddiaçı tərəfindən qismən ödənilmiş və hazırda xx.xx.2025-ci il tarixinə qalan 31 214,74 (otuz bir min iki yüz on dört manat yetmiş dört qəpik) manat məbləğin **********90647 (**********4) saylı abunə kodundan silinməsini öhdəsinə götürür.
3. İddiaçı ’’Azərişıq” ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı kommersiya işini geri götürəcəyini öhdəsinə götürür.
4. İddiaçı və cavabdeh, bu hal ilə bağlı gələcəkdə məhkəmədə heç bir iddia qaldırmayacaqlarına dair öhdəlik götürürlər.
5. Bu saziş imzalandığı tarixdən qüvvəyə minir və hər iki tərəf barışıq sazişinin şərtlərinə əməl edəcəklərini öhdəsinə götürür.
6. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə və məhkəmədə saxlanılır.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova