Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-74/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə, İbrahim Yırtar və Nümayəndə1 qarşı (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC-dən, İbrahim Yırtar və Nümayəndə1 DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 10481,35 manat əsas borc, 691,74 manat faiz borcu və 34,14 manat cərimə borcu olmaqla, cəmi 11207,23 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra Bank) ilə Cavabdeh2 MMC (bundan sonra Borcalan) arasında xx.xx.2020-ci il tarixli DCS00268488-01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “08” oktyabr 2020-ci il tarixli ZM-219/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14,957 (on dörd min doqquz yüz əlli yeddi) manat məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış DCS00268488-01 saylı kredit müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə İbrahim Yırtar arasında xx.xx.2020-ci il tarixli, DGS**********06 saylı zaminlik müqaviləsi, bank ilə Nümayəndə1 arasında xx.xx.2020-ci il tarixli, DGS**********06 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00268488-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilib edilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın X3 İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borclunun xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 10,481.35 (on min dörd yüz səksən bir manat otuz beş qəpik) manat əsas borc, 691.74 (altı yüz doxsan bir manat yetmiş dörd qəpik) manat faiz borcu, 34.14 (otuz dörd manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 11,207.23 (on bir min iki yüz yeddi manat iyirmi üç qəpik) manat təşkil edir, gecikmə gününün sayı 90 gün. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC-dən, İbrahim Yırtar və Nümayəndə1 DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 9778,93 manat əsas borc, 747,37 manat faiz borcu və 61,83 manat cərimə borcu olmaqla, cəmi 10588,13 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən xx.xx.2023 tarixində ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, İbrahim Yırtar və Nümayəndə1 DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 10.427.51 (on min dörd yüz iyirmi yeddi manat əlli bir qəpik) manat əsas borc, 1.154.80 (bir min yüz əlli dörd manat səksən qəpik) manat faiz borcu, 943.09 (doqquz yüz qırx üç manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 12.525.40 (on iki min beş yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınınn nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ASC və Cavabdeh2 MMC arasında imzalanmış 20 oktyabr 2020 tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası X1 (bundan sonra - Fond) “08” oktyabr 2020-ci il tarixli ZM-219/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 14,957.00 (on dörd min doqquz yüz əlli yeddi) manat məbləğində illik 15% (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti -əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir. 1.3. kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra - layihə) maliyyələşdirilməsinə verilir. 1.4. Borclu kredit vəsaitini digər kredit öhdəliklərinin icrasma yönəltməyəcəyini, özünün maliyyə vəziyyəti, üçüncü şəxslər qarşısında olan öhdəlikləri barədə kreditorun tələb etdiyi qaydada tam və dəqiq məlumat verdiyini və əmlakı üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, girov/ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud olmadığını bəyan edir. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi kreditora əsas öhdəliyin vaxtından əvvəl icrasım və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud bu müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. 7.1. borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5% (yeddi tam onda beş) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 7.2. fond tərəfindən “08” oktyabr 2020-ci il tarixli ZM-219/2020 nömrəli zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək 7.5% (yeddi tam onda beş) faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər. İddiaçı ASC “kreditor”, İbrahim Yırtar “zamin” Cavabdeh2 MMC “borclu” olmaqla imzalanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********06 saylı “20” oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə və İddiaçı ASC “kreditor”, Nümayəndə1 “zamin” Cavabdeh2 MMC “borclu” olmaqla imzalanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********06 saylı “20” oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış “20” oktyabr 2020-ci il tarixli DCS00268488-01 №-li kredit müqaviləsinə (bundan sonra-kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir: Kreditin məbləği 14,957.00 (on dörd min doqquz yüz əlli yeddi) manat; Kredit üzrə illik 15% (on beş) faiz dərəcəsinə əsasən hesablanan faizlər; Kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15% (on beş) faiz dərəcəsinə əsasən hesablanan cərimə; Kreditin qaytarılma tarixi 24 (iyirmi dörd) ay müddətinə “20” oktyabr 2022-ci il tarixinədək. Zaminin əlavə razılığı olmadan, kreditor ilə borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3 və 1.4 bəndlərə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ASC və Cavabdeh2 MMC arasında tərtib edilmiş faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən cədvəldə Cavabdeh2 MMC-nin 14.957 manat məbləğində kredit illik 15%, 7.5% subsidiya dərəcəsi, 6 ay güzəşt müddəti olmaqla 24 ay müddətinə verilmişdir. Həmin cədvəldə xx.xx.2022 sonuncu ödəniş tarixi olaraq göstərilmişdir. Azərbaycan Respublikası Sahibkarlığın X3 İddiaçı ASC-yə göndərilmiş 04 noyabr 2021 tarixli SİF-X/O-12/02-12/879/2021 saylı məktubda qeyd edilmişdir ki, “PAŞA Bank" ASC tərəfindən Azərbaycan Respublikası X1 xx.xx.2020-ci il tarixli ZM-215/2020 nömrəli zəmanət məktubu əsasında "xxxx" MMC-yə 39.500 (otuz doqquz min beş yüz) manat, xx.xx.2020-ci il tarixli ZM-219/2020 nömrəli zəmanət məktubu əsasında Cavabdeh2 MMC-yə 14.957 (on dörd min doqquz yüz əlli yeddi) manat, xx.xx.2020-ci il tarixli ZM- 188/2020 nömrəli zəmanət məktubu əsasında X4 18.250 (on səkkiz min iki yüz əlli) manat məbləğində dövlət zəmanətli kredit verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” Qaydasının 13.2-ci bəndinə müvafiq olaraq zəmanət və faiz subsidiyası verilmiş kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə Fondun əməkdaşları tərəfindən həmin sahibkarlıq subyektlərində monitorinqlər keçirilmiş və monitorinqlər zamanı alınmış kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi aşkarlanmışdır. Qaydanın 10.3.6-cı yarımbəndinə əsasən zəmanət verilmiş kredit məbləği kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədiyi hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir. Qeyd olunanlarla əlaqədar nəzərinizə çatdırırıq ki, "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə, X4 verilmiş dövlət zəmanətli kreditlər üzrə zəmanətlər Fond tərəfindən ləğv edilmişdir. Müvəkkil kredit təşkilatının baş mütəxəssisi Kazımov Emil, X1 aparıcı mütəxəssisi X5, Nümayəndə1 olmaqla tərtib edilmiş dövlət zəmanəti üzrə verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə dair 21 oktyabr 2021 tarixli monitorinq aktının nəticəsində qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində dəftərxana və təsərrüfat mallarının satış mərkəzi olduğu müəyyən edildi. Kredit hesabdan nağdlaşdırılmışdır. Bildirilənə görə dövriyyə vəsaitlərinin sərf edilmişdir, əlavə təsdiqedici sənədlər təqdim olunmamışdır. Cavabdeh2 MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2020 tarixində hesaba 14.957 manat mədaxil olmuşdur. xx.xx.2022 tarixində sonuncu dəfə hesaba 1800 manat məbləğində mədaxil olmuş, həmin məbləğ xx.xx.2022 tarixində hesabdan çıxarılmışdır. PB/PBL-OUT-00126-2023 saylı xx.xx.2023 tarixli maliyyə arayışında qeyd edilmişdir ki, BÜROMAX MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2020-ci il tarixli DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 10,427.51 (on min dörd yüz iyirmi yeddi manat 51 qəpik) manat əsas borc, 1,154.80 (bir min yüz əlli dörd manat 80 qəpik) manat faiz borcu, 943.09 (doqquz yüz qırx üç manat 09 qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,525.40 (on iki min beş yüz iyirmi beş manat 40 qəpik) manat təşkil edir. Gecikmə günün sayı – 489. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 16 yanvar 2023 tarixli 9/4757 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, DCS00268488-01 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə -9.778,93 manat, faiz borcu üzrə 747,37 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və İddiaçı ASC arasında zəmanətli şərtlərlə kredit müqaviləsi imzalanmış, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini, həmçinin, kredit vəsaitini təyinatı üzrə istifadə edilməsini öz öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti təyinatı üzrə istifadə etməmiş, bununla da kredit müqaviləsinə Azərbaycan Respublikasının Sahibkarlığın X3 verilmiş dövlət zəmanəti ləğv edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində hesablanmış əsas və faiz borc məbləğinin iddia tələbinin iddiaçı tərəfindən birinci dəfə artırılmasına uyğun olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehlər Cavabdeh2 MMC-dən, DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 10.427.51 (on min dörd yüz iyirmi yeddi manat əlli bir qəpik) manat əsas borc, 1.154.80 (bir min yüz əlli dörd manat səksən qəpik) manat faiz borcu tutulmalıdır. Digət tərəfdən iş materiallarından görünür ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanmış krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İbrahim Yırtar və Nümayəndə1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə borc alan Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş ödəmədiyini, kredit verən İddiaçı ASC-nin kredit məbləğinin, ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin İbrahim Yırtar və Nümayəndə1 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı ASC və Cavabdeh2 MMC arasında imzalanmış 20 oktyabr 2020 tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DCS00268488-01 saylı kredit müqaviləsinin 1.2 bəndə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. İddiaçı ASC “kreditor”, İbrahim Yırtar “zamin” Cavabdeh2 MMC “borclu” olmaqla imzalanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********06 saylı “20” oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə və İddiaçı ASC “kreditor”, Nümayəndə1 “zamin” Cavabdeh2 MMC “borclu” olmaqla imzalanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********06 saylı “20” oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinin 1.3 və 1.4 bəndlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə məbləği 313 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat Cavabdeh2, İbrahim Yırtar və Nümayəndə1 müştərək qaydada tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC, İbrahim Yırtar və Nümayəndə1 müştərək qaydada DCS00268488- 01 saylı kredit müqaviləsinə əsasən 10.427,51 (on min dörd yüz iyirmi yeddi manat əlli bir qəpik) manat əsas borc, 1.154,80 (bir min yüz əlli dörd manat səksən qəpik) manat faiz borcu, 313 (üç yüz on üç) manat cərimə, 200 manat ödənilmiş mediasiya xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 MMC, İbrahim Yırtar və Nümayəndə1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutularaq (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-74/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-74/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver