Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-74/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: sığorta müqaviləsinə əsasən pul tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin direktoru X3, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. PAT********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən sığortalı **-EH-*** dövlət qeydiyyat nömrəli, Hyundai Accent minik markalı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmış, sığortaçı - Cavabdeh1 Sığorta Şirkəti ASC, sığortalı - X6r, sığorta məbləği – üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5.000 manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərər görə: - bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5.000 manat, bir hadisə üzrə 50.000 manat təşkil edir.
2. Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən hadisə nəticəsində Nissan Sunny markalı **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri üzrə cəmi 1.060 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 840 manat olmaqla ümumlikdə dəymiş ziyan 1.900 manat məbləğində qiymətləndirilmişdir.
3. Cavabdeh1 Sığorta Şirkəti ASC (icarəçi) ilə "xxxx" MMC (icarəyəverən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən icarəçi Cavabdeh1 Sığorta Şirkəti ASC icarəyəverən "xxxx" MMC-dən icarə haqqı 1 təqvim günü üçün 80 manat olmaqla “Chevrolet Colorodo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək icarəyə götürmüşdür.
4. Tibbi sənədlərdən (“Premium Clinic” və “İstanbul NS” Klinikası) görünür ki, Nümayəndə1 xx.xx.2022-ci ildə Rentgen müayinəsindən keçmiş, boyun fəqərələrində bəzi problemlər (bütün boyun fəqərələrin ön və arxa çıxıntılarında osteoxondroza xarakter olan itilənmələr, skleroz və s.) müşahidə edilmiş və boyun fəqərələrinin MRT müayinəsi tövsiyyə olunmuşdur. MRT müayinəsi zamanı da boyun fəqərələrində bəzi problemlər (servikal qövs normal izlənmiş olub, intervertebral faset oynaq aralıqları artopatik daralmalar izlənir və s.) aşkarlanmışdır.
5. İddiaçı MMC (direktor Nümayəndə1) Cavabdeh1 Sığorta Şirkətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı MMC-nin balansında olan **-AR- *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobilə Cavabdeh1 Sığorta Şirkəti tərəfindən 1.500 manat təklif olunmuş, məbləğdən narazıdır, müstəqil ekspert Əhməd Talıblı tərəfindən yenidən qiymətləndirmə keçirilməsini xahiş edir. Nümayəndə1 ərizəsində həmçinin qeyd etmişdir ki, üç müstəqil ekspert təklif olunmuş, yuxarıda qeyd ediləni öz istəyi ilə seçmişdir.
6. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin sifarişi əsasında müstəqil ekspert (Talıblı Əhməd) tərəfindən verilmiş AS301101 nömrəli xx.xx.2022-ci il tarixli rəyə əsasən Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri üzrə cəmi 1.050 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 805 manat olmaqla ümumilikdə dəymiş ziyan 1.855 manat məbləğində qiymətləndirilmişdir.
7. İddiaçı MMC (direktor Nümayəndə1) X17 rəhbərliyinə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, İddiaçı MMC-nin balansında olan **-AR-*** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobilin xx.xx.2022-ci ildə avto qəza keçirtdiyini, qəza zamanı arxa asqı sisteminin (arxa balka-amartizator-arxa təkər topu) deformasiyaya məruz qaldığını, avtomobilin xx.xx.2025-ci ilə qədər servis zəmanətinə malik olduğunu, avtomobilin təmir üçün Cavabdeh1 Sığorta tərəfindən onların serivisinə yönəldildiyini bildirərək, arxa asqı sisteminin ikinci əl ehtiyyat hissəsi ilə əvəz olunduqda onların servisi tərəfindən qeyd edilmiş vaxta qədər (yəni xx.xx.2025-ci il tarixinə qədər) yazılı zəmanət verilib-verilməyəcəyi soruşulmuşdur. (Qeyd: Məktubda X17 möhürü vurulmaqla qeyd edilmişdir ki, sözügedən ehtiyat hissələrinə 12 dekabr 2025-ci il tarixinə qədər zəmanət verilir.)
8. İddiaçı MMC xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh1 Sığorta Şirkəti ASC-yə müraciət edərək dəymiş ziyanın 3 iş günü ərzində ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
9. İddiaçı MMC (direktor Nümayəndə1) Cavabdeh1 Sığorta Şirkətinin rəhbərliyinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək, İddiaçı MMC-nin balansında olan **-AR- *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobilin xx.xx.2022-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün müstəqil ekspert Əhmədov Əhməd tərəfindən qiymətləndirmə aparılmasının təmin edilməsini xahiş etmiş, xidmət ödənişinin İddiaçı MMC tərəfindən ödənilməsinə etiraz etmir.
10. "xxxx" MMC tərəfindən dekabr 2022 - yanvar-fevral 2023-cü illər üzrə icarə haqqı məbləği ümumilikdə 6.480 manat olan o cümlədən 2.160 manat dəyərində göstərilmiş xidmətlərə dair EBDB seriyalı, 572018 nömrəli, xx.xx.2023-cü il tarixli, 4.320 manat dəyərində göstərilmiş xidmətlərə dair EBCO seriyalı, 328731 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmişdir.
11. 05.04.2023-cü il tarixli 2020PEX230950042 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən EBCO seriyalı 328731 nömrəli e-qaimə üzrə 4.320 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) (Binəqədi filialı) olan hesabına ödənilmişdir.
12. 05.04.2023-cü il tarixli 2020PEX230950545 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 15 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən EBDB seriyalı 572018 nömrəli eqaimə üzrə 2.160 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) (Binəqədi filialı) olan hesabına ödənilmişdir. 13.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X5 tərəfindən verilmiş 585 nömrəli xx.xx.2023-cü il tarixli arayışa və əlavəsinə əsasən avtoyol nəqliyyat qəzasına uğramış Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyyat hissələri üzrə cəmi 1.640 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 855 manat olmaqla ümumİlikdə dəymiş ziyan 2.495 manat məbləğində qiymətləndirilmişdir. 14.xx.xx.2023-cü il qəbul tarixli təhvil-təslim aktına əsasən “Nurgün Motors” Servis tərəfindən **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı görülmüş işlərin və istifadə olunmuş materialların cəmi ƏDV daxil 474 manat təşkil etmişdir (kassa çeki əlavə olunub). 15.21.12.2022-ci il tarixli (Leobank) ödəniş sənədinə əsasən isə 25 manat, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli (ABB) ödəniş sənədlərinə əsasən ümumilikdə 66 manat olmaqla cəmi 91 manat (25 manat+66 manat) pul vəsaiti müvafiq hesablara köçürülmüşdür. 16.24.02.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli (ABB) ödəniş sənədlərinə əsasən ümumilikdə 350 manat, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli (Leobank) ödəniş sənədlərinə əsasən isə ümumilikdə 890 manat olmaqla cəmi 1240 manat (350 manat +890 manat) pul vəsaiti müvafiq olaraq (5243 75-- ---- 3255 nömrəli, 4098 58-- ---- 7087 nömrəli, 4098 ---- ---- 8750 nömrəli) hesablara köçürülmüşdür.
17. T01 nömrəli xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, avtomobil təmiri ilə məşğul olan X9 (“dəmirçi”) İddiaçı MMC-yə məxsus **-AR- *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobil üzərində ümumilikdə 400 manat dəyərində işlər (dəmirçi işləri) görərək təhvil vermişdir (kart hesabı 4098 58------ 8750). X4 və İddiaçı MMC (möhürü vurulmaqla) tərəfindən imzalanmışdır. (Qeyd: Aktda qeyd edilmişdir ki, vəsaitin 100 manatı nağd, 300 manatı isə kart hesabından alınıb.) 18.T02 nömrəli xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, avtomobil təmiri ilə məşğul olan X14 (“armaturçu”) İddiaçı MMC-yə məxsus **- AR-*** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobil üzərində ümumilikdə 340 manat dəyərində işlər (salonun sökülüb, qurudulub yığılması (200 manat), təmirlə bağlı armatur işi (100 manat) və qapı, qanad germetikalanması (40 manat)) görərək təhvil vermişdir (kart hesabı 5243 75-- ---- 3255). X10 tərəfindən imzalanmışdır. (Qeyd: Aktda qeyd edilmişdir ki, vəsait kart hesabından alınıb.)
19. T03 nömrəli xx.xx.2023-cü il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktından görünür ki, avtomobil təmiri ilə məşğul olan X7 (“rəngsaz”) İddiaçı MMC-yə məxsus **-AR- *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobil üzərində ümumilikdə 750 manat dəyərində işlər (arxa sağ qapı rənglənməsi (200 manat), arxa sağ qanad rənglənməsi (150 manat), bufer rənglənməsi (100 manat), karniz rənglənməsi (100 manat), təkər rənglənməsi (50 manat) və ümumi palirovka (150 manat)) görərək təhvil vermişdir (kart hesabı 4098 58-- ---- 7087). X1 və İddiaçı MMC (möhürü vurulmaqla) tərəfindən imzalanmışdır. (Qeyd: Aktda qeyd edilmişdir ki, vəsait kart hesabından alınıb.)
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 9/6472 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2.770 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.520 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.595 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.345 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.345 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.595 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.161 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.411 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpacı məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2-2(113)-1921/2023 №-li mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə, həmin iş üzrə verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6472 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2.770 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.520 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.595 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.345 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.345 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.595 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.161 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.411 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpacı məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2-2(113)-1921/2023 №-li mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır. İş materiallarında olan qüsur aktlarından hansının mötəbər olmasının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
22. “Avtodetal” mərkəzi mağazasının xx.xx.2024-cü il tarixli çekindən görünür ki, Kronsteyn 62225-12253 arxa sağ adlı malın (ehtiyyat hissənin) dəyəri 20 manat təşkil edir.
23. Müxtəlif “rent a car” saytlarından çıxarışlarından görünür ki, müxtəlif markalı (Chevrolet, Hyundai, Kia və s.) avtomobillərin günlük icarə haqqısı 45-65 manat olaraq dəyişir, hətta bəzi avtomobillər 1-2 aylıq icarəyə götürülürsə günlük icarə haqqı 27, 33, 38, 40 manat olaraq müəyyən edilir.
24. Məhkəmə iclasında iş materiallarında olan foto-şəkillərin əks olunduğu, audiovideo görüntülərin və danışıqların qeydə alındığı DVD-R-diskə baxış keçirilərkən fotoşəkillərdən və audio-video görüntülərdən müəyyən edilmişdir ki, Nissan Sunny minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil evakuator xidməti tərəfindən götürülür, eləcə də servis xidmətlərinin birində eyni ehtiyat hissəsinin köhnəsi ilə yanaşı yenisi paketdən açılır. Eləcə də watsapp yazışmasından müəyyən edilmişdir ki, “X20” adlı watsapp istifadəçisi digər watsapp istifadəçisinə göndərdiyi mesajda “90-AR 042 dövlət qeydiyyat nişanını qeyd etməklə, salona yağış düşdüyünü, skoçla qapının üstünün skoçlanmasını tələb etmiş, əks təqdirdə salonun iylənəcəyini” bildirmişdir. Telefon danışıqlarından isə müəyyən edilir ki, özünü Cavabdeh1 Sığorta Şirkətinin əməkdaşı kimi təqdim edən qadın“90-AR 042 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər məbləğinin əvvəlcə 610 manat şəkillərə əsasən, daha sonra daxil olmuş servis aktına əsasən 1.525 manat, sonuncu dəfə isə müstəqil ekspert rəyinə əsasən 1.855 manat təyin olunduğunu” bildirmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
25. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AİDHR MMC-yə dəymiş 11.073 manat məbləğində ziyanı cavabdehlərdən – "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq AİDHR MMC–nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 noyabr 2022-ci il tarixində AİDHR MMC-nin balansında olan **-AR-*** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobil ilə Cavabdeh2 idarə etdiyi **-EH-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtomobil yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Hadisəyə səbəb **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün (Cavabdeh2) 2.4 yol nişanının (yol ver nişanı) tələblərini kobud şəkildə pozması olmuşdur. Nəticədə AİDHR MMC-yə külli miqdarda ziyan dəymişdir. Cavabdeh2 idarə etdiyi avtomobil Cavabdeh1 sığorta şirkəti tərəfindən sığortalandığından avtomobilin təmirinə Atəşgah sığorta şirkəti cavAbdehlik daşıyır. Hadisədən dərhal sonra AR DİN 102 çağrı mərkəzinə və Cavabdeh1 sığorta şirkətinin qaynar xəttinə məlumat verilmişdir. Hadisə yerinə DİN əməkdaşları və Atəşgah sığorta şirkətinin qəza komissarı yaxınlaşdılar. Hadisədən 3 gün sonra avtomobil Atəşgah sığorta şirkətinin ayırdığı evakuator vasitəsi ilə Cavabdeh1 sığorta şirkətinin təyin etdiyi avtoservisə aparıldı. Lakin hadisədən 2 aydan artıq müddət keçməsinə baxmayaraq Cavabdeh1 sığorta şirkəti müxtəlif bəhanələr gətirərək avtomobilin təmirindən boyun qaçırmışdır. Belə ki, hadisədən bir neçə gün sonra Cavabdeh1 sığorta şirkətinin əməkdaşı zəng vuraraq avtomobilə 610 manat məbləğində ziyan təyin olunduğunu bildirdi. Cavab olaraq bildirdilər ki, avtomobilin təmiri üçün ayrılmış vəsaitin onların tərəfindən avtomobili təmir etmək üçün yetərli olmadığından və şirkətlərinin təmirlə məşğul olması üçün vaxtının olmaması səbəbindən avtomobili Atəşgah sığorta şirkəti tərəfindən təmir olunmasını söylədilər. Daha bir neçə gün sonra növbəti dəfə Atəşgah sığorta şirkətinin əməkdaşı zəng vuraraq dəymiş ziyanın 1250 manat təyin edildiyini bildirdi. Təkrar cavab olaraq avtomobilin təmir olunmasını tələb etdilər. Növbəti dəfə bir neçə gün sonra yenidən Atəşgah sığorta şirkətinin əməkdaşı zəng vuraraq dəymiş ziyanın 1520 manat təyin olunduğunu bildirdi. Növbəti dəfə tam təkidlə avtomobillərinin təmir olunmasını söylədilər. Atəşgah sığorta şirkətinin qeyri-ciddi davranışından şübhələnərək, avtoservisdə avtomobillərinə baş çəkməyi qərara aldılar. Avtomobilə baxış zamanı 45 gün ərzində avtomobilə əlavə ziyanın (salonu su basmış, gövdədə əlavə cızıqlar peyda olmuşdur) dəydiyini aşkar etdilər. Avtoservisdə mütəxəssislərlə danışıqlar zamanı avtomobillərinin təmirinin Atəşgah sığorta şirkətinin təyin etdiyi məbləğdən daha çox olduğunu müəyyən etdilər. Bununla da Atəşgah sığorta şirkətinin əmakdaşlarının əlavə gəlir əldə etmək istəyi səbəbindən, avtomobilin təmirinin onlar üçün hec bir halda sərf etmədiyi aşkar olundu. Bu hal müəyyən olunduqdan sonra Atəşgah sığorta şirkəti avtomobilə dəymiş ziyanı 1900 manat təyin etdi. Onlar təkidlə avtomobillərinin təmirini tələb etsələr də, Cavabdeh1 sığorta şirkəti onlara müstəqil ekspertə müraciət etmələrini təklif etdi. Bu təklifə etiraz etmədikləri üçün təqdim etdikləri 3 nəfərdən ibarət siyahıdan birini seçdilər. Bir neçə gün sonra müstəqil ekspert zəng edərək 1850 manat ziyanın təyin edildiyini bildirdi. Ekspertlə telefon vasitəsi ilə danışıq zamanı avtomobilə ötəri baxış kecirdiyi (avtomobilin alt hissəsinə baxmadığını özü etiraf etdi) məlum oldu. İşçilərin hərəkət etməsi üçün avtomobil xidməti vacib amillərdən hesab edilir. Belə ki, şirkətlərinin balansında yalnız bir avtomobilin olması və bu avtomobildən istifadə hüququndan məhrum olmaları, şirkət ücün icarəyə avtomobil götürmək zərurəti yaradıb. Bu səbəbdən xx.xx.2022-ci il tarixindən şirkət avtomobil icarəyə götürüb. Beləliklə, cavabdehlərin - Cavabdeh2 və Atəşgah sığorta ASCnin məsuliyyətsiz davranışları nəticəsində şirkətlərinə, yəni AİDHR MMC-yə külli miqdarda maddi zərər dəymişdir.
27. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
28. Cavabdeh1 Sığorta Şirkəti ASC iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh1 Sığorta Şirkətində sığorta olunan “Hyundai Accent” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil 12 noyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan Sunny” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən avtomobilə dəymiş zərər araşdırılmış və zərər məbləği 1900 manat müəyyən edilmişdir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmamışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçının nümayəndəsinə 3 ekspert arasından yazılı ərizə əsasında müstəqil ekspert seçməsi təklif edilmiş və bununla bağlı ondan ərizə alınmışdır. İddiaçı tərəfindən seçilmiş ekspert avtomobilə baxış keçirmiş və zərər məbləğini 1850 manat müəyyən etmişdir. Lakin İddiaçı müstəqil ekspertin müəyyən etdiyi zərər məbləği ilə də razılaşmamışdır. İddiaçının tələbinə əsasən cavabdeh ona məxsus avtomobili təmir etməlidir. Sığorta ödənişi maliyyə kompensasiyasıdır və Mülki Məcəllənin 927, eləcə də “İcbari sığortalar haqqında” qanunun 20.3-cü maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişi zərər məbləği barədə tərəflər razılıq əldə etdikdən sonra və sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Bir sözlə cavabdehin iddiaçıya məxsus avtomobili təmir etmək vəzifəsi qanunla müəyyən edilmir və sığorta ödənişinin hansı formada verilməsinin seçmək hüququ cavabdehə məxsusdur. Bundan əlavə iddiaçı ərizəsində icarə haqqı kimi 6480 manatın və digər xərclərin ona ödənilməsini tələb edir. Bildirirlər ki, hadisə baş verdikdən hazırkı vaxta qədər Cavabdehin addımları qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdeh xx.xx.2022-ci ilədək (müstəqil ekspertiza keçirilənədək) zərər məbləğinin razılaşdırılması və ödənilməsi üçün addımlar atmış, müstəqil ekspertiza keçirildikdən sonra da bu cəhdlər edilmiş, lakin iddiaçı adekvat olmayan və qanunvericiliyə zidd tələblər irəli sürməklə, müəyyən edilmiş zərər məbləği ilə razılaşmayaraq ona sığorta ödənişi verilməsinə özü maneə yaratmışdır. Belə olan halda cavabdehin iddiaçıya hər hansı əlavə zərər ödəməsi istisna edilir. Göstərilənləri nəzərə alaraq, iddiaçı AİDHR MMCnin Cavabdeh1 Sığorta Şirkətinə qarşı iddia tələbini əsassız hesab edirlər.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
29. İddiaçı MMC-nin direktoru X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin Nümayəndə1 bildirmişdir ki, sığorta şirkətinin “Grand Servis”lə rəsmi müqaviləsi vardır. Hətta servisin özündə sığorta şirkətinin ofisi yerləşir və onun nümayəndəsi əzilən maşınları qəbul edir. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilə və şirkətə dəyən zərəri həm sığorta şirkətindən, həm də sürücüdən tələb edirlər. Onlar sığorta ödənişinin edilməsi ilə bağlı deyil, avtomobilin təmiri ilə bağlı müraciət etmişdilər. Sığorta şirkətinə hadisənin baş verdiyi gündən 1 gün sonra müraciət etmişdilər. Avtomobili təmir etdirmək üçün sığorta şirkətinin təklif etdiyi avtoservisə yönləndirildi. Onlar avtomobili həmin avtosalona onların evakuatoru ilə apardılar, maşına baxış keçirildi və bir gün fasilələrlə qiymət təklifləri etməyə başladılar. Lakin sığorta şirkətinin təklif etdikləri məbləğlər az olduğu üçün onları qane etmirdi, avtomobilləri öz hesablarına təmir etdirməyə də maddi imkanları çatmırdı. Onlar bu barədə sığorta şirkətinə bildirdilər və onlar avtomobili təmir etdirməyə razılaşdılar. Lakin maşın avtoservisə aparıldıqdan sonra hər dəfə gedib görürdülər ki, heç bir təmir işi aparılmır. Sonra sığorta şirkətinin nümayəndələri maşının təmiri ilə bağlı rəsmi məktubla müraciət etmələrini bildirdilər, bundan sonra onlar sığorta şirkətinə rəsmi məktub göndərdilər. Lakin bundan sonra da gedib gördülər ki, maşın təmir olunmur, qapısı açıq qalıb, içinə yağış suları dolub. Bu səbəbdən 39-40 gün sonra maşını ordan geri götürmək məcburiyyətində qaldılar. Konkret olaraq tarixi xatırlamır, amma servisə yerləşdirəndən sonra avtomobil 39- 40 gün orada qalmışdır. Avtomobili onların təklif etdiyi servisə hadisədən 2 gün sonra yerləşdirdilər. İcarə müqaviləsinin müddəti müəyyən edilməmişdir. Müqavilənin uzadılması imkanı qeyd edilmişdir. Avtomobil düzələn kimi icarəyə götürdükləri avtomobili geri qaytaracaqdılar. Sürücüyə yazılı qaydada müraciət edib avtomobilin təmirinin gecikməsi səbəbdən başqa avtomobili icarəyə götürmək məcburiyyətində qalmalarını bildirmişlər. Avtomobili icarəyə götürməmişdən 1 gün əvvəl yol-nəqliyyat hadisəsini törətmiş sürücüyə müraciət edərək bu barədə bildirmişlər. Avtomobilin avtoservisə təhvil verilməsini təsdiq edən yazılı sənədləri yoxdur. Müayinə xərclərini İstanbul klinikasına edilən ödəniş qəbzləri təsdiq edir.
30. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı verilmiş etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü ildə iddiaçı yazılı müraciətində təklif edilən məbləğdən narazı olduğunu bildirib. Həmin müraciətini məhkəməyə təqdim etmişlər. Onlar sığorta ödənişini pul formasında ödənilməsini təklif etmişlər. Avtomobilin təmiri ilə bağlı servisə aparılması təklifi barədə məlumatı yoxdur.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
32. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİ VƏ MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
33. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
34. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
35. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 458.1-ci maddəsinə görə kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun: 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 18.1-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
36. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
37. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
39. İşin mübahisəsiz halları ondan ibarətdir ki, sahibinin mülki məsuliyyəti Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış Hyundai Accent minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsinə İddiaçı MMC-yə məxsus avtomobilə maddi zərər dəymişdir.
40. Hazırda İddiaçı MMC avtomobilə dəymiş zərərin, evakuator, mobil rabitə, müayinə və taksi xidmətinə çəkilən xərclərin əvəzinin, eləcə də avtomobilinə vurulmuş zərərin əvəzinin ödəmək öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin delikti törətmiş şəxs olduğu qeyd edilən Cavabdeh2 və nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini sığotalamış Cavabdeh1 Sığorta Şirkəti ASC-dən müştərək qaydada tutulmasını tələb edir. 41.Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı yönəldilmiş tələb üzrə işin mübahisəli halı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və belə olan halda sığortaçı tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır. 42.Belə ki, İddiaçı MMC sığorta hadisəsi nətivəsində avtomobilə dəymiş zərərin 4045 manat olmasını iddia edir, Cavabdeh1 Sığorta Şirkəti ASC isə xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat təqdim edərək, hadisə nəticəsində Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ehtiyat hissələri üzrə cəmi 1.060 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 840 manat olmaqla ümumulikdə dəymiş zərərin 1.900 manat məbləğində olmasını bildirir və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmir.
43. Bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan xx.xx.2022-ci il tarxli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə, həmin iş üzrə verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6472 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2.770 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.520 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.595 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.345 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Nəzəri hesablama yolu ilə, ekspert Ə.Əhmədov tərəfindən tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.345 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.595 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.161 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.411 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat.
44. 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
45. Eyni zamanda o da qeyd edilməlidir ki, istinad edilən ekspert rəyindəki qiymətlər iki fərqli qüsur aktları əsasında - Cavabdeh1 SŞ ASC tərəfindən tərtib edilmiş (xx.xx.2022-ci il tarixli zərər aktı əsasında və ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş 585 nömrəli arayış əsasında - müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən qüsur aktları üzrə dəyişdirilməli ehtiyat hissələrinin qiymətləri arasında ciddi bir fərq müşahidə edilməsə də (belə ki, ekspert rəyində aşınma tətbiq edilməklə Cavabdeh1 SŞ ASC-nin zərər aktına uyğun olaraq dəyişdirilməli olan hissələrin qiyməti 1345 manat, ekspert Ə.Əhmədovun arayışa uyğun olaraq dəyişdirilməli olan hissələrin qiyməti isə 1411 manat müəyyən edilmişdir), təmir-bərpa işlərin dəyərləri arasındakı fərq nəzərə çarpır. Belə ki, avtomobilin təmir-bərpa işlərinin dəyəri zərər aktı əsasında 1250 manat (o cümlədən dəmirçi 300 manat, rəngsaz 500 manat), arayış əsasında isə 1750 manat (o cümlədən dəmirçi 400 manat və rəngsaz 750 manat) məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının dəmirçi işlərinə 400, rəngsaz işlərinə isə 750 manat məbləğində məbləğində vəsait xərcləməsini təsdiq edən sübutları(işlərin görülməsi barədə aktlar və ödəniş sənədləri) məhkəməyə təqdim etdiyini nəzərə alaraq ekspert Ə.Əhmədovun arayışına uyğun hesablanmış zərər məbləğinin reallığa daha yaxın olması qənaətinə gəlir və dəymiş zərərin məhz ekspert Ə.Əhmədovun arayışa uyğun hesablanmış qiymətlərlə müəyyən edilməsini iddiaçının pozulmuş hüquqlarının bəpra edilməsinə nail olmaq baxımından məqsədəmüvafiq və ədalətli hesab edir.
46. Ehtiyat hissələrinin qiymətlərinin təzə hissələrinin qiymətləri ilə və ya qiymətlərə aşınma tətbiq edilməklə müəyyən edilməli olması məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli avtomobil 2019-cu il buraxılışlı olmaqla yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixə (xx.xx.2022-ci il tarixə) artıq 3 il ərzində istifadədə olmuş, yəni avtomobilinhadisə nəticəsində zədələnən ehtiyat hissələri təzə olmamışdır. Odur ki, həmin avtomobilə dəymiş zərərin təzə ehtiyat hissələrin qiymətinə müvafiq müəyyən edilməsi üçün əsaslar mövcud deyil.
47. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-yə məxsus 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 3.161 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti – 1.411 manat; təmir- bərpa işlərinin qiyməti – 1.750 manat) məbləğində maddi zərər dəyməsi müəyyən edildiyindən iddiaçı həmin məbləği zərər vuran şəxsin mülki məsuliyyətini sığortalamış sığortaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tələb etməkdə haqlıdır.
48. Cavabdeh2 qarşı olan hissədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, iddiaçı hadisə törədərkən **-EH-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtomobilin məhz Cavabdeh2 tərəfindən idarə edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, Cavabdeh2 delikti törətmiş şəxs olması ehtimal edilsə belə, icbari sığorta müqaviləsinə əsasən **-EH-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtomobildən istifadə nəticəsində üçüncü şəxsin əmlakına vurulmuş zərər sığorta məbləği həddində sığortaçı Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən qarşılanmalı olduğundan iddiaçının avtomobilə dəymiş zərərin əvəzinin sığortaçı ilə yanaşı delikti törətmiş şəxsdən də tələb etməsi əsassızdır. Belə olan halda Cavabdeh2 qarşı olan hissədə iddia rədd edilməlidir.
49. Evakuator xərcləri, xəsarət alanların müayinə xərcləri və hadisə ilə əlaqədar taksi xidməti və mobil rabitə xərclərin tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı evakuator xidmətinə çəkilmiş xərcləri təsdiq etmək üçün məhkəməyə ödəniş qəbzləri təqdim etsə də, həmin ödənişlərin məhz evakuator xidməti ilə bağlı olması iş materiallara əsasən təsdiq edilmir. Taksi və mobil rabitə xərclərə gəldikdə, iddiaçı tərəfindən nə həmin xərcləri, nə də ehtimal olunan xərclərin yol-nəqliyyat hadisəsi ilə bağlılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Xəsarət alanların müayinə xərclərinə gəldikdə iddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə rentgen və MRT müayinələrinin nəticələrini məhkəməyə təqdim etmişdir ki, göstərilən müayinənin aparılmasının xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olması müəyyən edilmir. Odur ki, həmin hissələrdə də iddia tələbi əsassız olmaqla rədd edilməlidir.
50. İddia tələbinin 6480 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi hissəsinə gəldikdə iddiaçı həmin tələbi avtomobilə dəymiş zərərin sığortaçı və zərər vuran şəxs tərəfindən vaxtında ödənilməməsi nəticəsində avtomobil icarəyə götürməyə məcbur olması, bununla ona ödədiyi icarə haqqı, yəni 6480 manat məbləğində maddi zərər vurulması ilə əsaslandırmışdır.
51. Tələbin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, həqiqətən də yol-nəqliyyat hadisəsində 3 gün sonra -xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanaraq iddiaçı tərəfindən “Chevrolet colorado” markalı minik avtomobili icarəyə götürülmüş və həmin avtomobilin icarəsinə görə 3 aylıq (hər ay üçün 27 gün, cəmi 81 gün) müddət üçün iddiaçı tərəfindən 6480 manat məbləğində icarə haqqı ödənilmişdir. 52.“İcbari Sığortalar haqqında” AR Qanununun 18.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq üçün zəruri olan sənədlərin sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini vermək öhdəliyini daşıyır. 53.Hazırkı halda sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən birinci dəfə xx.xx.2022-ci ildə 1900 manat və sonradan xx.xx.2022-ci il tarixdə müstəqil ekspert tərəfindən 1855 manat məbləğində qiymətləndirilsə də, iddiaçı ödəniləcək sığorta ödənişi ilə razılaşmadığından sığorta ödənişi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməmişdir. Hazırkı qətnamə ilə isə avtomobilə faktiki dəymiş zərərin sığortaçının təklif etdiyi məbləğdən yüksək olması müəyyən edildiyindən sığorta ödənişin vaxtında verilməməsinin məhz sığortaçının təqsiri – dəymiş zərərin düzgün qiymətləndirməməsi üzündən – baş verdiyi öz təsdiqini tapır. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti ASC sığorta müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımalıdır. 54.Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı sığorta şirkətinin qiymətləndirilməsi ilə razılaşmadığından avtomobilə vurulmuş zərər müstəqil ekspert Ə.Talıblı tərəfindən xx.xx.2022-ci ildə qiymətləndirilmiş, bundan sonra xx.xx.2022-ci ildə iddiaçı avtomobilin sığorta şirkəti tərəfindən təmir edilməsini xahiş etmiş, lakin sığortaçı zərərin avtomobilin təmiri yolu ilə ödənilməsinə razılıq verməmişdir. Odur ki, iddiaçı 2022-ci ilin dekabr ayının ikinci yarısında sığorta şirkətinin müstəqil ekspertin rəyi əsasında təklif etdiyi sığorta ödənişi məbləğlə razılaşmadığını, sığorta şirkətinin isə zərərin avtomobilin təmir edilməsi yolu ilə qarşılanmasına razılıq vermədiyini, yəni sığorta ödənişin verilməsinə dair sığorta şirkəti ilə aralarında mübahisənin yaranmasını bilməli idi. 55.Bununla bağlı o da qeyd edilməlidir ki, sığorta şirkətinin avtomobilin təmir edilməsi ilə razılaşması, avtomobilin sığorta şirkətinin təklifi ilə servisə yerləşdirilməsi, lakin həmin servisdə 2 ay qalması barədə iddiaçının dəlilləri iş materialları ilə öz təsdiqini tapmır.
56. Beləliklə, İddiaçı MMC sığortaçı ilə aralarında mübahisə olmasını bildiyi halda yolnəqliyyat hadisəsində zərər dəymiş avtomobilin təmirini həyata keçirmək əvəzinə növbəti 2 ay üçün də avtomobil icarəyə götürmüş, həmin müddət üçün 4320 manat məbləğində icarə haqqı ödəmiş və yalnız 2023-cü ilin mart ayının sonunda avtomobili təmir etdirmişdir. Göründüyü kimi iddiaçı göstərilən hərəkətləri ilə zərərin məbləğinin artmasına şərait yaratmışdır. 57.Həmçinin qeyd edilməlidir ki, iddiaçının "xxxx" MMC ilə bağladığı müqavilədə gündəlik icarə haqqı 80 manat göstərildiyi halda müxtəlif “rent a car” saytlarından çıxarışlarına əsasən eyni sinifə daxil olan müxtəlif markalı (Chevrolet, Hyundai, Kia və s.) avtomobillərin günlük icarə haqqı 45-65 manat olması müəyyən edilmişdir. 58.Odur ki, mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçı öz hərəkətləri ilə zərərin miqdarının artmasına kömək göstərdiyindən (avtomobili 3 ay sonra təmir etmək, orqa bazar dəyərindən daha yuxarı qiymətlə icarə müqaviləsini bağlamaq) məhkəmə Mülki Məcəllənin 21.3 və 458-ci maddəsinə əsasən zərərin ölçüsünün azaldılmasını mümkün hesab edir. 59.Odur ki, məhkəmə belə qənaətə gəlir ki, sığorta ödənişinin vaxtında ödənilməməsinə görə iddiaçıya dəymiş zərərin gündəlik 55 manat olmaqla 1 aylıq (elektron qaimələrdə 1 ayda avtomobildən istifadə olunan günlərin sayı 27 gün göstərilmişdir) müddət üçün hesablanmış eyni sinifdən olan avtomobilin icarə haqqı həddində, yəni 1485 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.
60. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
61. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 123 manat təşkil edir.
62. Göründüyü kimi hazırkı iddia üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
63. Odur ki, iddia verilərkən 100 manat məbləğində müdiasiya xərcləri ilə yanaşı iddiaçı tərəfindən dövlət rüsumunun mediasiya xərcləri ilə əhatə edilməyən hissəsi - 23 manat da iddiaçı tərəfindən ödənilməli idi. Odur ki, iddiaçıdan 23 manat məbləğində dövlət rüsumunun kəsiri alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qalan məhkəmə xərclərinə gəldikdə hazırkı qətnamə ilə iddia qismən edildiyindən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli və mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 20 manat hissəsi Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, 30 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 3161 manat məbləğində sığorta ödənişi və dəymiş ziyanın əvəzi olaraq 1485 manat pul vəsaiti, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Dövlət rüsumunun kəsiri İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ögənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 20 manat hissəsi Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, 30 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva