Məhkəmə qərarları › İş №e-2-2(113)-741/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-741/2024

25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-741/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X6 cəlb edilməklə) qarşı ümumi yığıncağın çağrılmış hesab edilməsi və payın müəyyən olunaraq naturada ayrılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 2003-cü ildən bu vaxta kimi fəaliyyəti nəticəsində əldə edilən gəlirin müəyyən olunaraq gəlirdən düşən pul vəsaitinin ödənilməsi, ünvan 1 ünvanında 3 girişli, 17 mərtəbəli mansardı olan inşa edilmiş hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8, X12 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən kooperativin 2003-cü ildən bu vaxta kimi fəaliyyəti nəticəsində əldə edilən gəlirin müəyyən olunaraq gəlirdən düşən pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 1 ünvanında 3 girişli, 17 mərtəbəli mansardlı olan hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-xxx2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X4 və digərlərinə qarşı kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli hündür binadan təsisçi kimi ona çatası 20% payın müəyyən edilərək verilməsinə dair e-2-2(113)-xxx/2024 saylı iş üzrə tələbi vardır. Eyni zamanda, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və X5 qarşı Mənzil Tikinti Kooperativinin üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqaviləni və Ü.Cəlilzadənin təsdiqlədiyi xx.xx.2008-ci il tarixli maliyyə arayışlarının ləğv edilməsi barədə e-2-2(113)-xxx2024 saylı işdə Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Əlavə olaraq, İddiaçı Cavabdeh1 MTK və X1 qarşı Mənzil Tikinti Kooperativinin üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqavilənin və Ü.Cəlilzadənin təsdiqlədiyi xx.xx.2008-ci il maliyyə arayışının ləğv edilməsi tələbi üzrə e-2-2(113)-xxx/2024 saylı işilər sizin icraatınızdadır. Qeyd edilənlərə əsasən bildirilir ki, hər üç tələb mahiyyəti üzrə biri-biri ilə əlaqədar işlərdir. Belə ki, təsisçi kimi kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli binadan təsisçi kimi iddiaçıya çatası 20% payın müəyyən edilərək verilməsi və həmin tikilidə iddiaçıya onun payından verilmiş, həmin ünvanda yerləşən və şəxsi hesabı ilə təmir etdirdiyi mənzillər sonradan naməlum şəkildə saxta yollarla, guya mənzilin haqqını ödədiyindən X7 və X1 verilmişdir. Göründüyü kimi, hazırkı iş ilə Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli binadan təsisçi kimi iddiaçıya çatası 20% payın müəyyənləşdirildiyi halda şəxsi hesabı ilə təmir etdirdiyi mansardda olan mənzillərin özü və ya pulu iddiaçıya verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin istər 12 mart 2024-cü il tarixli, 2-2(103)-406/2024 saylı qərardadında, istərsə də xx/xx/2024-cü il tarixli, 2-2(103)-446/2024 saylı qərardadında mövqe ondan ibarətdir ki, iddiaçı təsisçi kimi hüquqi şəxsə qarşı qaldırdığı iddia tələbləri biri-biri ilə əlaqəli işlərdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-xxx2024 saylı iş və hazırkı e-2-2(113)-xxx/2024 saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X6 cəlb edilməklə) qarşı ümumi yığıncağın çağrılmış hesab edilməsi və payın müəyyən olunaraq naturada ayrılması tələbinə dair iş (İş № e-2-2(113)-xxx/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-xxx2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X6 cəlb edilməklə) qarşı ümumi yığıncağın çağrılmış hesab edilməsi və payın müəyyən olunaraq naturada ayrılması tələbinə dair iş (İş № e-2-2(113)-xxx/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-xxx2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar