Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-744/2024 01.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh12 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X2, Cavabdeh15, Cavabdeh16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 qarşı müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və qeyriyaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində (235 saylı binanın həyətində) istifadədə olan 0.00312 ha torpaq sahəsində yerləşən 45 m2 ümumi, 45 m2 əsas, - m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (qaraj) tam mülkiyyət hüquqi üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 665 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 may" metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyini sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 16 m2 olan və layihədə "72" nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin (bundan sonra "Obyektin") - Birinci tərəfin onu İkinci tərəfə icarəyə verilməsinə dair və icarə müqaviləsi bağlamağı öz öhdəsinə götürməsinin, İkinci tərəfin gələcəkdə bağlanacaq əqdin dəyərini bir qismini qabaqcadan ödəməsinin və bu müqaviləyə əsasən X3rşısında öhdəliyini icra etməsinə təşkilati-hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına onların məsuliyyətinin əsaslarını və həddini nizamlayır. 2.1-ci bəndinə əsasən obyektin gələcəkdə ikinci tərəfə icarəyə verilməsinə görə o, hər m2 üçün 0 manat hesablanaraq, aylıq 000,00 manat məbləğində pul vəsaiti ödəməlidir. Bu məbləğ Ticarət Mərkəzi istifadəyə veriləndən sonra hər ayın əvvəli ödənəcək. 2.2-ci bəndinə əsasən ödəniş milli valyuta olan manatla, nağd və ya köçürmə formasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən bu müqavilə müddətsiz olaraq qüvvədə olacaq. 4.2-ci bəndinə əsasən İkinci tərəf: 4.2.1 Hər ayın əvvəlində müqavilə qiymətinə uyğun olaraq nəzərdə tutulmuş məbiəği Birinci tərəfə ödəmək; 4.2.2 Ticarət mərkəzinin ümumi nizam-intizam, mühafizə, təmizlik qaydalarına rəayət etmək; 4.2.3 İkinci Tərəf bu müqavilə imzalandıqdan sonra, onu öz adından, Birinci Tərəflə razılaşdırdığı başqa bir şəxsin adına rəsmiləşdirmək hüququna malikdir. 4.2.4 İkinci Tərəf obyekti sub-icarəyə vermə hüququna malikdir. 5.1-ci bəndinə əsasən bu müqaviləyə İkinci tərəfin könüllü razılığı əsasında xitam verilə bilər. 5.2-ci bəndinə əsasən birinci tərəf bu müqaviləyə İkinci Tərəfin müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına görə birtərəfli qaydada xitam verə bilər. Müqavilə tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
3. Cavabdeh1 MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən Bu müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev X6 yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyini sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 32 m2 olan və layihədə "73" nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin (bundan sonra "Obyektin") - Birinci tərəfin onu İkinci tərəfə icarəyə verilməsinə dair və icarə müqaviləsi bağlamağı öz öhdəsinə götürməsinin, İkinci tərəfin gələcəkdə bağlanacaq əqdin dəyərini bir gismini qabaqcadan ödəməsinin və bu müqaviləyə əsasən X3rşısında öhdəliyini icra etməsinə təşkilati-hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına onların məsuliyyətinin əsaslarını və həddini nizamlayır. 2.1-ci bəndinə əsasən obyektin gələcəkdə İkinci Tərəfə icarəyə verilməsinə görə o, hər m2 üçün 3,33 manat hesablanaraq, aylıq 100 manat məbləğində pul vəsaiti ödəməlidir. Bu məbləğ Ticarət Mərkəzi istifadəyə veriləndən sonra hər ayın əvvəli ödənəcək. 2.2-ci bəndinə əsasən ödəniş milli valyuta olan manatla, nağd və ya köçürmə formasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən bu müqavilə 30 (otuz) il qüvvədə olacaq. 4.2-ci bəndinə əsasən İkinci tərəf: 4.2.1 Hər ayın əvvəlində müqavilə qiymətinə uyğun olaraq nəzərdə tutulmuş məbiəği Birinci tərəfə ödəmək; 4.2.2 Ticarət mərkəzinin ümumi nizam-intizam, mühafizə, təmizlik qaydalarına rəayət etmək; 4.2.3 İkinci Tərəf bu müqavilə imzalandıqdan sonra, onu öz adından, Birinci Tərəflə razılaşdırdığı başqa bir şəxsin adma rəsmiləşdirmək hüququna malikdir. 4.2.4 İkinci Tərəf obyekti sub-icarəyə vermə hüququna malikdir. 5.1-ci bəndinə əsasən bu müqaviləyə İkinci tərəfin könüllü razılığı əsasında xitam verilə bilər. 5.2-ci bəndinə əsasən birinci tərəf bu müqaviləyə İkinci Tərəfin müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına görə birtərəfli qaydada xitam verə bilər. Müqavilə tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
4. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh9 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10/100 hissəni (285,43 m2) 60000 manata alıcı - Cavabdeh9 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
5. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh5 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2) 30000 manata alıcı - Cavabdeh5 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
6. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh3 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2) 36000 manata alıcı - Cavabdeh3 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
7. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh4 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2) 30000 manata alıcı - Cavabdeh4 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
8. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh6 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2) 36000 manata alıcı - Cavabdeh6 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
9. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2) 36000 manata alıcı - Cavabdeh2 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 10.Cavabdeh1 MMC (satıcı) ilə Yerlikayalar Bulent (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2/100 hissəni (57,086 m2) 12000 manata alıcı - Yerlikayalar Bulentə satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.
11. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh13 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 15/100 hissəni (428,145 m2) 90000 manata alıcı - Cavabdeh13 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 12.Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh10 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10/100 hissəni (285,43 m2) 60000 manata alıcı - Cavabdeh10 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 13.Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh11 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 20/100 hissəni (570,86 m2) 120000 manata alıcı - Cavabdeh11 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 14.Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh8 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2) 30000 manata alıcı - Cavabdeh8 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 15.Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh12 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2) 30000 manata alıcı - Cavabdeh12 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 16.Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh7 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2) 30000 manata alıcı - Cavabdeh7 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir. 17.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri (mülkiyyətçiləri) aşağıdakılardır:
1. Cavabdeh10, payı – 285,43 m2, qeydiyyat tarixi – xx.xx.2019;
2. Cavabdeh2, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019;
3. Cavabdeh6, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019;
4. Cavabdeh5, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019;
5. Cavabdeh9, payı – 285,43 m2, qeydiyyat tarixi – xx.xx.2019;
6. Cavabdeh11, payı – 570,86 m2, qeydiyyat tarixi – xx.xx.2019;
7. Yerlikayalar Bulent, payı – 57,086 m2, qeydiyyat tarixi – xx.xx.2019;
8. Cavabdeh4, payı - 142,715 m2-dən ½ hissə
9. Cavabdeh3, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019;
10. Cavabdeh12, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019;
11. Cavabdeh7, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019;
12. X12, payı – 428,145 m2, qeydiyyat tarixi – xx.xx.2022;
13. X8, payı - 142,715 m2-dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2022;
14. X7, payı - 142,715 m2-dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2021;
15. Cavabdeh8, payı - 142,715 m2-dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2021;
18. Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, mülkiyyətçilər İddiaçı bildirmişlər ki, AR hüquqi şəxsi olan "xxxx" MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsi müddətsiz və əvəzsiz olaraq İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. AR Mülki Məcəlləsinin 747-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. İstifadəsində olan mağazaya mülkiyyətçilərin ehtiyacı yaranmış və eləcə də tərəfindən qeyd olunan mağaza üçüncü şəxslərin istifadəsinə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Məcəlləsinin 737-ci maddəsini rəhbər tutaraq bildirirlər ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsinin müddətsiz və əvəzsiz olaraq istifadəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X9 tərəfindən imzalanmışdır.
19. SS kodu 531752176AZ olan xx.xx.2019-cu il tarixli xəbərnaməli poçt zərfindən görünür ki, poçt zərfi İddiaçı göndərilsə də xəbərnamədən İddiaçı göndərişi alıb almadığı (imzaladığı) müəyyən edilmir. 20.Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, mülkiyyətçilər İddiaçı bildirmişlər ki, AR hüquqi şəxsi olan "xxxx" MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsi icarə müaviləsi əsasında İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Bildirirlər ki, icarəsində olan sahəyə görə uzun müddətdir ki, icarə haqqı ödənilmir, dəfələrlə edilmiş müraciətlər cavabsız qalmış və bağlanılmış müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq, Cavabdeh1 MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə bir tərəfli qaydada xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X9 tərəfindən imzalanmış və bildirişi 73 saylı mağazada subicarəçi işləyən Cavabdeh15 imzalamaqla qəbul etmişdir. 21.SS kodu 531752193AZ olan xx.xx.2019-cu il tarixli xəbərnaməli poçt zərfindən görünür ki, poçt zərfi İddiaçı yaşayış ünvanına göndərilsə də, xəbərnamədən İddiaçı göndərişi alıb-almadığı (imzaladığı) müəyyən edilmir. 22.Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, mülkiyyətçilər İddiaçı bildirmişlər ki, AR hüquqi şəxsi olan "xxxx" MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsi müddətsiz və əvəzsiz olaraq İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. AR Mülki Məcəlləsinin 747-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. İstifadəsində olan mağazaya mülkiyyətçilərin ehtiyacı yaranmış və eləcə də tərəfindən qeyd olunan mağaza üçüncü şəxslərin istifadəsinə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Məcəlləsinin 737-ci maddəsini rəhbər tutaraq bildirirlər ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsinin müddətsiz və əvəzsis olaraq istifadəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X9 tərəfindən imzalanmış və bildirişi 72 saylı mağazada subicarəçi işləyən Cavabdeh16 imzalamaqla qəbul etmişdir. 23.Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, mülkiyyətçilər İddiaçı bildirmişlər ki, AR hüquqi şəxsi olan "xxxx" MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsi icarə müaviləsi əsasında İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Bildirirlər ki, icarəsində olan sahəyə görə uzun müddətdir ki, icarə haqqı ödənilmir, dəfələrlə edilmiş müraciətlər cavabsız qalmış və bağlanılmış müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq, Cavabdeh1 MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə bir tərəfli qaydada xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X9 tərəfindən imzalanmışdır. 24.İcarəyə verən adından etibarnamə üzrə nümayəndə X9 ilə icarəçi Cavabdeh16 arasında 12 noyabr 2019-cu il tarixli 72 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış sahəsinin 15 m2 hissəsini təşkil edən 72 saylı mağazanı icarəçiyə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarə müddəti hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 12 noyabr 2019-cu il tarixdə imzalanır və 12 noyabr 2022-ci il tarixdə başa çatacaq. 2.2-ci bəndinə əsasən bu müqavilə 12 noyabr 2019-cu il tarixindən qüvvəyə minir. 2.3-cü bəndinə əsasən müddətin başa çatmasına 1 təqvim ayı qalmış icarəçi icarə müddətinin uzadılması barədə yazılı bildiriş təqdim etdikdə və icarəyə verən bu cür icarə müddətinin növbəti eyni müddətə artırılması barədə yazılı qaydada öz razılığını bildirdikdə icarə müddəti eyni və ya tərəflər arasında razılaşdırılmış digər müddətə uzadılmış hesab olunur. 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə bağlı icarəçi, bu icarənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər təqvim ayı üçün vergilər daxil olmamaqla 1750 manat məbləğində icarə haqqı ödəyəcək. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. 25.İcarəyə verənin adından etibarnamə üzrə nümayəndə X9 ilə icarəçi Cavabdeh15 arasında 12 noyabr 2019-cu il tarixli 73 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış sahəsinin 31,6 m2 hissəsini təşkil edən 73 saylı mağazanı icarəçiyə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarə müddəti hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 12 noyabr 2019-cu il tarixdə imzalanır və 12 noyabr 2022-ci il tarixdə başa çatacaq. 2.2-ci bəndinə əsasən bu müqavilə 12 noyabr 2019-cu il tarixindən qüvvəyə minir. 2.3-cü bəndinə əsasən müddətin başa çatmasına 1 təqvim ayı qalmış icarəçi icarə müddətinin uzadılması barədə yazılı bildiriş təqdim etdikdə və icarəyə verən bu cür icarə müddətinin növbəti eyni müddətə artırılması barədə yazılı qaydada öz razılığını bildirdikdə icarə müddəti eyni və ya tərəflər arasında razılaşdırılmış digər müddətə uzadılmış hesab olunur. 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə bağlı icarəçi, bu icarənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər təqvim ayı üçün vergilər daxil olmamaqla 3100 manat məbləğində icarə haqqı ödəyəcək. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
26. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 63 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 3 yaşayış binası vaxtıilə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla Birliyin tabeçiliyindəki 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istismarında olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 689 saylı Sərəncamı ilə "xxxx" şirkətinin xx.xx.2008-ci il tarixli, 36 saylı məktubunu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun texniki rəyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında həmin şirkətin istifadəsinə verilmişdir. Dilarə Əliyeva küçəsi 235 saylı yaşayış binasının yerində halhazırda inşa edilmiş hündürmərtəbəli yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir və yerində inşa edilmiş daşınmaz əmlak(lar) barədə onlarda məlumat yoxdur. 27.Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 689 saylı Sərəncamı ilə "xxxx" şirkətinin xx.xx.2008-ci il tarixli, 36 saylı məktubunu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun texniki rəyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında həmin şirkətin istifadəsinə verilməsi qərara alınmışdır.
28. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, Ticarət Mərkəzi ünvanında yerləşən **********-14001 kodlu mağaza Cavabdeh15 adına xx.xx.2013-cü il tarixdə uçota alınmışdır. 29.Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, Ticarət Mərkəzi ünvanında yerləşən **********-14001 kodlu mağaza Cavabdeh16 adına xx.xx.2019-cu il tarixdə uçota alınmışdır.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
30. İddiaçı Cavabdeh1 MMC-yə (Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən Ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat hesablanmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 235 saylı binanın həyətindəki 0,00312 ha torpaq sahəsində yerləşən 45 kv.m. sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi (qaraj) tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən əvəzli olaraq yerində hündürmərtəbəli bina tikmək məqsədi ilə alınmışdır. Hal-hazırda həmin qeyri-yaşayış sahəsinin yerində hündürmərtəbəli bina inşa edilmişdir. Tərəflər razılaşmışlar ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin əvəzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekL, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə, həmin ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsini isə 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat olmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmişdir. Lakin sonradan cavabdeh tərəf öz öhdəliklərini pozaraq iddiaçını oradan çıxarmış və mülkiyyət hüququnu həyata keçirməyinə maneçilik törədir, obyekti digər şəxslərin icarəsinə vermişdir. Məsələnin danışıqlar və məhkəmədən kənar yolla həlli də nəticə verməmişdir. Cavabdeh təşkilat iddiaçıya məxsus əvəzsiz və müddətsiz icarə hüququnun olmasına, mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, açıq-aşkar hüquqdan sui istifadə edərək ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməklə sonuncuya birbaşa maddi və mənəvi ziyan vuran hərəkətlər etmişdir. 32.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstusiyasının 13-cü maddəsinin İV bəndinə, 29-cu maddəsinin İ, İİ və İV bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9, 385.1, 385.2, 386.1, 425.1, 442, 560.1, 560.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2986/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
34. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş şəxslərin (əlavə) cavabdehlər qismində cəlb edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri- yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat hesablanmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
35. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İddia müddətinin tətbiqi barədə ərizə
36. Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh12 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə xx.xx.2019-cu ildə birtərəfli qaydada xitam verilmişdir. Həmin tarixdən etibarən İddiaçı istifadəsində olmuş mağazalar ilə maraqlanmamış, bildirişləri qanunla müəyyən edilmiş müdətlərlə mübahisələndirməmişdir. Odur ki, iddia iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir.
d) İşdə iştirak edən şəxslər və onların izahatları
37. Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh15 və Cavabdeh16 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
38. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş şəxslərin (əlavə) cavabdehlər qismində cəlb edilməklə) barədə ərizə icraata qəbul edilmiş və İddiaçı Cavabdeh1 MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və qeyriyaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi”tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iştiraklarına xitam verilmiş və həmin şəxslər əlavə (başqa) cavabdehlər qismində işə cəlb edilmişlər.
39. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
40. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh12 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 2019-cu ildə müqaviləyə xitam veriləndə iddiaçının bundan məlumatı olmuşdur, ona bildiriş göndərilmişdir, həmçinin iş üzrə digər cavabdehlər kimi çıxış edən şəxslər tərəfindən də ona məlumat verilmişdir, həmin cavabdehlər özləri də bunu məhkəmə iclasında təsdiq edəcəklər. İ Müqaviləyə 2019-cu ildə xitam verilmişdir və həmin vaxtdan onun bu mağazalarla əlaqəsi yoxdur. Nə kassa-aparatına dair, nə 2019-cu ildən bugünədək icarə haqqının ödənilməsinə dair sənəd təqdim edə bilir. Buna görə bildirişin alınmasına dair qəbzdə imzanın iddiaçının olubolmamasının iş üzrə heç bir əhəmiyyəti yoxdur. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mağazalar 2019-cu ilə kimi iddiaçının istifadəsində olmuşdur. İddiaçını icarə sahəsindən çıxartmaq kimi niyyətləri olmamışdır. Ona bildirilmişdir ki, icarə haqqını ödəmək niyyəti vardırsa icarə münasibətləri davam etdiriləcək, əks halda müqaviləyə xitam veriləcəkdir. Əvəzsiz istifadəyə verilən mağaza ilə bağlı iddiaçıya dəfələrlə bildirilmişdir ki, əvəzsiz istifadəyə verilmiş obyekt onun tərəfindən subicarəyə verilə bilməz. Bununla bağlı ona rəsmi qaydada bildirişlər göndərilmiş, lakin müəyyən olunmuş müddət ərzində İddiaçı tərəfindən heç bir reaksiya verilməmişdir. Bu səbəbdən ticarət obyektinin mülkiyyətçiləri tərəfindən kənardan icarəçi axtarılmamış və İddiaçı subicarəçiləri olmuş Cavabdeh15 və Cavabdeh16 ilə icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələr xx.xx.2019-cu ildə bağlanmış və bugünədək həmin şəxslərin icarəsindədir. 2019-cu ilin oktyabr ayından sonra İddiaçı tərəfindən onun istifadəsində olmuş icarə obyektlərinə dair hər hansı pretenziya daxil olmamışdır. O, müqavilələrin ləğv olunduğunu bilmiş və qanunla müəyyən edilmiş müddətdə bunu mübahisələndirməmişdir. İddiaçı müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini ötürmüşdür. Həmin mağazaların yerləşdiyi ticarət mərkəzi (28 May metrosunun yaxınlığında olan) sovet hakimiyyəti dövründən ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Sonradan 1998-ci ildə həmin ticarət mərkəzi bağlandı. Dövlət tərəfindən göstəriş verildi ki, ora yüksək səviyyədə təmir olunmalıdır. Təmir müddətində obyekt 10 ilə yaxın istifadəsiz qaldı, 2008-2009-cu illərdə əvvəl istifadəsinə, sonradan mülkiyyətinə keçdi. Vəkil həmçinin izahatında bildirmişdir ki, Sorğuya verilən cavabdan da görünür ki, İddiaçı mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı Cavabdeh1 MMC-nin əlaqəsi olmamışdır. Cavabdeh1 MMC hər hansı söküntü işlərini aparmamışdır, bu cür fəaliyyətin həyata keçirilməsi üçün lisenziyası da olmayıb. Adından göründüyü kimi daşınmaz əmlakın idarə etməsi ilə məşğul olan şirkət olmuşdur. Mağazaların sökülmüş obyektin əvəzinə əvəzsiz istifadəyə verilməsini qəti qəbul etmirlər. Həmçinin sorğulara verilən cavablardan da müəyyən olundu ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yerə dair sərəncam "xxxx" adlı MTK-ya verilmişdir. Cavabdeh1 MMC-nin təsisçiləri ilə "xxxx" MTK-nın təsisçiləri arasında hər hansı hüquqi və faktiki bağlılığı yoxdur. 41.Məhkəmə iclasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X5 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. 42.Məhkəmə iclasında Cavabdeh16 izahatında bildirmişdir ki, 2010-cu ildən 72 nömrəli mağazanı iddiaçı ilə bağladığı subicarə müqaviləsi əsasında işlətmişdir. 2019-cu ilin payız aylarında hazırki rəhbərlik tərəfindən dəvət olunduğu zaman onlara məktub təqdim edilmişdir. Həmin məktubda İddiaçı uzun müddət icarə haqqının ödəməməsi bildirilirdi. Məktubun bir nüsxəsi onlara verildi, bir nüsxəsi isə İddiaçı təqdim edilməsi üçün onlara verildi və həmin məktubu ona təqdim etmişlər. Bundan başqa onunla dəfələrlə telefonla əlaqə saxlamışlar, cavabı isə mağazanın onun olması və onu oradan heç kimin çıxara bilməyəcəyi olmuşdur. 2019-cu ildən sonra onu görməmişlər. Cavabdeh16 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2010-cu ildən 2019-cu ilə kimi aylıq icarə haqqı ilkin olaraq 1100 manat idi, sonradan arta-arta 1500 manata çatdırılmışdır. Məktubda olan əlyazma və imza ona məxsusdur. Həmin məktubun bir nüsxəsini İddiaçı çardırmışlar, bir nüsxəsi isə onlarda qalmışdır. Bu məktubu çatdıranda bildirdi ki, mağaza ona məxsusdur və heç kim onu mağazadan çıxara bilməz. 2019-cu ildən bu günə kimi İddiaçı tərəfindən nə mağazanın idarəçiliyi ilə bağlı, nə icarəsi ilə bağlı ona müraciət olunmamışdır. İstifadə etdiyi 72 saylı mağazada İddiaçı məxsus olan heç bir mal olmamışdır. Mağazanın vergi uçotuna alınmış qeydiyyatı öz adınadır. Məktubu (bildirişi) iddiaçıya çatdırılması üçün 2019-cu ilə kimi iddiaçının icarə haqqısını yığan Yaqub adlı şəxsə vermişlər. 43.Məhkəmə iclasında Cavabdeh15 izahatında bildirmişdir ki, 73 saylı mağazanı 2012ci ildən İddiaçı icarəyə götürmüşdü. 2019-cu ildə Cavabdeh1 MMC ona məlumat verdi ki, bir ay ərzində icarə şərtləri dəyişir və bunu İddiaçıla əlaqə saxlayıb bildirməyini istədilər. O da bunu whatsapp vasitəsilə bildirdi. Cavabında bu məsələni özüm həll edəcəyini, işləri ilə məşğul olmağı bildirdiDaha sonra Cavabdeh1 MMC yeni mülkiyyətçi olduğunu və icarə haqqının bundan sonra onlara ödənilməli olduğunu bildirmişdir. Daha sonra yeni icarə müqaviləsi bağladılar. Cavabdeh15 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 72 saylı mağaza vergi orqanında öz adına qeydiyyata alınmışdır. Ona qədər həmin mağazanın İddiaçı adına qeydiyyatı olmayıb. İcarə haqqını İddiaçı 2019-cu ilin payız aylarına kimi vermişdir. Müqavilənin ləğv edilməsi barədə bildirişdən məlumatı var idi, bunu ona bildirmişdilər. Mağazada ancaq onun malı olub. İddiaçı 2019-cu ildən sonra onlarla hər hansı əlaqə yaratmamışdır. 2012-ci ildən ilk olaraq 1500 manat, 2019-cu ildə 2000 manatdan artıq məbləğdə pul ödəyirdi. Hazırda 3100 manat icarə haqqı ödəyir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
44. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
45. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
46. AR Mülki Məcəlləsinin: - Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. - Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - Maddə 700.3.Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. - Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. - Maddə 737. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. - Maddə 372.1. başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - Maddə 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - Maddə 377.2. icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - Maddə 375.2.məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 390.2. müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. - Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. AR MPM-in: - Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 107.məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. - Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. 48.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binası (ticarət mərkəzi) Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətində olmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə həmin ticarət mərkəzinin 16 kv.m. sahəsi olan 72 saylı qeyri-yaşayış sahəsini (mağazanın) əvəzsiz olaraq istifadəyə verilməsinə dair müqavilə və 23.01. 2012-ci il tarixdə 32 kv.m sahəsi olan 73 saylı qeyri-yaşayış sahəsinin (mağazanın) icarəsinə dair icarə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan sonra 21 iyun 2019-cu il tarixdə Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh9, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Yerlikayalar Bulent, Cavabdeh13, Cavabdeh10, Cavabdeh11, Cavabdeh8, Cavabdeh12, Cavabdeh7 (alıcılar) arasında bağlanmış alqısatqı müqavilələrinə əsasən müvafiq olaraq ticarət mərkəzinin 10/100 hissəsi (285,43 m2) Cavabdeh9, 5/100 hissəsi (142,715 m2) Cavabdeh5, 6/100 (171,258 m2) hissəsi Cavabdeh3, 5/100 hissəsi (142,715 m2) Cavabdeh4, 6/100 hissəsi (171,258 m2) Cavabdeh6, 6/100 hissəsi (171,258 m2) Cavabdeh2 2/100 hissəsi(57,086 m2) Yerlikayalar Bulentə, 15/100 hissəsi (428,145 m2) Cavabdeh13,10/100 hissəni (285,43 m2) Cavabdeh10, 20/100 hissəsi (570,86 m2) Cavabdeh11n, 5/100 hissəsi (142,715 m2)- Cavabdeh8, 5/100 hissəsi (142,715 m2) Cavabdeh12, 5/100 hissəsi (142,715 m2) Cavabdeh7 satılmışdır. xx.xx.2019-cu il tarixdə yeni paylı mülkiyyətçilər İddiaçı xx.xx.2010-cu il tarixli və 23 yanvar 2012-ci il tarixli müqavilələrin ləğvi barədə bildirişlər göndərərək 12 oktyabr 2010-cu il tarixli əvəzsiz istifadə müqaviləsinə Mülki Məcəllənin 747-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə isə icarə haqqının ödənilməsi əsası ilə xx.xx.2019-cu iil tarixdən vaxtından əvvəl xitam veriləcəyini bildirmişlər. Bundan sonra 12 noyabr 2019-cu il tarixdə yeni mülkiyyətçilərlə müvafiq olaraq icarəçilər Cavabdeh16 və Cavabdeh15 arasında bağlanmış icarə müqavilələrinə əsasən 72 saylı mağaza Cavabdeh16, 73 saylı mağaza isə Cavabdeh15 icarəsinə verilmişdir. 49.Hazırda İddiaçı 72 nömrəli qeyri-yaşayış sahəsinin Cavabdeh16 icarəsinə verilməsi barədə 12 noyabr 2019-cu il tarixli və 73 nömrəli qeyri-yaşayış sahəsinin Cavabdeh15 icarəsinə verilməsi barədə icarə müqavilələrinin etibarsız hesab edilməsi, 72 və 73 nömrəli qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb edir. 50.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində 72 və 73 nömrəli mübahisəli qeyri-yaşayış sahələrinin mülkiyyətçilər tərəfindən müvafiq olaraq Cavabdeh16 və Cavabdeh15 icarəsinə verilməsinə dair 12 noyabr 2019-cu il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsinə dair iddia tələblərinin hüquqi əsaslarını dəqiq göstərməsə də, tələblərinin faktiki əsası kimi mübahisəli 72 və 73 nömrəli qeyri-yaşayış sahələrinin onunla əvvəlki mülkiyyətçi Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və 23.01. 2012-ci il tarixli müqavilələrə əsasən onun icarəsində olması faktına istinad etmişdir.
51. Halbuki iş materiallarından görünən odur ki, mübahisəli qeyri-yaşayış sahələrinin də daxil olduğu ticarət mərkəzi Cavabdeh1 MMC tərəfindən 13 fiziki şəxsə satıldıqdan sonra iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə əsaslanan öhdəlik hüquq münasibətləri yeni mülkiyyətçilərlə davam etdirilsə də, xx.xx.2019-cu il tarixdə yeni mülkiyyətçilər iddiaçıya ləğvetmə barədə bildirişlər göndərməklə həmin müqavilələrə birtərəfli qaydada xitam vermişlər. Müqavilələrin birtərəfli qaydada ləğvinin qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, eləcə də iddiaçı müqavilə münasibətlərinə xitam verilməsinə hər hansı bir formada etirazını bildirməmişdir. 52.Ləğvetmə bildirişləri ona çatdırılmadığından müqavilələrin ləğv edilməsi barədə məlumatlı olmaması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər ləğvetmə barədə bildirişi həmin iddiaçının yaşadığı ünvana, həm də icarə obyektinə göndərməklə müqavilələrin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadələrini qarşı tərəfə çatdırmaq vəzifələrini icra etmişlər. Digər tərəfdən iddiaçının xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrin ləğvindən sonrakı davranışı, o cümlədən, müqavilələrin birtərəfli qaydada ləğv edildiyi tarixdən iddiaçının mübahisəli qeyri-yaşayış sahələrindən istifadə etməməsini, eləcə də həmin qeyri-yaşayış sahələrində əvvəllər subicarəçi olmuş cavabdehlər Cavabdeh16 və Cavabdeh15 icarə haqqının ödənilməsini və ya subicarəçilərin həmin qeyri-yaşayış sahələrini boşaltmalarını tələb etməməsini nəzərə aldıqda iddiaçının onunla bağlanmış müqavilələrin ləğv edilməsi və mübahisəli qeyi-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri arasında icarə müqavilələrinin bağlanmasından məlumatlı olması şübhə doğurmur. 53.Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi mübahisəli qeyriyaşayış sahələrinin onun mülkiyyətində olmuş və Cavabdeh1 MMC tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 235 saylı binanın həyətindəki 0,00312 ha torpaq sahəsində yerləşən 45 kv.m. sahəsi olan 1 mərtəbəli qeyriyaşayış sahəsinin əvəzi olaraq onun istifadəsinə verilməsi barədə dəlillərə münasibətdə qeyd edir ki, iddiaçı istinad etdiyi yuxarıda göstərilən halları, yəni nə mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən sökülməsi, nə də mübahisəli qeyriyaşayış sahələrinin məhz sökülmüş sahənin əvəzi olaraq onun istifadəsinə verilməsini sübuta yetirə bilməmiş, eləcə də həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 689 saylı Sərəncamı ilə ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında "xxxx" şirkətinin istifadəsinə verilmişdir. Göründüyü kimi məktubun məzmunundan söküntü işlərinin "xxxx" şirkəti tərəfindən aparılmasını ehtimal etmək olar ki, həmin şirkətin isə Cavabdeh1 MMCnin əlaqəsinin olması iş materiallarına əsasən müəyyən edilmir. 54.Odur ki, 72 və 73 saylı qeyri-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə mübahisəli icarə müqavilələri bağlanarkən iddiaçı ilə Cavabdeh1 MMC arasında həmin qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə və əvəzsiz istifadə müqavilələrinə və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətlərinə artıq xitam verildiyindən, yəni həmin müqavilələr bağlanarkən İddiaçı mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı hər hansı əmlak hüququna malik olmadığından həmin qeyri-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə bağlanmış icarə müqavilələrinin etibarlığını mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir.
55. Belə olan halda İddiaçı cavabdehlərin xitam verilmiş, yəni hazırda mövcud olmayan öhdəliyinə əsaslanmaqla qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb etməkdə də haqlı olmamışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. 56.İddia tələbi əsassız olduğundan mübahisəyə iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 qarşı müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və qeyriyaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva