Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7450/2025 16.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ı İddiaçı MMC -nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X7 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC -nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində (0-cı səviyyə), ümumi sahəsi 73.46 kv.m. təşkil edən 11 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 10 mart 2023-cü il tarixli, 23/106 №-li Müqavilə üzrə 31 may 2024-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 2,044.67 AZN (iki min qırx dörd Azərbaycan manatı, altmış yeddi qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 40.45 AZN (qırx Azərbaycan manatı, qırx beş qəpik)məbləğində dövlət rüsumunun,cəmi ƏDV daxil 2,085.12 AZN (iki min səksən beş Azərbaycan manatı, on iki qəpik) məbləğinin Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh MMC (bundan sonra C“ avabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində (0cı səviyyə), ümumi sahəsi 73.46 kv.m. təşkil edən 11 nömrəli ofis sahəsinin (“X8lak(lar)”) icarəyə verilməsi haqqında 10 mart 2023-cü il tarixli, 23/106 №-li Müqavilə (bundan sonra “İcarə Müqaviləsi”) imzalanmışdır. İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən X8lak(lar) 28 mart 2023-cü il tarixindən etibarən (bundan sonra “Təhvil verilmə tarixi”) Cavabdehin istifadəsinə verilmiş və X8lak(lar)ı təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirmək, müvafiq əşya/avadanlıqlarla təchizetmək məqsədi ilə Cavabdehə İcarə Müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişi ilə bağlı 1 (bir) ay müddətinə möhlət verilmiş, həmin müddət ərzində Cavbdehdən müvafiq haqlar tutulmamışdır. İcarə Müqaviləsinin 2.2-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 28 aprel 2023-cü il tarixindən etibarən bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan X8lak(lar) üçünƏDV xaric 1,395.74 AZN (bir min üç yüz doxsan beş Azərbaycan manatı, yetmiş dörd qəpik) aylıq İcarə Haqqı,ƏDV xaric 146.92 AZN (bir yüz qırx altı Azərbaycan manatı, doxsan iki qəpik) aylıq Təmizlik və texniki xidmətlərə görə haqq,ƏDV xaric 73.46 AZN (yetmiş üç Azərbaycan manatı, qırx altı qəpik)aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,616.12 AZN (bir min altı yüz on altı Azərbaycan manatı, on iki qəpik) məbləğində haqqın Cavabdeh tərəfindən ödənilməsişərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2ci bəndinə əsasən Cavabdeh X8lak(lar)da İcarə Müddəti, o cümlədən X5 ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.5-ci bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin Müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cariayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində Cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və28 noyabr 2023-cü il tarixli, FMG-xx/xx/1248 №-li Pretenziya bildirişi ilə yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. Qeyd etmək istərdik ki, Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısınıalmaq niyyəti ilə İcarə Müqaviləsinin31 may 2024-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək İddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi Cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, Xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının Cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən dolayı İcarə Müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə Cavabdehə 14 iyun 2024-cü il tarixli, FMG-01/24/361 №-li Xitam və Pretenziya bildirişi ilə müraciət edilmiş və İcarə Müqaviləsinə həmin müqavilənin 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 31 may 2024-cü il tarixində (bundan sonra “Xitam tarixi”) İddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarə Müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən ikiardıcılmüddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 (iki) mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, X8lak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində Xitam tarixinə ümumilikdə ƏDV daxil 2,044.67 AZN (iki min qırx dörd Azərbaycan manatı, altmış yeddi qəpik) əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi Xitam və Pretenziya bildirişində də qeyd edildiyi kimi qanunvericiliyə və İcarə Müqaviləsinin müvafiq şərtlərinə əsasən Cavabdehi Xitam tarixinədək İcarə Müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən xitam və pretenziya bildirişinə də məhəl qoymamış Xitam tarixindən az qala 1 (bir) il 4 (dörd) aya yaxın müddət keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Qeyd etmək istərdik ki, Xitam razılaşmasında nəzərə tutulmuş əsas borcun 22.44 AZN məbləğində artımı məhz Cavabdeh tərəfindən istehlak edilmiş kommunal xidmət haqqı üzrə borcun sonradan nəzərə alınmasından irəli gəlir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində (0-cı səviyyə), ümumi sahəsi 73.46 kv.m. təşkil edən 11 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 10 mart 2023- cü il tarixli, 23/106 №-li Müqavilə üzrə 31 may 2024-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 2,044.67 AZN (iki min qırx dörd Azərbaycan manatı, altmış yeddi qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 40.45 AZN (qırx Azərbaycan manatı, qırx beş qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 2,085.12 AZN (iki min səksən beş Azərbaycan manatı, on iki qəpik) məbləğinin Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində (0-cı səviyyə), ümumi sahəsi 73.46 kv.m. təşkil edən 11 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 10 mart 2023-cü il tarixli, 23/106 №-li Müqavilə üzrə 31 may 2024-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 1998.35 AZN (bir min doqquz yüz doxsan səkkiz Azərbaycan manatı, otuz beş qəpik) İcarə haqqı, ƏDV daxil 45,96 (qırx beş Azərbaycan manatı, doxsan altı qəpik) istehlak edilmiş kommunal xidmətlərə görə haqq, habelə ödənilmiş 40.45 AZN (qırx Azərbaycan manatı, qırx beş qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 2,085.12 AZN (iki min səksən dörd Azərbaycan manatı, on iki qəpik) məbləğinin Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında 10 mart 2023-cü il tarixli, 23/106 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada (bundan sonra "Bina") aşağıdakı qeyri-yaşayış sahəsini (bundan sonra "X8lak(lar)") icarəçiyə İcarəyə verməyi, icarəçi isə X8lak(lar)ı qəbul edib, icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür: 1.1.1. Binanın 2-ci mərtəbəsində (0-cı səviyyə), sahəsi 73.46 kv.m. təşkil edən ofis sahəsi (11 №-li Ofis) - 2.1-ci bəndinə əsasən X8lak(lar) Tərəflər arasında imzalanan, X8!ak(lar)m vəziyyətini, o cümlədən həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə müfəssəl əks etdirən təhvil-təslim aktı və ya digər müvafiq sənəd əsasında 28 mart 2023-cü il tarixindən etibarən icarəçiyə təhvil verilir (bundan sonra "Təhvil verilmə tarixi"). X8lak(lar)ın təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirilməsi, müvafiq əşya/avadanlıqlarla təchiz edilməsi ilə əlaqədar olaraq Təhvil verilmə tarixindən etibarən 28 aprel 2023-cü H tarixinədək bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişinə möhlət verilir və həmin müddət ərzində icarəçidən müvafiq haqlar tutulmur. - 2.2-ci bəndinə əsasən Bu Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqlar 28 aprel 2023-cü il tarixindən etibarən hesablanmağa başlayır (bundan sonra "Başlama Tarixi") və icarə müddəti bu Müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə Təhvil verilmə tarixindən etibarən 1 (bir) il müddətinə müəyyən edilir (bundan sonra "İcarə Müddəti"). - 3.2-ci bəndinə əsasən Cavabdeh X8lak(lar)da İcarə Müddəti, o cümlədən X5 ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. - 3.5-ci bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. - 3.8-ci bəndinə əsasən həmin Müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cariayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. - 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. - 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində Cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 190.69 manat,xx.xx.2023-cü il tarixli 1907.02 manat,xx.xx.2023-cü il tarixli 1907.02 manat,xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2023-cü il tarixli 1907.02 manat, xx.xx.2024-cü il tarixli 1907.02 manat, xx.xx.2024-cü il tarixli 1907.02 manat, xx.xx.2024-cü il tarixli 1660.95 manat, xx.xx.2024-cü il tarixli 248.08 manat, xx.xx.2024-cü il tarixli 1907.02 manat, xx.xx.2024-cü il tarixli 1907.02 manat, xx.xx.2024-cü il tarixli 18.37 manat, xx.xx.2024cü il tarixli 20.35 manat, xx.xx.2024-cü il tarixli 22.55 manat, xx.xx.2024-cü il tarixli 26.62 manat, xx.xx.2024-cü il tarixli 23.54 manat, xx.xx.2024-cü il tarixli 20.79 manat, xx.xx.2023-cü il tarixli 22.11 manat, xx.xx.2023-cü il tarixli 21.01 manat, xx.xx.2024-cü il tarixli 27.95 manat, xx.xx.2024-cü il tarixli 26.29 manat, xx.xx.2024-cü il tarixli 22.11 manat, xx.xx.2024-cü il tarixli 21.34 manat, xx.xx.2024-cü il tarixli 23.87 manat, xx.xx.2024-cü il tarixli 18.37 manat, xx.xx.2024-cü il tarixli 4.07 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə EBDC 783040 nömrəli xx.xx.2023-cü il tarixli 190.69 manat, EBDE 680802 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDG 997475 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDK 675194 nömrəli xx.xx.2023-cü il tarixli 22.55 manat, EBDM 522465 nömrəli xx.xx.2023-cü il tarixli 26.62 manat, EBDO 948316 nömrəli xx.xx.2023-cü il tarixli 23.54 manat, EBDP 606842 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDR 797452 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDU 321936 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDW 528023 nömrəli xx.xx.2024-cü il tarixli 1907.02 manat, EBDY 090872 nömrəli xx.xx.2024-cü il tarixli 1907.02 manat, EBDZ 860348 nömrəli xx.xx.2024-cü il tarixli 1660.95 manat, EBEA 763404 nömrəli xx.xx.2024-cü il tarixli 246.08 manat, EBEB 325556 nömrəli xx.xx.2024-cü il tarixli 1907.02 manat, EBEC 726797 nömrəli xx.xx.2024-cü il tarixli 1907.02 manat, EBEE 309950 nömrəli xx.xx.2023-cü il tarixli 18.37 manat, EBDG 170577 nömrəli xx.xx.2023-cü il tarixli 18.37 manat, EBDİ 375492 nömrəli xx.xx.2023-cü il tarixli 20.35 manat, EBDJ 109013 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDL 215172 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat, EBDN 469334 nömrəli xx.xx.2023-cü il tarixli 1907.02 manat məbləğində elektron qaimələr göndərilmişdir.
13. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda müxtəlif ödənişlər edilmişdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC tərəfindən Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində (0-cı səviyyə), ümumi sahəsi 73.46 kv.m. təşkil edən 11 nömrəli ofis sahəsini icarəyə versə də,cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
20. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan elektron qaimələr,bank hesabından çıxarış məlumatlarına əsasən təsdiq edilir ki, 1998.35 manat borcu var.
21. Odur ki,məhkənə hesab edir ki,iddia ərizəsi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 1998.35 manat məbləğində icarə haqqı tutularaq iddiaçıya ödənnilməlidir.
22. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə ƏDV daxil 45,96 manat istehlak edilmiş kommunal xidmətlərə görə haqq məbləğində cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.Lakin həmin borca dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir.
23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.
24. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
25. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.
26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1998.35 manat əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova