Məhkəmə qərarları › İş №e-2-2(113)-7458/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7458/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7458/2024 18.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, MK00469- 16/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 696,61 manat, faiz borcu 0 manat, dəbbə pulu 0 manat, ümumilikdə 696,61 manat borc, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK00469-16/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə təyinatı dövriyyə vəsaitinin alınması və cari xərclər olmaqla, 18 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 20000 (iyirmi min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kreditlər verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıyla MKZ-00469-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçıyla MKZ2-00469-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 696,61 manat, faiz borcu 0 manat, dəbbə pulu 0 manat, cəmi borc 696,61 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, gecikməyə səbəb olmuşdur

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə MK-00469-16/21A nömrəli kredit müqaviləsi bağlanmışdır.

7. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə MK-00469- 16/21A nömrəli müqavilədən görünür ki, Cavabdeh3 bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir.

8. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKZ2- 00469-16/21A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00469-16/21A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKZ-00469- 16/21A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00469-16/21A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixə Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 696,61 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 696,61 manat borcu vardır.

11. "xxxx" ASC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11 iyul 2023-cü il tarixli, MXD-2023/2715 nömrəli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, MK-00469-16/21A nömrəli kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00469-16/21A nömrəli kredit müqaviləsinə görə Cavabdeh3 bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, MKZ2-00469-16/21A nömrəli və "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, MKZ-00469-16/21A nömrəli zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00469-16/21A nömrəli kredit müqaviləsinə dair razılaşma üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Beləliklə, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir.

15. İddia tələbini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 696,61 manat əsas borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 696,61 manat (altı yüz doxan altı manat altmış bir qəpik) əsas borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

17. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 696,61 manat (altı yüz doxan altı manat altmış bir qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat (otuz manat qırx qəpik) olmaqla, cəmi 727,01 manat (yeddi yüz iyirmi yeddi manat bir qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar