Məhkəmə qərarları › İş №e-2-2(113)-7460/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7460/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7460/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh Sadiq qızına qarşı “borcun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh borcalan X1 Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixindən 26 sentyabar 2024-cü il tarixinədək dövr üzrə 536 gününə 129197 manat məbləğdə əsas borcun gecikdirilməklə qaytarılmadan kreditdən istifadəyə görə illik 7% dərəcəsi ilə hesablanmış 13465 manat faiz borcunun və 86561 manat dəbə borcunun, ümumilikdə: 100026 manat məbləğində borcun və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsivə bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1№ li Əlavə əsasında 07 aprel 2023-cü il tarixindən 26 sentyabar 2024-cü il tarixinədək dövr üzrə 536 gününə 8576 ABŞ dolları məbləğində əsas borcun gecikdirilməklə qaytarılmadan kreditdən istifadəyə görəillik 26% dərəcəsi ilə hesablanmış 3319 ABŞ dolları faiz borcunun və 5500 ABŞ dolları dəbbə pulu borcunun ümumilikdə: 8840 ABŞ dolları borcun tutulmasına dair, borc tələbinin, K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı xx.xx.2014cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manatı satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair, cavabdeh borcalan X2 Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixindən 26 sentyabar 2024-cü il tarixinədək dövr üzrə 536 gününə 54185 manat məbləğdə əsas borcun gecikdirilməklə qaytarılmadan kreditdən istifadəyə görəillik 7% dərəcəsi ilə hesablanmış 5647 manat faiz borcunnun; 36000 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə 41950 manati borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixindən 26 sentyabar 2024-cü il tarixinədək dövr üzrə 536 gününə 2295 manat məbləğdə əsas borcun gecikdirilməklə qaytarılmadan kreditdən istifadəyə görə illik 7% dərəcəsi ilə hesablanmış 239 manat faiz borcunun, 3000 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə: 3239 manat məbləğində borcun tutulmasına dair, borc tələbinin, 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli, İ027/2014 saylı Sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-cü il tarixli, İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş Cavabdeh Sadiq qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manat satış (likvid) dəyərlə və cavabdeh X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair; ümumilikdə iddia tələbi üzrə hüquqi yardım üçün mediasiya prosesi üçün ödənilmiş 210 manatının və 450 manatı dövlət rüsumunun ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabdehlərə elektron qaydada çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Bundan başqa iddia ərizəsinin tərəflər bölməsində yalnız bir cavabdehin adı qeyd olunsa da, mətnin giriş hissədində cavabdehlər kimi X5, X4 və Cavabdeh Sadiq qızı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2 – ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh Sadiq qızına qarşı “borcun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı qəbzə əsasən ödənilmiş 450 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar