Məhkəmə qərarları › İş №e-2-2(113)-7460/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7460/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7460/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borc tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 19758,94 manat məbləğində əsas borcun, məhkəməyə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və göstərilən hüquqi yardıma görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı Group-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mülki iddia tələbi üzrə İddiaçı Group ilə cavabdeh “Encom Constructions” arasında 3 may 2024-cü il tarixli, 18 iyun 2024-cü il tarixli, 02/2024 saylı , 18 may 2024-cü il tarixli 07/2024 saylı, 07 oktyabr 2024cü il tarixli 02/2024 saylı icarə müqavilələri imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “Encom Constructions” cəmiyyətimiz tərəfindən Mitsubishi L-200, “Hyundai Santafe”, Mitsubishi L-200, Hyundai İX35 markalı avtomobillər onlara icarəyə verilmişdir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş avtomobilləri cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərini heç bir əsas olmadan yerinə yetirməkdən boyun qaçırmışdır və nəticədə 19758,94 manat borcu yaranmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 18933,94 manat əsas borcun, 825 (səkkiz yüz iyirmi beş) manat vurulmuş ziyanın, ödəniş 7 ay gecikdirildiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq illik 5% miqdarında hesablanmış 576,3 (beş yüz yetmiş altı manat otuz qəpik) manat gecikmə faizinin, məhkəməyə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun və göstərilən hüquqi yardıma görə 1 000 (bir min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı Groupun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 3 may 2024-cü il tarixli, 02/2024 nömrəli “İcarə müqaviləsi”-nə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyə verən" mülkiyyətində, eləcə də etibarnamə və ya müqavilə əsasında, həmçinin digər qanuni əsaslarla istifadəsində olan nəqliyyat vasitəsini: MİTSUBİSHİ L-200 markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, mühərrik, Ban MMBNGV540PH0İ5825, ağ rəngli, 2023 buraxılış ili olan avlomobili "İcarəçi’’nin istifadəsinə (idarə etməsinə) verməyi, "İcarəçi" isə "İcarəyə Verən”ə bu müqavilə əsasında müəyyən edilmiş icarə haqqını (icarə ödənişini) ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqllyyat vasitəsinin texniki cəhətdən saz və müvafiq standartlara uyğun vəziyyətdə "icarəçi”nin istifadəsinə (idarə etməsinə) verilməsini təmin etmək;

11. Müqavilənin 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin kasko və ya icbari sığortalanmasını təmin etmək;

12. Müqavilənin 2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin vaxtında texniki müayinədən keçirilməsini, sürtkü yağların və filtrlərinin vaxtında dəyişdirilməsini təmin etmək icarəyə verənin vəzifəsidir;

13. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar 1 aylıq icarə haqqına görə 2200 manat məbləğində pul vəsaitini "İcarəyə Verən"ə nağd və ya köçürmə yolu ilə ödənilməsini təmin etmək;

14. Müqavilənin 4.4 -ci bəndinə əsasən nəqliyyat vasitəsini təhvill-təslim aktına əsasən (avtomobilin mexanizmi, detalları və s.) tam texniki cəhətdən saz vəziyyətdə "İcarəyə verən"-ə qaytarmaq:

15. Müqavilənin 4.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı və ya istifadə müddətində kobud, qanunazidd istifadə, təqsiri və ya məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı nəticəsində hər hansı bir zədə dəyərsə, elxə də avtomobilin sənədləri, dövlət qeydiyyat nişanı və təhvil-təslim aktında göstərilən əşyalar itirilərsə, “icarəyə verən”-ə dəymiş ziyanı 5 (beş) gün müddətində ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir.

16. 03.05.2024-cü il tarixli Qiymət razılaşdırma protokoluna əsasən dövlət nişanlı 77YR561 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobilinin icarə qiyməti 2200 manat məbləğində müəyyən edilmişdir.

17. 03 may 2024-cü il tarixli Təhvl-təslim Aktına əsasən icraçı Tərəflər arasında imzalanmış “03” may 2024-cü il tarixli 02/2024 nömrali icarə müqaviləsinə əsasən dövlət nişanlı 77YR561 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobili Sifarişçiyə təhvil verilmişdir, Sifarişçi isə həmin dövlət nişanlı 77YR561 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobili İcraçıdan təhvil almışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 18 may 2024-cü il tarixli 07/2024 saylı “İcarə müqaviləsi”-nə əsasən:

19. Müqavilənin 1.1-ci bəndinə əsasən "İcarəyə Verən" mülkiyyətində, eləcə də etibarnamə və ya müqavilə əsasında, həmçinin digər qanuni əsaslarla istifadəsində olan nəqliyyat vasitəsini: HYUNDAİ İX 35 markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, mühərrik, Ban KM1İJU81EDFU0İ8464, ağ rəngli, 2014 buraxılış ili olan avtomobili “İcarəçi”nin istifadəsinə (idarə etməsinə) verməyi, “İcarəçi" isə "İcarəyə Verən"-ə bu müqavilə əsasında müəyyən edilmiş icarə haqqını (icarə ödənişini) ödəməyi öhdəsinə götürür.

20. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqllyyat vasitəsinin texniki cəhətdən saz və müvafiq standartlara uyğun vəziyyətdə "icarəçi”nin istifadəsinə (idarə etməsinə) verilməsini təmin etmək;

21. Müqavilənin 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin kasko və ya icbari sığortalanmasını təmin etmək;

22. Müqavilənin 2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin vaxtında texniki müayinədən keçirilməsini, sürtkü yağların və filtrlərinin vaxtında dəyişdirilməsini təmin etmək İcarəyə verənin vəzifələridir;

23. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar 1 aylıq icarə haqqına görə 1500 manat məbləğində pul vəsaitini "İcarəyə Verən"ə nağd və ya köçürmə yolu ilə ödənilməsini təmin etmək;

24. Müqavilənin 4.4 -ci bəndinə əsasən nəqliyyat vasitəsini təhvill-təslim aktına əsasən (avtomobilin mexanizmi, detalları və s.) tam texniki cəhətdən saz vəziyyətdə "İcarəyə verən"-ə qaytarmaq:

25. Müqavilənin 4.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı və ya istifadə müddətində kobud, qanunazidd istifadə, təqsiri və ya məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı nəticəsində hər hansı bir zədə dəyərsə, elxə də avtomobilin sənədləri, dövlət qeydiyyat nişanı və təhvil-təslim aktında göstərilən əşyalar itirilərsə, “icarəyə verən”-ə dəymiş ziyanı 5 (beş) gün müddətində ödənilməsini təmin etmək İcarəçinin vəzifəsidir.

26. 18.05.2024-cü il tarixli Qiymət razılaşdırma protokoluna əsasən HYUNDAİ İX 35 markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilinin icarə qiyməti 1500 manat məbləğində müəyyən edilmişdir.

27. 2024-cü il tarixli Təhvl-təslim Aktına əsasən icraçı tərəflər arasında imzalanmış “18" may 2024-cü il tarixli 07/2024 nömrəli İcarə müqaviləsinə əsasən dövlət nişanlı 77PN389 nömrəli HYLTNDAİ İX35 markalı minik avtomobili sifarişçiyə təhvil verilmişdir, Sifarişçi isə həmin dövlət nişanlı 77PN389 nömrəli HYUNDAİ İX35 markalı minik avtomobili İcraçıdan təhvil almışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

28. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 18 may 2024-cü il tarixli, 02/2024 saylı “İcarə müqaviləsi”-nə əsasən:

29. Müqavilənin 1.1-ci bəndinə əsasən "İcarəyə Verən" mülkiyyətində, eləcə də etibarnamə və ya müqavilə əsasında, həmçinin digər qanuni əsaslarla istifadəsində olan nəqliyyat vasitəsini: HYUNDAİ SANTAFE markalı. ** YG *** dövlət qeydiyyat nişanlı, mühərik . Ban KMHSH81BDAU55S045, ağ rəngli, 2009 buraxılış ili olan avtomobili "icarəçi"-nin istifadəsinə (idarə etməsinə) verməyi, “icarəçi" isə “İcarəyə Verən“ə bu müqavilə əsasında müəyyən edilmiş icarə haqqını (icarə ödənişini) ödəməyi öhdəsinə götürür.

30. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar 1 aylıq icarə haqqına görə 1500 manat məbləğində pul vəsaitini "İcarəyə Verən"ə nağd və ya köçürmə yolu ilə ödənilməsini təmin etmək;

31. Müqavilənin 4.4 -ci bəndinə əsasən nəqliyyat vasitəsini təhvill-təslim aktına əsasən (avtomobilin mexanizmi, detalları və s.) tam texniki cəhətdən saz vəziyyətdə "İcarəyə verən"-ə qaytarmaq:

32. Müqavilənin 4.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı və ya istifadə müddətində kobud, qanunazidd istifadə, təqsiri və ya məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı nəticəsində hər hansı bir zədə dəyərsə, elxə də avtomobilin sənədləri, dövlət qeydiyyat nişanı və təhvil-təslim aktında göstərilən əşyalar itirilərsə, “icarəyə verən”-ə dəymiş ziyanı 5 (beş) gün müddətində ödənilməsini təmin etmək İcarəçinin vəzifəsidir.

33. 18.05.2024-cü il tarixli Qiymət razılaşdırma protokoluna əsasən HYUNDAİ SANTAFE markalı. ** YG *** dövlət qeydiyyat nişanlı avtomobilinin icarə qiyməti 1500 manat məbləğində müəyyən edilmişdir.

34. 18.05.2024-cü il tarixli Təhvl-təslim Aktına əsasən icraçı tərəflər arasında imzalanmış "18" may 2024-cü il tarixil 05/2024 nömrəli İcarə müqaviləsinə əsasən dövlət nişanlı 77YG561 nömrəli Hyundai Santafe markalı minik avtomobili Sifarişçiyə təhvil verilmişdir, Sifarişçi isə həmin dövlət nişanlı 77YG561 nömrəli Hyundai Santafe markalı minik avtomobili İcraçıdan təhvil almışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

35. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış 07 oktyabr 2024-cü il tarixli 02/2024 saylı “İcarə müqaviləsi”-nə əsasən:

36. Müqavilənin 1.1-ci bəndinə əsasən "İcarəyə Verən" mülkiyyətində, eləcə də etibarnamə və ya müqavilə əsasında, həmçinin digər qanuni əsaslarla istifadəsində olan nəqliyyat vasitəsini: MİTSUBİSHİ L-200 marknlı, ** PD *** dövlət qeydiyyat nişanlı, mühərrik , Ban MMBJJKL10NH0721S9, ağ rəngli, 2022 buraxılış ili olan avtomobili “İcarəçi"-nin istifadəsinə (idarə etməsinə) verməyi, “İcarəçi" isə “icarəyə verən"-ə bu müqavilə əsasında müəyyən edilmiş icarə haqqını (icarə ödənişini) ödəməyi öhdəsinə götürür.

37. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar 1 aylıq icarə haqqına görə 2200 manat məbləğində pul vəsaitini "İcarəyə Verən"ə nağd və ya köçürmə yolu ilə ödənilməsini təmin etmək;

38. Müqavilənin 4.4 -ci bəndinə əsasən nəqliyyat vasitəsini təhvill-təslim aktına əsasən (avtomobilin mexanizmi, detalları və s.) tam texniki cəhətdən saz vəziyyətdə "İcarəyə verən"-ə qaytarmaq:

39. Müqavilənin 4.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı və ya istifadə müddətində kobud, qanunazidd istifadə, təqsiri və ya məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı nəticəsində hər hansı bir zədə dəyərsə, elxə də avtomobilin sənədləri, dövlət qeydiyyat nişanı və təhvil-təslim aktında göstərilən əşyalar itirilərsə, “icarəyə verən”-ə dəymiş ziyanı 5 (beş) gün müddətində ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir.

40. 07.10.2024-cü il tarixli Qiymət razılaşdırma protokoluna əsasən MİTSUBİSHİ L- 200 marknlı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilinin icarə qiyməti 1500 manat məbləğində müəyyən edilmişdir.

41. 2024-cü il tarixli Təhvl-təslim Aktına əsasən icraçı tərəflər arasında imzalanmış "07" oktyabr 2024-cü il tarixli 02/2024 nömrəli icarə müqaviləsinə əsasən dövlət nişanlı 77PD905 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobili Sifarişçiyə təhvil verilmişdir. Sifarişçi isə həmin dövlət nişanlı 77PD905 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobili İcraçıdan təhvil almışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

42. İddiaçı tərəfindən cavabdehə icarə haqqına dair 2024-2025-ci il tarixlərini əhatə edən dövr üzrə 26.758,94 manat məbləğində e-qaimələr göndərilmişdir.

43. 12.05.2025-ci il tarixli Qüsur Aktına əsasən dövlət nişanlı 77PD905 nömrəli MİTSUBİSHİ L-200 markalı minik avtomobilinin YNH-si nəticəsində 825 manat məbləğində ehtiyyat hissələri zədələnmişdir.

44. 01 dekabr 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh QSC-nin İddiaçı MMC-yə olan borcu 19758,90 manat məbləğində müəyyən edilmişdir.

45. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanladığı EN-423/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, aralarında bağlanmış 02/2024 nömrəli xx.xx.2024 tarixli icarə müqaviləsinə əsasən xx.xx.2024 tarixinədək 18934 AZN ödənişin ödənilməsinə Cavabdeh QSC tərəfindən zəmanət verilmişdir.

46. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

50. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

52. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

53. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

54. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

55. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında avtomobillərin icarəsinə dair müqavilələr bağlanmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən “İcarəyə verən" mülkiyyətində, eləcə də etibarnamə və ya müqavilə əsasında, həmçinin digər qanuni əsaslarla istifadəsində olan nəqliyyat vasitəsini: Mitsubishi L-200, “Hyundai Santafe”, Mitsubishi L-200, Hyundai İX35 markalı avtomobilləri "İcarəçi’’nin istifadəsinə (idarə etməsinə) verməyi, "İcarəçi" isə "İcarəyə Verən”ə bu müqavilə əsasında müəyyən edilmiş icarə haqqını (icarə ödənişini) ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.

56. Məhkəmə hesab edir ki, icarəyə verilən minik avtomobillərinin cavabdehə verilməsi və icarəyə görə borcun mövcüd olması təqdim olunmuş sübutlarla (e-qaimə, təhvil-təslim Aktları və cavabdehin borcun ödənilməsi barədə zəmanət məktubu) təsdiqini tapdığı üçün iddia tələbinin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə 3 may 2024-cü il tarixli, 02/2024 nömrəli, 18 may 2024-cü il tarixli 07/2024 saylı, 18 may 2024-cü il tarixli, 02/2024 saylı və 07 oktyabr 2024-cü il tarixli 02/2024 saylı icarə müqaviləsi üzrə 18933,94 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

57. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 576,30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

58. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

59. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

61. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 576,30 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.

62. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə tələb olunan faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

63. İddia tələbinin digər hissəsi - real zərər olaraq avtomobilin təmirinə görə təmir xərcinin tələb edilməsidir. Məhkəmə bu hissədə iddia ərizəsini əsassız və rədd edilməli olduğunu hesab edir.

64. Belə ki, iddiaçı tərəfindən sübut qismində yalnız tək tərəfli şəkildə tərtib edilmiş qüsur aktı təqdim edilmiş və nəqliyyat vasitəsinə cavabdeh tərəfindən hər hansı qüsurun yetirilməsi işdə olan sənədlərlə sübuta yetirilmir. Bundan əlavə, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə hər-hansı yol-nəqliyyat hadisəsinin törədilməsi və bunun nəticəsində nəqliyyat vasitəsinə zərərin vurulması iş materialları ilə müəyyən edilmir.

65. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1000 manat məbləğində vəkil xərci və 150 manat dövlət rüsumu ödənilmişdir.

66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 150 manat və vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 18933,94 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 576,3 manat faiz borcu olmaqla 19510,24 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 150 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar