Məhkəmə qərarları › İş №e-2-2(113)-7468/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7468/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7468/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X4rşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X4rşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İri şəhərlər X5 Xidməti” Publik hüquqi şəxsindən 304,09 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,4 manat, ümumilikdə isə 334,49 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X2 istifadəsində olan qeyri-yaşayış obyektinə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. Sözügedən qeyri-yaşayış obyektində xx.xx.2022-ci il tarixində subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. ünvan 2 ünvanında yerləşən X2 istifadəsində olan qeyri-yaşayış obyektinə dəyən maddi zərərə görə 597,00 manat məbləğində müəyyən edilmiş, 292 manat məbləğində azadolma məbləği və 0.91 manat əlavə sığorta haqqı çıxılmaqla 304,09 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubuna əsasən sözügedən qeyri-yaşayış obyekti binanın yarızirzəmisi hesab edilir. Məktubda qeyd edilir: “Baxış zamanı müəyyən etdik ki, binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində kanalizasiya suları sizin qeyriyaşayış sahəsinə dolmuş və nəticədə obyektin taxta döşəmələri islanaraq deformasiyaya uğramışdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərində müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar ASC tərəfindən xx.xx.2024- cü il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək ASC-ə iş üzrə hər hansı ödəniş daxil olmamışdır.

3. Cavabdehin etirazında göstərilmişdir ki, aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1,3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. Belə ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində sözügedən ünvanda baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişini cavabdeh "iri Şəhərlərin X5 Xidmətinin"public hüquqi şəxsindən tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisənin "iri Şəhərlərin X5 Xidmətinin"public hüquqi şəxsi ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Bildiririk ki, Yasamal Rayon Sukanal İdarəsinin vətəndaşa ünvanladığı xx.xx.2022- ci il tarixli 02/02-02-785 saylı məktubunda qeyd edilmiş hadisə ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparıldığını və kanalizasiya quyularmda hər hansı bir dolub-daşma hadisəsi aşkar edilmədiyi qeyd edilmişdir. "iri Şəhərlərin X5 Xidmətinin"public hüquqi şəxsi yalnız balansmda olan su təchizatı və kanalizasiya qurğularma xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edirik ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının 2.1, 2.1.1-ci maddələrinə əsasən: STKM-in vəzifələri aşağıdakılardır: balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək. "Sudan istifadə Qaydaları"nm 4.1, 4.1.4-cü maddələrinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. "Sudan istifadə Qaydaları"nın 5.3-cü maddəsinə əsasən Tərəflər müqavilədə nəzərdə tutulmuş Öhdəliklərin hər bir pozuntusu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu Öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, "iri Şəhərlərin X5 Xidmətinin"public hüquqi şəxsinin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlər bir daha sübut edir ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

4. İddiaının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC Cavabdeh-nə qarşı e-2-2(113)-7468/2024 saylı iş vardır. Xahiş edir ki, subqroqasiya qaydasında pulun tələbinə dair Cavabdeh-nə qarşı iddia ərizəsinə İddiaçı ASC-nin iştirakı olmadan baxıb, qətnamə qəbul edilsin.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. BB713374 saylı “daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə” əsasən X2 istifadəsində olan, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi sığortalanmışdır.

9. 05.11.2022-ci il tarixli CFİ-0143/2022 – AKT8022/22 saylı sığorta aktına əsasən ünvan 1 yerləşən X2 istifadəsində olan qeyri-yaşayış obyekti xx.xx.2022-ci il tarixdə subasma hadisəsinin baş verdiyini və 597 manat zərərin müəyyən edildiyi qeyd olunmuşdur.

10. 18.11.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfndən X3 304.09 manat məbləğində ödəniş edilmişdir.

11. AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubuna əsasən sözügedən qeyri-yaşayış obyekti binanın yarızirzəmisi hesab edilir. Məktubda qeyd edilir: “Baxış zamanı müəyyən etdik ki, binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində kanalizasiya suları sizin qeyriyaşayış sahəsinə dolmuş və nəticədə obyektin taxta döşəmələri islanaraq deformasiyaya uğramışdır”.

12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, RAZ ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən X2 istifadəsində olan qeyri-yaşayış obyektinə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. Sözügedən qeyri-yaşayış obyektində xx.xx.2022-ci il tarixində subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. ünvan 2 ünvanında yerləşən X2 istifadəsində olan qeyri-yaşayış obyektinə dəyən maddi zərərə görə 597,00 manat məbləğində müəyyən edilmiş, 292 manat məbləğində azadolma məbləği və 0,91 manat əlavə sığorta haqqı çıxılmaqla 304,09 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC sığortalı X3 ödədiyi 304,09 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir.

14. Cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X6 baş verən sığorta hadisəsinə görə məsuliyyət daşımadıqlarını bildirir.

15. Mülki Məcəllənin:

16. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən:

21. 2.1-ci STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır:

22. 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;

23. 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;

24. 9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər:

25. 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə;

26. 9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara;

27. 9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə;

28. 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına;

29. 9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına;

30. 9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına;

31. 9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına.

32. 9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar.

33. 9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir.

34. 9.13. İstehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKM-in texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.

35. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.

36. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.

37. Azərbaycan Respublikası MPM-nin:

38. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

43. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X4rşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar