Məhkəmə qərarları › İş №e-2-2(113)-749/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-749/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-749/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və faiz borcu, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dairKBMK 3859145B123 saylı Əlavəsi üzrə 18 sentyabr 2024-cü il tarixə "xxxx" ASC-yə20 084.14 (iyirmi min səksən dörd manat on dörd qəpik) manat əsas, 1 881.63 (min səkkiz yüz səksən bir manat altmış üç qəpik) manat faiz və 625.17 (altı yüz iyirmi beş manat on yeddi qəpik) manat cərimə olmaqla cəmi 22 590.94 (iyirmi iki min beş yüz doxsan manat doxsan dörd qəpik) manat kredit borcu və ödənilmiş 157.77 (yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh1 vəCavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəyə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 20% olmaqla 21 113.33 (iyirmi bir min yüz on üç manat otuz üç qəpik) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 sentyabr 2023-cü il tarixli ZM- KBMK3859145B123 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəyə əsasənbank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylımüqavilə üzrə 18 sentyabr 2024-cü il tarixə "xxxx" ASC-yə borcu20 084.14 (iyirmi min səksən dörd manat on dörd qəpik) manat əsas, 1 881.63 (min səkkiz yüz səksən bir manat altmış üç qəpik) manat faiz borcu və 625.17 (altı yüz iyirmi beş manat on yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 22 590.94 (iyirmi iki min beş yüz doxsan manat doxsan dörd qəpik) manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehlər (ayrı-ayrılıqda) bildirdilər ki, borc həqiqətən var, qəbul edirlər, sadəcə maliyyə çətinlikləri olduğu üçün borcu ödəməyiblər. Hissə-hissə borcu ödəyəcəklər.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəyə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 20% olmaqla 21113,33 manat kredit verilmişdir.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 sentyabr 2023-cü il tarixli ZM- KBMK3859145B123 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəyə əsasənbank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur.

8. 02.10.2024-cü il tarixli, 15/00722 maliyyə arayışına əsasən Cavabdeh1 KBSK3859145B123 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 20084,14 manat, faiz borcu 1881,63 manat və 625,17 manat cərimə olmaqla cəmi borcu 22590,94 manat təşkil edir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Kapital Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 və 27 sentyabr 2023-cü il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavənin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-cü il tarixli, 9/10683 saylı ekspert rəyinə əsasən cavabdehin banka borcu xx.xx.2024-cü il tarixə borcu 21771,14 manat (əsas borcu 20082,62, faiz borcu 1688,52 manat) olaraq müəyyən edilmişdir.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə əsas və faizi borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 625,17 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından 625,17 manat məbləğində məbləğində müəyyən edilməli və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 157,77 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

29. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,77 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 dekabr 2022-ci il tarixli, **********02122022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 27 sentyabr 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK 3859145B123 saylı Əlavəsi üzrə 18 sentyabr 2024-cü il tarixə olan 20 082,62 manat əsas borc, 1688,52 manat faiz borcu və 625,17 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,77 manat tutularaq İddiaçıASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar