Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-75/2020 29.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı “Turan Bank” açıq səhmdar cəmiyyətinin Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehdən xx xxxx 2015-ci il tarixli 325/H-15 saylı kredit müqaviləsi üzrə 689.631 manat əsas borca hesablanmış 5% məbləğində 88.465 manat 13 qəpik borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin borcun ipoteka qoyulmuş X1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 31 saylı binanın zirzəmisi və 1-ci mərtəbəsində yerləşən 532.9 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış sahəsinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunacaq vəsait hesabına iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehdən xx xxxx 2015-ci il tarixli 325/H-15 saylı kredit müqaviləsi üzrə 689.631 manat əsas borca hesablanmış 5% məbləğində 88.465 manat 13 qəpik borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin borcun ipoteka qoyulmuş X1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 31 saylı binanın zirzəmisi və 1-ci mərtəbəsində yerləşən 532.9 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış sahəsinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunacaq vəsait hesabına iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı “Turan Bank” açıq səhmdar cəmiyyətinin Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehdən xx xxxx 2015-ci il tarixli 325/H-15 saylı kredit müqaviləsi üzrə 689.631 manat əsas borca hesablanmış 5% məbləğində 88.465 manat 13 qəpik borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin borcun ipoteka qoyulmuş X1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 31 saylı binanın zirzəmisi və 1-ci mərtəbəsində yerləşən 532.9 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış sahəsinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunacaq vəsait hesabına iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-75/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-75/2020
29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver