Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-751/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı cəmi 1.601.214,34 ABŞ dollarının, 971.584,41 ABŞ dolları əsas, 311.553,59 ABŞ dolları faiz, 318.076,34 ABŞ dolları cərimə borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 119.7 kv.m yaşayış, 230.3 kv.m köməkçi sahədən ibarət 31/4064 nömrəli bağ evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin bağ evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı cəmi 1.601.214,34 ABŞ dollarının, 971.584,41 ABŞ dolları əsas, 311.553,59 ABŞ dolları faiz, 318.076,34 ABŞ dolları cərimə borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 119.7 kv.m yaşayış, 230.3 kv.m köməkçi sahədən ibarət 31/4064 nömrəli bağ evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin bağ evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda 24.06.2021-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: İş üzrə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti MPM-in 5.4-cü, 52-ci və 191-ci maddələrini nəzərə alaraq aralarında olan mübahisəni aşağıdakı məzmunda barışıq sazişi ilə bitirməyi qərara alıb məhkəmədən həmin Barışıq sazişini təsdiq etməyi xahiş edirlər. Bu “Borc məbləğinin ödənilməsinə dair Saziş” (bundan sonra Saziş) bir tərəfdən hüquqi ünvanı Bakı şəhəri, Bülbül prospekti 40, faktiki ünvanı Bakı şəhəri Babək prospekti 16 ünvanında yerləşən, VOEN **********, Ləqv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərın Sığortalanması Fondu nun (bundan sonra Fond) icraçı direktoru X1 şəxsində, digər tərəfdən “Bakı Şərab-2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cavabdeh) adından idarə X2 Rabıl Abış oglu arasında aşağıdakı şərtlərlə imzalanır.
1. SAZİŞİN PREDMETİ 1.1. Sazişin predmetini İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 24.07.2015-ci il tarixli, 122/0- USD saylı “Kredit Müqaviləsi”nə əsasən yaranmış 971584,14 (doqquz yüz yetmiş bir min beş yüz səksən dord ABŞ dolları 14 sent) ABŞ dolları əsas, 150000 (bir yüz əlli min ABŞ dolları) ABŞ dolları faiz borcun (24 iyun 2021 -ci il tarixindən 1 USD=1,30 AZN kursla hesablanmaqla) ödənilməsi üzrə şərtlərin qarşılıqlı təsdiq edilməsi təşkil edir. 1.2. Müqavilə üzrə öhdəliyin təminatı aşağıdakılardır: 1.2.1. Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 119.7 kv.m yaşayış, 230.3 kv.m köməkçi sahədən ibarət 31/4064 nömrəli bağ evi.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.1. BORCLUNUN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.1.1. Sazişin imzalandığı gündən 10 gün ərzində ümumi borc məbləğindən 50000 (əlli min) manat ilkin ödənişi Fondun müvafiq bank hesabına ödənilir. 2.1.2. Saziş 48 ay müddətinə bağlanır. İlk 36 ay ərzində hər ay 20000 (iyirmi min) manatdan az olmamaq şərti ilə, sonuncu 12 ay ərzində qalıq borc tam ödəniləcək. 2.1.3. Bu saziş imzalandıqdan sonra hər növbəti ayın ilk 15 (on beş) günü ərzində ödəniş olunur və təqvim ayının sonuna qədər ay ərzində ödənilmiş ümumi məbləğ və qalıq borc məbləği üzrə Fond və Cavabdeh arasında qarşılıqlı üzləşmə aparılır. 2.2. FONDUN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.2.1. Cavabdeh bu saziş üzrə öhdəliyini tam icra etdikdən sonra İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 24.07.2015-ci il tarixli, 122/0-USD saylı “Kredit Müqaviləsi” üzrə kredit verən tərəfindən İpoteka müqaviləsində cavabdehə məxsus əmlakın ipoteka üzrə yüklülüyü ləğv olunur və əmlak Cavabdehin tam mülkiyyətində qalır.
3. KONFİDENSİALLİQ 3.1. Hər iki Tərəf digər Tərəfdən aldığı konfidensial hesab olunan məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 3.2. Konfidensial məlumatın Üçüncü tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız Tərəflərin qarşılıqlı yazılı razılığı ilə aparıla bilər.
4. FORS MAJOR 4.1. Tərəflər əvvəlcədən olacağını təxmin etmədikləri, və mümkün olan tədbirlərlə vaxtında həll edə bilmədikləri qarşısıalınmaz (fors-major) fövqəladə hallarda üzərlərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirə bilmədiklərinə görə məsuliyyət daşımırlar. 4.2. Mövcud Müqavilədə qarşısıalınmaz qüvvə dedikdə təbii fəlakətlər, (zəlzələ, daşqın, meşə yanğınları, tayfunlar və s.) hərbi vəziyyət, vətəndaş iğtişaşları, inqilablar, embarqolar və Tərəflərin iradəsindən asılı olmayan digər bu kimi hallar nəzərdə tutulur.
5. ƏLAVƏ VƏ DÜZƏLİŞLƏR 5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Sazişə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər. 5.2. Qeyd olunan Protokollar hər iki Tərəfin imzaladığı andan qüvvəyə minir.
6. MÜBAHİSƏLƏRİN HƏLLİ 6.1. Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı Müqavilədən irəli gələn və ya ona aid olan hər-hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər. 6.4. Cavabdeh tərəfindən ödənişlər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda dondurulmuş faiz və cərimələr bərpa edilərək cavabdeh tərəfindən yeni qrafik üzrə ödənişlər çıxılmaqla cavabdehdən borcun ödənilməsi üçün fond bildiriş vermədən dərhal hazırki sazişin icraya yönəldilməsi məqsədilə sazişi təsdiq edən məhkəməyə müraciət edə və borcun 1.2.1 bəndində qeyd olunan girov predmetinin açıq hərrac vasitəsilə realizə olunması hesabına ödənilməsini tələb edə bilər.
7. MÜQAVİLƏNİN MÜDDƏTİ 7.1. Hazırkı Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin müddəti tərəflər öz öhdəliklərini tam yerinə yetirənə (1-ci bənddə qeyd edilən məbləğ tam ödənilənə) qədər davam edir. 7.2. Bu müqavilə üzrə Borclu üzrlü səbəb olmadan iki ay ardıcıl olaraq aylıq məbləğini Fondun hesabına ödəmədiyi təqdirdə müqavilə ləğv olunmuş hesab olunur, lakin o zamana qədər ödənilmiş məbləğ ümumi borcdan çıxılır. 7.3. Bu müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə təsdiqlənərək, bir nüsxəsi Fondda, digər nüsxəsi isə Borcluda saxlanılır. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bu “Borc məbləğinin ödənilməsinə dair Saziş” (bundan sonra Saziş) bir tərəfdən hüquqi ünvanı Bakı şəhəri, Bülbül prospekti 40, faktiki ünvanı Bakı şəhəri Babək prospekti 16 ünvanında yerləşən, VOEN **********, Ləqv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «Əmanətlərın Sığortalanması Fondu nun (bundan sonra Fond) icraçı direktoru X1 şəxsində, digər tərəfdən “Bakı Şərab-2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cavabdeh) adından idarə X2 Rabıl Abış oglu arasında aşağıdakı şərtlərlə imzalanır.
1. SAZİŞİN PREDMETİ 1.1. Sazişin predmetini İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 24.07.2015-ci il tarixli, 122/0- USD saylı “Kredit Müqaviləsi”nə əsasən yaranmış 971584,14 (doqquz yüz yetmiş bir min beş yüz səksən dord ABŞ dolları 14 sent) ABŞ dolları əsas, 150000 (bir yüz əlli min ABŞ dolları) ABŞ dolları faiz borcun (24 iyun 2021 -ci il tarixindən 1 USD=1,30 AZN kursla hesablanmaqla) ödənilməsi üzrə şərtlərin qarşılıqlı təsdiq edilməsi təşkil edir. 1.2. Müqavilə üzrə öhdəliyin təminatı aşağıdakılardır: 1.2.1. Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 119.7 kv.m yaşayış, 230.3 kv.m köməkçi sahədən ibarət 31/4064 nömrəli bağ evi.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.1. BORCLUNUN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.1.1. Sazişin imzalandığı gündən 10 gün ərzində ümumi borc məbləğindən 50000 (əlli min) manat ilkin ödənişi Fondun müvafiq bank hesabına ödənilir. 2.1.2. Saziş 48 ay müddətinə bağlanır. İlk 36 ay ərzində hər ay 20000 (iyirmi min) manatdan az olmamaq şərti ilə, sonuncu 12 ay ərzində qalıq borc tam ödəniləcək. 2.1.3. Bu saziş imzalandıqdan sonra hər növbəti ayın ilk 15 (on beş) günü ərzində ödəniş olunur və təqvim ayının sonuna qədər ay ərzində ödənilmiş ümumi məbləğ və qalıq borc məbləği üzrə Fond və Cavabdeh arasında qarşılıqlı üzləşmə aparılır. 2.2. FONDUN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 2.2.1. Cavabdeh bu saziş üzrə öhdəliyini tam icra etdikdən sonra İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 24.07.2015-ci il tarixli, 122/0-USD saylı “Kredit Müqaviləsi” üzrə kredit verən tərəfindən İpoteka müqaviləsində cavabdehə məxsus əmlakın ipoteka üzrə yüklülüyü ləğv olunur və əmlak Cavabdehin tam mülkiyyətində qalır.
3. KONFİDENSİALLİQ 3.1. Hər iki Tərəf digər Tərəfdən aldığı konfidensial hesab olunan məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 3.2. Konfidensial məlumatın Üçüncü tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız Tərəflərin qarşılıqlı yazılı razılığı ilə aparıla bilər.
4. FORS MAJOR 4.1. Tərəflər əvvəlcədən olacağını təxmin etmədikləri, və mümkün olan tədbirlərlə vaxtında həll edə bilmədikləri qarşısıalınmaz (fors-major) fövqəladə hallarda üzərlərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirə bilmədiklərinə görə məsuliyyət daşımırlar. 4.2. Mövcud Müqavilədə qarşısıalınmaz qüvvə dedikdə təbii fəlakətlər, (zəlzələ, daşqın, meşə yanğınları, tayfunlar və s.) hərbi vəziyyət, vətəndaş iğtişaşları, inqilablar, embarqolar və Tərəflərin iradəsindən asılı olmayan digər bu kimi hallar nəzərdə tutulur.
5. ƏLAVƏ VƏ DÜZƏLİŞLƏR 5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Sazişə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər. 5.2. Qeyd olunan Protokollar hər iki Tərəfin imzaladığı andan qüvvəyə minir.
6. MÜBAHİSƏLƏRİN HƏLLİ 6.1. Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı Müqavilədən irəli gələn və ya ona aid olan hər-hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər. 6.4. Cavabdeh tərəfindən ödənişlər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda dondurulmuş faiz və cərimələr bərpa edilərək cavabdeh tərəfindən yeni qrafik üzrə ödənişlər çıxılmaqla cavabdehdən borcun ödənilməsi üçün fond bildiriş vermədən dərhal hazırki sazişin icraya yönəldilməsi məqsədilə sazişi təsdiq edən məhkəməyə müraciət edə və borcun 1.2.1 bəndində qeyd olunan girov predmetinin açıq hərrac vasitəsilə realizə olunması hesabına ödənilməsini tələb edə bilər.
7. MÜQAVİLƏNİN MÜDDƏTİ 7.1. Hazırkı Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin müddəti tərəflər öz öhdəliklərini tam yerinə yetirənə (1-ci bənddə qeyd edilən məbləğ tam ödənilənə) qədər davam edir. 7.2. Bu müqavilə üzrə Borclu üzrlü səbəb olmadan iki ay ardıcıl olaraq aylıq məbləğini Fondun hesabına ödəmədiyi təqdirdə müqavilə ləğv olunmuş hesab olunur, lakin o zamana qədər ödənilmiş məbləğ ümumi borcdan çıxılır. 7.3. Bu müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə təsdiqlənərək, bir nüsxəsi Fondda, digər nüsxəsi isə Borcluda saxlanılır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev