Məhkəmə qərarları › İş №e-2-2(113)-7514/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7514/2025

05.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7514/2025 05.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCilə iddiaçı M-TRANS (VÖEN7-********) arasında xidmətinin göstərilməsinə dair xx.xx.2025-ci il tarixli, 002/2025№-li müqaviləsinə əsasən olan əsas borc 15.130 AZN (on beş min bir yüz otuz), 5000 dəbbə pulu ödənişi ümumilikdə 20130 AZN (iyirmi min bir yüz otuz) borcun, və ödənilmiş 152 azn dövlət rüsumun alınaraq iddiaçı "M-TRANS (VÖEN7- ********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı M- TRANS (VÖEN7********) arasında Alqı-Satqı müqaviləsinə əsasən xidmətinin göstərilməsinə dair 22 yanvar 2025-ci il tarixli, 2201/004/2025 nömrəli daşıma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC-nin verdiyi sifarişlər əsasında daşıyıcı M-TRANS daşıma müqaviləsinə qeyd edilən malların daşıma xidmətini yerinə yetirilməsini təşkil edir və bu xidmət müqabilində sifarişçi "xxxx" ASC satıcıya malın dəyərini ödəyir. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Bu müqaviləyə əsasən Alıcı Satıcının hesabına 10 gün ərzində ödənişi etməlidir. Lakin Sifarişçi "xxxx" ASC hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı M-TRANS (VÖEN-7********) olan əsas borc 15.130 AZN (on beş min bir yüz otuz)ödənilməyən günlər üçün hesablanmış 5000 (beş min) dəbbə pulunun ödənişi bu günədək həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTT barədə ərizə verildikdən sonra cavabdeh tərəfindən ödəniş olunmamışdır. Bu müqavilədən əvvəl də tərəflər arasında əməkdaşlıq mövcud olmuşdur, əvvəlki əməkdaşlığa dair ödəniş sənədləri sistemə əlavə olunmuşur. İddia tələbi 27 yanvar 2025ci il tarixli, 8 yanvar 2025-ci il tarixli, 27 yanvar tarixli 3 qaimə üzrədir. Boş dayanma ilə bağlı sübutumuz yoxdur, sürücü çeki itirib, lakin qarşı tərəf bu halı inkar etmir. İş üzrə 3 CMR mövcuddur.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 2201/004/2025№-li daşıma müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən İcraçı Sifarişçinin mallarını (müvafiq mallar) soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır, Sifarişçi isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini İcraçıya ödəyir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınma şərtləri, təyinat məntəqələri, daşınacaq malların həcmi, çeşidi, qiyməti, tərkibi və digər əlamət və xarakterik xüsusiyyətləri, o cümlədən ödəniş şərtləri və çatdırılma müddəti bu müqavilənin tərkib hissəsi olan Əlavə razılaşmalarla müəyyən olunacaqdır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçının aşağıdakı hüquqları vardır:

11. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Sifarişçidən tələb etmək;

12. Müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.

13. Müqavilənin 2.1.3-cü bəndinə əsasən yüklənən mallara aid müvafiq sənədləri tələb etmək (mənşə sertifikatı və digər müvafiq sənədlər, əgər varsa).

14. Müqavilənin 2.1.4-cü bəndinə əsasən daşınan yüklərin Tempuratur rejmi ilə bağlı Sifarişçi İcraçıya yazılı qaydada müvafiq bildiriş təlimatı verməlidir.

15. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçının aşağıdakı vəzifələri vardır:

16. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mal yükləndikdən sonra təyinat nöqtəsində təhvil verilənə qədər bütün məsuliyyət İcraçı üzərindədir.

17. Müqavilənin 2.2.2-ci bəndinə əsasən icraçı yüklənmiş malı müəyyən edilmiş vaxt və Sifarişçi tərəfindən yazılı formada İcraçıya təqdim olunmuş saxlama temperaturu şərtləri daxilində təyinat nöqtəsinə çatdırmağı öz öhdəsinə götürür.

18. Müqavilənin 2.2.3-cü bəndinə əsasən müqavilənin 2.2.3-cü bəndi lazımi şəkildə yerinə yetirilmədiyi təqdirdə İcraçı mallara ekspertiza qurumunun müvafiq rəyi ilə dəymiş zərəri invoys dəyəri əsasında 30 iş günü ərzində Sifarişçiyə ödəyir.

19. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçinin aşağıdakı hüquqları vardır:

20. Müqavilənin 2.3.1-ci bəndinə əsasən əgər İcraçı daşınmış malları Sifarişçiyə verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina edərsə razılaşdırılmış daşıma qiymətinin 10% əlavə istehsal xərcləri kimi Sifarişçi tərəfindən “İcraçıya”ya ödənilməlidir.

21. Müqavilənin 2.3.2-ci bəndinə əsasən icraçı Sifarişçi tərəfindən və aidiyyatı orqanlar tərəfindən qoyulmuş plomblun toxunulmamamzlığına və qorunmasına məsuliyyət daşıyır. Plobun pozulmasında müvafiq nöqsanlar aşkarlanarsa çatışmayan malların invoys dəyəri həcmində İcraçı məsuliyyət daşıyır.

22. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçinin aşağıdakı vəzifələri vardır:

23. Müqavilənin 2.4.1-ci bəndinə əsasən malların yük maşınına yüklənməsini təmin etmək.

24. Müqavilənin 2.4.2-ci bəndinə əsasən bu müqavilə əsasında müəyyənləşdirilmiş pul məbləğinin 30 % hissəsini əvvəlcədən (avans kimi), qalan məbləği isə mallar təhvil verildikdən sonra İcraçıya ödəmək;

25. Müqavilənin 2.4.3-cü bəndinə əsasən bu Müqavilə və onun Əlavələri ilə daşman malların vaxtında çatdırılmasını tələb etmək;

26. Müqavilənin 2.4.4-cü bəndinə əsasən bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

27. Müqavilənin 2.4.5-ci bəndinə əsasən sifarişçi Yükləmə (boşaltma) zamanı nəqliyyat vasitəsinin boş dayanmasına yol verməmək, Norma üzrə boş dayanma 48 saatdan artıq olmamalıdırlar, əks hala hər gün üçün İcraçıya 100 usd (qiymət təklifinin valyutasına əsasən) sifarişçi tərəfindən ödəniləcəkdir.

28. Müqavilənin 3.2.8-cı bəndinə əsasən sifarişi tərəfindən Yükün düzgün sənədləşdirilməməsi üzündən Respublika sərhəddindən buraxılmadıqda gömrük orqanlarında məsələni nizamlamaq, səndləşmə düzgün tərtib edilmədiyinə görə dayanma günlərinə görə İcraçıya 100 dolları cərimə ödəmək.

29. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı Müqaviləyə uyğun olaraq Sifarişçi tərəfindən mallar yükləndikdən sonra Əlavədə göstərilən təyinat məntəqəsində qeyd edilmiş müddət ərzində malları Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür.

30. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Sifarişçiyə təqdim etməlidir.

31. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş 100% həcmində mallar təhvil verildikdən sonrakı 30 iş günündən gec olmayaraq İcraçıya ödənilir. Əks halda hər gecikən gün üçün ümumi məbləğin 0.5 faizi həcmində İcraşıya Sifarişçi tərəfindən dəbbə pulu ödənəcəkdir.

32. Müqavilənin 4.2-ci bəndinə əsasən malların Sifarişçiyə təhvil verilməsi ilə bağlı öhdəlik İcraçı tərəfindən lazımınca yerinə yetirilmədikdə və bu hal müvafiq sənədlərdə öz əksini tapmaqla Sifarişçi tərəfində İcraçıya 10 iş günü ərzində yazılı şəkildə bildirilərsə, Sifarişçi həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.

33. İddiaçı tərəfindən göstərilmiş daşıma xidmətinə dair xx.xx.2025-ci il tarixli (seriya: MT2501) 10307598 saylı daşıma xidmətinə görə 5100 manat məbləğində, boş dayanmaya görə 170 manat məbləğində, xx.xx.2025-ci il tarixli (seriya: MT2501) 11730400 saylı daşıma xidmətinə görə 4930 manat məbləğində, xx.xx.2025-ci il tarixli (seriya: MT2501) 11730391 saylı daşıma xidmətinə görə 4930 manat məbləğində eqaimlər cavabdehə göndərilmişdir.

34. 011 nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən "xxxx" MMC-nin yükü xx.xx.2024cü il tarixində, 025 nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən "xxxx" MMC-nin yükü xx.xx.2025-ci il tarixində, 024 nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən "xxxx" MMC-nin yükü xx.xx.2025-ci il tarixində Moskva şəhərinə çatdırılmışdır. Daşımanın həyata keçirilməsi ilə bağlı CMR-lər (beynəlxalq qaimələr) cavabdeh "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

35. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixə olan borc məbləği 15130 manat təşkil edir.

36. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

39. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

40. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

41. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

42. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

43. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

44. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli daşıma müqaviləsi bağlanmış və müqavilənin Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən İcraçı Sifarişçinin mallarını (müvafiq mallar) soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır, Sifarişçi isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini İcraçıya ödəyir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdehin həmin xidmətlərə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdehin EMİS-də elektron kabinetinin olmasına baxmayaraq iddiaya dair hər hansı yazılı və ya məhkəmə iclaslarında iştirak edərək şifahi etirazını bildirməmişdir. Yalnız iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etdikdən və məhkəmə tərəfindən təmin edildikdən sonra həmin qərardaddan şikayət vermişdir.

45. İddiaçı 15130 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir və izahatından və e-qaimələrdən müəyyən edildi ki, daşıma xidmətlərinə görə yaranmış borc məbləği 14960 manat və müqaviləyə əsasən boşdayanmaya görə 170 manat tələb olunur. Lakin, məhkəmə qeyd edir ki, daşıma xidmətinin göstərilməsi iş materialları ilə öz təsdiqini tapsa da, müqavilənin 2.4.5-ci bəndinə əsasən sifarişçinin təqsiri üzündən 48 saatdan artıq boş dayanmanın baş verməsini sübut edəcək hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

46. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 14960 manat borc məbləği təqdim olunmuş sübutlarla – müqavilə, CMR, elektron qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 14960 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. 170 manat boşdayanma xərci sübuta yetirilmədiyi üçün, həmin hissədə iddia rədd edilməlidir.

47. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli daşıma müqaviləsinin 4.1-ci bəndinə əsasən hesablanmış 5000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

49. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

50. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

51. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 750 manat məbləğində müəyyən edilməlidir.

52. Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 152 manat dövlət rüsumu ödənilmişdir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 14960 manat əsas borc, 750 manat dəbbə pulu olmaqla, cəmi 15708 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 137 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar