Məhkəmə qərarları › İş №e-2-2(113)-7515/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7515/2025

22.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7515/2025 22.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "M-Trans” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı "M-Trans” MMC-nin Cavabdeh MMC-yə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "M-Trans” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “VH AND RZ LOGİSTİCS COMPANYM”əhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-ci il tarixli MTS2402692 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə müqaviləyə əsasən İddiaçı tərəfindən göstərilmiş yükdaşıma xidmətinə görə yaranan 36380 (otuz altı min üç yüzsəksən) manat əsas borc, dəbbə pulu ödənişi 6000 (altı min) manat, ümumilikdə 42380 (qırx iki min üç yüzsəksən) dövlət rüsumunu 218 manat borcun alınaraq İddiaçınə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “VH AND RZ LOGİSTİCS COMPANYM”əhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-ci il tarixli MTS2402692 nömrəli“Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən “VH AND RZ LOGİSTİCS COMPANYM”əhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) verdiyi sifarişlər əsasında daşıyıcıİddiaçı yüklərin daşınması xidmətini yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkiledir və bu xidmət müqabilində sifarişçi "xxxx" MMC daşıyıcıya xidmət haqqı ödəyir. Daşıma xidmətinin göstərilməsi barədə Müqavilənin 2.1.3-cü bəndinə əsasən Hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaztərkib hissəsi olan əlavələrdə (sifarişdə) özəksini tapır. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Bu müqavilənin 6.1-cı bəndinə əsasən Hazırki, müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müqaviənin bitməsinə 15 gün qalmış müddətədək hər hansı bir tərəf digər tərəfi müqaviləyə xitam vermək barədə xəbərdar etməsə bu müqavilə hər növbəti ilə uzadılmış hesab edilir. Bu qayda növbəti ilə uzadılmış hesab edilir. Bu qayda növbəti illər üzrə uzadılmalarada şamiledilir. Müqavilənin 3-cü bəndinin 3.2.- Sifarişçi yükün daşınmasını təşkili zamanı daşınma ilə əlaqədar yaranmış əlavə xərcləri öz hesabına təqdim olunmuş sənədlərəsasında ödəyir. Beləki, bura aşağıdakı xərclər daxildir. Lakin Sifarişçi “VH AND RZ LOGİSTİCS COMPANYM”əhdud Məsuliyyətli Cəmiyyəti hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçınə olan 6000 (altı min) manat dəbbə pulu ödənişi yaranmışdır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır.

3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdeh "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-ci il tarixli MTS2402692 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə müqaviləyə əsasən İddiaçı tərəfindən göstərilmiş yükdaşıma xidmətinə görə yaranan 13870 manat əsas borc, dəbbə pulu ödənişi 6000 (altı min) manat, dövlət rüsumunu 218 manat borcun alınaraq İddiaçınə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

7. İddiaçı "M-Trans” MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2024-ci il tarixli MTS2402692 nömrəli“Daşıma xidmətinin göstərilməsi barədə” müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Daşıyıcı". "Sifarişçinin" sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirməsini təşkil etməyi. " Sifarişçi" isə həmin xidmətlər müqabilində "Daşıy ıcı"ya muzd ödəməyi öhdəsinə götürür. - 2.1.3-cü bəndinə əsasən Hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaztərkib hissəsi olan əlavələrdə (sifarişdə) özəksini tapır. - 2.4-cü bəndinə əsasən ödəniş şərti və ya sifarişdə Daşıyıcının təqdim etdiyi hesablaktura əsasında sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə həyata keçirilir. - 3.2.16-cı bəndinə əsasən Daşınma xərcləri Sifrişçi tərəfindən Daşıyıcıya 15 bank günü ərzində ödənilməlidir əks halda, hər gecikdirilən gün üçün ümumi məbləğin İ faizi həcmində cərimə ödəniləcəkdir. - 6.1-cı bəndinə əsasən Hazırki, müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müqaviənin bitməsinə 15 gün qalmış müddətədək hər hansı bir tərəf digər tərəfi müqaviləyə xitam vermək barədə xəbərdar etməsə bu müqavilə hər növbəti ilə uzadılmış hesab edilir. Bu qayda növbəti ilə uzadılmış hesab edilir. Bu qayda növbəti illər üzrə uzadılmalarada şamiledilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. İddiaçı tərəfindən cavabdehə MT2411 12238603 nömrəli xx.xx.2024-cü il tarixli 4448.6 manat, MT2411 12238601 nömrəli xx.xx.2024-cü il tarixli 12712.14 manat, MT2412 11407863 xx.xx.2024-cü il tarixli 4695.22 manat,MT2411 12238599 nömrəli xx.xx.2024-cü il tarixli 13869.72 manat,MT2412 ********* nömrəli xx.xx.2024-cü il tarixli 657.26 manat məbləğində elektron qaimələr göndərilmişdir.

9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 4000 manat ödənilmişdir.

10. xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 720 manat ƏDV məbləği ödənilmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 4000 manat ödənilmişdir.

12. xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 1219.14 manat ƏDV məbləği ödənilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 3770 manat ödənilmişdir.

14. xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 678.6 manat ƏDV məbləği ödənilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 3979 manat ödənilmişdir.

16. xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 716.22 manat ƏDV məbləği ödənilmişdir.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 557 manat ödənilmişdir.

18. xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsidq edilir ki,cavabdeh tərəfindən iddiaçının hesabına 100.26 manat ƏDV məbləği ödənilmişdir.

IV. Tətbiq edilən hüquq:

19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

24. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəflər arasında bağlanmış yük daşınması müqavilələri üzrə 13870 manat əsas borc, dəbbə pulu ödənişi 6000 manat pulun tutulmasını xahiş etmişdir.

25. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı "M-Trans” MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-ci il tarixli MTS2402692 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

27. İş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə müəyyən ödənişlər edilmiş,bunun nəticəsində iddiaçı iddia tələbinin həcmini azaldaraq 13870 manat əsas borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə icraatı dövründə ödənişlərin edilməsi tərəflər arasında müqavilə münasibətlərinin olmasını iddiaçının cavabdehə yükdaşıma xidmtlrəi göstərməsinin cvabdeh tərəfindən mübahisələndirilməməsi kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinöə etiraz olaraq heç bir sübut təqdim edilməmişdir.

28. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 13870 manat tutularaq "M-Trans” MMC -yə ödənilməlidir.

29. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 6000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Göründüyü kimi Cavabdeh MMC-nin yükdaşıma xidmətlərin göstərilməsi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

31. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 218 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 133.71 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13870 (on üç min səkkiz yüz yetmiş) manat məbləğində əsas borc, 700 (yeddi yz) manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 133.71 (yüz otuz üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar