Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-752/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdeh "xxxx" MMC-nin nümayəndələri X2, Quliyev Aytəkin Şahin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı “ümumi yığncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının” etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab olunması, "xxxx" MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X1 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavbdeh Cavabdeh dəymiş mənəvi ziyanın əvəzi olaraq 10 000 (on min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin də (VÖEN **********) cavabdeh qismində cəlb edilməsinə dair əsaslar mövcud olduğundan, "xxxx" MMC-nin e-2-2(113)-752/2023 saylı kommersiya işi üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin təsisçilərinin qərarının etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-1775/2023 saylı kommersiya işi vardır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı “ümumi yığncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-752/2023 nömrəli kommersiya işi İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı “ümumi yığıncaq bildirişlərinin, protokolun və qərarın” etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)- 1775/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı “ümumi yığncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-752/2023 nömrəli kommersiya işi İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə qarşı “ümumi yığıncaq bildirişlərinin, protokolun və qərarın” etibarsız hesab edilməsi tələbinə dair e-2- 2(113)-1775/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilsin. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-752/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-752/2023
28.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver