Məhkəmə qərarları › İş №e-2-2(113)-7569/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7569/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7569/2025 16.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərdən müştərək qaydada 26 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borc, 1089,09 manat faiz borcu və 6,01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11095,10 manat borcun və 123,29 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən çıxarışa əsasən, hər iki cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddianın ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu qanunla müəyyən edilsə də, AR Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarında yazılı saziş bağlayaraq ərazi üzrə mübahisəli işə baxan məhkəməni özləri əvvəlcədən müəyyən edə bilərlər. Lakin mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair tərəflər arasında bağlanmış hər hansı yazılı saziş iş materiallarına əlavə edilməmiş, yaxud mövcud müqavilədə hər hansı şərt nəzərdə tutumamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30-MCR- 1-340-24/1 saylı kreditin verilməsinə dair sazişin ayrılmaz tərkib hissəsi olan “Bank Xidmətlərinin göstərilməsinə dair Şərtlər Toplusu”nun 12.1-ci maddəsində qeyd edilir ki, tərəflər arasındakı müqavilənin, o cümlədən hazırkı şərtlər toplusunun icrası ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll olunur. Habelə, müqavilədə AR Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinin tətbiq edilməsinə imkan verən müqavilənin icra yerinə dair hər hansı bənd də nəzərdə tutulmamışdır. Buna görə də hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar