Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-758/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə banka olan 32285,37 manat əsas, 6160,26 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 59510,09 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və ödənilən 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinə əsasən borcalana illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43593,41 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2020-ci il tarixinədək əlavə № 2 üzrə ödənişlərə güzəşt verilmişdir. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2021ci il tarixli 2 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43172,37 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək əlavə № 3 üzrə ödənişlərə güzəşt verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, F7_1454/İ-19 saylı tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 100000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli, F7_1454/İ-19 saylı ipoteka müqaviləsinin xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43593,41 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2020-ci il tarixinədək əlavə № 2 üzrə ödənişlərə güzəşt verilmişdir. xx.xx.2019-cu il tarixli, F7_1454/G-19 saylı girov müqaviləsinin xx.xx.2021-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43172,37 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək əlavə № 3 üzrə ödənişlərə güzəşt verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 32285,37 manat əsas, 6160,26 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi borcu 59510,09 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 42% olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 449, 462, 472ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin azaldılması barədə ərizə vermiş, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K- 19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki “Nur” filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə banka olan 29986 manat əsas, 7099 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 58150,27 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və ödənilən 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı yenidən AR MPM-nin tələblərinə uyğun olaraq ərizə vermiş, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K19 saylı kredit müqaviləsi üzrə banka olan 25335,37 manat əsas, 3248,56 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 49649 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Ozəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
7. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir.
10. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43593,41 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2020-ci il tarixinədək güzəşt verilmişdir.
11. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2021-ci il tarixli 2 saylı Əlavəsinə əsasən həmin müqavilə üzrə 43172,37 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək güzəşt verilmişdir.
12. İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış F7_1454/İ-19 saylı xx.xx.2019 tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
13. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, F7_1454/İ- 19 saylı ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsində tərəflər ipoteka müqaviləsi ilə təmin edilmiş xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinə edilmiş dəyişikliyin mahiyyəti həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin ləğv edilməsi, qalıq borcun 43593,41 manat ödənişinə xx.xx.2020-ci il tarixədək güzəşt edilməsi, güzəşt müddəti ərzində yalnız faiz borcunun ödənilməsi, həmin tarix bitdikdən sonra həm əsas, həm də faiz borcunun ödənilməsi üçün yeni ödəniş qrafikinin tərtib edilməsi ilə bağlı olmasını razılaşdırmışdır.
14. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubunda həmin tarixə olan 59510,09 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2019-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
16. İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş məktubda Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair bildirişin qeydə alınması üçün müraciət edilmişdir. Müraciətlə bağlı 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubda deyilir ki, Cavabdeh məxsus ünvan 1 saylı fərdi yaşayış evinin üzərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1255 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 32285, 95 manat, faiz borcu 2661,20 manat. Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023 tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 32285,95 manat, faiz borcu üzrə 3271,05 manat təşkil edir.
19. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, ƏEM/A 138-697/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 saylı fərdi yaşayış evinin likvid dəyəri 140000 manat, bazar dəyəri 147000 manat təşkil edir.
20. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi bağlanmış, illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit Cavabdeh verilmişdir. Daha sonra kredit müqaviləsinə xx.xx.2020 və xx.xx.2021-ci il tarixli əlavələr edilmişdir. Nəticədə əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək güzəşt verilmişdir. Eyni zamanda Cavabdeh öhdəliklərini icra etməsi məqsədilə tərəflər arasında F7_1454/İ-19 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
25. İddia tələbinin bir hissəsini İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K19 saylı kredit müqaviləsi üzrə banka olan 25335,37 manat (iyirmi beş min üç yüz otuz beş manat, otuz yeddi qəpik) əsas, 3248,56 manat (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) faiz borcunun tutulması təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilərək, 25335,37 manat (iyirmi beş min üç yüz otuz beş manat otuz yeddi qəpik) məbləğində əsas borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
27. Məhkəmə faiz borcunun tutulmasına münasibətə isə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən 3248,56 manat (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyində müqavilə müddətinin sonuna faiz borcunun 2661,20 manat təşkil etdiyi göstərilmişdir. 2023-cü ilin mart ayından sonra cavabdeh tərəfindən borcundan ödənişlər edilmiş və edilmiş ödənişlərdən müvafiq olaraq əsas, faiz və cərimə borcuna silinmələr olmuşdur. Ona görə də iddiaçı iddia tələbinin həcmini azaltmışdır. Məhkəməyə təqdim edilmiş bank hesabı çıxarışından məlum olur ki, xx.xx.2022-ci il tarixindən (müqavilənin qüvvədən düşdüyü tarix) sonrakı dövrdə cavabdeh tərəfindən edilmiş ödənişlərdən (2023-cü ilin mart ayından başlayaraq edilmiş) 3850 manat faiz borclarından silinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya faiz borcu qalmamışdır və iddia faiz borcunun tutulması hissəsində təmin edilməməlidir.
28. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh 21065,27 manat cərimə borcunun tutulması təşkil edir.
29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği 1500 manat məbləğində müəyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
32. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh geri qaytarılmalıdır.
34. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
35. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyərinin 140000 manat olması müəyyən edilmişdir.
36. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməlidir.
37. Eləcə də, iddiaçı ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumunun və 402 (dörd yüz iki) manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
38. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 402 (dörd yüz iki) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
40. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətininin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə banka olan 25335,37 manat (iyirmi beş min üç yüz otuz beş manat otuz yeddi qəpik) əsas borc, 1500 manat (min beş yüz) cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsum və 402 (dörd yüz iki) manat mediasiya xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Zeynəb Axundova