Məhkəmə qərarları › İş №e-2-2(113)-76/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-76/2023

16.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-76/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı dividend və s. tələbinə dair qarşılıqlı iddiası, eyni zamanda birləşdirilmiş iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X36 və X21 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbinə dair ilk, Cavabdeh İddiaçınə, X22 və X27 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair birləşdirilmiş iş (açar sözlər: pul tələbi, dəymiş ziyanın ödənilməsi, dividendin ödənilməsi, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, vurulmuş mənəvi zərərin əvəzinin tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, tərcüməçi X8, ilkin iddialar üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddialar üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddialar üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı dividend və s. tələbinə dair qarşılıqlı iddiası, eyni zamanda birləşdirilmiş iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X36 və X21 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbinə dair ilk, Cavabdeh İddiaçınə, X22 və X27 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair birləşdirilmiş işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 917952 manat pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh cəmiyyətin direktor vəzifəsini icra etdiyi zaman iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Bu fakt müstəqil Audit Aktı ilə təsdiq olunur. Belə ki, aktda qeyd olunduğu kimi, audit ilə əhatə olunan dövr ərzində cəmiyyətdə xəzinədar ştatı olmamış, xəzinə hesabatları tərtib olunmamış və kassa kitabı aparılmamışdır. Nağd qaydada satılmış mal-materiallara görə sifarişçilərdən alınan pul vəsaitləri mal satan iddiaçının işçiləri tərəfindən (satış şöbəsinin müdiri, anbardar və s.) cavabdehə qaimə əsasında təhvil verilmişdir. Satışdan pulları almasının təsdiqi kimi cavabdeh qaimələri imzalamışdır. İddiaçının servis üzrə meneceri öz izahatında göstərmişdir ki, müştərilərə satmış olduğu mallara dair nağd pul vəsaitini qaimə ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə öz növbəsində qaiməyə imza edərək, pulu və qaiməni götürmüşdür. Bundan başqa, cəmiyyətdə əvvəllər satış müdiri işləmiş X36, hazırki satış müdiri X9 və cəmiyyətin anbardarı X23 öz izahatlarında nağd qaydada satdıqları mal-materiallara görə nağd pul vəsaitlərini qaimə ilə birlikdə cavabdehə verdiklərini göstərmişlər. Cavabdeh isə onlara nağd pulun alınmasına dair heç bir order və digər sənəd verməmiş, yalnız cavabdehə nağd pulla birlikdə təqdim olunan qaiməyə imza etmişdir. Anbardar N.Əliyev həmçinin öz izahatında göstərmişdir ki, cavabdehə təqdim edildiyi qaimənin bir surətini özü götürmüşdür. 2016-2017, 2017 və İ-ci rüb 2019-cu ilin rəsmi surətdə cəmiyyətə mədaxil olunmayan (istər kassasına və istərsə də balansa) qaimələr akta əlavə olunmuşdur. Bundan başqa, cəmiyyət tərəfindən bəzi hallarda banklardan götürülmüş nağd pul vəsaitləri də cavabdehin tapşırığı ilə ona verilmişdir. Cəmiyyətin baş mühasibi X5 öz izahatında göstərmişdir ki, banklardan hesablaşma hesabında olan pul vəsaitlərini bank çekləri vasitəsi ilə o götürmüşdür. Cavabdehin göstərişinə əsasən banklardan götürdüyü pulları cavabdehə vermişdir. Cavabdeh isə öz növbəsində bank çekinə imza etməklə pulu özü götürmüşdür. Audit yoxlamasının gedişində cəmiyyətə mədaxil olunmayan və banklardan nağd pul vəsaitlərinin götürülməsinə dair bank çekləri də audut akta əlavə olunmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə ABB-nin Nəsimi şöbəsindən ******* saylı çek ilə 5000 (beş min) manat pul götürülmüş, cavabdehə verilmiş, çekdə cavabdehin imzası və tarix göstərilmişdir. xx.xx.2018-ci il tarixdə ABB-nin Nəsimi şöbəsindən ******* saylı bank çeki ilə 3000 (üç min) manat pul götürülmüş cavabdehə verilmiş, çekdə cavabdehin imzası və tarix göstərilmişdir. xx.xx.2018-ci il tarixdə ABB-nin Nəsimi şöbəsindən ******* saylı çek ilə 11900 (on bir min doqquz yüz) manat pul götürülmüş, cavabdehə verilmiş, çekdə yalnız imza vardır və sair cəmiyyətə mədaxil olunmayan bank çekləri akta əlavə olunmuşdur. Cavabdeh tərəfindən nağd qaydada götürülmüş pulların bank çeklərinin surətləri akta əlavə olunmuşdur. Audit yoxlamasının gedişində cəmiyyətin anbar sənədləri yoxlanılarkən məlum olmuşdur ki, anbar üzrə vaxtlı-vaxtında mal-materialların hərəkətinə dair hesabatlar tərtib olunaraq mühasibatlığa təqdim olunmamışdır (istər 5 günlük, istər aylıq və s.). Cəmiyyətin anbardarı Nofəl Əliyev öz izahatında göstərmişdir ki, hər ayın axırında cəmiyyətin satış şöbəsinin müdiri hər ayın axırında bizə anbarda qalan malların siyahısını təqdim edirdi və biz də anbar işçiləri ilə birlikdə (ekspeditorlar, fəhlələr və s.) həmin siyahı əsasında malları yoxlayırdıq. Lakin həmin yoxlamalar rəsmiləşdirilməmişdir. Ona görə də hazırkı audit yoxlamasının gedişində cəmiyyətin işçiləri tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr üzrə mal-materialın hərəkərinə dair uçot bərpa olunmuşdur. Nəticədə yalnız mal-material üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi cəmiyyətin anbarında 621452 manat 88 qəpik əskikgəlmə faktı müəyyən olunmuşdur. Beləliklə, aparılmış audit yoxlaması nəticəsində bəlli olmuşdur ki, cavabdeh tərəfindən müştərilərə nağd qaydada satılan mallara dair aldığı pul vəsaitlərinə görə 917952 manat 88 qəpik, bank çeklərinə görə isə 296500 manat, ümumilikdə cəmi 917952 manat 88 qəpik götürülmüşdür.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097.1, 1115-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 896697,57 manat məbləğində pulun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə audit yoxlaması üçün ödənilmiş 7500 manat xərcin, iddiaçının nümayəndəyə göstərdiyi yardıma görə 4000 manat məbləğində xərcin, ekspert rəyi üçün “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 4000 manat xərc və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə 666667 manat dividend, 100000 manat mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş hərbi qulluqçudur. Əvvəl Sovet ordusu tərkibində Bakıda, müstəqillik əldə edildikdən sonra Azərbaycan ordusunda hərbi xidmət keçmiş, Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin məzunudur, 3-cü dərəcəli kapitan hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır və hərbi qulluqçu pensiyaçısıdır. Ehtiyata buraxıldıqdan sonra ona pensiya təyin edildi və biznes fəaliyyəti ilə məşğul olmağa başladı, şirkət yaratdı və idarə və müəssisələr üçün mebel, mebel avadanlıqlarının istehsalı, quraşdırılması ilə məşğul oldu, biznes şəbəkəsii qurdu. 2010-ci ildə məlum oldu ki, İddiaçı maliyyə çətinlikləri yaşayır və rəhbəri Fransa vətəndaşı X39 şirkəti satmaq niyyətindədir. Şirkət baha qiymətə satılırdı və o, vəsaitin 100% hissəsini ödədi. xxxxx İsada (xxxx) pul yox idi, razılığa gəldilər ki, vəsaitin hamısını o ödəsin, bu vəsaitin 1/5 hissəsinə bərabər olan, İddiaçı rəhbəri X33 banka olan borcunu gələcəkdə ödəməyi xxxxx İsa (xxxx) üzərinə götürdü. X39 payının 50% hissəsini onun adına keçirdi. Bir müddət sonra isə qalan 50% hissəsini xxxxx İsanın (xxxx) adına keçirdi. 2010-cu ildən 2019-cu ilədək İddiaçı direktoru olmuşdur. Onunla bərabər şirkətin kommersiya bank və digər sənədləri məhz Elşən xxxxxx tərəfindən imzalanmışdır. Bununla yanaşı, direktor olmuş və şirkətin idarə edilməsini demək olar özü həyata keçirmişdir. Hər ilin demək olar 5 ayını Azərbaycan Respublikasının hüdudlarından kənarda olurdu və şirkətin idarə olunmasını tam olaraq Elşən xxxxxx həyata keçirirdi. Elşən xxxxxx ad, soyadı və ata adını dəyişdirib, X12 göstərmişdir. Qeyri-adi bu hərəkətini o, İnterpol axtarışında olması, maliyyə problemlərinin olması ilə izah edirdi. Bu, onun şəxsi həyatıdır, ona qarışmır, lakin hazırda da hamı onu Elşən kimi çağırır. xx.xx.2019-ci il tarixdə yeni təsis müqaviləsi bağladılar və şirkətin 3 təsisçisi oldu. xxxxin (xxxxx İsa) həyat yoldaşı X15 (Elşən öz payını həyat yoldaşının adına keçirdi və bildirdi ki, problemləri ilə əlaqədar adı heç yerdə görünməsin), X28 və o. Hər bir üzv 1/3 paya sahib oldu. Müqavilə rəsmiləşdirildikdən sonra xxxxx İsada (xxxx) sanki qısqanclıq yarandı və X13 şirkətə payçı kimi rəsmiləşdirilməsinin lazımsız olduğunu bildirdi. Daha sonra isə o, öz adamını, Orxan Əliyevi direktor təyin etdi. Bundan sonra xxxxx İsanın (xxxx) münasibəti dəyişdi və o, şirkətdən kənarda qaldı, idarəçiliyə buraxılmadı. Hazırkı direktor O.Əliyev təyin edildikdən sonra ona email-lə müraciət edərək bildirdi ki, şirkətin fəaliyyətinin möhkəmləndirilməsi ilə əlaqədar ******* ABŞ dolları vəsait qoyulmalıdır. Anladı ki, şirkətin maliyyə vəziyyəti pis olmadığı halda vəsaitə ehtiyac yoxdur və pulun qoyuluşu xxxxx İsanın (xxxx) şirkətə aid olmayan şəxsi borcları üçündür. xxxxx İsanın (xxxx) məqsədi varlanmaq, xaricdə olan problemlərini həll etmək olmuşdur. Şirkətin fəaliyyəti o şəkildə qurulmuşdu ki, mallar xaricdən gətirilir və müqavilələr bağlanılaraq satılır, müştərilərdən isə vəsaitlər bank vasitəsi ilə şirkətin hesabına köçürülür, daha sonra xərclər ödənilirdi. Bu halda qaimə əsasında hansı malların satışından alınmış vəsaitdən söhbət gedə bilər. Bütün qeyd edilən sənədlər vergi orqanında vardır. Şirkətin ümumiyyətlə göstərilən məbləğdə gəliri olmamışdır, son illərin illik mənfəəti 70000 manat civarında olmuşdur ki, bütün işlərdə xxxxx İsa (xxxx) iştirak etmiş və həmişə də təsisçilərdən ən çox o, gəlir götürmüşdür. Aralarında narazılıq olmamışdır. Şirkətə buraxılmamağından sonra ona ümumiyyətlə hər hansı dividend verilməmişdir. 2019-cu ildən hazırkı vaxta kimi həmin gəlirlər artmışdır, demək olar ki, hər il üçün ən azı 1 milyon manat gəlir omluşdur. Buna baxmayaraq, xxxxx İsa (xxxx) həmin gəlirdən ona verməmişdir, əksinə gəliri gizlətmək məqsədi ilə özü başqa şirkət yaratmış, onunla müqavilə bağlayaraq satışı onun vasitəsi ilə həyata keçirmişdir. Ötən 2 il müddət ərzində əldə edilmiş 2 milyon manatdan artıq vəsaitin 1/3 hissəsi ona verilməli idi ki, cavabdeh xxxxx İsanın (xxxxxx ) sifarişi ilə bunu etməmişdir. Bu vəsaitin 1/3 hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, cavabdehdən onun xeyrinə 3 il üçün ******* manat dividend, 100000 manat mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddiaçı tərəfindən qarşılıqlı iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunur ki, 2019-cu ildən cəmiyyətin gəlirləri artmışdır, demək olar ki, hər il üçün ən azı 1 milyon manat gəlir olmuşdur, buna baxmayaraq, İsa xxxxx həmin gəlirdən ona 1 manat da olsun verməmişdir. Cavabdehin gətirdiyi arqumentlər tamamilə əsassızdır. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" MMC-nin 31 dekabr 2019-cu il tarixli audit prosedurlarının yerinə yetirilməsinə dair hesabatı" təsdiq olunaraq iddiaçıya təqdim olunmuşdur. Həmin hesabata əsasən müəyyən edilmişdir ki, cəmiyyətin 2019-cu ildə ümumi gəliri 6119630,54 manat olmuşdur, ümumi xərci isə 5633284,71 manat olmuşdur. Nəticədə 2019-cu maliyyə ilini 486345,83 manat balans mənfəəti ilə başa vurmuşdur. Cəmiyyətin 2019-cu il ərzində cəmiyyətin istehsal məsrəfləri 5633284,71 manat təşkil etmişdir. COVİD-19 pandemiya dövrü davam etdiyindən cəmiyyətin 2019-cu ilin fəaliyyətinin hesabatının nəticəsinin müzakirə etmək mümkün olmamışdır. 2021-ci ildə COVİD-19 xəstəliyinə yoluxmanın sayının azalmasını, ümumilikdə ölkədə karantin rejiminin yumşaldılmasını nəzərə alaraq, iddiaçı cavabdehə bildiriş göndərərək, xx.xx.2021-ci il tarixdə ümumi yığıncaqda iştirak etməsini xahiş etmiş və bildirmişdir ki, gündəlikdə olan məsələlər “xxx L.L.C." MMC-nin 2019-cu ilin fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatın nəticəsinin müzakirəsi və təsdiq olunmasından və “xxx L.L.C." MMCnin həmin dövr üçün mənfəətinin bölüşdürülməsinin müzakirəsindən ibarətdir. Cavabdehin ümumi yığıncağın keçirilməsindən məlumatı olsa da, əsassız tələb irəli sürməklə, cəmiyyətin ümumi yığıncağına gəlməkdən yayınmışdır. Cavabdehin iştirakı olmadan ümumi yığıncaq keçirilmiş və təsisçilər tərəfindən xx.xx.2021-ci il tarixli ümumi yığıncağın qərarı ilə təsdiq olunmuşdur. Qərara alınmışdır ki, cəmiyyətin xx.xx.2019-cu il tarixli audit prosedurlarının yerinə yetirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə təsdiqlənmiş İddiaçı xx.xx.2020-ci il tarixli hesabatı qəbul olunmuş hesab edilsin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlığın əvvəlki qaydada davam etdirilməsi məqsədəmüvafiq hesab edilsin. İddiaçı 2019-cu maliyyə ilinin 486345,83 manat mənfəəti cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilsin. Ümumi iclasda iştirak edən cəmiyyətin bütün iştirakçıları həmin qərarların lehinə səs vermişlər. Cəmiyyətin nizamnaməsinin 4.2-ci bəndinə əsasən yığıncağın müstəsna səlahiyyətlərindən biri cəmiyyətin illik hesabatlarının təsdiqlənməsi və mənfəətin bölüşdürülməsindən ibarətdir. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. xx.xx.2019-cu il tarixdə cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsində dəyişiklik edilərək, Cavabdeh 7 pay, X29 7 pay və X15 6 pay kimi müəyyən edilmişdir. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnaməsinin 4.4-cü bəndinə əsasən ümumi yığıncaqda nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. Beləliklə, Cavabdeh cəmiyyətdən 2019-cu il üçün dividend tələb edə bilməz. Eyni zamanda, onun iddia tələbində qeyd etdiyi məbləğdə mənfəət əldə olunmamışdır. 2020-ci ilin hesabatı ilə bağlı isə onu bildirmək istərdik ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məktub ünvanlayaraq, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin tələblərini rəhbər tutaraq, “xxx L.L.C." MMC-nin 2020-ci ilin mənfəət vergisinin hesabatının verilmə müddətinin 3 ayadək uzadılması xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciətə baxılmış və müddətin 3 ayadək uzadılması nəzərə alınmışdır. Məhz bu səbəbdən 2020-ci ildəki fəaliyyətinin hesabatı hələ müzakirə olunmamışdır.

9. İddiaçılar "xxxx" MMC, X36 və X38 Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçıların hər birinə rəsmi məktub ünvanlayaraq, onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib etməsi və onlardan üzr istənilməsi vəzifəsinin müəyyən edilməsi, iddiaçılar barəsində əsassız və qərəzli məlumatların yayılmasının cavabdehə qadağan edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə işgüzar nüfuzuna vurulmuş 50000 manat məbləğində zərərin, nümayəndəyə göstərdiyi yardıma görə 2500 manat məbləğində xərcin, “X18” ekspert rəyinə görə ödənilmiş 2500 manat xərcin, 30 manat dövlət rüsumunun, iddiaçı X16 xeyrinə 20000 manat məbləğində mənəvi zərərin, iddiaçı X21 xeyrinə 40000 manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq müvafiq olaraq olaraq iddiaçılar "xxxx" MMC-yə, X22 və X27 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 917952,88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə nübahisə mahiyyəti üzrə həll edilənə qədər təmin edərək cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən 39 nönrəli mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 416a nömrəli bağ evin, **-HT-*** dövlət qeydiyyat nişanlı LEXUS LX markalı minik avtomobilin, "xxxx" BOTK Açıq Səhmdar Cəmiyyətində Emissiya edilmiş və qeydiyyatdan keçmiş 220000 manat dəyərində qiymətli kağızların (istiqrazların), "xxxx" Açıq Səhmdar Cəmiyyətində Emissiya edilmiş və qeydiyyatdan keçmiş 18500 manat dəyərində qiymətli kağızların (istiqrazların), cavabdehin həyat yoldaşı X19 adına "xxxx" BOTK Açıq Səhmdar Cəmiyyətində Emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 manat dəyərində qiymətli kağızların (istiqrazların) və X6 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində Emissiya edilmiş və qeydiyyatdan keçmiş 50000 manat dəyərində qiymətli kağızların (istiqrazları) əmlakların üzərinə həbs qoyulması, həmin əmlakın, qiymətli kağızların (istiqrazları) satılması, bağışlanması, girov qoyulması, icarəyə verilməsi və digır şəkildə yüklü edilməsinin Cavabdeh və digər şəxslərə, həmçinin "xxxx" BOTK Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi barədə qərardad qəbul ediləsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-7325/2020 saylı qərardadı ilə iddianın təmin edilməsi barədə ərizənin təmin edilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-7325/2020 saylı qərardadından narazı qalan cavabdeh qərardadın ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh həm şikayət ərizəsində, həmçinin Bakı Apellyasiya Mahkəməsindəki çıxışı zamanı iddiaçıların şərəf və ləyaqətini ləkələyən, işgizar nüfuzlarına xələl gətirən, böhtan məzmunlu məlumatlar yaymışdır. Cavabdeh şikayətində qeyd etmişdir ki, daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Audit aktı İddiaçı MMC-nin asılı vəziyyətdə olan işçilərdən alınmış izahatlarla əsaslandırılmışdır. Heç bir sənəddə şirkətdə mal çatışmazlığı, maliyyə çatışmazlığı müəyyən deyildir. Şirkətin mühasibatlığında hər hansı əskiklik yoxdur. Direktor isə onun göstərişlərini icra edir. Şirkətin rəsmi fəaliyyəti qalıb kənarda, bununla bağlı təhlil aparılmayıb, təsir dairəsində olan işçilərin izahatları alınmış və bunun əsasında sifarişli yoxlama keçirilmişdir. Bundan başqa, cavabdeh İddiaçı MMC-nin direktoru X22 qarşı böhtan, təhqir, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələmək məqsədilə apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məhkəmə iclasında çıxışı zamanı bildirilmişdir ki, daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Direktor isə onun göstərişlərini icra edir. Bundan əlavə cavabdeh apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məhkəmə iclasında çıxışı zamanı X21 (X24) şəxsi həyatının sirrini təşkil edən məlumatları yayaraq bildirilmiş ki, guya o, İnterpolda axtarışdadır, adın, soyadını dəyişmişdir. Halbuki, məhkəmədə baxılan işdə iddiaçının şəxsi həyatı mübahisə predmeti deyil və iddiaçı İnterpolda axtarışda olmadığını, adını, soyadını dəyişmədiyini sübut etməyə borclu deyildir. Həmçinin cavabdeh X21 (X24) barəsində mənfi rəy yaratmaq məqsədilə ona böhtan ataraq, apellyasiya məhkəməsində işə baxılan zaman iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məlikəmə iclasında çıxışı zamanı bildirilmişdir ki, guya X38 (X24) X17 şirkətə (yəni İddiaçı MMC-yə) payçı kimi rəsniləşdirilməsinin lazımsız olduğunu bildirmişdir. X29 hal-hazırda İddiaçı MMC-nin təsisçisidir. Vaxtilə həm X38 (X24), həm də cavabdeh ona paylarının bir hissəsini satmışdılar. Cavabdeh bu sözləri ilə X21 (X24) şəxsiyyətini X14 və başqa şəxslərin gözündə alçaltmağa yönəlmişdir. Belə olan halda cavabdehin ifadələri X27 (X43 ogu) qarşı böhtan, təhqir, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri ilə iddiaçı X27 iztirablar vermiş və onun mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Cavabdehin bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmış, bununla iddiaçı mənəvi sartıntı və iztirab keçirmişdir. Bunun nəticəsində iddiaçıya 20000 manat məbləğində maddi və mənəvi zərər dəymişdir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçı X27 ödənilməlidir. Bundan əlavə, cavabdeh İddiaçı MMC-nin direktoru X22 qarşı böhtan, təhqir, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələmək məqsədilə apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məhkəmə iclasında çıxış zamanı bildirilmişdir ki, “daha sonra isə öz adamını Orxan Əliyevi direktor təvin etdi. Direktor isə onun göstərişlərini icra edir”. Belə olan halda cavabdehin ifadələri X25 qarşı böhtan, təhqir, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu, təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. X38 (X24) İddiaçı MMC-nin təsisçisi deyil və o, həmin MMC-yə direktor təyin etmək, ona tapşırıqlar vermək səlahiyyətinə malik deyildir. Bu cür ifadələri yaymaqla cavabdeh İddiaçı MMC-ni, onun direktoru iddiaçı X26 qanunlara məhəl qoymayan şəxslər kimi ictimaiyyətə təqdim etmişdir. Cavabdehin yuxarıda təqsirli hərəkətləri ilə iddiaçı X22 iztirablar vermiş və onun mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Cavabdehin bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olmuş, bununla iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. Bunun nəticəsində iddiaçıya 20000 manat məbləğində maddi və mənəvi zərər dəymişdir. Həmin məbləğ cavabdehdən tutularaq, iddiaçı X22 ödənilməlidir. Bundan başqa, cavabdeh İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələmək məqsədilə apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məhkəmə iclasında çıxış zamanı bildirilmişdir ki, “daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Audit aktı İddiaçı MMC-nin asılı vəziyyətdə olan işçilərdən alınmış izahatlarla əsaslandırılmışdır. Heç bir sənəddə şirkətdə mal çatışmazlığı, maliyyə çatışmazlığı müəyyən deyildir. Şirkətin mühasibatlığında hər hansı əskiklik yoxdur. Direktor isə onun göstərişlərini icra edir. Şirkətin rəsmi fəaliyyəti qalıb kənarda, bununla bağlı təhlil aparılmamış, təsir dairəsində olan işçilərin izahatları alınmış və bunu sifarişli yoxlama keçirilmişdir.” Cavabdehin bu ifadələri İddiaçı MMC-nin işgüzar nüfuzunun ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçının işgüzar nüfuzuna zərər vuran, onu qəsdən nüfuzdan salan, barəsində cəmiyyətdə qəsdən mənfi rəy yaradan həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Həmin məlumatlar nəticəsində iddiaçı haqqında arzuolunmaz vəziyyət yaranmış və cəmiyyətin işgüzar nüfuzuna 50000 manat zərər vurmuşdur. Həmin məbləğ cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həmçinin məhkəmə iclasında çıxış zamanı bildirilmişdir ki, qeyd olunan fikirlərin iddiaçıların şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına xələl gətirən məlumatlar olub-olmamasını müəyyən edilməsi üçün “X18” vəkil sorğusu göndərilmişdir. 06 aprel 2021-ci il tarixli, 4 saylı linqvistik ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın tənin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasının çıxışının mətnində X27 (X24) şamil edilən “adını və soyadını dəyişib”, “İnterpolda axtarışda olması”, “maliyyə problemlərinin olması”, “öz adamını direktor təyin etməsi” kimi söz və ifadələr linqvistik təhlil baxımından X21 (X30) şərəf və ləyaqətini alçaldan, onun işğüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasının çıxışının mətnində X27 (X30) şamil edilən “adını və soyadını dəyişib”, “İnterpolda axtarışda olması” və daha sonra isə öz adamını Orxan Əliyevi direkto təyin eldi. Pulun qoyuluşu isə xxxxx İsanın (xxxx) şirkətə aid olmayan borcları üçündür. Hazırda iddianın verilməsi, audit aktının tərtib edilməsi məhz xxxxx İsanın (xxxxin) sifarişi əsasında, onun varlanması və borclarının bağlanması məqsədilə edilmişdir. Direktor isə onun göstərişlərini icra edir” kimi məlumatlar öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Cavabdehin apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm elə məhkəmə iclasının çıxışının mətnində “daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Direktor isə onun göstərişlərini icra edir” kimi söz və ifadələr linqvistik təhlil baxımından iddiaçı X16 işgüzar nüfuzuna xələl gətirən söz və ifadələr hesab edilir. Cavabdehin apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasının çıxışının mətnin “daha sonra isə öz adamını Orxan Əliyevi direktor təyin etdi. Audit Aktı İddiaçı MMC-nin asılı vəziyyətdə olan işçilərdən alınmış izahatlarla əsaslandırılmışdır. Heç bir sənəddə şirkətdə mal çatışmazlığı, maliyyə çatışmazlığı müəyyən deyildir. Şirkətin mühasibatlığında hər hansı əskiklik yoxdur. Direktor isə onun göstərişlərini icra edir. Şirkətin rəsmi fəaliyyəti qalıb kənarda, bununla bağlı təhlil apanlmayıb, təsir dairəsində olan işçilərin izahatları alınmış və bunun əsasında sifarişli yoxlama keçirilmişdir” kimi cümlələrdəki rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən söz və ifadələr linqvistik təhlil baxımından İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gətirən söz və ifadələr hesab edilir.

11. Daha sonra Cavabdehlər X27, X37 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, cavabdehlərin hər birindən onun xeyrinə 50000 manat olmaqla, 150000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X38, İddiaçı MMC və X3 Aleksey Yuryeviçə qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, iddiaçıların hər birinə məktub ünvanlayaraq onların, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzibi və onlardan üzr istəməsi vəzifəsinin müəyyən edilməsi, iddiaçılar barəsində əsassız və qərəzli məlumatların yayılmasının cavabdehə qadağan edilməsi, İddiaçı MMC-nin xeyrinə işgüzar nüfuzuna vurulmuş 50000 manat zərərin, nümüyəndəyə göstərdiyi yardıma görə 2500 manat xərcin, ekspert rəyi üçün ödənilmiş 2500 manat xərcin, 30 manat dövlət rüsumunun, X16 xeyrinə 20000 manat mənəvi zərərin, X21 xeyrinə 40000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, başqa məhkəmə mübahisəsi üzrə çıxarılmış qərardaddan şikayətdə Cavabdeh göstərmişdir ki, Elşən xxxxxx ad, soyadı və ata adını dəyişdirib, X12 göstərmişdir. Qeyri-adi bu hərəkətini o İnterpol axtarışında olması, maliyyə problemlərinin olması ilə izah edirdi, lakin hazırda da hamı onu Elşən kimi çağırır. Müqavilə rəsmiləşdirildikdən sonra xxxxx İsada (xxxx) sanki qısqanclıq yarandı və X29 şirkətə payçı kimi rəsmişlədirilməsinin lazımsız olduğunu bildirdi. Daha sonra isə o öz adamını, Orxan Əliyevi direktor təyin etdi. Bundan sonra xxxxx İsanın, (xxxx) münasibəti dəyişdi və o, şirkətdən kənarda qaldı, idarəçiliyə buraxılmadı. Hesab edir ki, iddia ərizəsi son dərəcə əsassız olması ilə bağlı absurddur və rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, başqa məhkəmə mübahisəsi üzrə çıxarılmış qərardaddan şikayətdə göstərdiyi məlumatlar həqiqətdir, çünki Elşən xxxxxx ad, soyadı və ata adını dəyişdirmişdir. X12 göstərmişdir. Qeyri-adi bu hərəkətini o, İnterpol axtarışında olması, maliyyə problemlərinin olması ilə izah edirdi. Həqiqətən də onun adı İnterpolun rəsmi saytında göstərilmişdir. Orxan Əliyevin direktor təyin edilməsində onun iştirakı olmamış, o, xxxxx İsanın (xxxx) müəyyən etdiyi dırektordur. O ki qaldı, asılı vəziyyətdə olan işçilərin izahat yazmasına, kim deyə bilər ki, işçi rəhbərlikdən asılı deyildir. Hətta qeyd edilən məlumatlar həqiqət olmasa belə, onlar kütləvi informasiya vasitələrində əks etdirilməmiş, internet saytlarında yerləşdirilməmişdir. Onlar yalnız qərardaddan şikayətdə yazılmışdır. Belə çıxır ki, qərardaddan şikayət verməməli, özünü müdafiə etməməlidir. Başqa məqam da var ki, qərardaddan şikayəti əsaslı olduğu üçün Bakı Apelyasiya Məhkəməsi onu təmin etmişdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli qərarında göstərimişdir ki, dövlət orqanlarına müraciət və müraciətdə göstərilən məlumatlar şərəf və ləyaqəti alçaltmır, onlarla bağlı təkzib verilmir. Onun qərardaddan şikayəti isə prosessual qaydalara uyğun məhkəmə müdafiəsi üçün müraciətdir. Bununla yanaşı, cavabdehlərin hərəkətləri, qanunsuz iddia vermələri nəticəsində mənəvi zərər çəkmiş və hər birinin verdiyi mənəvi zərərin dəyərini 50000 manat müəyyən edir. Həmin zərər də cavabdehdən tutularaq ona ödənilməlidir.

13. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4517/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar "xxxx" MMC, X36 və X21 Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası üzrə 2(001)-4517/2021 saylı mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh xxx L.L.C” MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə e-2(001)- 1618/2021 saylı mülki işə bir icraatda baxılması üçün birləşdirilmişdir.

14. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “dividend” tələbinə dair qarşılıqlı və birləşdirilmiş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X36 və X21 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı, X36 və X27 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə e-2(001)-130/2022 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

Tədqiq olunan sübutlar:

15. İlkin iddialar üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia tələblərini müdafiə edərək, ilkin iddia tələblərinin təmin edilməsini, qarşılıqlı iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etdi.

16. Qarşılıqlı iddialar üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələblərini müdafiə edərək, ilkin iddia tələblərinin rədd edilməsini, qarşılıqlı iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi.

17. Qarşılıqlı iddialar üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında qarşılıqlı iddia tələblərini müdafiə edərək, ilkin iddia tələblərinin rədd edilməsini, qarşılıqlı iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirmişdir ki, Cavabdeh və Əliyev Orxanı tanıyır. Cavabdeh şirkətin direktoru olanda o, satış meneceri kimi işləmiş, kağız satışını həyata keçirmişdir. O, müştərilərdən gələn sifarişləri qəbul edib, anbara bildirirdi. Malların müştərilərə çatdırılmasını xüsusi yük maşınları həyata keçirirdi. Malların satışını təşkil edirdi və müştərilər tərəfindən malların pulu nağd və ya köçürmə yolu ilə ödənilirdi. Köçürmə yolu ilə ödənişlər şirkətin bank hesabına edilirdi və həmin pulları götürmək onun səlahiyyətində deyildi. O, yalnız nağd şəkildə ödənilmiş pulları götürüb müdirə təhvil verirdi. Həmin vaxt müdir Cavabdeh idi. Nağd qaydada aldığı pulları Alekseyə təhvil verirdi. Aleksey adətən işdə olurdu. “Delivery note” sənədi tərtib olunurdu və Aleksey həmin sənədi imzalayaraq, pulu götürürdü. Aleksey işdə olmayanda pulu seyfdə saxlayıb, o gələndə özünə verirdi. Həmin dövrdə müdirləri Cavabdeh, xxxxx İsa idi. xxxxx İsa kağız satışında qiymətlərin formalaşmasında, ümumi idarəçilik məsələlərində iştirak edirdi. xxxxx İsa və Aleksey arasında səlahiyyət bölgüsünü bilmirdi. Bu, ona aid olan məsələ deyildi. Hazırda nağd qaydada ödəniş yoxdur, yalnız köçürmə ilə ödənişlər qəbul edilir. Şirkətin indiki gəlirləri barədə məlumatı yoxdur. İddiaçı MMC-də 2003-cü ilin aprel ayından işləyir. Müştəri aldığı malın pulunu ödəyəndə “Delivery note”nin bir nüsxəsi müştəridə qalırdı. Təxminən 1 ildən çoxdur ki, nağd qaydada pul alınması dayandırılmışdır. Aleksey işdən çıxandan sonra nağd qaydada pul almağı dayandırdılar.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək bildirmişdir ki, 2002-ci ildən İddiaçı MMC-də işləyir. Əvvəllər mühəndis idi, indi servis idarəsinin müdiridir. Cavabdeh və Əliyev Orxanı tanıyır. Cavabdeh şirkətin direktoru olub. Aleksey direktor olanda onların idarəsi həm servis xidmətləri göstərir, həm də kartec satışını həyata keçirirdi. Servis xidmətləri digər şirkətlər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilirdi. Belə ki, sifariş gəlirdi, mühəndis gedib gördüyü işləri yazaraq gətirib sənədi ona verirdi. Daha sonra isə müştəri pulu ödəyirdi. Kartec satışında pul həm nağd, həm də köçürmə yolu ilə ödənilirdi. Nağd şəkildə pulları o alırdı və müvafiq sənədə imza atdırmaqla Alekseyə verirdi. Sonrakı proseslərdən məlumatı yoxdur. Pullar seyfə qoyulurdu və seyf Alekseyin otağında idi. O, Məhərrəmova Rayaya pul verməmişdir. 2016- 2019-cu illərdə rəhbərləri xxxxx İsa və Aleksey idi. Aleksey şirkətdən işdən çıxdıqdan sonra pulu Elşad müəllimə verirdi.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, 2009-cu ildən İddiaçı MMC-də işləyir. Cavabdeh 2010-cu ildən 2019-cu ilə qədər müdiri olub. O, Aleksey direktor olanda şirkətin baş mühasibi olmuş və hal-hazırda da həmin vəzifədə işləyir. O, köçürmə yolu ilə şirkətin hesabına ödənilən pulları bankdan götürüb Alekseyə verirdi və o, kassa mədaxil orderini imzalayaraq pulları götürürdü. Aleksey pulları seyfə qoyurdu. Seyfin açarı heç vaxt onda olmayıb. Şirkətin maliyyə hesabatlarını o tərtib edirdi və Alekseyə təhvil verirdi. Pulları heç vaxt özündə saxlamamışdır. Aleksey ölkədə olmayanda saxlayıb, o qayıdanda özünə verirdi. xxxxx İsaya pul verməyini xatırlamır. Əgər onunla bağlı sənədlər varsa, sənədlərə baxıb xxxxx İsaya pul verib-vermədiyimi dəqiq deyə bilər. Vergi hesabatlarını o aparırdı. 2016-2019-cu illər üzrə bütün qaimələr onun iş otağında var. Cavabdeh şirkətdən 1 milyona yaxın yeyinti etməsi ilə bağlı aktı imzalamışıdır. Akta imza atanda aktı yoxlamışdır. Alekseyin şirkətdən 1 milyona yaxın pul çıxarmasını hesablamışdır. Aleksey işdə olmayanda bankdan götürdüyü pulları xxxxx İsaya verirdi, özündə saxlamamışdır.

21. xx.xx.2010-cu il tarixli, 09 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı direktoru vəzifəsinə işə qəbul edilmişdir.

22. xx.xx.2020-ci il tarixli müstəqil audit aktında göstərilmişdir ki, aparılmış audit yoxlaması nəticəsində müəyyən olundu ki, MMC-nin direktoru Cavabdeh tərəfindən cəmiyyətdən 917952,88 manat nağd pul götürülmüşdür. O cümlədən müştərilərə nağd qaydada satılan mallara dair aldığı pul vəsaitlərinə görə 621452,88 manat, bundan başqa bank çeklərilə 296500 manat götürülmüşdür. Həmin pullar Cavabdeh öhdəsindədir. Yuxarıda qeyd olunan məbləğlər mühasibat uçotunda heç yerdə əksini tapmamışdır.

23. “X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 100 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, müstəqil audit hesabatında müəyyən olunan nəticələr ekspertizaya təqdim edilən rəsmi və qeyri-rəsmi satış sənədləri (qaimələr) ilə, onların üzərindəki İddiaçı MMCnin sabiq direktoru Cavabdeh icra etdiyi satışdan əldə olunan pulun məbləği, tarixi əlyazısı və imzası ilə təsdiq olunur və sabiq direktor Cavabdeh öhdəsində pul qalığı 828612,72 manat və 41462,49 ABŞ dolları məbləğində müəyyən edilir. Müstəqil audit hesabatında müəyyən olunan xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrdə bank çekləri ilə banklardan alınmış nağd pul vəsaitlərinin uçotu düzgün aparılmamışdır. Bu halda uçotdan yayındırılan pul vəsaitlərinin məbləği 296500 manat müəyyən edilir. Müəssisədə kassir (xəzinədar) vəzifəsi olmadığını nəzərə alaraq uçotdan yayındırılmış pul vəsaitləri direktor Cavabdeh öhdəsində 828612,72 manat və 41462,49 ABŞ dolları məbləğində müəyyən edilir.

24. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 962/2009 nömrəli qətnaməsi ilə X1 “xxxxx”, adı “İsa”, ata adı isə “Baba” adı ilə dəyişdirilmişdir.

25. “X34” MMC-nin xx.xx.2021-ci il tarixli, 4 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh Bakı Apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasında cıxışının mətnində X27 (X24) şamil edilən "...adını və soyadını dəyişib...", "...interpolda axtarışda olması...", "...maliyyə problemlərinin olması...", "...öz adamını direktor təyin etməsi...” kimi söz və ifadələr linqvistik təhlil baxımından X21 (X24) şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Ekspertizaya təqdim olunmuş, Cavabdeh Bakı Apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasında cıxışının mətnində X27 (X24) şamil edilən "...adını və soyadını dəyişib...", "...interpolda axtarışda olması..." və "Daha sonra isə oz adamını Orxan Əliyevi direktor təyin etdi. Pulun qoyuluşu isə xxxxx İsanın (xxxx) şirkətə aid olmayan borcları üçündür. Hazırda iddianın verilməsi, audit aktının tərtib edilməsi məhz xxxxx İsanın (xxxxin) sifarişi əsasında, onun varlanması və borclarının bağlanması məqsədilə edilmişdir. Direktor isə onun göstərişlərini icra edir." kimi məlumatlar öz təsdiqini tapmadığı halda böhtan hesab edilir. Ekspertizaya təqdim olunmuş, Cavabdeh Bakı Apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasında cıxışının mətnində “Daha sonra isə oz adamını Orxan Əliyevi direktor təyin etdi. Direktor isə onun göstərişlərini icra edir" kimi söz və ifadələr linqvistuk təhlil baxımından X16 işgüzar nüfuzuna xələl gətirən söz və ifadələr hesab edilir. Ekspertizaya təqdim olunmuş, Cavabdeh Bakı Apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasında cıxışının mətnində “Daha sonra isə oz adamını Orxan Əliyevi direktor təyin etdi. Audit Akti "xxxx" MMC-nin asılı vəziyyətdə olan işçilərindən alınmış izahatlarla əsaslandırılmışdır. Heç bir sənəddə şirkətdə mal çatışmazlığı, maliyyə çatışmazlığı müəyyən deyildir. Şirkətin mühasibatlığında hər hansı əskiklik yoxdur. Direktor isə onun göstərişlərini icra edir. Şirkətin rəsmi fəaliyyəti qalıb kənarda, bununla bağlı təhlil aparılmayıb, təsir dairəsində olan işçilərin izahatları alınıb və bunun əsasında sifarişli yoxlama keçirilib." kimi cümlələrdəki rəyin "tədqiqat prosesinin təsviri" hissəsində göstərilən söz və ifadələr lingvistuk təhlil baxımından "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirən söz və ifadələr hesab edilir. Ekspertizaya təqdim olunmuş, Cavabdeh Bakı Apellyasiya məhkəməsində işə baxılan zaman həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, həm də məhkəmə iclasında çıxışının mətnində təhqir hesab edilən söz və ifadələr müəyyən edilmədi.

26. "xxxx" MMM tibbi şirkətinin xx.xx.2021-ci il tarixli, 182 nömrəli tibbi arayışından görünür ki, X38 xx.xx.2021-ci il tarixdə "xxxx" klinikasında nevroloqun müayinəsində olmuş və ona generalizəolmuş həyəcan pozğunluqlar, essensial hipertoniya və ürəyin xroniki işemik xəstəliyi diaqnozları qoyulmuşdur.

27. "xxxx" MMM tibbi şirkətinin xx.xx.2021-ci il tarixli, 836 nömrəli tibbi arayışından görünür ki, X36 xx.xx.2021-ci il tarixdə "xxxx" klinikasında nevroloqun müayinəsində olmuş və ona essensial hipertenziya, baş ağrısı və vegetativ sinir sisteminin somatoform disfunksiyası diaqnozları qoyulmuşdur.

28. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 1000 ABŞ dollarıdır və təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarı isə X29 – 7 pay, X15 – 6 pay və Cavabdeh 7 paydır.

29. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən cəmiyyətin xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli cəmiyyətin xx.xx.2019-cu il tarixli audit prosedurlarının yerinə yetirilməsinə dair hesabatı qəbul olunmuş hesab edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə əməkdaşlığın əvvəlki qaydada davam etdirilməsi məqsədəmüvafiq hesab edilmiş və İddiaçı 2019-cu maliyyə ilinin 486345,83 manat mənfəətinin cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi qərara alınmışdır.

30. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə hesabatı qəbul olunmuş hesab edilmiş və İddiaçı 2020-ci maliyyə ilinin 379341,59 manat mənfəətinin cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi qərara alınmışdır.

31. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə hesabatı qəbul olunmuş hesab edilmiş və İddiaçı 2021-ci maliyyə ilinin 269692,21 manat mənfəətinin cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi qərara alınmışdır.

32. Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X2 xx.xx.2021-ci il tarixli, 42 nömrəli audit rəyində qeyd olunur ki, Cəmiyyətdə 2016-cı il üzrə 47445,13 manat, 2017-ci ildə 177012,73 manat, 2018-ci ildə 568480,72 manat və 2019-cu ildə isə 11294,65 manat cəmi 804233,23 manat məbləğində qaimə ilə pulun verilməsi göstərilmişdir. Qaimənin üzərində cəmiyyətin direktoru Cavabdeh tərəfindən aşağıdakı şəkildə dərkənar qoyulmuşdur. 2016-cı ildə 44747,07 manat, 2017-ci ildə 174367,55 manat, 2018-ci ildə 364318,83 manat və 2019-cu ildə isə 10298,71 cəmi 593532,16 manat məbləğində dərkənarla rəqəmləri təsdiq etmişdir. Cəmiyyət tərəfindən 593532,16 manat məbləğində pulun xərclənilməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına təqdim edilməmişdir. Həmin təsdiqedici sənədlərin mühsibatlıqda olmadığı bildirilmişdir. Cəmiyyətdə xx.xx.2019-cu il tarixdə kassada inventarizasiya aparılmış və hesabat üzrə nağd pul qalığının, faktiki pul qalığının, əskikgəlmənin və artıq gəlmənin olmadığı müəyyən edilmişdir. Bankdan alınmış 2016-cı ildə 192700 manat, 2017-ci ildə 83900 manat və 2018-ci ildə isə 19900 manat, cəmi 296500 manat məbləğində nağd pula dair kassa mədaxil orderi tərtib edilməmiş və onun xərclənilməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına təqdim edilməmişdir. 6665,41 manat məbləğ Cavabdeh əl yazması və imzası ilə təsdiqlənmiş, Cəmiyyətin rəsmi satış sənədlərində (qaimələrində) əks olunmuşdur. "xxxx" MMC-nin direktoru Cavabdeh 896697,57 (593532,16 + 296500+ 6665,41) manat məbləğində pulu müxtəlif üsullarla əldə edərək, cəmiyyətin dövriyyəsindən yayındırmışdır. Yuxarıda qeyd edilən məlumatlar aparılmış auditin nəticəsində müəyyən olunmuşdur.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8525 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş mülki iş materillarında olan ilkin mühasibat sənədləri, eyni zamanda Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli audit rəyinin nəticələri, bundan başqa, "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə maliyyə təsərüffat fəaliyyətinin auditor yoxlaması və X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin nəticələri nəzərə alınmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iddia tələbində göstərilən qaydada 2016-2019-cu illər ərzində maliyyə pozuntusunun məbləği aşağıdakı kimi olmuşdur. Cəmiyətdə 2016-cı il üzrə 47445,13 manat, 2017-ci ildə 177012,73 manat, 2018-ci ildə 568480,72 manat və 2019-cu ildə isə 11294,65 manat, cəmi 804233,23 manat məbləğində qaimə ilə pulun verilməsi göstərilmişdir. Qaimənin üzərində cəmiyyətin direktoru Cavabdeh tərəfindən aşağıdakı şəkildə dərkənar qoyulmuşdur. 2016-cı ildə 44747,07 manat, 2017-ci ildə 174367,55 manat, 2018-ci ildə 364318,83 manat və 2019-cu ildə isə 10298,71 manat, cəmi 593532,16 manat məbləğində dərkənarla rəqəmləri təsdiq etmişdir. Cəmiyyət tərəfindən 593532,16 manat məbləğində pulun xərclənməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına və ekspertiza tədqiqatına təqdim edilməmişdir. Həmin təsdiqedici sənədlərin mühsibatlıqda olmadığı bildirilmişdir. Cəmiyyətdə xx.xx.2019cu il tarixdə kassada inventarizasiya aparılmış və hesabat üzrə nağd pul qalığının, faktiki pul qalığının, əskikgəlmənin və artıq gəlmənin olmadığı müəyyən edilmişdir. Bankdan alınmış 2016-cı ildə 192700 manat, 2017-ci ildə 83900 manat və 2018-ci ildə isə 19900 manat ,cəmi 296500 manat məbləğində nağd pula dair kassa mədaxil orderi tərtib edilməmiş və onun xərclənməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına və ekspertiza tədqiqatına təqdim edilməmişdir. 6665,41 manat məbləğ Cavabdeh əl yazması və imzası ilə təsdiqlənmiş Cəmiyyətin rəsmi satış sənədlərində (qaimələrində) əks olunmuşdur. Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-nin direktoru tərəfindən 896697,57 (593532,16 + 296500 +6665,41) manat məbləğində öhdəliyin qeyd edilən hallar üzrə cəmiyyətin dövriyyəsindən yayındırıldığı müəyyən edilir. Cəmiyyətdə 2019-cu ildə 389076,66 manat, 2020-ci ildə 303473,27 manat və 2021-ci ilin dörd ayında 105588,83 manat, cəmi 798138,76 manat məbləğində xalis gəlir olmuşdur. Xalis gəlir, yəni cəmiyyətin sərəncamında qalan mənfəət təsisçilərin ümumi yığıncağının qərarına əsasən 2019-cu ildə 389076,66 manat və 2020-ci ildə isə 303473,27 manat məbləğində mənfəətin cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi barədə qərar verilmişdir. Bu səbəbdən də cəmiyyətdə dividend hesablanmamışdır. 2021-ci ilin dörd ayı ərzində gəlir və xərc tam formalaşmadığından, həmçinin il başa çatmadığı üçün dividend hesablanmamalıdır.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5681 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş mülki iş materillarında olan ilkin mühasibat sənədləri, eyni zamanda Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X11 tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli, 42 nömrəli audit rəyinin nəticələri, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabat və xx.xx.2021-ci il tarixli müstəqil auditor hesabatı, bundan başqa "X7” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin nəticələri nəzərə alınmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iddia tələbində göstərilən qaydada 2016-2019-cu illər ərzində maliyyə pozuntusunun məbləği aşağıdakı kimi olmuşdur: Cəmiyətdə 2016-cı il üzrə 47445,13 manat, 2017-ci ildə 177012,73 manat, 2018-ci ildə 568480,72 manat və 2019-cu ildə isə 11294,65 manat, cəmi 804233,23 manat məbləğində qaimə ilə pulun verilməsi göstərilmişdir. Qaimənin üzərində cəmiyyətin direktoru Cavabdeh tərəfindən aşağıdakı şəkildə dərkənar qoyulmuşdur. 2016-cı ildə 44747,07 manat, 2017-ci ildə 174367,55 manat, 2018-ci ildə 364318,83 manat və 2019-cu ildə isə 10298,71 manat, cəmi 593532,16 manat məbləğində dərkənarla rəqəmləri təsdiq etmişdir. Cəmiyyət tərəfindən 593532,16 manat məbləğində pulun xərclənilməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına və ekspertiza tədqiqatına təqdim edilməmişdir. Həmin təsdiqedici sənədlərin mühsibatlıqda olmadığı bildirilmişdir. Cəmiyyətdə xx.xx.2019cu il tarixdə kassada inventarizasiya aparılmış və hesabat üzrə nağd pul qalığının, faktiki pul qalığının, əskikgəlmənin və artıq gəlmənin olmadığı müəyyən edilmişdir. Bankdan alınmış 2016-cı ildə 192700 manat, 2017-ci ildə 83900 manat və 2018-ci ildə isə 19900 manat, cəmi 296500 manat məbləğində nağd pula dair kassa mədaxil orderi tərtib edilməmiş və onun xərclənilməsini təsdiq edən ilk sənədlər auditor yoxlamasına və ekspertiza tədqiqatına təqdim edilməmişdir. 6665,41 manat məbləğ A. Y.Qitlinin əl yazması və imzası ilə təsdiqlənmiş cəmiyyətin rəsmi satış sənədlərində (qaimələrində) əks olunmuşdur. Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-nin direktoru tərəfindən 896697,57 (593532,16+296500+6665,41) manat məbləğində öhdəliyin qeyd edilən hallar üzrə cəmiyyətin dövriyyəsindən yayındırıldığı müəyyən edilir. Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X11 tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli, 42 nömrəli auditor rəyindəki (c.i.v.-14) dividendlər haqqında məlumatlar cədvəlinə əsasən cəmiyyətdə 2019-cu ildə 389076,66 manat, 2020ci ildə 303473,27 manat və 2021-ci ilin dörd ayında 105588,83 manat - cəmi 798138,76 manat məbləğində xalis gəlir olmuşdur. Həmin Auditor rəyində qeyd olunanlara görə xalis gəlir, yəni cəmiyyətin sərəncamında qalan mənfəət, təsisçilərin ümumi yığıncağının qərarına əsasən (2019-cu ildə 389076,66 manat və 2020-ci ildə 303473,27 manat məbləğində) cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilmişdir. Bu səbəbdən həmin illər üçün cəmiyyətdə dividend hesablanmamışdır. 2021-ci ilin nəticələri üzrə auditor yoxlamasına dair iş materillarında hər hansı bir rəy, yaxud hesabat olmadığından hazırkı eskpertiza ilə həmin dövr üzrə "xxxx" MMC-də xalis mənfəətin bölüşdürülməsi sualı üzrə tədqiqatın aparılması mümkün olmadı.

35. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 006 nömrəli auditor rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi qeyri-rəsmi sənədlərlə 525446,81 manat, 41462,30 ABŞ dolları və rəsmi sənədlərlə 6665,41 manatlıq mal satışı olmuş, həmin məbləğlər yuxarıda qeyd olunan sənədlərdə öz əksini tapmaqla, Cavabdeh imzası ilə təsdiqlənmiş, baş mühasib R.Məhərrəmovanın bildirdiyinə görə qeyd olunan məbləğlər, rəsmi sənədlərlə 6665,41 manatlıq məbləğin çıxılması şərti ilə qalan hissəsinə kassa mədaxil orderi tərtib olunmamışdır. Beləliklə, 6665,41 manatlıq satış məbləğinə kassa mədaxil orderi tərtib olunsa da, ümumilikdə qeyri-rəsmi sənədlərlə 525446,81 manat, 41462,30 ABŞ dolları və rəsmi sənədlərlə 6665,41 manatlıq mal satışından daxil olan vəsait dövriyyədən kənarlaşdırılmışdır.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023 il tarixli, 9/5681 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş mülki iş materialları, tədqiqata təqdim edilmiş əlavə sənədlər üzrə tədqiqat aparılaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2016-xx.xx.2019-cu illər ərzində cəmiyyətin mühasibatlığı tərəfindən təqdim olunmuş sənədlər qüvvədə olan mühasibat uçotu haqqında qanundan irəli gələn tələblərə, normativ sənədlərə, təlimatlara tamamilə uyğun gəlmədiyindən cəmiyyətdə maliyyə pozuntusunun olması hazırkı tədqiqatla müəyyən edilsə də, həmin pozuntuların hansı məbləğdə olması xx.xx.2023-cü il tarixli Auditor Rəyində ümumilikdə qeyri-rəsmi sənədlərlə 525446,81 manat, 41462,30 ABŞ dolları və rəsmi sənədlərlə 6665,41 manatlıq mal satışından daxil olan vəsaitin dövriyyədən kənarlaşdırılması müəyyən edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli Auditor Rəyi ilə həmin kənarlaşmaların "xxxx" MMC-nin direktoru Cavabdeh fəaliyyət dövründə baş verməsinə, müəssisədə həmin dövrdə xəzinadarın olmamasına və alınan izahatlara əsasən dövriyyədən kənarlaşdırılan vəsaitə görə Cavabdeh maddi məsuliyyət daşıdığı müəyyən edilmişdir. Eyni zamanda, auditor yoxlaması zamanı Cavabdeh qeyrirəsmi sənədlərdəki imzalarının bir qisminin ona məxsus olmadığını bildirdiyindən auditor bu dəlilin məhkəmə xəttşunaslıq ekspertizası vasitəsilə yoxlanılmasını təklif etmişdir. Belə ki, təqdim edilmiş iş materiallarında maliyyə pozuntusuna əsas olmuş hallar ilk olaraq malların nağd şəkildə satışını özündə əks etdirən Cavabdeh imzası ilə təsdiqlənmiş şirkət daxili qaimələrdə olan məbləğlərə, daha sonra cəmiyyətin bir sıra banklarda olan hesablaşma hesabından kassa mədaxil orderi tərtib edilmədən 296500 manat pulun Cavabdeh rəhbərliyi və baş mühasib-xəzinadar vəzifəsinin icraçısı Məhərrəmova Raya vasitəçiliyi ilə nağdlaşdırmasına və bunlarla yanaşı Məhərrəmova Raya tərəfindən verilmiş məlumatlara əsaslandığından bu hal üzrə tədqiqat aparmaq məhkəmə mühasibat ekspertizasının predmetinə aid olmadığı, eyni zamanda məhkəmə-mühasibat ekspertizasının ilkin mühasibat sənədləri əsasında aparılan tədqiqat olduğu üçün yaranmış maliyyə pozuntusunun məbləğini hazırki tədqiqatla müəyyən etmək mümkün olmadı. Lakin xx.xx.2023-cü il tarixli auditor rəyində qeyd olunanların (R.Məhərrəmova tərəfindən verilən məlumatların, şirkət daxili qaimələrdə Cavabdeh imzası ilə təsdiqlənmiş məbləğlərin və s.) düzgünlüyünə məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra həmin auditor rəyi ilə "xxxx" MMC-də xx.xx.2016-xx.xx.2019-cu illər ərzində yaranmış maliyyə pozuntusu üzrə aparılmış hesablamanın nəticəsi düzgün hesab edilə bilər. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-xx.xx.2021-ci illər üzrə təqdim etdiyi mənfəət vergi bəyannamələrinə əsasən: 2019-cu il üzrə gəlirlərin 6119630,54 manat, xərclərin 5633284,71 manat, vergiyə cəlb olunan mənfəətin 486345,83 manat, xalis mənfəətin 389076,66 manat olduğu, cəmiyyətin xx.xx.2021-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarına əsasən isə yaranmış mənfəətin cəmiyyətin biznesinə və sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinin qərara alındığı, eyni halın xx.xx.2023-cü il tarixli auditor rəyində də öz əksini tapdığı müəyyən edildi; ekspert rəyinin nömrəsi: 9/1964, tarixi: "12" may 2023-cü il. 2020-ci il üzrə gəlirlərin 5656983,92 manat, xərclərin 5277642,33 manat, vergiyə cəlb olunan mənfəətin 379341,59 manat, xalis mənfəətin isə 303473,28 manat olduğu, cəmiyyətin xx.xx.2021-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarına əsasən isə yaranmış mənfəətin cəmiyyətin biznesinə və sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinin qərara alındığı, eyni halın xx.xx.2023-cü il tarixli auditor rəyində də öz əksini tapdığı müəyyən edildi; 2021-ci il üzrə cəmiyyətin mənfəət vergi bəyannaməsi iş materiallarına əlavə edilmədiyindən bu hal üzrə tədqiqat aparılmadı. Lakin xx.xx.2023-cü il tarixli auditor rəyinin tərtibatı zaman 2021-ci ilin mənfəət vergi bəyannaməsi məlumatları təqdim edildiyindən həm rəydə 2021-ci il üzrə cəmiyyətin gəlirlərinin 5183626,22 manat, xərclərin 4833164,44 manat, vergiyə cəlb olunan mənfəətin 350461,78 manat, xalis mənfəətin isə 280369,42 manat olduğu, cəmiyyətin xx.xx.2022-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarına əsasən isə yaranmış mənfəətin cəmiyyətin biznesinə və sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinin qərara alındığı göstərilmişdir. Beləliklə, yekun nəticə olaraq iş materiallarında olan mənfəət vergisi bəyannamələrinə əsasən və xx.xx.2023-cü il tarixli auditor rəyində göstərilənlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verildikdən sonra xx.xx.2019-xx.xx.2021-ci illər üzrə dividendin bölüşdürülməsi ilə bağlı keçirilmiş təsisçilərin ümumi yığıncağının qərarları nəzərə alınmaqla cəmiyyətdə həmin illər üzrə dividendin bölüşdürülməsinin olmadığı, eyni zamanda əldə edilmiş mənfəətin cəmiyyətin biznesinə və sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinin qərara alındığı müəyyən edildi.

37. Rəylərdə tədqiqatı aparılmış qaimə və digər sənədlər məhkəməyə təqdim edilmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4-cü maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. 91-2.2-ci maddəsinə əsasən cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. 91-2.3-cü maddəsinə əsasən cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. 91-2.4-cü maddəsinə əsasən cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 91.4-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

41. İlkin iddia tələbi Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 896697,57 manat məbləğində pulun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə audit yoxlaması üçün ödənilmiş 7500 manat xərcin, iddiaçının göstərdiyi yardıma görə nümayəndəyə ödədiyi 4000 manat məbləğində xərcin, ekspert rəyi üçün “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 4000 manat xərc və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsindən ibarətdir.

42. Məhkəmə sözügedən tələbə münasibətdə qeyd edir ki, iş materialları və rəylərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2016-xx.xx.2019-cu illər ərzində pozuntunun olması öz təsdiqini tapır. Həmin pozuntular nəticəsində ümumilikdə 896697,57 manat məbləğində vəsaitin cəmiyyətin dövriyyəsindən yayındırıldığı müəyyən edilir. Həmin vəsaitlərin hara xərcləndiyi müəyyən olunmur. Təsisçilərdən biri olan Cavabdeh həmin dövrdə MMC-nin direktoru olmuşdur. Nizamnaməyə və qanunvericiliyə əsasən direktor kimi onun geniş səlahiyyətləri olmuşdur. Hüquqi şəxsin adından çıxış edən cavabdeh təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq vəzifəsi daşıdığı halda, vəzifələrini lazımınca icra etməmiş və nəticədə hüquqi şəxsə zərər dəymişdir. Qanunvericiliyə əsasən hüquqi şəxsin adından çıxış edən şəxs qeyd olunan vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır və o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

43. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, MMC-nin direktoru olmuş Cavabdeh vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır və pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

44. Məhkəmə iş materiallarında olan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Cavabdeh vurulmuş zərərə görə 896697,57 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

45. Eyni zamanda iddiaçı audit yoxlaması üçün çəkilmiş 7500 manat xərcin və “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 4000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia həmin hissədə rədd edilməlidir. Belə ki, qanunvericiliyə əsasən cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə aparıla bilər və bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə əsaslı sayıla bilməz.

46. Məhkəmənin qənaətinə əsasən hüquqi yardım xərcinə görə ağlabatan məbləğ olaraq 800 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

47. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.

48. Cavabdeh iddiaya etiraz etməklə yanaşı, həmçinin iddia müddətinin İddiaçı tərəfindən ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni əsassız sayaraq qeyd edir ki, iddia müddəti ötürülməmiş, audit yoxlamasından və pozuntu aşkarlandıqdan qısa müddət sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

49. Məhkəmə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, cavabdehdən onun xeyrinə 3 il üçün ******* manat dividend, 100000 manat mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş ümumi yığıncaqları qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş və mənfəətin yalnız cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dividendin və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. belə ki, ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. Eyni zamanda mübahisələndirilən illər üzrə mənfəətin yalnız cəmiyyətin biznesinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsi qərara alınmış, divident bölgüsü olmamışdır.

50. Birləşdirilmiş iş üzrə iddiaçılar "xxxx" MMC, X36 və X38 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıların hər birinə rəsmi məktub ünvanlayaraq onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib etməsi və onlardan üzr istənilməsi vəzifəsinin müəyyən edilməsi, iddiaçılar barəsində əsassız və qərəzli məlumatların yayılmasının cavabdehə qadağan edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə işgüzar nüfuzuna vurulmuş 50000 manat məbləğində zərərin, nümayəndəyə göstərdiyi yardıma görə 2500 manat məbləğində xərcin, “X18” ekspert rəyinə görə ödənilmiş 2500 manat xərcin, 30 manat dövlət rüsumunun, iddiaçı X16 xeyrinə 20000 manat məbləğində mənəvi zərərin, iddiaçı X21 xeyrinə 40000 manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq müvafiq olaraq iddiaçılar "xxxx" MMC-yə, X22 və X27 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdehlər X27, X37 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, cavabdehlərin hər birindən onun xeyrinə 50000 manat olmaqla, 150000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan tələblərə münasibətdə məhkəmə bildirir ki, Cavabdeh tərəfindən iddiaçıların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi və qarşılıqlı iddia tələbi üzrə cavabdehlər tərəfindən Cavabdeh mənəvi zərərin vurulması öz təsdiqini tapmadığından sözügedən tələblər təmin edilməməlidir.

51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

52. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

53. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

54. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 896697,57 manat, hüquqi yardım xərci olaraq 800 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X36 və X21 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbinə dair ilk iddiası təmin olunmasın. Cavabdeh İddiaçınə, X22 və X27 qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar