Məhkəmə qərarları › İş №e-2-2(113)-760/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-760/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-760/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin icra edilməməsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, Abdulaziz Alkılıc və Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ARENA ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 917776,85 manat məbləğində pul vəsaitinin, habelə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1-3/01-3/2007 saylı qətnaməsi ilə qarşılıqlı İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh ASC-dən İddiaçı MMC-nin xeyrinə 1077056,08 təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər, ödənilmiş 68164,99 manat icarə haqqı, 2000 manat hüquqi xidmət olmaqla, ümumilikdə 1147221,07 vəsaitin tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İMDİÜK-nın xx.xx.2007-ci il tarixli, 4ik-27-5-11/07 saylı qətnaməsi və Ali Məhkəmənin İMDİÜMK xx.xx.2008-ci il tarixli, 2-1(102)-01/2008 saylı qərarı ilə təmin edilməmiş, xx.xx.2007-ci il tarixli, 1-3/01-3/2007 saylı qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyəti icra orqanına göndərilmişdir. Həmin qətnamə baxmayaraq ki, 2008-ci ildə qanuni qüvvəsini almışdır, 2023-cü ilə kimi icra edilməmiş, yalnız borcluya məxsus üzərinə həbs qoyulmuş və 303.551,30 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar (əmlak kompleksi) "xxxx" MMC tərəfindən keçirilmiş 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokola və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tələbkarın mülkiyyətinə verilmişdir. Başqa sözlə, 16-17 il ərzindən qətnamə ilə ödənilməli olan 1147221,07 manat pul vəsaitindən borclu tərəfindən cəmi 303.551,30 manat ödəniş edilmişdir. Qeyd olunan qətnamə əsasında icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə göndərilsə də, artıq 17-18 ildir ki, icra vərəqəsinin icrasını təmin etməmişlər və nəticədə iddiaçıyazərər vurmuşlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 385.1, 389.1, 439.3, 442, 443.1, 443.2, 445.7, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia tələbi Cavabdeh ASC-dən 959960,28 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə verilməsinə istiqamətlənmiş, iddia tələbinin əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə (borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur) istinad edilmişdir. Lakin sadə riyazi qaydada hesablamada səhvə yol verilmiş, cavabdeh tərəfindən ödənilməmiş 1147221,07 manat pul vəsaitinin 16 il ərzində gecikdirilməsinə görə illik beş faiz hesablanarkən səhv məbləğdə pul vəsaiti tələb edilmişdir. Belə ki, 1.147.221,07 manat pul vəsaitinin gecikdirilmiş vaxt üçün illik beş faiz 57361,05 manat təşkil edir ki, bu da 16 il ərzində 917776,85 manat təşkil edir (57361,05 X 16 = 917776,85). Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin İddiaçı MMC-nə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə sahəsindən çıxarılması barədə” əsas iddia, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “icarə obyektində çəkilmiş xərclərin, ödənilmiş icarə haqlarının qaytarılması, hüquqi xidmətə, dəymiş zərərə görə vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbin üzrə X1 gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 21 may 2007-ci il tarixli 1-3/01-3/2007 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi Və icarə sahəsindən çıxarılması barədə” iddiası təmin edilməsi, tərəflər arasında bağlanmış 01 yanvar 2006-cı il tarixli icarə müğaviləsi ləğv edilməsi və cavabdeh həmin ərazidən çıxarılması, qarşılıqlı iddiaçı ”DİZAYN QRUP AKSESUARLARİ LTD” MMC-nin Cavabdeh ASC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilməsi, Cavabdeh ASC-dən İddiaçı MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər və ödənilmiş 68164,99 manat icarə haqqı və hüquqi xidmətə görə 2000 manat olmaqla, ümumilikdə 1147221,07 manat vəsait tutulması, ekspertə çəkilmiş 50 manat xərc Cavabdeh ASC-dən və İddiaçı MMC-dən hər birindən 25 manat tutulmaqla dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 18 yanvar 2008-ci il tarixli 2-1(102)-01/2008 saylı qərarına əsasən iddiaçı Cavabdeh ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 25 sentyabr 2007-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə qətnaməsi 07 sentyabr 2007-ci il tarixdə qanuni qüvvəyə minmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 112 saylı 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Səbail rayon icra şöbəsinin icra məmuru Aynurə Bayramova tərəfindən verilmiş sifariş əsasında 1 saylı Yerli İqtisad Məhkəməsinin 1- 3/01/2007 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqi və Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 17492/2013-16-22/326 saylı sifariş məktubuna əsasən Cavabdeh ASC-nin icarə hüququ ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququ və həmin torpaq sahəsində yerləşən tikilinin dəyəri 303551 manat 30 qəpik məbləğində qiymətləndirilmişdir. İddiaçı MMC hərracın qalibi olmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Təşkilatçı Cavabdeh ASC-nin icraə hüquqi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququ və həmin torpaq sahəsində yerləşən tikililəri İddiaçı MMC-nin tam mülkiyyətinə verməyi, İddiaçı MMC isə həmin daşınmaz əmlakı alıb 303551 manat 30 qəpik məbləği tam ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 1260 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.6-ci maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 21 may 2007-ci il tarixli 1- 3/01-3/2007 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh ASC-dən İddiaçı MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər və ödənilmiş 68164,99 manat icarə haqqı və hüquqi xidmətə görə 2000 manat olmaqla, ümumilikdə 1147221,07 manat vəsaitinin tutulması qət edilmiş, həmin qətnamə xx.xx.2007-ci il tarixdə qanuni qüvvəsini almış, lakin bu günə kimi icra edilməmişdir. Hətta cavabdehin əmlakının 303551,3 manat dəyərində hərracdan alınması razılaşdırılsa da, həmin əmlak da bu günə kimi iddiaçının mülkiyyətinə verilməmişdir. Bütün bunlar cavabdehin iddiaçıya olan 1147221,07 manat məbləğində pul öhdəliyini 16 ildən artıq müddətdir pozaraq icra etmədiyini, ödənişi gecikdirdiyini təsdiq edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, cavabdehin pul məbləğinin ödənilməsini 16 ildir gecikdirdiyini, belə olan halda isə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmasını (1147221,07 x 5%=57361,0535 x 16 il=917776,85), iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 917776,85 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1258,11 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 917776 (doqquz yüz on yeddi min yeddi yüz yetmiş altı) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 1258 (bir min iki yüz əlli səkkiz) manat 11 (on bir) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar