Məhkəmə qərarları › İş №e-2-2(113)-768/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-768/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-768/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair ilkin, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun geri qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: müqavilənin ləğvi, icarə haqqı, mediasiya xərci və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair ilk, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun geri qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin öhdəliklərinin pozulması üçün həmin müqaviləyə xitam verilməsi və cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, boşaldılması və ona təhvil verilməsi, 50 (əlli) manat mediasiya xərcinin və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

1. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh X6 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Lakin cavabdeh X6 tərəfindən həmin müqavilənin 2-ci bəndinin tələbləri mütəmadi olaraq pozulmuşdur. Belə ki, icarəçi icarə sahəsini tələb olunan sanitar qaydalarına uyğun saxlamamışdır, icarə sahəsini tam təmir etməmişdir, icarə sahəsində bütün nasazlıqlar aradan qaldırılmamışdır. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin öhdəliklərinin pozulması səbəbindən həmin müqavilənin xitam verilməsi və ona ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsinin 3 (üç) gün müddətində boşaldılması ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh bu günədək sahəni boşaltmamışdır.

2. X1 Rafiq Adil oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-yə məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci-ci mərtəbəsində 300 (üç yüz) kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müddətinin bitdiyi vaxta qədər, yəni xx.xx.2024-cü il tarixədək icarə münasibətlərinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, icarə müqaviləsində razılaşdırılmış icarə haqqından əlavə ödənilmiş 11.900 manat pulun iddiaçıya qaytarılması, sözügedən obyektin təmirinə çəkilən xərclərin əvəzi olaraq 3000 manat pulun, generatorun alınmasına sərf edlmiş 270 manat pulun, əldə çıxmış fayda olaraq 2500 manat pulun və mənəvi zərər olaraq 5000 manat olmaqla, ümumilikdə 23270 manat pulun, həmçinin 160 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə arasında ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-yə məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci-ci mərtəbəsində 300 (üç yüz) kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti icarə müqaviləsinin 1.2-ci bəndində qeyd edildiyi kimi 2 (iki) il müddətinə qeyd edilmişdir. İcarə müqaviləsinin müddəti bitməmişdir. Lakin, müqavilə müddəti başa çatmamış cavabdeh tərəf obyektin təmir-tikinti işlərinin aparılması məqsədilə, iddiaçıdan obyektin boşaldılmasını və oradan çıxmasını tələb edir. Məhkəmənin nəzərinizə çatdırılır ki, iddiaçı fərdi sahibkar kimi, təhsil xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Yeni tədris ilinin başlanması ilə bağlı, şirkətin fəaliyyəti aktivləşdiyinə baxmayaraq belə bir vaxtda cavabdehin hərəkətləri iddiaçının fəaliyyətinə birbaşa təsir göstərir. Halbuki, icarə müqaviləsi 2024-cü ilin fevral ayına qədər qüvvədədir. Lakin, cavabdeh tərəf müqavilə şərtlərini pozaraq, iddiaçının vaxtından əvvəl qeyri-yaşayış sahəsindən çıxmasını tələb edir. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuzdur. İddiaçı tərəfindən müqavilə öhdəlikləri vaxtında yerinə yetirildiyi halda, cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək onun şərtlərini pozur və bununlada sahibkarın mənafelərinə zidd hərəkətlər edir. Qeyd edir ki, müqavilədə icarə haqqı rəsmi hər ay üçün 400 (dörd yüz) manat göstərilsədə, icarəyə verənə hər ay artıq ödəmələr olmuşdur. Belə ki, 2022-ci il fevral ayında müqavilə bağlandığı vaxtdan, 2022-ci ilin fevral, mart, aprel, may ayları üzrə hər ay 1200 manat, həmin ilin iyun, iyul, avqust ayları üzrə hər ay 800, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər ay 1500 manat məbləğində icarə haqqı və 2023-cü ilin yanvar ayı üzrə 1500 manat, fevral, mart, aprel, may ayları üzrə hər ay üçün 1200 manat, iyun ayı üzrə isə 800 manat icarə haqqı ödənilmişdir. Yəni, iddiaçı müqavilə şərtlərinə görə 21 ay x 400 manat =8400 manat məbləğində icarə haqqı ödənilməli olduğu halda, 2022-ci ilin fevral ayından 2023-cü ildən sentyabr ayınadək, cəmi 20300 manat məbəğində icarə haqqı ödəmişdir ki, bu da müqavilə şərtlərində nəzərdə tutulduğundan icarəverənə artıq 11.900 manat (20300-8400=11.900) pulun ödənilməsi deməkdir. Həmin artıq ödəmələri təsdiq edən mötəbər sübutlar var. Beləki, qeyd edilən əlavə ödənişlərin bəzilərinin ödəniş qəbzləri var. Bəzi əlavə ödəmələr isə birbaşa iddiaçı tərəfindən cavabdeh tərəfin təqdim etdiyi bank kartına ödənilmişdir. Eyni zamanda 2022-ci ildə həmin qeyri-yaşayış sahəsinin təmiri üçün (arakəsmə, molyar, şpaklovka və sökülən kafellərin yapışdırılması, işıqların yenilənməsi üçün materiallar və usta xərcləri) 1400 manat və 2023-cü il isə 1600 manat məbləğində, cəmi (1600+1400)=3000 manat pul xərclənmişdir. Bundan əlavə, 2023-cü ilin sentyabr ayında obyektə gedən elektrik xəttinin cavabdeh tərəfindən qanunsuz kəsildiyi üçün, əmək müqavilələri, tələbələrlə müqavilələrin tərtib edilməsi, müvafiq dövlət, vergi, sığorta və digər ödəmələrlə problemlərin yaranmaması və mərkəzin normal fəaliyyətinin təmin edilməsi məqsədilə, iddiaçı məcbur qalıb elektrik enerjisinin bərpası üçün 870 manatlıq generator almışdır. Həmçinin sentyabr və oktyabr ayları ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində sahibkar aylıq 2500 manat manatlıq gəlirlərindən məhrum olmuşdur. Oda qeyd edilməlidir ki, iddiaçının hərəkətləri nəticəsində mənəvi ziyanın vurulmaması da mübahisəsizdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-768/2024 saylı qərardadı ilə, qarşılıqlı iddianın X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə münasibətlərin, icarə müqaviləsinin müddətinin bitdiyi vaxta qədər, yəni xx.xx.2024-cü il tarixədək davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qarşılıqlı iddia baxılmamış saxlanılmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icarəyəverən) ilə X6 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

12. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən (İddiaçı) ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-yə məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci-ci mərtəbəsində 300 (üç yüz) kv.m qeyri-yaşayış sahəsini təhsil-tədris müəssisəsinin təşkili üçün X4 icarəyə verməyi öz öhdəsinə götürmüşdür.

13. Müqavilənin 1.2-ci bəndinə əsasən icarənin müddəti 2 il müəyyən edilir.

14. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 400 manat müəyyən edilir.

15. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir.

17. Məhkəmə ilkin iddianın xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və icarənin müddətinə qədər qüvvədədir.

19. Müqavilənin 5.2-ci bəndinə əsasən hər bir tərəf müqavilənin uzadılması və xitamı haqqında müqavilə müddətinin bitməsinə 2 ay qalmış bir-birlərini yazılı surətdə xəbərdar etməlidirlər.

20. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər istənilən vaxt bağlanmış müqaviləni bir tərəfli qaydada ləğv edə bilərlər. Bunun üçün 2 ay əvvəlcədən rəsmi yazılı xəbərdarlıq etməlidirlər.

21. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı birinci dəfə xx.xx.2023-cü il tarixdə, daha sonra xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin boşaldılması və əməkdaşlığın sonlandırılması, yəni müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini X4 çatdırmışdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müddəti artıq xx.xx.2024-cü il tarixdə bitmişdir.

24. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

25. İlkin iddianın ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, boşaldılması və ona təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

26. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə hüquq münasibətlərinə artıq xitam verilmişdir. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildiyindən X6 qeyd edilmiş müqavilə üzrə icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi X6 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.

27. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 50 manat məbləğində pul Bakı 04 X5 ödənmişdir.

28. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 manat məbləğində pul X2 tutularaq İddiaçı verilməlidir.

29. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

30. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul X2 tutularaq İddiaçı verilməlidir.

31. Beləliklə, ilkin iddia təmin edilməlidir.

32. Məhkəmə qeyd edir ki, bundan sonra qarşılıqlı iddiaya qiymət verilməlidir.

33. Məhkəmə qarşılıqlı iddianın icarə müqaviləsində razılaşdırılmış icarə haqqından əlavə ödənilmiş 11.900 manat pulun iddiaçıya qaytarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

34. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək icarəçi tərəfindən 2022-ci ilin fevral, mart, aprel, may ayları üzrə hər ay 1200 manat, həmin ilin iyun, iyul, avqust ayları üzrə hər ay 800, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər ay 1500 manat məbləğində icarə haqqı və 2023-cü ilin yanvar ayı üzrə 1500 manat, fevral, mart, aprel, may ayları üzrə hər ay üçün 1200 manat, iyun ayı üzrə isə 800 manat icarə haqqı ödənildiyini bildirmişdir.

35. Məhkəmə iclaslarında iştirak edən ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə izahatında həmin icarə obyekti üzrə ilk dəfə xx.xx.2018-ci il tarixdə Əliyev Şahin adlı şəxsin oğlu ilə müqavilə bağladığını, onun oğlu hərbi xidmətə getdikdən sonra müqavilənin X6 ilə bağlandığını, amma danışıqların Əliyev Şahin adlı şəxslə aparıldığını, şifahi olaraq icarə haqqı məbləğinin 1200 manat məbləğində razılaşdırdıqlarını, icarəçi icarə haqqı məbləğindən vergi ödədiyi üçün onun maraqlarına uyğun olaraq müqavilədə icarə haqqı məbləğinin 400 manat qeyd olunduğunu, bəzi aylarda 800 manat, bəzi aylarda 1200 manat icarə haqqı məbləğinin ödənildiyini, X6 tərəfindən icarə haqqı üzrə sonuncu dəfə 2023-cü ilin iyun ayında 800 manat məbləğində icarə haqqı ödənilmiş, 2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayına kimi heç bir icarə haqqı məbləği ödənilməmişdir.

36. Məhkəmə iclasında qarşılıqlı iddiaçıdan əgər həqiqətən də, icarə haqqı 400 manat olsa, nəyə görə artıq ödənildiyi soruşulmuş, qarşılıqli iddiaçı tərəf də, İddiaçı sağlamlığında problem olması səbəbindən etdiklərini bildirmişdir.

37. Qarşılıqlı iddiaçının qeyd edilən cavabı məhkəməyə inandırıcı gəlmir. Belə ki, mütəmadi olaraq “artıq pulun ödənilməsi” icarəyə verənin sağlamlığı ilə bağlı olması inandırıcı deyildir.

38. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə icarə haqqının məbləği 400 manat nəzərdə tutulsa da, əslində icarə haqqı 1.200 manat olmuşdur və ödənişlər də, ona uyğun aparılmışdır.

39. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən hissədə təmin edilə bilməz.

40. Məhkəmə, həmçinin qeyd edir ki, qarşılıqlı iddia obyektin təmirinə çəkilən xərclərin əvəzi olaraq 3000 manat pulun tələb edilməsi hissəsində də əsassızdır.

41. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi (X6) tərəfindən icarə sahəsi tam təmir olunmalıdır, su, işıq xətləri bərpa olunmalıdır. İcarə sahəsində bütün nasazlıqlar aradan götürülməlidir, sahə istismara yararlı vəziyyətə gətirilməlidir.

42. Göründüyü kimi, icarə obyektinin icarəçi tərəfindən təmir olunması müqavilə ilə razılaşdırılmış, icarəçi də, bunu müqaviləni imzalamaqla üzərinə götürmüşdür.

43. Bundan başqa qarşılıqlı iddiaçı qeyri-yaşayış sahəsində hansı təmir işlərini görüdüyünü, nə qədər vəsait xərclədiyini də, məhkəmədə əsaslandıra bilməmişdir.

44. Qarşılıqlı iddiaçı, generatorun alınmasına sərf edilmiş 270 manat pulun ödənilməsini tələb etsə də, generatorun alınmasına görə pulun nəyə görə İddiaçı tutulmalı olmasını əsaslandıra bilməmişdir.

45. Bundan başqa da, qarşılıqlı iddiaçı əldən çıxmış fayda olaraq 2500 manat pulun və mənəvi zərər olaraq 5000 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından əldən çıxmış faydanın və mənəvi zərərin nədən ibarət olduğunu sübut edə bilməmişdir.

46. Ona görə də, qarşılıqlı iddianın qeyd edilən hissələri təmin edilə bilməz.

47. Yekun olaraq, məhkəmə hesab edir ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia təmin edilsin. İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. X1 Rafiq Adil oğluna məxsus ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsindən çıxarılsın. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən “İnşaatçı MTK”-ya məxsus olan yaşayış binasının 1-ci girişi 2-ci mərtəbəsində 300 (üş yüz) kv.m qeyri-yaşayış sahəsi X6 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul “X2 tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar