Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7688/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zamin) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 452.23 manat məbləğində əsas borc, 10.05 manat məbləğində faiz borcu, 36.80 manat cərimə borcu olmaqla, ümumilikdə isə 499.08 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5.890 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2023-cü il tarixli 348345-1-3062 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsinə əsasən Bank kredit alana illik 20 faizlə 24 ay müddətinə 5.890 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC (bank) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh3 xx.xx.2023-xx.xx.2025 dövr üzrə aylıq 300.01 manat, xx.xx.2025-ci il tarixə aylıq 295,1 manat olmaqla, ümumilikdə, 7195,33 (əsas və faiz borcu birlikdə) manat məbləğində ödənişlər edəcəyini əlavəni imzalamaqla qəbul etmişdir. xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2023-cü il tarixli 348345-1- 3062 saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit alan zaminliklə təmin edilmiş hazırkı müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. 1.2-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir, o cümlədən: - 5.890 manat məbləğində və xx.xx.2025-ci il tarixədək müddətə verilmiş kredit; - kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 20 faiz məbləğində kreditdən istifadəyə görə faiz; - kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. Cavabdeh3 İddiaçı ASC-də olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində bank onun hesabına xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsi üzrə 5890 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı müqavilə üzrə 452,23 manat əsas, 10.05 manat faiz, 36,80 manat cərimə olmaqla, cəmi 499,08 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, ümumilikdə 499.08 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 24 ay müddətinə 5.890 manat məbləğində kredit vermişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2023-cü il tarixli 348345-1-3062 saylı zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 5.890 manat kredit versə də, cavabdehlər öhdəliyini tam icra etməmişlər, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamışlar, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı heç bir etiraz etməmişlər. Nəticədə iddiaçının cavabdehlərdən kredit və zaminlik müqaviləsinə, həmçinin mülki qanunvericiliyə əsasən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin normalarını və müqavilələrin şərtlərini, cavabdehlərin öhdəliyini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edirəm ki, xx.xx.2023-cü il tarixli 348345- CNS-45394 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 452.23 manat məbləğində əsas bоrc, 10.05 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı, eyni zamanda cavabdehlərdən 36.80 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmənin Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 23 manat müəyyən edilməlidir. Bundan başqa, hesab edirəm ki, iddia qismən təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli 348345-CNS-45394 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 452,23 manat məbləğində əsas bоrc, 10.05 manat məbləğində faiz bоrcu, 23 manat cərimə borcu olmaqla, ümumilikdə 485 (dörd yüz səksən beş) manat 28 (iyirmi səkkiz) qəpik borc və 28 (iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7688/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7688/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver