Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-769/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Müğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilənin etibarsızlığı və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Müğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası) qarşı müqavilənin etibarsızlığı və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixində bağlanmış ********** saylı kontrakta (müqaviləyə) əsasən Cavabdeh3 xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında ehtiyacı olan mal və xidmətlərin tədarükü məqsədilə qeyd edilən tarixlər arasında istehsalçı - “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” alıcı - Cavabdeh3 cəmi 100.000 ABŞ dolları məhsullar göndərəcək, bu məhsullar partiya şəklində göndəriləcəkdir. Göndərilən hər məhsul ayrıayrı fatura (invoice hesab) ediləcək və bu faturalar məhsullar gömrükdən çıxmadan avans və nağd ödənəcəkdir. X9 - Set = 100.000 ABŞ dolları.
2. 28.02.2020-ci il tarixli MSN**********69 nömrəli invoysdan (invoice) görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 53.514 ABŞ dolları təşkil edir (satıcı - “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.”, alıcı - Cavabdeh3dur).
3. 28.02.2020-ci il tarixli MSN**********70 nömrəli invoysdan (invoice) görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 12.000 ABŞ dolları təşkil edir (satıcı - “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.”, alıcı - Cavabdeh3dur).
4. 28.02.2020-ci il tarixli MSN**********71 nömrəli invoysdan (invoice) görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 12.500 ABŞ dolları təşkil edir (satıcı - “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.”, alıcı - Cavabdeh3dur).
5. 28.02.2020-ci il tarixli MSN**********73 nömrəli invoysdan (invoice) görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən təqdim edilmiş malın (1 dəst damcı suvarma sisteminin) ümumi dəyəri 13.000 ABŞ dolları təşkil edir (satıcı - “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.”, alıcı - Cavabdeh3dur).
6. **********7796 saylı gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “Masna Plastik ve Metal İml.Nak.San. ve Tic. A.Ş.” tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh3 ünvanlanmış ümumi invoys dəyəri 91.014 ABŞ dolları olan 4 dəst kənd təsərrüfatı və ya bağçılıq üçün suvarma qurğuları (X9) AR-in gömrük sərhədindən keçirilərək Cavabdeh3 göndərilmişdir.
7. Cavabdeh3 (icraçı) ilə Cavabdeh1 (sifarişçi) arasında xx.xx.2020-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu, Suvacal kəndində yerləşən bağ sahəsi) 1 dəst X9 (bundan sonra Mal adlandırılacaq) ilə təmin etməyi, Sifarişçi isə Malın dəyərini İcraçıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilə bağlanır ondan ötrü ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 məxsus Qusar rayonu, Suvacal kəndində yerləşən 6,184 ha torpaq sahəsinin 6 hektarında (ha) 1 dəst X9 quraşdırılacaqdır. 2.1-ci bəndinə əsasən malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 21.000 manat təşkil edir. 2.2-ci bəndinə əsasən mallar adresinə təslim olacaq. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə 2.1 bəndində qeyd edilən malların dəyərinin, yəni 15.000 manat müqavilə imzalandıqdan sonra təqdim edilən hesab faktura əsasında 5 iş günü ərzində Sifarişçi tərəfindən avans olaraq İcraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür. 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan, yəni 6.000 manat mallar Türkiyə Respubikasından çıxdıqdan sonra ödənməlidir. 4.4-cü bəndinə əsasən icraçı tərəfindən malların çatdırılaraq Sifarişçiyə onun Podrat sahəsində təhvil verilməsini təsdiq edən 2 eyni hüquqi qüvəyə malik olan nüsxədə təhviltəslim aktı ilə rəsmiləşdirilir. 4.5-ci bəndinə əsasən icraçı tərəfindən çatdırılan malların gömrük rəsmiləşdirilməsi icraçı tərəfindən aparılır. 5.1.6-cı bəndinə əsasən bu müqavilə üzrə satılan mallarda “Sifarişçi” tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək icraçının vəzifəsidir. 6.1-ci bəndinə əsasən icraçı tərəfindən satılan mallara aşağıdakı müddətlərə zəmanət verilir. 6.1.1. Motor ve filitre - 2 il. 6.1.2. Suvarma sistemi boruları - 5 il. 6.1.3. diğer aksamlar - 2 il 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam olaraq icra etdiyi anadək qüvvədədir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (agentlik) ilə "xxxx" ASC (müvəkkil kredit təşkilatı) arasında 10 mart 2020-ci il tarixdə Agentliyin vəsaitindən istifadəyə dair 01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətt(lər)i çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. 3.3-cü bəndinə əsasən borcalanlar kreditin ayrılması və və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətinin qeydə alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir, borcalanların öhdəliklərinin icra qabiliyyətini araşdırırır. 3.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı müraciətləri müvafiq qaydada araşdırdıqdan sonra, müraciətin edildiyi tarixdən 15 iş günündən gec olmayaraq kredigtin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul edir, yaxud borcalanlara əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir). 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertiasını həyata keçirir, ekspertiza üçün zəruri olduqda əlavə məlumatlar və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. 4.3.1-ci bəndinə əsasən zəruri hallarda müvəkkil kredit təşkilatı ilə birlikdə borcalanların monitorinqini aparır; 4.3.2-ci bəndinə əsasən borcalanlar tərəfin ödənilmiş aylıq ödənişlərin bu müqavilə üzrə müəyyən edilmiş qaydada vaxtında ödənilməsini tələb edir; 4.3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı tərəfindən vəsaitlərin geri ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə müvafiq vəsaitin hesablanmış faizlərlə və cərimə məbləği ilə birlikdə müvəkkil bankın müxbir hesabatından silinməsi haqqında MB-yə ödəniş tələbnamə tapşırığı verir; 4.3.4-cü bəndinə əsasən zərurət yarandıqda, müvəkkil kredit təşkilatından borcalanların kredit öhdəliklərinin dövriyyəsi, ödəniş qabilliyyəti və s. statistik məlumatları əks etdirən əlavə hesabatlar, sənədlər tələb edir; 4.3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının qayda və bu müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, müvəkkil kredit təşkilatını dərhal layihədən kənarlaşdırılır; 4.3.6-cı bəndinə əsasən qayda və bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi müvəkkil kredit təşkilatından tələb edir. 7.1-ci bəndinə görə bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddətə qüvvədə qalır.
9. Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 istifadə” Qaydasına müvafiq olaraq xx.xx.2020-ci il tarixli 06 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi **********7796 saylı gömrük bəyannaməsinə əsasən gömrük dəyəri 20.400 manat olan Türkiyə istehsalı olan 1 dəst Masna Plastik markalı X6 satış dəyərinin minimum 60 faizinin tərəfindən ödənilməklə, 40 fazinin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə razılıq verilməsini xahiş etmişdir.
10. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən Türkiyə istehsalı olan 1 dəst Masna Plastik markalı X6 təyinatı üzrə istifadə edəcəyinə, texnikanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə texnikanı 5 il ərzində Azərbaycan Respublikasının hüdüdlarından kənara çıxarmayacağını və əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin mülkiyyətinə və ya hər hansı formada isifadəsinə verməyəcəkdir. Yuxarıda sadalanan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edilməsi barədə öhdəlik götürmüşdür.
11. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə əsasən damlama suvarma sitemininin alınması və quraşdırılması üçün 20.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən Cavabdeh3 (Cavabdeh2 ASC-nin Xaçmaz filialındakı) bank hesabına ödənilmişdir.
12. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktdan görünür ki, 2020-ci ilin may ayında fərdi sahibkar Cavabdeh3 tərəfindən Cavabdeh1 məxsus Qusar rayonu, Suvacal kəndində yerləşən 6,184 ha torpaq sahəsinin 6 hektarında (ha) 21000 manat dəyərində 1 dəst X9 quraşdırılaraq təhvil verilmiş və Cavabdeh1 təhvil almışdır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
13. “Grand Baku” Qiymətləndirmə və sığorta ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh3 məxsus 1 dəst X9nin bazar dəyəri 21.000 manat, likvid dəyəri 18.900 manat müəyyən edilmişdir.
14. Cavabdeh2 ASC xx.xx.2020-ci il tarixli M/22-3261/1 saylı məktubla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək bildirmişdir ki, fiziki şəxs Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixində Cavabdeh2 ASC-də cari hesab açılmış və həmin hesaba Türkiyə istehsalı olan 1 dəst Masna Plastik markalı X6 alınması məqsədi ilə onun ümumi dəyəri olan 21.000 manatın minimum 60%-i həcmində vəsait yəni 12.840 manat ilkin ödəniş kimi mədaxil edilmişdir. Bunları nəzərə alaraq fiziki şəxs Cavabdeh1 həmin texnikaların alınması üçün 8.160 manat subsidiyanın ayrılması məsələsinə baxılması xahiş edilmişdir.
15. 10.06.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 8.160 manat məbləğində pul vəsaiti (subsidiya) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 ASC-yə ödənilmişdir.
16. xx.xx.2020-ci il tarixli görülmüş işlərin icra aktından görünür ki, xx.xx.2020-ci il tarixində, 04 may 2020-ci il tarixli 06 saylı alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs Cavabdeh1 məxsus Qusar rayonu, Suvacal kəndində yerləşən 6,184 ha torpaq sahəsinin 6 ha bağında 2020-ci ilin may ayında 1 SET (dəst) damlama suvama sistemi quraşdırılmış, alqı-satqı müqaviləsində qeyd olunmuş (5.1.6.bəndinə əsasən müqavilə üzrə satılan mallarda sifarişçi tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsur və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək) mövcud vəziyyətə uyğun olaraq o cümlədən müştərinin istəyi ilə həmin bağa cədvəldə göstərilən yeni əlavə köməkçi avadanlıqlar (1 ədəd Dizel pompa, 1 ədəd 100 lt Gübrələnmə tankı, 1 ədəd metal filtre) quraşdırılmış, sıradan çıxmış və işlək vəziyyətdə olan avadanlıqlar istifadəçinin ünvanında saxlanca götürülmüşdür. Görülmüş işlərin icra aktının düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Akt Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmaqla təsdiq edilmişdir.
17. Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabtı”ndan arayışla müəyyən olunur ki, Cavabdeh1 Qusar rayonu, Suvacalı kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına (8.160 manata bərabər olan) maliyyələşdirilən damcılı suvarma sistemi avadanlığının adı, markası, buraxılış ili və cari vəziyyəti 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuş, eləcə də həmin avadanlığın ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamış, eyni zamanda, hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturaların mövcudluğu müəyyən edilməmişdir.
18. Cavabdeh3 tərəfindən 15.000 manat dəyərində malın (X9) göndərilməsinə dair EBDD seriyalı 448010 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə Cavabdeh1 göndərilmişdir.
19. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş Cavabdeh1 aid xx.xx.2020-ci il tarixindən xx.xx.2024cü il tarixədək olan məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, Cavabdeh1 Cavabdeh2 ASC-nin Xaçmaz filialındakı bank hesabından xx.xx.2020-ci il tarixli 06 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixində 20.000 manat pul köçürülmüş və xx.xx.2020-ci il tarixində isə 8.160 manat məbləğində pul vəsaitləri hesaba daxil olmuşdur.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, 2-2(113)-769/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
21. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Müğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası)qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2020-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 8160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 8760 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ləğv prosesində olan Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 Cərulla oğluna kənd təsərrüfatı texnikasının – damcılı sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8160 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş Muğanbank ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 8160 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı cavabdeh ləğv prosesində olan Muğanbank ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən Agentliyə vurulmuş 8160 manat məbləğində zərərin müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olan Muğan Bank ASC-dən də tutulmalıdır
23. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2020-ci il tarixli 06 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 8160 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi: 8760 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ləğv prosesində olan Cavabdeh2 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 340.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
25. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarından biri odur ki, cavabdehlər Cavabdeh3 Zəbuyulla oğlu ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2020ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 məxsus 6 ha bağ sahəsində 21.000 manat dəyərində 1 dəst X9 alınıb gətirilib quraşdırılması nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulan damlama suvarma sistemi (MASNA PLASTİK VE METAL İML NAK. SAN VE TİCARET A.S.) müqavilə üzrə təhcizatçı tərəfindən ölkəyə gətirilmiş, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi əsasında gömrükdə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə görə icraçı damlama suvarma sistemini sifarişçiyə məxsus bağ sahəsinə gətirmiş, quraşdıraraq istismara vermiş bu barədə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə alınacaq "X9"nin qiymətləndirilməsi "xxxx" MMC tərəfindən aparılmış, qiymətləndirilən avadanlığın satış üzrə əmlakın real dəyəri müəyyən edilmişdir. Qiymətləndirmənin nəticələrinə dair yekun rəy verilmişdir. Damlama-sulama sistemi quraşdırılmış bağ sahələri üçün dövlət büdcəsindən hər il qanunla müəyyən edilmiş məbləğdə hər hektar üçün 700 manat olmaqla subsidiya ayrılmışdır. Ayrılmış subsidiyalar bağ sahəsi monitorinq edildikdən sonra, yəni damlama-sulama sistemi quraşdırılan sahələr yoxlanıldıqdan sonra bağ sahiblərinə ödənilmişdir. Güzəştli kreditlərin ödənişini həyata keçirən müvəkkil bank tərəfindən bağ sahələrinin monitorinqi aparılmışdır. Damlama sulama sistemlərinin alqı-satqısının aparılmasını təsdiq edən elektron vergi qaimələri mövcuddur və bu qaimələr iş materiallarına əlavə edilib. İddia ərizəsində göstərilənlərdən fərqli olaraq iddianın predmeti olan bağ sahələri, həmin bağ sahəsində quraşdırılmış damlama sulama sistemləri monitorinqə daim açıqdır və məhkəmə də zərurət olarsa həmin bağ sahəsinə yerli baxış keçirə bilər. Hesab edirlər ki, istinad etdikləri, təkzibedilməz faktlar, mötəbər sübutlar işin mübahisəsiz hallarıdır və bu əsaslar iddia tələbinin rədd edilməsi üçün əsasdır. İddia tələbinin əsassız olmasını göstərən əsaslardan biri də tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsidir. İddiaçı əqdin etibarsızlığını onunla əsaslandırır ki, mübahisələndirilən bağ sahəsi ya mövcud deyil ya da mövcuddursa həmin bağ sahəsində X9 quraşdırılmayıb. Yuxarıda istinad etdikləri bütün mötəbər sübutlar iddiaçının tələblərinin əsassız, qərəzli və qanunsuz olduğunu göstərir. Belə ki, bütün damlama sulama sistemlərinin ölkəyə gətirilməsi həmin malların gömrükdə rəsmiləşdirilməsi ilə öz təsdiqini tapır. Bundan başqa müqavilə tərəflərinin alaı-satqı predmeti olan malı alıb satmalarını əks etdirən elektron vergi bəyannaməsi mövcuddur və həmin bəyannamə iş sənədlərinə əlavə edilib. Belə olduğu halda əqdln etibarsızlığından söhbət gedə bilməz. İddia ərizəsindən belə görsənir ki, iddiaçı özünün məsuliyyət dairəsinə aid olan işləri, əsasnaməsi ilə nəzərdə tutulan hərəkətləri, yəni güzəştli kredit ayrılması nəzərdə tutulan bağ sahələrinin əvvəlcədən monitorinqini aparmadığı üçün belə bir absurd tələblə iddia qaldırmışdır. Necə olur ki, iddiaçı güzəştli krediti ayırmazdan əvvəl kredit verilməsi nəzərdə tutulan bağ sahələrinə baxış keçirməyib? Əgər keçirməyibsə bunun səbəbini izah etməlidir. İşdə olan sənədlərdən görünür ki, iddianın qaldırılmasına səbəb AR Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələrinə dair Auditor hesabatı"ndan arayış olmuşdur. Arayışda qeyd olunur ki, Audit zamanı 2020-2021-ci illərdə AR Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 İstifadə Qaydasına uyğun olaraq təsərrüfatın texnikalarının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eyni zamanda hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Hesablama Palatasının arayışından görünür ki, Palata iki əsas məsələni, yəni damlama sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğun gəlmədiyi və alınmış avadanlığın elektron qaimələrinin olmadığını qeyd edir. Göründüyü kimi Hesablama Palatası avadanlıqların alındığını, həmin bağ sahələrində quraşdırıldığını və istismar olunduğunu təsdiq edir. Başqa bir məqam da Hesablama Palatasının bağlarda seçmə üsulla monitorinq aparmasıdır. X7 bütün mübahisəli bağ sahələrində yoxlama aparmayıb. Seçmə üsulla 2 şəxsə məxsus bağ sahəsində apardığı yoxlamanı formal olaraq bütün sahibkarlara şamil edib. Hesablama Palatasının arayışı bir daha təsdiq edir ki, bağ sahələrində damlama sulama sistemləri var və istismar edilir. Belə olduğu halda iddiaçı hansı əsasla əqdin etibarsızlığını mübahisələndirir? İddiaçı nədən güzəştli krediti ayırmadan əvvəl bağ sahələrinə baxış keçirməmişdir? Maraqlıdır ki, Hesablama Palatası seçmə üsulla baxış keçirdiyi bağ sahələri ilə yanaşı digər bağ sahələrinə ayrılmış güzəştli kredit alan bütün sahibkarlara qarşı iddia qaldırılmışdır. Bunu anlamaq mümkün deyil. İddiaçı Hesablama Palatasının Arayışından sonra da həmin bağ sahələrinə baxış keçirməmişdir. "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli "Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilənin 3.5-ci bəndinə görə müvəkkil kredit təşkilatı (Aqrarkredit QSC) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədləri tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil Kredit təşkilatına rəsmi məlumat verir. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə. müvəkkil kredit təşkilatı həmin borclardan kredit və faiz borclarını vaxtından əvvəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə agentliyin vəsaiti hesabına kredit verilməsi qadağan edilir. Müqavilənin şərtlərindən də göründüyü kimi borcalandan kredit vəsaitini qaytarmaq vəzifəsi bilavasitə müvəkkil kredit təşkilatı qismində "xxxx" QSC-yə aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi başa düşülən deyil. Qeyd olunmalıdır ki, "xxxx" QSC ilə kredit alan sahibkarlar arasında kreditin qaytarılmasında heç bir problem yoxdur və ayrılmış bütün kreditlər ödəmə qrafikinə uyğun olaraq gecikmə olmadan ödənilir. Başqa bir vacib məqam iddiaçının cavabdehləri seçərkən hüquqdan sui-istifadə etməsidir. Belə ki, iddiaçı bütün məhkəmə mübahisələrində onunla hər hansı müqavilə bağlantısı olmayan satıcını cavabdeh kimi göstərməsi anlaşılan deyil. Qeyd etdikləri kimi avadanlıq satan şəxsin iddiaçı ilə hər hansı hüquqi bağlantısı yoxdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 3.0.1-ci bəndində qeyd edilir: "Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək". Əsasnamədən də görünür ki, Agentlik verilmiş kreditlərə nəzarət funksiyası daşıyır. Agentlik isə bu günədək ayırmış olduğu kreditlərin təyinatı üzrə sərf olunmadığına dair hər hansı pozuntu aşkar etməmişdir, lakin indiki halda məhkəmədə belə bir iddia tələbi ilə çıxış etməsi başadüşülən deyil.
c) Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndədlərinin mülahizələri
27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri məhkəməyə öz mülahizələrini yazılı təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır (dövlət qurumu olaraq). Dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər kənar dövlət maliyyə nəzarətinin obyektləridir. Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti - kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir. Bu nəzarət mexanizminin tətbiqində fiziki şəxslər və özəl hüququn hüquqi şəxsləri kənar dövlət maliyyə nəzarəti tədbirlərində tərəf qismində çıxış etmirlər. Yuxarıda qeyd edilən Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş Planına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, bir qayda olaraq bir maliyyə nəzarəti tədbiri minlərlə maliyyə əməliyyatlarını, o cümlədən böyük həcmli dövlət vəsaiti dövriyyəsini özündə əks etdirən sənədləşmənin emalını özündə əhatə edir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Qeyd edilməlidir ki, bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin fomalaşdırılması üçün əsas hesab edilir. Həmçinin həmin Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. Auditor hesabatından çıxarış: 6.3.3.6.3. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün (o cümlədən, fermer X2 üzrə müvafiq torpaq sahəsində intensiv bağın 2019-cu ildə salındığı EKTlS-də bəyan olunduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020,0 manata (fermerlər X2 üzrə 2021-ci ildə 8500,0 manata, 2020-ci ildə X5 üzrə 18360,0 manata və Cavabdeh1 üzrə 8160,0 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020- 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 2021 -ci il 11 oktyabr tarixli AHO/4-3.2-2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimatın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin (Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir) tələbindən irəli gələrək ilkin uçot sənədi olan elektron qaimə- fakturatələb olunsa da lazımı sənədlər təqdim edilməmiş və bununla bağlı yerində müşahidələr aparılmış və “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar 21 iyul 2022ci il tarixli baxış aktı tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 istifadə Qaydasf’nın (bundan sonra-Qayda) 6.1.2-ci yarımbəndinə əsasən idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Auditor hesabatından çıxarış: Ümumilikdə audit 01 yanvar 2020-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 2022-ci ilin 10 may tarixindən 13 avqust tarixinədək olan müddətdə həyata keçirilmişdir. Auditin gedişatmda Xaçmaz, Qusar, Quba, Bərdə, Lənkəran, Cəlilabad, Neftçala, Tovuz, Ağcabədi və Şəki rayonlarındakı təsərrüfatlarda aparılmış müşahidələrlə toplanmış audit sübutları bir sıra hallarda əsasən maliyyələşdirilmiş güzəşt məbləği üzrə damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi, suvarma sistemlərinin qabaqcadan quraşdırılması nəzərdə tutulmuş sahələri tam əhatə etməməsi və ya quraşdırılmasına baxmayaraq bağların salınmaması (torpaqların əkilməməsi), suvarma sisteminin potensialının faktiki olaraq 10,0%-indən istifadə olunması, intensiv bağ üzrə subsidiyalaşdırma meyarlarının (tam və ya qismən əvvəlki illərdə salınması, sahəsinin artıq bəyan edilməsi, suvarma sisteminin tam və ya qismən quraşdırılmaması, əmsalların səhv təbiqi və s.) pozularaq əkin subsidiyası adı altında artıq vəsaitlərin ödənilməsinə yol verilməsi, alınmış kənd təsərrüfatı istehsal vasitələrinin (tinglərin, suvarma dəstlərinin, tütün qurutma kameralarının və s.) keyfiyyətsiz olması və ya vaxtında çatdırılmaması, subsidiya məbləğləri ödənilmiş əkin sahələri üzrə müxtəlif, o cümlədən normalara uyğun aqrotexniki qulluğun göstərilmədiyi, qış mövsümündə bitkilərin şaxtalı havadan qorunması üçün infrastrukturun yaradılmadığı səbəblərindən məhsuldarlığın tam və ya əhəmiyyətli səviyyədə təmin edilməməsi, eyni zamanda dövlət ehtiyat fonduna aid edilən dəmyə əraziləri üzrə əkinlərin subsidiyalaşdırılması barədə qərarların qəbul edilməsində risklərin düzgün qiymətləndirilməməsi, əkin sahəsinin bəyan etmə tarixlərinə əməl olunmayan müraciətlərin təsdiqlənməsi, EKTlS-dəki məlumatların natamamlılığı, iki növ subsidiya dəstəyi ilə əhatə olunan bitki növlərinin eyni təsərrüfata münasibətdə əkin və məhsul subsidiyaları üzrə əhəmiyyətli uyğunsuzluqların mövcud olması, eləcə də fermerlərin maarifləndirmə səviyyəsinin aşağı olması kimi hallara rast gəlindiyini təsdiq etmişdir. Auditin gedişatmda EKTİS bazası üzərindən tətbiq edilmiş prosedurlarla, eyni zamanda regionlarda həyata keçirilmiş müşahidələrlə toplanmış audit sübutları auditlə əhatə olunan dövrdə bir sıra hallarda dövlət vəsaitin fermerlər üzrə artıq ödənilməsi hallarına yol verilməsini deməyə əsas vermişdir. Aşkar edilmiş pozuntuların Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı Agentliyə müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq audit təklif və tövsiyələri maliyyə nəzarəti obyekti qismində çıxış edən dövlət qurumuna və digər dövlət qurumlarına verilir. Maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğun olaraq müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılma mexanizmləri isə Agentlik tərəfindən Qaydalara uyğun icra edilməlidir. Göstərilənlərin işə baxılması zamanı nəzərə alınmasını xahiş edirlər.
d) İşdə iştirak edən şəxslər və onların izahatları
28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Qaydaların 4.1-ci bəndinə əsasən sahibkarlıq subyekti birbaşa müvəlkkil kredit təşkilatına, yəni banka müraciət edir. Bundan sonra bank güzəştin verilib-verilməməsinin mümkünlüyünü qiymətləndirməlidir və müsbət rəy verildikdə Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edə bilər. Lakin hazırki halda bu cür qiymətləndirmə aparılmamışdır. Hesab edirlər ki, 04 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır, yəni uydurma əqd bağlamaqla Aqrar Kredit və İnkişaf Agentliyi aldadılmışdır və nəticədə ona zərər vurulmuşdur. Hazırkı müqavilənin məhkəmə qaydasında etibarsız təsbit edilməsini istəyirlər. Hesab edirlər ki, etibarsızlığını tələb edə bilərlər, çünki onlara zərər dəymişdir. Hesab edirlər ki, hazırki halda zərəri hər üç cavabdeh vurmuşdur. Bank tərəfindən müraciət edilərkən məktubdan başqa əlavə sənədlərin göndərilibgöndərilmədiyini dəqiqləşdirər. Köçürülən məbləğ kredit deyil güzəşt vəsaitidir, müəyyən məqsədlər üçün verilir və Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarılmır. Bununla yanaşı müqavilədə avadanlığın Türkiyə Respublikasından gətirələcəyi göstərilmişdir. Halbuki gömrük bəyannaməsinə əsasən avadanlıq müqavilə bağlanmamışdan əvvəl AR-ə gətirilmişdir.
29. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyib iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə4 izahatında bildirdi ki, iddiaçı müqavilə üzrə tərəf olmayıb və bunu nəzərə alaraq onun tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürməsi düzgün deyildir. Bundan başqa ləğv prosesində olan banka qarşı iddianın qaldırılması da düzgün deyildir. Nümayəndə4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, ödənişi sahibkarın müraciəti əsasında etmişlər. Ona verilən məlumata görə prosedur belə olub ki, onlara daxil olan ərizə əsasında Aqrar Kredit və İnkişaf Agentliyinə məktubla müraciət etmiş, yəni ərizəni qərar qəbulu üçün Kənd Təsərrüfatı Nazirliyinə göndəmişlər. Şəxsin adına hesab açılıb, Aqrar Kredit və İnkişaf Agentliyindən köçürülən pul vəsaiti həmin hesaba köçürülmüşdür. 8150 manat pul məbləği (güzəşt məbləği) Bankın hesabına köçürülüb, bank isə həmin pulu Cavabdeh1 hesabına köçürmüşdür. Müraciət edilərkən ilkin qiymətləndirmənin aparılıb-aparılmaması barədə məlumatı yoxdur. Müraciət edilən vaxt qymətləndirilmə keçirilib.
30. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, müqavilədə konkret olaraq göstərilməyib ki, hansı şirkətin malı alınmalıdır. Məlumat üçün bildirmək istəyir ki, Masna şirkəti Türkiyədə yerləşən topdan alqı-satqı ilə bağlı fəaliyyət göstərən hüquqi şəxsdir. O, verilən sifarişlər əsasında digər şirkətlərdən avadanlıqları alıb təhciz edən şirkətdir. Heç bir avadanlığın üzərində Masna nişanı yoxdur. Ərazidə həm Masna avadanlığı, həm də başqa şirkətin avadanlığı vardır. Təqdim etdikləri sənədlər onu sübut edir ki, bu mal ölkəyə gəlib, gömrükdə rəsmiləşdirilib, alıcı ilə müqavilə bağlanıb, təhvil-təslim edilərək alıcının bağında quraşdırılıb, hətta iki il zamanət verilib, zəmanətlə bağlı sənədi də elektron sistemə əlavə etmişlər.
31. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 məhkəməyə təqdim edilmiş yazılı mülahizəyə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
32. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin digər nümayəndələri izahatlarında bildirmişlər ki, 2022-ci ilin avqust ayında yoxlama keçirilmişdir, müvafiq akt tərtib edilmişdir. Həmin zaman müqavilədə nəzərdə tutulan avadanlıq yerində olmamışdır. Ola bilsin ki, ərazidə başqa suvama avadanlığı olub. Bundan başqa elektron qaimə ilə bağlı bildirmək istəyirlər ki, onlar həmin dövrdə AR Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət etmişdilər, verilən cavaba əsasən elektron qaimə yox idi. Elektron qaimənin olmaması isə onu dəlalət edir ki, həmin avadanlıq gətirilməyib, yerində yoxdur. Lüzum varsa yerində baxış keçirilə bilər. Nümayəndələr məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişlər ki, təsərrüfata baxış keçirilən zaman Cavabdeh1 orada olmamışdır. Bu işlə bağlı onların nümayəndələri yerli baxış zamanı ərazidə olmuşdur, bunu təsdiq edən müvafiq akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edildi ki, ərazidə olan damcılı suvarma sistemi mübahisəli alqı-satqı müqaviləsi ilə alınması nəzərdə tutulan damcılı suvarma sistemi deyildir. Ərazidə quraşdırılmalı olduğu damcılı suvarma sistemi müqavilədə göstərilmişdir. Aktda konkret olaraq damcılı suvarma sisteminin adlarını, markasını, buraxılış ilini göstərməmişlər, ümumi olaraq damcılı suvarma sisteminin uyğun olmadığını qeyd etmişlər.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
33. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
34. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
35. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə gərə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır -124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
37. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. AR Prezidentinin xx.xx.2018-ci il tarixli 413 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 istifadə Qaydaları”nın 6.1. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. 7.1-ci maddəsinə görə müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
39. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
40. Həmin müqaviləyə əsasən Cavabdeh3 Cavabdeh1 məxsus sahədə (Azərbaycan Respublikası Qusar rayonu, Suvacal kəndində yerləşən bağ sahəsi) 1 dəst X9 ilə təmin etməyi, Cavabdeh1 isə malın dəyərini Cavabdeh3 ödəməyi (çatdırılma daxil olmaqla 21.000 manat) öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən müqavilənin predmeti olan damcılı suvarma sisteminə görə 20.000 manat məbləğində pul vəsaiti Cavabdeh3 ödənilmişdir.
41. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq mübahisəli müqavilədə nəzərdə tutulmuş suvarma avadanlığının alışına güzəşt tətbiq edilərək avadanlığın qiymətinin 40 faizi - 8.160 manat məbləğində pul vəsaiti müvəkkil bank qismində çıxış edən Cavabdeh2 ASC-nin vasitəsilə Cavabdeh1 ödənilmişdir.
42. Hazırda iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmış uydurma əqd olduğunu, həmin əqdin bağlanmasında məqsədin isə iddiaçını aldadaraq güzəşt məbləği almaq olduğunu əsas göstərərək həmin əqdin etibarsız hesab edilməsi və Aqrar Kredit və İnkişaf Agentliyinə dəymiş zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, eləcə də güzəştin ayrılması prosesində müvəkkil kredit təşkilatı qismində iştirak etmiş LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutulmasını tələb edir.
43. Məhkəmə qeyd edir ki, Aqrar Kredit və İnkişaf Agentliyi mübahisəli alqı-satqı müqaviləsinin tərəfi olmadığından ilk növbədə onun həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququna malik olub-olmaması məsələsinə münasibətdə bildirilməlidir.
44. Bununla bağlı qeyd edilməlidir ki, uydurma əqd heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan görünüş üçün bağlanan əqddir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi (və ya formal olaraq icra ediləcəyi) barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur.
45. İşin mübahisəedilməyən halları isə ondan ibarətdir ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mübahisəli əqd əsasında həyata keçirilmiş damcılı suvarma sisteminin alışına güzəşt tətbiq edilərək 8160 manat məbləğində güzəşt məbləği alıcı Cavabdeh1 ödənilmişdir.
46. Odur ki, hazırkı halda mübahisəli əqdin real hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış uydurma əqd olması öz təsdiqini taparsa, bu sözügedən əqdin bağlanması nəticəsində Cavabdeh1 əsassız güzəşt əldə etməsi, nəticədə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin qanuni mənafeləri pozulmaqla ona maddi zərər vurulması demək olacaqdır.
47. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi əqd nəticəsində zərərçəkmiş şəxs qismində mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd olması faktının məhkəmə tərəfindən müəyyən edilməsini tələb etməyə dair subyektiv hüquqa malikdir.
48. İddianın mahiyyətinə gəldikdə iddiaçı mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd hesab edilməsi tələbinə dair iddiasının faktiki əsası kimi həmin alqı-satqı müqaviləsinin predmeti olmuş damcılı suvarma sisteminin satıcı tərəfindən alıcıya təqdim edilməməsinə istinad etmişdir.
49. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəf mübahisəli alqısatqı müqaviləsinə əsasən Masna markalı suvarma sisteminin alıcıya təqdim edilməsi faktını təsdiq etmək üçün satıcı tərəfindən həmin markalı suvarma sisteminin AR-ə gətirilməsini təsdiq edən gömrük bəyannaməsini, suvarma sisteminin satıcı tərəfindən alıcıya təhvil verilməsinə dair təhvil-təslim aktını və hətta quraşdırılmış suvarma sisteminin satıcı tərəfindən təmir edilməsini təsdiq edən işlərin görülməsi barədə aktı məhkəməyə təqdim etmişdir.
50. İddiaçı isə mübahisəli alqı-satqı müqaviləsi əsasında suvarma sisteminin təqdim edilməsi faktı təkzib etmək üçün Hesablama Palatasının nümayəndələrinin Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticəsi olaraq tərtib etdikləri akta istinad etmişdir. Həmin aktda cavabdehə məxsus təsərrüfatda mövcud olan damcılı suvarma sistemi avadanlığının adı, markası, buraxılış ili və cari vəziyyətinin mübahisəli alqı-satqı müqaviləsi üzrə alışa uyğun gəlməməsi, eləcə də mübahisəli alqı-satqı müqaviləsi üzrə satıcı tərəfindən elektron qaimə-fakturanın göndərilməməsi qeyd edilmişdir.
51. Məhkəmə mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimə-fakturanın göndərilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından mübahisəli alqı-satqı müqaviləsi üzrə elektron qaimənin 2023-cü ildə, yəni alqı-satqının həyata keçirildiyi vaxtdan 3 il sonra göndərilməsi, belə olan halda 2022-ci ildə - Hesablama Palatası tərəfindən akt tərtib edildiyi dövrdə mübahisəli müqavilə üzrə elektron qaimə-fakturanın həqiqətən də mövcud olmaması müəyyən edilir.
52. Lakin məhkəmə eyni zamanda qeyd etməyi zəruri sayır ki, elektron qaiməfakturalar vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsini deyil, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi və s.) əməliyyatı barədə məlumatın elektron vergi sisteminə daxil edilməklə rəsmiləşdirilməsini təsdiq edən sənəddir. Bu baxımdan alqı-satqı əməliyyatı üzrə elektron qaimə-fakturanın göndərilməməsi (və ya vaxtında göndərilməsi) yalnız satıcı tərəfindən müvafiq rəsmiləşdirmə aparılmamaqla vergi qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Odur ki, elektron qaiməfakturanın göndərilməməsi faktı özü-özlüyündə mübahisəli alqı-satqı müqaviləsi üzrə malın alıcıya təqdim edilməməsini, eləcə də alqı-satqı müqaviləsinin uydurma əqd olmasını təsdiq etmir.
53. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hesablama Palatasının nümayəndələri tərəfindən Cavabdeh1 təsərrüfatına keçirilmiş baxışın nəticələrinə dair tərtib edilmiş akta və həmin aktda müəyyən edilmiş hallara (təsərrüfatda quraşdırılmış suvarma avadanlığının markası,adı və buraxılış ilinin mübahisəli müqavilə üzrə alınmış avadanlığa uyğun gəlməməsi) münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, Cavabdeh1 nəinki sözügedən aktda müəyyən edilmiş halların həqiqətə uyğunluğunu, hətta ona məxsus təsərrüfatda Hesablama Palatasının nümayəndələri tərəfindən baxış keçirilməsi faktının özünü də inkar edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri isə cavabdehə məxsus təsərrüfatına nümayəndələri tərəfindən baxışın keçirilməsi faktını təsdiq edən sübut qismində yalnız cavabdehin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş akta istinad etmiş, baxışın keçirilməsini və onun nəticələrini təsdiq edə biləcək foto və video görüntüləri məhkəməyə təqdim etməmiş, eləcə də Qusar rayonu, Suvacal kəndində baxış keçirdikləri təsərrüfatın məhz cavabdehə məxsus təsərrüfat olmasını hansı üsulla müəyyənləşdirdiklərini(məsələn, təsərrüfatın yerləşdiyi ərazini onlara kimin göstərdiyini və s.) izah edə bilməmişlər. Odur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən baxışın keçirildiyi bağ sahəsinin məhz cavabdehə məxsus bağ sahəsi olmasını barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür.
54. İkincisi, Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda damcılı suvarma sisteminin ümumiyyətlə aşkar edilməməsi göstərilməmiş, əksinə təsərrüratda damcılı suvarma sisteminin quraşdırıldığı, lakin quraşdırılmış sistemin markası, adı, buraxılış ilinin, cari vəziyyətinin mübahisəli müqavilə üzrə alınmış suvarma sisteminin göstəricilərinə uyğun gəlmədiyi qeyd edilmişdir.
55. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsində alqı-satqının predmeti olmuş damcılı suvarma sisteminin markası, adı, buraxılış ili ümumiyyətlə göstərilməmişdir. Alqı-satqı ilə bağlı digər sənədlərə (Cavabdeh1 tərəfinddən verilmiş iltizamda və s.)əsasən isə yalnız mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin Türkiyə İstehsalı olan Masna markalı olması müəyyən edilir, həmin suvarma sisteminin modeli və buraxılış ili isə müəyyənləşdirilmir.
56. Odur ki, Hesablama Palatasının nümayəndələrinin hansı sənədlərə istinadən baxış keçirdikləri təsərrüfatda aşkar edilmiş suvarma sisteminin adı, buraxılış ilinin, eləcə də cari vəziyyətinin mübahisəli alqı-satqının predmeti olmuş suvarma sisteminin adına və buraxılış ilinə uyğun olmaması barədə nəticəyə gəlmələri aydın deyildir.
57. Digər tərəfdən Hesablama Palatasının nümayəndələri tərəfindən tərtib edilmiş aktda təsərrüfatda faktiki aşkar edilmiş suvarma sisteminin hansı markaya aid olması, buraxılış ili, vəziyyəti də konkret göstərilməmişdir.
58. Bundan əlavə təsərrüfatda quraşdırılmış damcılı suvarma sisteminin markasına gəldikdə qeyd edilməlidir ki, aktda göstərildiyi kimi tərərrüfatda Masna markalı suvarma sisteminin deyil, digər markalı suvarma sisteminin quraşdırılması ehtimal edilsə belə həmin hal iddianın əsaslı hesab edilməsi üçün kifayət etmir. Belə ki, göstərilən hal mübahisəli alqı-satqı müqaviləsinə əsasən suvarma sisteminin ümumiyyətlə təqdim edilməməsinə deyil, təqdim edilməli olan Masna markalı suvarma sisteminin əvəzinə digər markalı suvarma sisteminin təqdim edilməsinə dəlalət edə bilər ki, bu isə müqavilənin görünüş üçün bağlanmaqla uydurma əqd olması barədə iddiaçının dəlillərini faktiki olaraq təkzib edir.
59. Beləliklə, mübahisəli alqı-satqı müqaviləsinin əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanması iş materiallarına əsasən müəyyən edilmədiyindən əqdin etibarsız hesab edilməsinə dair hissədə iddia rədd edilməlidir .
60. İddianın vurulmuş maddi zərərin əvəzi olaraq pulun tutulmasına dair hissəsinə gəldikdə iddiaçı həmin hissədə iddiasını Cavabdeh1 və Cavabdeh3 uydurma alqı-satqı müqaviləsi bağlamaqla onu aldatmaları; LPO "xxxx" ASC-nin isə güzəştin ayrılması üçün Cavabdeh1 tərəfindən təqdim edilmiş sənədlərin ekspertizasını lazimi qaydada aparmadığından mübahisəli əqdin uydurma olmasını aşkar etməməsi, bunun nəticəsində ona maddi zərər vurulması ilə əsaslandırmışdır.
61. Odur ki, işin yuxarıda göstərilən halları ilə mübahisəli alqı-satqı müqaviləsinin uydurma əqd olması və belə olan halda cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasına səbəb olan təqsirli hüquqazidd əməllərə yol verilməsi öz təsdiqini tapmadığından maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.
62. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödəməkdən azad edildiyindən və hazırkı qətnamə iddia rədd edildiyindən iddianın verilməsinə görə dövlət rüsumu tutulmur.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və LPO Müğanbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Hesablama Palatası) qarşı müqavilənin etibarsızlığı və pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva