Məhkəmə qərarları › İş №e-2-2(113)-7695/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7695/2025

16.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7695/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməyə müraciət edərək, 224.000 ABŞ dolları pulun və eləcə də dövlət rüsumu kimi ödədiyi pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2019-cu ilin iyun ayında ondan xahiş etdi ki biznes qurması üçün ona borc versin, o da vəd verdi ki borcu olduğu kimi qaytaracaq və bundan əlavə gəlir də verəcək. Qeyd edir ki, digər cavabdeh olan Cavabdeh2 mənim qardaşıdır və Cavabdeh1 məhz onun vasitəsi və tanışlığı ilə ona xahişlər etmişdir. Qardaşına görə Cavabdeh1 onu aldadacağını düşməmişdir və bununla yanaşı əlavə xeyir vermək vədləri onun ona inanmağına səbəb oldu. Cavabdeh1 inamlı danışığına və vədlərinə görə ona 2019-cu ilin iyulunda 240.000 ABŞ dolları pul vermiş və belə razılaşmışlar ki, o hər ay mənə 15000 manat əlavə xeyir verəcək və bundan əlavə əsas borc olan 240.000 dollar pulu da imkan olduqca və ən geci isə 2022-ci ilin iyul ayının sonuna kimi qaytaracaq. Bu qədər uzun müddətə borca pul verməyinə səbəb qeyd etdiyi kimi qardaşının tanış olması və hər ikisinin də mənə vədlər verməsi oldu,çünki bildiyi qədər ilə hər ikisi dost olduğundan şərik olaraq biznes qurub gəlir əldə edəcəkdi. Mən onlara borc qismində 240.000 dollar pulu verdikdən sonra onlar toyuq-cücə biznesi qurdular və danışıldığı kimimənə gəlir kimi ilk dəfə xx.xx.2019-cu il tarixində ödəniş edildi. İlk əvvəllər xeyir qismində gəlirlər qaydasında ödənildiyi halda sonradan pandemiya ilə əlaqədar zəifçiliyin olmasıəsası ilə ödənişlər gecikdirildi. Onu da qeyd edim ki, məhz Cavabdeh1 mənə özü dedi kiana borcu hazırda ödəyə bilməyəcəyik, ona görə də sənə nə ziyanı var ki, olduqca danışdığımız kimi xeyirləri götür ondan sonra 2022-ci ilin iyulayına kimiəsas borc məbləği olan 240.000 dollar tamamilə sənə ödəniləcək. Mən də onlara inandığımdan dedikləri kimi gözləməyə razı oldum. Sonuncu dəfə gəlir kimi pulmənə xx.xx.2021-ci ildə ödənildi və ondan sonra isə gəlirlərin verilməsi dayandırıldı. Mən cavabdehlərin həm gəliri verməkdə çətinlik çəkdiklərini, həm də əsas borcu qaytarmadıqlarını gördükdə gəlirlərin verilməsini daha dayandırmalarını bunun əvəzində mənə əsas borcu qaytarmalarını dedim. Təkidlərimdən sonra mənə əsas borc olan 240.000 dollar puldan 2022-ci ilin yanvar ayında 10.000 dollar ödənildi. Bir halı da xüsusilə qeyd edim ki, borcun təminatı qismində özləri dedilər ki sənə imzalarımızla yazaq ki borcumuzu nə vaxta kimi qaytaracağıq sən də rahat olasan. Bu səbəbdən xx.xx.2022-ci il tarixində yazılı şəkildə qeyd etdilər ki “Mən Cavabdeh2 və Cavabdeh1 aldığımız 230.000 dollar pulun 35.000 dollarını xx.xx.2022-ci ildə geri qaytaracağıq. Yerdə qalanməbləğin hissə-hissə verilməsinə söz veririk.” Yazılı qeyddə borcun 230.000 dollar qeyd edilməsinin səbəbi həmin qeydi yazmazdan əvvəl 10.000 dollar pulu qeyd etdiyi kimi qaytarmaları səbəb olmuşdur. Sözügedən yazılı qeydiyazdıqdan sonra 2022-ci ilin avqust ayında 3000 dollar və 2022-ci ilin sentyabr ayında 3000 dollar ödənildivə ondan sonra heç bir ödəniş edilmədi. Onu da bildirim ki, israrlarıma görə Cavabdeh1 hər zaman yalan vədlər verərək, narahat olma pulların tamamilə, hətta artıqlaması ilə qaytarılacaq deyərək bu gün sabah sözləri ilə vaxt itkisinə səbəb olduğundan mən də onu tanış edən digər cavabdeh qardaşıma nə olursa olsun ödənişləri etmələrini tələb etdim ki, Cavabdeh1 sənə görə tanımışam ona görə də çalış pulları qaytarsın, qaytarın. Elə bu səbəbdən də sözügedən sonuncu ödənişləri, hansı kiəsas borc məbləğindən edilən ödənişləri bildiyim qədərilə qardaşım ödəmişdir və Cavabdeh1 da ona demişdir ki, narahat olma o pulları da ona geri qaytaracaq. Bildirirəm ki, Cavabdeh1 hazırkison günə kimi hər dəfə müxtəlif bəhanələr gətirərək, min bir xahişlər edərək vaxtlar istəyir və bununla da mənə çatası pullardan məniməhrum edir,əlavə ziyanlara düşməyimə səbəb olur. Bu günə kimiCavabdeh1 dəfələrlə xahişlər edərək vaxt istəsə də artıq iki il olacaq ki, öhdəlik icra edilmir, pullarımı tam şəkildə qaytarmaqdan yayınırlar. Sözügedən mübahisə üzrə danışıqlarıəks etdirən vhatsapp yazışmaları, imzaları ilə təsdiq edilmiş öhdəliyin etirafı barədə yazıcavabdehlərin təqsirli olduğunu, mənialdatdıqlarını, özimzaları ilə təsdiq etdikləri razılaşmadakı üzərilərinə götürdüyü öhdəliyi icra etmədiklərini, pullarımı qaytarmadıqlarını birbaşa sübut edir. Bir daha qeyd edirəm cavabdehlərin özimzası ilə təsdiq etdiyisənəd və öz üzərlərinə götürdükləri öhdəlik üzrə mənə qalan 230.000 dollar pul ödənilməli idi, lakin həmin puldan bu günə kimi ümumilikdə 6000 dollar pulu qaytardıqlarından mənə bu günki günə qaytarmalı olduqları pulun məbləği 224.000 dollardır. Bildirirəm ki, qeyd edilən pul barədə öhdəliyicavabdehlər özazad iradəsi ilə üzərilərinə götürdüyündən 224.000 dollar pulun cavabdehlərdən müştərək qaydada alınaraq mənə verilməsi barədə tələbim işin hallarına, qanunvericiliyin tələblərinə tam adekvatdır. Odur ki,cavabdehlər qaytarmalı olduqları pulları hələ də qaytarmadığından və aramızdakımübahisəni danışıqlar yolu ilə həlletmək mümkün olmadığından, özimzaları ilə təsdiq edilən razılaşma üzrə üzərilərinə götürdükləri öhdəliyi tam şəkildə icra etmədiklərindən əlavə vaxt itkisinə şərait yaratmadan hüquqlarımın müdafiəsi üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Möhtərəm məhkəmə, qeyd olunanlardan göründüyü kimicavabdehlər üzərilərinə düşən öhdəliyi vaxtında icra etməmiş, pullarımı qaytarmamışdırlar. Cavabdehlər də bilir ki, mən verilən pulları borc-xərc edərək, üzərimə əlavə öhdəliklər götürərək digər şəxslərdən almışam. Belə ki, cavabdehlərin etdiyi qanunsuzluğa, pullarımı geri qaytarmadığına görə mən ağır maddi vəziyyətə düşdüyümdən, gəlirlərimdən məhrum olduğumdan cavabdehlər mənim qarşımda öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehlərdən alınaraq mənə verilməsi barədə qətnamənin qəbuledilməsi qanunvericiliyin tələbidir.

3. Baki Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2746/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair e-2(007)-2746/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, digər cavabdehə qarşı sübutlar özünün ərizəsi və səs yazılarıdır. Cavabdeh2 iddiaçının qardaşıdır və inam olduğu üçün hər iki cavabdehə, əsasda Cavabdeh1 pul vermişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia ərizəsi ilə razıdır. 2018-ci il tarixində Cavabdeh1 ilə tanış olmuşdur. O xaricdən gələn donmuş malların alğı-satqısı ilə məşğul idi. Digər cavabdeh ona biznes təklif etdi, o isə bu barədə qardaşına məlumat vermişdir. Qardaşı İddiaçı ona və digər cavabdehə 240.000 ABŞ dolları pul verdi. Onun 10.000 ABŞ dolları hissəsini isə o, öz cibimdən ödəmişdir. Qardaşı pulu onlara borc kimi vermişdir. İddiaçı cavabdehlərin biznesinə şərik deyildi. İlk başlarda işləri yaxşı gedirdi, mallar satılırdı, 15.000 manat iddiaçıya xeyir vermişlər. Pandemiya başladıqdan sonra obyektlər bağlandı və onlar da iflas olmuşlar. Sonradan bir miqdar yenə iddiçıya xeyir versələr də qalan pulları batdı. Sonradan iddiaçıya 50.000 ABŞ dolları ödəniş olundu və 224.000 manat borc qaldı. Şəriki Cavabdeh1 80.000 ABŞ dolları Gürcüstana göndərdi və 170.000 manat pul obyektlərdən əldə edə bilməmişlər. O pulun 70.000 manat hissəsini digər məhkəmə işində onun xeyrinə təmin olunsa da, qalanı qalmışdır. Digər cavabdehlə dəfələrlə borcu ödəməyi təklif etsə də, iddiaçıya ödəniş edəcəyini bildirir, lakin hələ irəlləyiş yoxdur.İddiaçıya ödənişlər nağd qaydada olunmuşdur. İddia tələbini qəbul edir. İddiaçıya pulları birgə qaydada ödəməyi öhdələrinə götürmüşlər. Ərizədə 35.000 ABŞ dolları ödəməyi boyunlarına alsalar da, bu baş tutmamışdır. Cavabdeh1 25 dekabr tarixinə qədər iddiaçıya müəyyən qədər ödəniş edəcəyini bildirmişdir.

6. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbinə etirazı yoxdur, borc məbləğini qəbul edir. İşin biznes tərəfi ilə əsas digər cavabdeh olan Cavabdeh1 məşğul olurdu, bu qədər borcun yığılmasının da səbəbi odur. Şəriki sonradan 80.000 ABŞ dolları Gürcüstana göndərdi və.s pulu batırdı və sonradan pandemiya səbəbi ilə işləri düzəldə bilməmişlər. Ona dəfələrlə borcu ödəməyi təklif etsə də, iddiaçıya ödəniş edəcəyini bildirir, lakin hələ də irəlləyiş yoxdur. Digər Cavabdeh1 də borcunu təsdiq edir, bununla bağlı səs yazısı mövcuddur.

7. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.

8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh1 yazılı şəkildə aldıqları 230.000 $ pulun 35000 $-ni xx.xx.2022-ci il tarixində geri qaytaracaqlarını və yerdə qalan məbləği isə hissə-hissə verilməsini söz vermişlər. Yazılı etiraf Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmışdır.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 məxsus səs yazısının olduğu CD-diskdə aşağıdakılar qeyd edir: “Mən, Cavabdeh1 Cavabdeh2 ilə toyuq və buna bənzər məhsulları xaricdən idxal edirdik. İddiaçı bizə hissə-hissə olaraq pul ayırırdı. 15 min manat məbləğində xeyir verəcəyimiz şərti ilə pul məbləğini vermişdir. Həmin vaxt işlərimiz yaxşı olduğu üçün razılaşdıq. Pandemiya başlayana qədər aramızda heç bir problem olmamışdır. Malları biz aylıq olaraq ayda bir dəfə paylayırıq və ay sonu ödənişi alırıq. Mart ayının 15 dən sonra bizim satış etdiyimiz bütüm yerlər bağlandı, yalnız marketlər fəaliyyət göstərirdi. Lakin biz marketlərlə işləmirdik, çünki marketlər yerli malları alırdılar. Bizim işlədiyimiz restoranlar, şadlıq sarayları bağlandığı üçün bizim işlərimiz dayandı. Bizim həmin vaxt bəzi müştərilərimiz bağlandı, bəzilərinin icarəçiləri dəyişdirildi. Artıq pandemiya şəraiti aradan qalxdıqdan sonra müraciət etdikdə, bildirdilər ki, icarəçi dəyişdirilib, bizim borcumuz yoxdur, malları kimə vermişdilərsə, ondan istəsinlər. Bununla bağlı hara müraciət etsək də, heç bir şey əldə edə bilmədik. Bizim heç kimə qəsdən zərər vurmaq niyyətimiz olmamışdır. Mən hal-hazırda Azərbaycandan 2 il olara ki, çıxmışam. Hal-hazırda bir iş qururam , işim düzələn kimi qarşı tərəfin borcunu ödəyəcik. Odur ki, ödəniş etməklə bağlı müəyyən müddət verilməsini xahiş edirəm. Ən qısa müddət ərzində borc məbləğindən ödəniş ediləcək”.

12. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərifindən verilmiş çıxarışda görünür ki, (050)-3322628, (050)-7803706, (051)-7249861, (070)-3322628 mobil nömrələri Cavabdeh2 məxsusdur.

13. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

16. 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. 739.2- borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

18. 739.3 - borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

19. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdehlər xx.xx.2022-ci il tarixli yazılı qaydada iddiaçıya əlyazma verərək iddiaçıdan aldıqları 230.000 ABŞ dolları borc məbləğinin hissə-hissə qaytarılmasını öhdələrinə götürüblər, həmin məbləğdən müəyyən gədər ödəniş olsa da, lakin 224.000 ABŞ dolları ödənilməmiş qalmışdır. Borc məbləğinin cavabdehlər tərəfindən alınması və bugünə kimi həmin məbləğin iddiaçıya qaytarılmaması məhkəmə iclasında iştirak edən bir cavabdehin etifar edici izahatı ilə və digər cavabdehin səs-yazısı ilə öz təsdiqini tapmışdır.

20. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 224.000 ABŞ dolları borca dair hissədə təmin edilməlidir.

21. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 671 manat dövlət rüsumu ödənilmişdir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün 671 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 224.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 671 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar