Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-77/2021 19.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil Məmmədtağı oğlunun iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh fermer təsərrüfatına qarşı borcun tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fermer təsərrüfatının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun silinməsi və vurulmuş ziyanın ödnilməsi tələblərinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh fermer təsərrüfatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 68060,60 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX-1/3364 saylı müqavilə əsasında Cavabdeh fermer təsərrüfatını təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə onun xx.xx.2019-cu il tarixə 68060,60 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən xx.xx.2019-cu il tarixli, SOCAR**********30490075X00702 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-1/3364 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fermer təsərrüfatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı İB tərəfindən əsassız hesablanmış 90448,60 manat pulun silinməsi və 700000 manat dəymiş maddi ziyanın İddiaçı İB-dən tutularaq Cavabdeh fermer təsərrüfatına ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cavabdeh’' fermer təsərrüfatı Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən, özünə məxsus istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Bununla bağlı “İddiaçıv İB ilə qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Bu günədək ödənişlə bağlı aralarında heç bir mübahisə olmamışdır. Lakin 2019-cu ilin dekabr ayından başlayaraq, İddiaçı tərəfindən əsassız olaraq hər ay guya sayğacın işləmədiyi əsas götürülərək əlavə borc hesablanmağa başlanılmışdır. Belə ki, 2019-cu ilin dekabr ayında 22302,20 manat, 2020-ci ilin yanvar ayında 22846,80 manat, fevral ayında 3537 manat, mart ayında 18748,60 manat, aprel ayında isə 23014 manat, cəmi 90448,60 manat əlavə borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. İlk öncə əgər sayğac işləmirdisə və ya düzgün işləmirdisə, nə üçün 5 ay ərzində sayğac çıxarılıb yoxlamaya göndərilməmiş və ya əvəz edilməmişdir. Daha sonra əlavə hesablanmış borcların hesablanma qaydaları da aydın deyil. Belə ki, necə ola bilər ki, sayğaca əsasən 2019-cu ilin dekabr ayında hesablanmış 22081,40 manatlıq sərfıyyata əlavə olaraq 22302,30 manatlıq sərfiyyat hesablanmış, amma sayğaca əsasən 2020-ci ilin fevral ayında hesablanmış 26588,80 manatlıq sərfıyyata əlavə olaraq 3537 manatlıq sərfiyyat hesablanmışdır. Göründüyü kimi, əlavə sərfıyyatları İddiaçı İB-nin nümayəndələri heç bir qaydaya, normativ akta əsaslanmadan, ürəkləri istədiyi kimi hesablamışlar. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “İddiaçı" İB tərəfindən istixananın qaz təchizäfı 2020-ci ilin aprel ayının 14-də heç bir xəbərdarlıq edilmədən dayandırılmış, nəticədə istixanada yetişdirilən tərəvəz məhsulları məhv olmuş, MMC-yə külli miqdarda ziyan dəymişdir. İstehlakçının qaz təchizatının dayandırılması üçün təchizatçı tərəfindən yazılı bildirişin verilməsi imperativ norma kimi müəyyən edilsə də, həmin qayda pozularaq, qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılmışdır. Dəfələrlə İddiaçınə bu qanunsuzluğun aradan qaldırılması üçün müraciət etsələr də, nəticəsi olmamış, yalnız 10 gündən sonra istixananın qaz təchizatı bərpa edilmişdir. Nəticədə məhsullar məhv olmuş və MMC-yə 700000 manat maddi ziyan dəymişdir. Göründüyü kimi, cavabdein qanunsuz hərəkətləri nəticəsində müəssisənin fəaliyyəti dayanmış, istixanada olan əkinlər məhv olmuşdur. Sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə verilmiş və İddiaçı İB tərəfindən əsassız hesablanmış 212013,20 manat borcun silinməsi, 790400 manat dəymiş maddi ziyanın İddiaçı İB tutularaq Cavabdeh fermer təsərrüfatının hesabına ödənilməsi və qaz tənzimləyicisinin yerini dəyişdirərək əvvəlki vəziyyətə gətirməsi, yəni qaz tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra isə iddia tələbinin həcmini azaldaraq, İddiaçı İB tərəfindən əsassız hesablanmış 212013,20 manat borcun silinməsi, 790400 manat dəymiş maddi ziyanın İddiaçı İB tutularaq Cavabdeh fermer təsərrüfatının hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunur ki, tərəflərindən müəyyən edilmiş araşdırmada cavabdeh İddiaçı İB-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh fermer təsərrüfatının məhsul vermək mərhələsində olan 152000 ədəd şitilinin məhv olması aşkarlanmışdır. Bununla bağlı mütəxəssisə müraciət olunmuşdur. İşin məhkəmə gedişi zamanı əldə olunmuş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı İB-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh fermer təsərrüfatına məxsus 152000 ədəd şitilin məhv olması ilə dəymiş maddi ziyanın məbləği 700000 manat deyil, daha artıq, yəni 790400 manat məbləğindədir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İBnin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh fermer təsərrüfatın nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması, ilkin iddia ərizəsi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "İddiaçı" İB ilə istehlakçı Cavabdeh fermer təsərrüfatı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AKX-1/3364 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh fermer təsərrüfatının abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2019-cu ilin noyabr ayının sonuna ödənilməmiş borcu 68060,60 manat təşkil edir. Həmçinin müəyyən olunur ki, 2019-cu ilin dekabr-2020-ci ilin aprel ayları ərzində aktlar əsasında Cavabdeh fermer təsərrüfatına 90448,60 manat borc hesablanmışdır. Saldodan görünür ki, Cavabdeh fermer təsərrüfatının 2020-ci ilin noyabr ayına borcu 214994,80 manat təşkil edir. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3717 m3 olmaqla, 1 aylıq 22302,20 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3807,8 m3 olmaqla, 1 aylıq 22846,8 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli 000361 saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3713,28 m3 olmaqla, 1 aylıq 21537 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 124,77 m3 olmaqla, 1 aylıq 748,6 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640-00712 saylı aktda qeyd olunur ki, xx.xx.2020-ci il tarixli telefonoqrama əsasən yoxlama aparılmış, Cavabdeh fermer təsərrüfatının qaz xətti üzərində quraşdırılmış G650 markalı, 83045281 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. 2.Sayğac yuyuldu, təmizləndi, hava vuruldu. Mexaniki hissə işləkdir.3. Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2020-ci il tarixində sönüb....korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 468466 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır....Yoxlamanın nəticəsi: Normal sərfiyyatda xəta normaya uyğundur. Batareya tələb olunur. -Cavabdeh fermer təsərrüfatına aid xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlər üzrə ümumilikdə 44383,60 manat borcun (30061,60+22846,80 manat) ödənilməsi tələb olunmuşdur. -Cavabdeh fermer təsərrüfatına aid xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər üzrə ümumilikdə 52908,40 manat borcun (22081,40+22302,20 manat) ödənilməsi tələb olunmuşdur. -Cavabdeh fermer təsərrüfatına aid xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər üzrə ümumilikdə 301258,80 manat borcun (26588,80+3537 manat) ödənilməsi tələb olunmuşdur. -Cavabdeh fermer təsərrüfatına aid xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər üzrə ümumilikdə 46407 manat borcun (27658,40+18748,60 manat) ödənilməsi tələb olunmuşdur. -Cavabdeh fermer təsərrüfatına aid xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər üzrə ümumilikdə 24892 manat borcun ödənilməsi tələb olunmuşdur. - İddiaçı xx xxxxxx 2019-cu il tarixdə pretenziya məktubu ilə Cavabdeh fermer təsərrüfatına müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixə Birliyə ödənilməmiş 133266,60 manat məbləğində debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Cavabdeh fermer təsərrüfatı pretenziya məktubu ilə "İddiaçı" İB-yə müraciət edərək, İddiaçı İB tərəfindən əsassız hesablanmış 90448,60 manat pulun silinməsi və 700000 manat dəymiş maddi ziyanın İddiaçı İB-dən tutularaq Cavabdeh fermer təsərrüfatına ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "İddiaçı" İB ilə istehlakçı Cavabdeh fermer təsərrüfatı arasında xx.xx.2018-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehin qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 68060,60 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 68060,60 manat (altmış səkkiz min altmış manat altmış qəpik) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia tələbi İddiaçı İB tərəfindən əsassız hesablanmış 212013,20 manat borcun silinməsi, 790400 manat dəymiş maddi ziyanın İddiaçı İB-dən tutularaq Cavabdeh fermer təsərrüfatına ödənilməsi təşkil edir. Qarşılıqlı iddia tələbinə münasibətdə müəyyən edildi ki, İddiaçı İB tərəfindən hesablanmış 212013,20 manat borcun 90448,60 manat hissəsini “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmış məbləğ təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçının barəsində aktlar tərtib olunaraq 2019-cu ilin dekabr ayında 22302,20 manat, 2020-ci ilin yanvar ayında 22846,80 manat, 2020-ci ilin fevral ayında 3537 manat, 2020-ci ilin mart ayında 18748,60 manat, 2020-ci ilin aprel ayında 23014 manat olmaqla, həmin aktlar əsasında ümumilikdə 90448,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia tələbi 90448,60 manat məbləğində borcun onun hesabından silinməsi hissəsində təmin edilməlidir. Belə qənaətə gələrkən ilk öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın yuxarıda da qeyd olunan bəndlərinin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmışdır. İddiaçı İB-nin nümayəndəsi ilk iddia üzrə cavabdehə 90448,60 manat məbləğində əlavə borcun hesablanmasının hüquqi əsaslarını izah edə bilməmişdir. Sayğacın eiektron göstəricisinin işləməməsi səbəbindən təsərrüfata qeyd olunan aylar üzrə əlavə sərfiyyat hesablanmış, lakin əlavə sərfiyyatın hesablanması qaydası, hüquqi əsaslarına dair izah verilə bilməmişdir. 2019-cu ilin dekabr ayından elektron göstərici işləməsə də (bu, Cavabdeh fermer təsərrüfatının təqsirindən olmamışdır), sayğacın dəyişdirilməsi, təmir olunması və s. istiqamətində tədbir görülməmişdir. Ziddiyyətli məqamlardan biri də ondan ibarətdir ki, yuxarıda qeyd olunan hesab fakturaların, eləcə də mart, aprel ayına aid olan hesab fakturaların da tərtib olunma tarixi fevral ayının 17, 18-i göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi 212013,20 manat məbləğində borcun silinməsi hissəində qismən, 90448,60 manat borcun silinməsi hissəsində təmin olunmalı, qalan hissədə isə rədd olunmalıdır. Belə ki, borcun qalan hissısini təbii qazdan istifadəyə görə yaranmış borc təşkil edir. İddiaçı qalan məbləğin artıq hesabat nəticəsində yaranmasını iddia etsə də, bu, məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia tələbinin bir hissəsini də 790400 manat dəymiş maddi ziyanın İddiaçı İB tutularaq Cavabdeh fermer təsərrüfatının hesabına ödənilməsi təşkil edir. "İddiaçı" İB ilə istehlakçı Cavabdeh fermer təsərrüfatı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AKX-1/3364 saylı müqavilənin 2.1.11-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək Paylayıcının vəzifələrinə; 2.4.7-ci bəndinə əsasən Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək istehlakçının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində də əsassız sayılaraq təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh fermer təsərrüfatından 68060,60 manat (altmış səkkiz min altmış manat altmış qəpik) məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh fermer təsərrüfatına hesablanmış 90448,60 manat (doxsan min dörd yüz qırx səkkiz manat altmış qəpik) məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-77/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-77/2021
19.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver