Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-774/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əqdin etibarsızlığı, əsassız varlanma) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 28507,3 manat məbləğ, hüquqi yardım üçün ödənilmiş 211 manat məbləğ və ödənilmiş dövlət rüsumu 176 manat məbləğin tutularaq onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC-arasında razılaşdırılmış kredit müqaviləsi şərtlərinə uyğun olaraq, ******* manat məbləğində (illik faiz dərəcəsi 14.5% olmaqla) və ******* manat məbləğində (illik faiz dərəcəsi 15.5% olmaqla) iki razılaşma rəsmiləşdirilmişdir. Hər iki kredit müqaviləsinin şərtlərinə görə, komissiyon haqqı olaraq 1% məbləğində, ümumilikdə isə 30 000 manat məbləğində komission haqqı tutulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh ASC-nin “Azadlıq” filialında hər iki kredit müqaviləsi üzrə tam ödəniş edərək müqavilə üzrə öhdəliklərini vaxtından qabaq yerinə yetirmişdir. Çox təəəsüflər olsun ki, öhdəliklərini vaxtından qabaq yerinə yetirən zaman ondan əsassız olaraq, ödədiyi əsas məbləğlərin 1% həcmində yəni, 28 507,3 manat məbləğində cərimə məbləği tutulmuşdur. Aralarında rəsmiləşdirilmiş hər iki kredit müqaviləsində, cavabdeh tərəfindən kreditin bitmə müddətindən tez bağlandığı təqdirdə cərimə tutulması ilə bağlı heç bir bənd olmadığı üçün, həmin tutmanı və hərəkətləri əsassız hesab etmişdir. Qeyd edilən hərəkətlər qanunvericiliyin tələblərinə zidd olduğu və mülki dövriyyə iştirakçılarının hüquqlarının kobud şəkildə pozulması olduğu üçün, hesab edir ki, Cavabdeh ASC ondan müqavilə şərtlərinə zidd olaraq 28 507,3 manat məbləğində cərimə məbləği tutmaqla əsassız varlanmağa cəhd etmiş və nəticədə ona ümumilikdə 28 507,3 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh ASC tərəfindən, müqavilə şərtlərinə zidd olaraq 28 507,3 manat məbləğində cərimə məbləği tutması əsassız olduğu üçün, həmin məbləğ ona geri qaytarılmalıdır. Yuxarıda yazılanları nəzərə alaraq, əsassız olaraq ondan tutulmuş 28507,3 manat məbləğindəki pul vəsaitinin 23 sentyabr 2024-cü il tarixədək ona geri qaytarılmasının təmin edilməsini cavabdehdən xahiş etsə də, müraciətinə cavab verilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1,14.1, 14.2, 21.1, 77.1 maddələrinə istinad olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında (bundan sonra tərəflər adlandırılacaq) xx.xx.2023-cü il tarixli ******* № -li qoşulma razılaşması təsdiq edilib. Həmin razılaşmanı İddiaçı imzalamamış və həmin razılaşmanın özünün mahiyyəti və məzmunu aydın şəkildə sonuncuya izah edilməmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşması imzalanıb. Bu razılaşmanın 5.7-ci bəndində də (Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu “Borcalan tərəfindən bu əsas kredit limiti razılaşmasının imzalanması ilə Borcalan Kreditverənin https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, Borcalan ilə Kreditverən arasında olan münasibətlərin bu kredit limiti razılaşması və/və ya kredit razılaşmaları və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir. Borc alan üçün (İddiaçı üçün) həmin müqavilə imzalanan anda mürəkkəb və aydın olmayan ifadə qeyd edilib. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə əsas kredit limiti razılaşması çərçivəsində, xx.xx.2023-cü il tarixli əsas kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasıda imzalanıb. Həmçinin 11210723-********** sayı xx.xx.2023- ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixili kredit razılaşmasının 3-cü bəndində qeyd edilir ki, "Borcalan" bu kreditin verilməsinə görə 20000 (iyirmi min) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 20000 (iyirmi min) AZN xidmət haqqı 11210***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə "Borcalan" tərəfindən "Kreditverən”ə ödəniləcəkdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsi imzalanıb. Bu müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, kreditorun https://www.bankrespublika.az/az/pages/kompleks-bankxidmeti-muqavilesi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu İddiaçı-na 11210***-*******01L saylı xx.xx.2023-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən ******* (beş milyon) AZN məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (xx.xx.2033- ci il tarixinədək) açılmış kredit limiti açılmasını qəbul edir. Hesab edir ki, bu muqavilənin 1.2-ci bəndində də qeyd olunanlar da borc alan üçün (İddiaçı üçün) həmin müqavilə imzalanan anda onun üçün mürəkkəb və aydın olmayan ifadə olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş əsas kredit limiti razılaşmasının 3-cü bəndinə uyğun olaraq götürülmüş ******* (iki milyon) manat kreditə görə 20000 (iyirmi min) AZN xidmət haqqı əvvəlcədən (elə kredit götürülən anda) ödənilib. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş əsas kredit limiti razılaşmasının 3-cü bəndinə uyğun olaraq götürülmüş ******* (bir milyon) manat kreditə görə 10000 (on min) AZN xidmət haqqı əvvəlcədən (elə kredit götürülən anda) ödənilib. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş əsas kredit limiti razılaşmasının 3-cü bəndinə uyğun olaraq götürülmüş ******* (iki milyon) manat kreditə və ******* (bir milyon) manat kreditə görə ümumilikdə 30000 (otuz min) AZN xidmət haqqı əvvəlcədən (elə kredit götürülən anda) ödənilsədə, cavabdeh bank təşkilatı əsassız olaraq iddiaçıdan 28 507,3 (iyirmisəkkiz min beş yüz yeddimanat 3 qəpik) manat məbləğində pul vəsaitini təkrar tutmuşdur. Buna əsas kimi isə bildirilir ki, İddiaçı Bankla bağladığı xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşmasına əsasən bankın aşağıdakı internet saytında pdf və ya asandoc formatında yerləşdirilmiş kompleks bank xidmətləri müqaviləsinin (KBXM) şərtlərini qəbul edərək ona qoşulub. Etirazda qeyd edilən bu xüsusatlarla da razı deyildir. Çünki 11210723-********** sayı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixili kredit razılaşmasının tarixinə diqqət etdikdə məlum olur ki, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* № -li qoşulma razılaşmasının tarixi xx.xx.2023-cü il tarixə olmaqla, ondan sonra tərəflər arasında yenidən rəsmiləşdirilmiş 11210723-********** sayı xx.xx.2023-cÜ il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixili kredit razılaşmasından əvvələ təsadüf edir. Belə çıxır ki, hər iki tərəf öz iradə ifadəsini xx.xx.2023-cü il tarixdə yenidən bildiridiyi və rəsmiləşdirdiyi üçün xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşması öz əhəmiyyətini itirmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşmasını İddiaçı imzalamamış və həmin razılaşmanın özü müqavilədə aydın şəkildə izah edilməmişdir. Bu baxımdan, qeyd edilən razılaşma İddiaçı iradə ifadəsini özündə əks etdirmir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı məhz xx.xx.2023-cü il tarixli kredit razılaşmasının 7-ci bəndində "Borcalan" tərəfindən bu kredit razılaşmasının imzalanması ilə "Borcalan" "Kreditverən"in https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə kredit limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edib və "Borcalan" ila "Kreditveran" arasında olan münasibətlərin 11210723-********** saylı xx.xx.2023-ci il tarixli asas kredit limiti razılaşması, bu kredit razılaşması və KBXM ila tənzimləndiyini qəbul edərək, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirib” cümləsi mürəkkəb və aydın olmayan ifadəni özündə əks etdirir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehə pretenziya göndərmiş və xahiş etmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşması tam olaraq, xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasının 5.7-ci bəndi, xx.xx.2023-cü il tarixli kredit razılaşmasının 1-ci və 7-ci bəndi (Kompleks Bank Xidmətlərinə aid hissəsində) və xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsinin 1.2-ci bəndi etibarsız hesab edilsin və onların doğurduğu hüquqi nəticələr (komissiya haqqı kimi tutulan əlavə pul vəsaitinin geri qaytarılmasını) aradan qalıdırılsın. Qeyd etmək zəruridir ki, müqavilə layihəsi İddiaçıya Cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də İddiaçı tərəfindən imzalanmışdır. Buna görə də Müqavilə MM-in 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqddir. MM-in 420.2-ci maddəsində deyilir: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə Müqaviləni bağlayarkən Cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək İddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə də cavabdehin istinad etdiyi Müqavilələr etibarsız əqdlərdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, etirazda qeyd edilən hallarla razı deyildir. Çünki xx.xx.2023-cü il tarixli kredit razılaşmasının tarixinə diqqət etdikdə məlum olur ki, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşmasının tarixi xx.xx.2023-cü il tarixə olmaqla, ondan sonra tərəflər arasında yenidən rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixili kredit razılaşmasından əvvələ təsadüf edir. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixli qoşulma razılaşması təsdiq edilib. Həmin razılaşmanı iddiaçı imzalamamış və həmin razılaşmanın özünün mahiyyəti və məzmunu aydın şəkildə nə ona nə də nümayəndəsinə izah edilməmişdir. Qeyd edilən razılaşma iddiaçının iradə ifadəsini özündə əks etdirmir. Eyni zamanda tərəflər arasında xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşması imzalanıb. Bu razılaşmanın 5.7-ci bəndində qeyd edilən ifadə həmin müqavilə imzalanan anda borc alan üçün mürəkkəb və aydın olmayan ifadə qeyd edilib.. Həmçinin cavabdehlə X3 arasında bağlanılmış xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd olunanlar da borc alan üçün həmin müqavilə imzalanan anda onun üçün mürəkkəb və aydın olmayan ifadə olmuşdur. Müqavilə layihəsi iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də iddiaçı tərəfindən imzalanmışdır.İddiaçı ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə etirazda cavabdehin istinad etdiyi müqavilələr etibarsız əqdlərdi, əqdin etibarsızlığının əsası kimi iddiaçı tərəfin öz iradə ifadəsini müqavilədə əks etdirməməsi, müqavilənin şərtlərinin tam aydın şəkildə qeyd edilməməsini göstərmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı bankla bağladığı xx.xx.2023-cü il tarixli ******* №-li qoşulma razılaşmasına əsasən bankın aşağıdakı internet saytında pdf və ya asandoc formatında yerləşdirilmiş kompleks bank xidmətləri müqaviləsinin (KBXM) şərtlərini qəbul edərək ona qoşulub https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310, https://www.bankrespublika.az/uploads/Docs/KBXMF.pdf KBXM kredit və qeyri-kredit məhsullarına dair müxtəlif bank xidmətlərini, o cümlə dən kreditin verilməsini nəzərdə tutur. Tərəflər arasında xx.xx.2023-cü ildə əsas kredit limiti razılaşması imzalanıb və Bank həmin razılaşma çərçivəsində iddiaçıya xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən 48 ay müddətinə, xx.xx.2027-ci ilədək qaytarmaq və illik 14,50 % ödəmək şərtilə ******* manat; xx.xx.2024-cü il tarixli kredit razılaşmasına əsasən 48 ay müddətinə, xx.xx.2028-ci ilədək qaytarmaq və illik 14,50 % ödəmək şərtilə ******* manat kredit verib. İddiaçı xx.xx.2024-cü ildə ******* manat və 1850730,53 manat əsas borc olmaqla, cəmi 2850730,53 manat əsas borc ödəyərək kredit razılaşmaları üzrə öhdəliyini vaxtından əvvəl tam icra edib. KBXM-nin 11.12-ci bəndinə görə kreditverən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən vaxtından əvvəl icra olunmuş öhdəlik üzrə əsas borcun qalıq hissəsi 2850730,53 manat (1000000 + 1850730,53) və bank həmin məbləğdən KBXM nin 11.12ci bəndinə uyğun olaraq 1 % hesabı ilə 28507,30 manat komissiya tutub. Həmin məbləğin ödənilməsini tələb etmək Bankın hüququ, komissiya haqqını ödəmək isə borcalanın vəzifəsidir. AR MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələ rini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, kredit öhdəliyinin vaxtından əvvəl icrasına görə komissiya haqqının tutulması müqavilə şərtlərinə uyğundur və Bankın bu hərəkəti hüquqazidd olmadığı üçün iddiaçıya zərər vuran qanunsuz davranış və əsassız varlanma sayılmır, çünki varlanma üçün hüquqi əsas – müqavilə var. Belə olan halda iddia təmin oluna bilməz xx.xx.2023-cü il tarixli qoşulma razılaşmanı iddiaçının adından xx.xx.2021 il tarixli etibarnaməyə əsasən nümayəndəsi, həmçinin kredit öhdəliyi üzrə zamin olan X3 imzalamışdır. İddiaçı şəxsən özü xx.xx.2023 ildə eyni məzmunlu qoşulma razılaşmasını da imzalayıb.Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 11210***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasından görünür ki, bu razılaşmanın predmetini, əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” “Borcalan”a ******* (beş milyon) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2033-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. Kredit limiti çərçivəsində “Borcalana verilən kreditlər kredit razılaşmasının şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, habelə gücləndirilmiş elektron imza və ya əl imzası ilə bağlanması ilə rəsmiləşdirilir və bu kredit limiti razılaşması çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu kredit limiti razılaşması və'və ya ayrılmaz tərkib hissəsi hesab edilən kredit razılaşmaları ilə müəyyən ediləcəkdir. Bu kredit limiti çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi kredit limitinin məbləğindən artıq olmasın. “Borcalan” xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda “Borcalan” kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır. Bu əsas kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən verilmiş kreditlərin məbləği Borcalanın bank hesabından çıxarış vasitəsi ilə təsdiq edilir. Bu kredit limiti çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 (otuz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-ci il tarixdən artıq olmayacaqdır. xx.xx.2023-cü il tarixli 11210***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış, “Kredit verənin https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə "Borcalana” 11210***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə ******* (beş milyon) AZN məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”- nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 11210***-*******0İL saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. “Kreditverən” 11210***-*******01L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 14.5 (on dörd tam onda beş) faiz dərəcəsi ilə xx.xx.2027 -cı il tarixinədək , 6 (altı) ay güzəşt olmaqla ******* (iki milyon) AZN məbləğində borc pul vəsaitini Əsas vəsaitlərinin artırılması (Əsas vəsaitlərə görə götürülmüş borcun qaytarılması) məqsədlə “Boracalan”a verir.“Borcalan” bu kreditin verilməsinə görə 20000 (İyirmi min) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 20000 (iyirmi min) AZN xidmət haqqı 11210***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir.Bu kredit razılaşmasının 2-ci bəndinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi BANK vəsaitidir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 15 (on beş) % dir.Güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız 11210***-*******01L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra İsə “Borcalan" əsas borc, faiz və digər ödənişləri “Kreditverən”ə ödəyəcəkdir. Faiz ödənişləri aylıq Ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən”ə qaytarıl mad ıqda, “Borcalan” hər gecikdirilən gün üçün 15.00 (on beş) AZN məbləğində cərimə ödəyəcəkdir. Kompleks Bank Xidməti Müqaviləsi (KBXM) ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir, “Borcalan” ilə “Kreditverən” arasında olan münasibətlərin 11210***-*******01L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşması, bu kredit razılaşması və KBXM ilə tənzimləndiyini qəbul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir. Cavabdeh ASC (Kreditverən) və İddiaçı (Borcalan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli “kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair” razılaşma və xx.xx.2023-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasına əsasən Kreditverən xx.xx.2023-cü il tarixli 11210***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma çərçivəsində illik 15,50 % dərəcəsi ilə 48 ay müddətinə ******* manat məbləğində, dövriyyə vəsaitlərinin artırılması məqsədilə Borcalana kredit verməyi öhdəsinə götürmüşdür. Bank Respublika” ASC (Bank) və İddiaçı (Müştəri) arasında imzalanmış 08 iyun 2023-cü il tarixli ******* №-li Qoşulma Razılaşmasının 1.1-ci bəndinə əsasən bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (Müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dai iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/paues/kompleks-bank-xidmeti-muqavilesi 1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (Bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. Cavabdeh ASC (Bank) və “İddiaçı (Müştəri) arasında imzalanmış xx.xx.2023-cü il tarixli ******* №-li Qoşulma Razılaşmasının 1.1-ci bəndinə əsasən bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (Müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dai iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlər; dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/paues/kompleks-bank-xidmeti-muqavilesi 1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (Bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. X3 ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 11FİZAM159965301 saylı zaminlik müqaviləsinə əsasən borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi iiçiin Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Əsas öhdəlik və onun məzmunu: Kreditorun https:/vvww bankrespublıka.az/a/./pages/kompleks-bank-xidməti müqaviləsi 1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu İddiaçı Razaman oğluna 11210***-*******01L saylı xx.xx.2023-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən ******* (beş milyon) AZN məbləğində, illik faiz dərəcəsi 30 % -dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (21,07.2033-ci il tarixinədək) açılmış kredit limiti. Tələb edilə biləcək borc: ******* (beş milyon) AZN kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasıııa görə qalıq borcun 40%-i məbləğində cərimədir. Zamin bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş kredit limiti çərçivəsində veriləcək kreditlərin digər valyutalarda (ABŞ dolları, Avro, RUBL və s.) da verilə bilməsini qəbul edir və öz razılığını bildirir. Zamin xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda zamin kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır. Məsafədən bank xidmətlərinin göstərilməsinə dair Kompleks Bank Xidmətləri Müqaviləsindən görünür ki, banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir. Müqavilənin 11.12-cibəndinə əsasən Kreditverən Borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 (bir) faizi, müvafiq ödəniş kreditin qismən qaytarılmasına yönəldildiyi təqdirdə isə ödəniləcək əsas borc məbləğinin 1 (bir) faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 19.1-ci bəndinə əsasən Elektron bank xidməti sahəsində, bu müqavilənin ümumi müddəalarına uyğun olaraq Bank Müştəri ilə elektron bank xidmətinə dair ayrıca müqavilələri bağlamağı zəruri hesab edə bilər. Əgər Müştəri ilə bağlanılan elektron xidmətə dair istənilən müqavilənin şərtləri və müddəaları ilə bu müqavilənin elektron xidmətə dair müddəaları arasında ziddiyyət yaranarsa, bu müqavilənin şərtləri və müddəaları üstün qüvvəyə malikdir. xx.xx.2021-ci il notarial etibarnamədən görünür ki, İddiaçı tərəfindən X2 10 il müddətinə bütün dövlət, qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, “ASAN XİDMƏT” mərkəzlərində, nazirliklərdə, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, bütün vergi orqanlarında, banklarda və digər aidiyyəti orqanlarda məni təmsil etməyi, sənədləri və arayışları toplamağı, təqdim etməyi və almağı, adımdan vergi əməliyyatlarını, mühasibat işlərini və digər sənədləşmə işlərini aparmağı, lazımi sənədlərdə imza etməyi, ərizə verməyi, imza etməyi, rüsumları ödəməyi, vergi orqanlarında qeydiyyata durmağı, hesabatlar verməyi, bankda hesab açmağı, bütün hesablar üzərində sərəncam verməyi, həmin hesablara pul mədaxil və məxaric etməyi, hesabdakı pulun faizini almağı, pul köçürmələri etməyi, müqavilələr bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etmək səlahiyyətləri verilmişdir İddiaçı ilə Cavabdeh ASC bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ümumi məbləği ******* manat olan kredit üzrə İddiaçı 15 may 2024-cü il tarixindən 17 aprel 2028-ci il tarixinə qədər hər ay müvafiq ödənişləri etməli və bununla bağlı xx.xx.2023-cü il tarixdə İddiaçı, X3 ödəniş cədvəlində qeyd edilənləri öz imzaları ilə iradə ifadələrini təsdiqləmişdir. İddiaçı ilə Cavabdeh ASC bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ümumi məbləği ******* manat olan kredit üzrə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci tarixinə qədər 48 ay hər ayın 26-28-si 61001,14 manat olmaqla sonuncu ay 61549,71 manat ödəməli olduğu və bununla bağlı xx.xx.2023cü il tarixdə İddiaçı, X3 ödəniş cədvəlində qeyd edilənləri öz imzaları ilə iradə ifadələrini təsdiqləyərək, tanış olduqlarını bildirmişlər. Cavabdeh ASC-də olan İddiaçı məxsus hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində 11210***-*******01L saylı xx.xx.2023-cı il tarixli müqaviləyə əsasən İddiaçı hesabına ******* manat məbləğində kredit köçürülmüşdür. Müxtəlif tarixlərə aid olan ödəniş məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə 20000 manat xidmət haqqı, xx.xx.2024-cü il tarixdə 10000 manat xidmət haqqı, xx.xx.2024-cü il tarixdə 10000 manat komissiya haqqı, xx.xx.2024-cü il tarixdə 18507,31 manat komissiya haqqı tutulduğu qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasının qeyd edilən və cavabdeh tərəfindən İddiaçı məxsusluğu iddia edilən imza nümunəsinin iddiaçı tərəfindən imzalanması ilə bağlı halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-4/262/2025 saylı ekspert rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasının sonuncu vərəqində müştəri İddiaçı adının qarşısındakı imzanın X3 tərəfindən icra edildiyi müəyyən edimişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, əsassız olaraq ondan tutulmuş 28507,3 manat məbləğin 5 iş günü müddətində ona geri ödənilməsini tələb etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə e-sistem vasitəsilə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, əsassız olaraq ondan tutulmuş 28507,3 manat məbləğin 2 iş günü müddətində ona geri ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixli BPM2429142S3427 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 9 saylı Vəkil Bürosunun hesabına 220 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 176,40 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 11210***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli kredit razılaşmaları bağlanmış və cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək iddiaçıya ******* manat kredit vermişdir. İddiaçı hesabına daxil olan həmin kredit məbləği üzrə xx.xx.2024-cü ildə ******* manat və 1850730,53 manat əsas borc olmaqla, cəmi 2850730,53 manat əsas borc ödəyərək kredit razılaşmaları üzrə öhdəliyini vaxtından əvvəl tam icra edib və cavabdeh tərəfindən 1% komissiya haqqı olaraq 28507,30 manat pul tutulmuşdur. Tərəflər arasında imzalanmış Kompleks Bank Xidmətləri müqaviləsinin 11.12-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirilməsi nəticəsində müvafiq ödənişlə kreditin tam bağlanması halında ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqının ödənilməsini tələb etmək hüququna malik olmuş və müqavilənin 19.9-cu bəndinə əsasən iddiaçı müqaviləni elektron qaydada təsdiq edərək, məcburi hüquqi qüvvəyə malik olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin müqavilə bağlamaq təklifi və müqavilə şərtləri ilə razılaşaraq qəbul etmiş, eyni zamanda həmin razılıq tam və qeyd şərtsiz olmuşdur. Bu isə onu göstərir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmamış, tərəflər arasında olan müqavilənin şərti əsasında vaxtından əvvəl kreditin qaytarımasına görə 1% komissiya haqqı tutmuşdur. İddiaçının vaxtından əvvəl öhdəliyini icra edərək qalıq borcu tam ödəməsi nəticəsində cavabdeh tərəfindən həmin ödənişə uyğun olaraq əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqının tutulması barədə müqavilə şərti qanunvericiliyə zidd olmamışdır. Belə ki, qanunvericilikdə hazırkı halda ödəliyin vaxtından əvvəl icra edilərək borc məbləğinin tam ödənilməsi zamanı 1% komissiya haqqının tutulmasını qadağan edən hər hansı bir norma möcud deyildir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlərdən gəlir əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları həmin gəlirləri əldə etmək imkanlarından məhrum edir. Buna görə də kredit borcu vaxtından əvvəl ödənildiyi halda bank faktiki olaraq müqavilə bağlanarkən sonuncu ödəniş gününə qədər əldə etməli olduğu fazilərdən məhrum olur. Bu baxımdan bankın vaxtından əvvəl kredit borcu tam ödənildiyi halda qalıq borcun 1% faizi həcmində komissiya haqqı tutması ağlabatandır. İddiaçı ilkin olaraq iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli ******* nömrəli Qoşulma razılaşmasını imzalmadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin olunduqda müəyyən edilmişdir ki, həqiqətən imza İddiaçı tərəfindən deyil, oğlu Ramazan Səfərov tərəfindən imzalanmışdır. Lakin cavabdehin nümayəndəsinin təqdim etdiyi İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli notarial etibarnamədən məlum olmuşdur ki, həmin vaxt Ramazan Səfərovun atası İddiaçı nümayəndəsi olaraq həmin razılaşmanı imzalamağa səlahiyyəti olmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin əsasını dəyişmiş, müqavilələrdə aydın olmayan, mürəkkəb ifadələrdən və cümlələrdən istifadə edildiyini, müqavilələr bağlayarkən cavabdehin iddiaçının etimadından sui-istifadə etdiyini, buna görə də müqavilələrin etibarsız olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilələrdə istifadə olunmuş sözlərdə, ifadələrdə və cümlələrdə hər hansı qeyri-müəyyənlik, mürəkkəblik və ya anlaşılmazlıq təsbit olunmamışdır. Əksinə, xx.xx.2023-cü il tarixli razılaşmada çox sadə formada qeyd edilmişdir ki, Müştəri Bankın linki qeyd edilmiş rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. Hansı ki, istənilən şəxs bankın rəsmi saytına daxil olaraq həmin Kompleks Bank Xidməti Müqaviləsinin şərtləri ilə tanış ola bilər. Eyni zamanda, cavabdehin iddiaçının etimadından sui-istifadə etməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməli, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-774/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-774/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver