Məhkəmə qərarları › İş №e-2-2(113)-775/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-775/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-775/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Nümayəndə qarşı kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsinə və girov predmetinə tutma yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, girov, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Nümayəndə qarşı “kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsinə və girov predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Nümayəndə İddiaçı ASC-nin xeyrinə 10 noyabr 2022-ci il tarixli, 104-S-2991 KM №-li kredit müqaviləsi üzrə əsas borc 14952,31 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1242,21 manat, cərimə qalıq 178,59 manat, cəmi 16373,11 manat kredit borcunun tutulması barədə, 12 fevral 2024-cü il tarixli, 104-S- 3520 KM №-li kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas borc üzrə 9580,09 manat 09 qəpik, faiz borcu üzrə 929,72 manat 72 qəpik, cərimə qalıq 20,1 manat, cəmi 10.529,91 manat kredit borcunun tutulması barədə hər iki kreditin təminatı olan 10 noyabr 2022-ci il tarixli 104-S-2991 GM №-li girov müqaviləsinə və 12 fevral 2024-cü il tarixli 104-S-3520 GM №-li sonrakı girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə məxsus 5000 Sumqayıt şəhəri, ev. Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqları olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan cəmi 26903,02 manat kredit borcunun və ümumilikdə 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filiali ilə bağlanmış 10 noyabr 2022-ci il tarixli, 104-S-2991 KM №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 25.000 məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Nümayəndə ilə müvafiq olaraq xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq "xxxx" MMC-yə məxsus 5000 Sumqayıt şəhəri, ev. Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35.000 manat məbləğində peşəkar mətbəx avadanlıqları 10 noyabr 2022-ci il tarixli 104-S-2991 GM №-li Girov müqaviləsinə əsasən Girov qoyulmuşdur. İddiaçıASC-nin Sahil filiali ilə bağlanmış 12 Fevral 2024-cü il tarixli, 104-S-3520 KM №-li kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 10000 (on min manat) məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Nümayəndə ilə müvafiq olaraq 12 fevral 2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq "xxxx" MMC-yə məxsus 5000 Sumqayıt şəhəri, ev. Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35.000 manat məbləğində peşəkar mətbəx avadanlıqları 12 fevral 2024-cü il tarixli 104-S-3520 GM №-li Sonrakı Girov müqaviləsinə əsasən Girov qoyulmuşdur. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Borclu öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqavilələri üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kreditlər üzrə borc axırıncı dəfə xx.xx.2024-cü il tarixdə 235,84 manat məbləğində ödənilmişdir. İddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 295, 297, 385.1, 442, 445.2, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) bank bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərti ilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit əsas vəsaitin artırılması məqsədi ilə verilir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 25000 manat; Kreditin müddəti – 36 ay; Kreditin illik faiz dərəcəsi – 19%; Dəbbə pulu-illik 38%. 2.2-ci bəndinə əsasən illik faiz dərəcəsi FİFD:19,73% təşkil edir. 2.4-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. 3.4.1-ci bəndinə əsasən Krediti borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək; 3.4.3-cü bəndinə əsasən vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün Bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəliyidir. 7.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müddətinin bitməsi bu müqavilənin qüvvədən düşməsinə səbəb olmur. 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 25.000 manat, faizin məbləği 8001,22 manat, cəmi ödəniləcək məbləğ 33001,22 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) bank bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərti ilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit əsas vəsaitin artırılması və cari xərclərin qarşılanması məqsədi ilə verilir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 10000 manat; Kreditin müddəti – 36 ay; Kreditin illik faiz dərəcəsi – 19%; Gecikdirilmə faizləri-illik 19%+Mərkəzi Bankın uçot faiz dərəcəsi. 2.2-ci bəndinə əsasən illik faiz dərəcəsi FİFD:19,73% təşkil edir. 2.5-ci bəndinə əsasən kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürməklə, kreditin verildiyi faktiki günlərin sayına vurulmaqla hesablanır. 3.4.1-ci bəndinə əsasən Krediti borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək; 3.4.3-cü bəndinə əsasən vaxtı keçmiş kreditə görə gecikdirilmə faizlərini və borcun məcburi tutulması üçün Bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəliyidir. 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 10.000 manat, faizin məbləği 3198,88 manat, cəmi ödəniləcək məbləğ 13198,88 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin 14952,31 manat məbləğində əsas, 1242,21 manat məbləğində faiz və 178,59 manat məbləğində cərimə, cəmi 16373,11 manat borcu vardır. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin 9580,09 manat məbləğində əsas, 929,72 manat məbləğində faiz və 20,1 manat məbləğində cərimə, cəmi 10529,91 manat borcu vardır. İddiaçı ASC (Bank), Cavabdeh1 MMC (borc alan) ilə Nümayəndə (Zamin) arasında imzalanmış 12 fevral 2024-cü il tarixli 104-S-3520 ZM və 10 noyabr 2022-ci il tarixli 104-S- 2991 ZM saylı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Zaminliklə təmin edilən öhdəliklər bankla borcalan arasında bağlanmış aşağıda qeyd olunan kredit müqavilələrindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir: Nömrəsi - İ04-S-3520 KM, Tarixi – 12 fevral 2024-cü il, Məbləği - 10 000 (on min) manat, İllik faiz - 19 (on doqquz) %; Müddəti - 36 (otuz altı) ay. Nömrəsi - İ04-S-2991 KM, Tarixi – 10 noyabr 2022-ci il, Məbləği - 25 000 (iyirmi beş min) manat, İllik faiz - 19 (on doqquz) %; Müddəti - 36 (otuz altı) ay. Müqavilələrin 1.3-cü bəndinə əsasən zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ilk tələbi ilə heç bir etiraz etmədən, kredit məbləğini, hesablanmış faizləri, habelə borcun ödənilməsi üçün Bankın çəkmiş olduğu hər hansı digər xərc və zərəri 3 (üç) iş gün ərzində tamamilə ödəmək zaminin vəzifəsidir. İddiaçı ASC (Girov saxlayan) ilə Cavabdeh1 MMC (Girov qoyan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 104-S-2991 GM saylı girov müqaviləsinin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən girov qoyan özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (irəlidə Girov predmeti adlandırılacaq) Girov saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edir; 2.1-ci bəndinə əsasən girov predmetini 5000 Sumqayit şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanliqları təşkil edir; 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə girovla təmin olunan öhdəliyin əmələ gəlməsi üçün əsas "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında Bakı şəhərində bağlanmış 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM nömrəli kredit müqaviləsidir; 5.1-ci bəndinə əsasən girovla təmin edilmiş əsas öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov predmetinə tutma yönəldilir; 5.2-ci bəndinə əsasən girov predmetinə tutma yönəldilməsi məhkəməyə müraciət edilmədən Girov qoyanla Girov saxlayanın notariat qaydasında təsdiqlənmiş razılaşması, bu cür razılaşma olmadıqda isə məhkmənin qərarı əsasında həyata keçirilir; 5.3-cü bəndinə girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması: bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin Girov qoyanın yerinə yetirməməsi; 8.1-ci bəndinə əsasən bu müqavilə onun təmin etdiyi əsas öhdəlik tam icra edilənədək və ya əsas öhdəliyə xitam verilənədək qüvvədədir. İddiaçı ASC (Girov saxlayan) ilə Cavabdeh1 MMC (Girov qoyan) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 104-S-3520 GM saylı sonrakı girov müqaviləsi üzrə girovla təmin olunan öhdəliyin əmələ gəlməsi üçün əsas "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında Bakı şəhərində bağlanmış 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM nömrəli kredit müqaviləsidir. 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, bu aktı (Əlavəni ) imzalamaqla «Girov qoyan» ona məxsus 20 ədəd, 35000 manat dəyərində mal qalığı (ehtiyyat hissələri) ilə bağlı "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankı Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi, habelə yüklülüklə təmin edilmiş öhdəliyin “Girov qoyanan”ın cavabdeh olduğu səbəblərdən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, sahibliyində olan girov predmetinin “Girov saxlayan”ın sahibliyinə verilməsi ilə bağlı razılıq verdiyini təsdiq edir. Bu razılıq yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir. 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, bu aktı (Əlavəni ) imzalamaqla “Girov qoyan” ona məxsus 20 ədəd, 35000 manat dəyərində mal qalığı (ehtiyyat hissələri) ilə bağlı "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankı Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi, habelə yüklülüklə təmin edilmiş öhdəliyin “Girov qoyanan”ın cavabdeh olduğu səbəblərdən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, sahibliyində olan girov predmetinin «Girov saxlayan»ın sahibliyinə verilməsi ilə bağlı razılıq verdiyini təsdiq edir. Bu razılıq yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən edilir ki, yüklülüyün predmeti 12 fevral 2024-cü il tarixli 104-S-3520 GM saylı girov müqaviləsinə əsasən 5000 Sumqayıt şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqları, yüklülüyün sahibi İddiaçı ASC, yüklülük verən Cavabdeh1 MMC kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 171 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasinin Qanununun: 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Nümayəndə arasında 10 noyabr 2022-ci il tarixli 104-S-2991 ZM saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 MMC ilə Bank arasında 10 noyabr 2022-ci il tarixli 104-S-2991 GM saylı girov müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan 5000 Sumqayıt şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqları İddiaçı ASC-də girov ilə yüklü edilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Həmçinin eyni tərəflər arasında imzalanmış 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Nümayəndə arasında 12 fevral 2024-cü il tarixli 104-S-3520 ZM saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 MMC ilə Bank arasında 12 fevral 2024-cü il tarixli 104-S-3520 GM saylı sonarkı girov müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan 5000 Sumqayıt şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqları İddiaçı ASC-də girov ilə yüklü edilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM saylı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsi üzrə 14952,31 manat məbləğində əsas, 1242,21 manat məbləğində faiz borcunun, habelə 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM kredit müqaviləsi üzrə 9580,09 manat məbləğində əsas, 929,72 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlərdən 10 noyabr 2022-ci il tarixli 104-S-2991 KM saylı kredit müqaviləsi üzrə 14952,31 manat məbləğində əsas, 1242,21 manat məbləğində faiz borcu, 12 fevral 2024-cü il tarixli 104-S-3520 KM kredit müqaviləsi üzrə 9580,09 manat məbləğində əsas, 929,72 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 178,59 manat, 12 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 20,1 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 10 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 178,59 manat, 12 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 20,1 manat məbləğində dəbbə pulu tutulmalıdır. Eyni zamanda kredit müqavilələri üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış girov və sonrakı girov müqavilələri daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 MMC-nin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi, tərəflər arasında girov predmetinə tutma yönəldilməsi barədə notarial qaydada təsdiqlənmiş razılaşma olmadığı üçün qanunvericiliyin tələblərinə əsasən girov saxlayan iddiaçının girov qoyan cavabdehdə olan girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 MMC-nin mülkiyyətində olan 5000 Sumqayıt şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqlarına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Nümayəndə müştərək qaydada 10 noyabr 2022-ci il tarixli, 104-S-2991 KM saylı kredit müqaviləsi üzrə 14952,31 manat əsas, 1242,21 manat faiz, 178,59 manat məbləğində cərimə olmaqla, cəmi 16373 (on altı min üç yüz yetmiş üç) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti, 12 fevral 2024-cü il tarixli, 104-S-3520 KM kredit müqaviləsi üzrə 9580,09 manat əsas, 929,72 manat faiz, 20,1 manat cərimə olmaqla, cəmi 10529 (on min beş yüz iyirmi doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti habelə ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun əvəzi iddiaçı “AFB Bank ASC-nin xeyrinə tutulsun. 10 noyabr 2022-ci il tarixli 104-S-2991 GM nömrəli girov müqaviləsinə və 12 fevral 2024-cü il tarixli 104-S-3520 GM nömrəli sonrakı girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilsin, tutma girov predmeti olan Cavabdeh1 MMCnin mülkiyyətində olan 5000 Sumqayıt şəhəri, ev Dostluq küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən 35000 manat məbləğində peşəkar mətbəx avadanlıqlarına yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar