Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7771/2025 02.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə 566.826,7 manatın və ödənilmiş 857 manat dövlət rüsumunun iddiaçı"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" X2 Cəmiyyətinin (hazırda "xxxx" ASC) cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı (hazırda CavabdehASC) pul tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin xx.xx.2001-ci il tarixli, 649/05-128 saylı qətnaməsi ilə qət edilmişdir ki:"xxxx" X2 Cəmiyyətinin hesablaşma hesabından 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100.000 (yüz min) manat məbləğində dövlət rüsumu "xxxx" X2 Cəmiyyətinin xeyrinə tutulsun”. Həmin məhkəmənin xx.xx.2002-ci il tarixli, 649/05-128 saylı qərardadı ilə qərara alınmışdır ki:“Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin 649/05-128 saylı iş üzrə çıxarılmış 12 iyul 2001-ci il tarixli Qətnaməsinin icra üsulu dəyişdirilsin."xxxx" X2 Cəmiyyətinin balansında olan mövcud əmlakının 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində hissəsi üzərinə həbs qoyulsun. Həbs qoyulmuş əmlak hesabına "xxxx" X2 Cəmiyyətinin xeyrinə 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində borc tutulsun.” Qeyd olunan məhkəmə qərardadı üzrə xx.xx.2003-cü il tarixli, 649/5-128 nömrəli icra vərəqəsi verilmişdir. Lakin məhkəmə qətnaməsinin 2001-ci il tarixdən qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq,cavabdeh tərəfindən qətnamə bu günədək icra edilməmişdir. DVX-nin xx.xx.2025-ci il tarixli, 3-21-2-2- 1/2-X-1xx-xx/2025 saylı məktubundan göründüyü kimi,“"xxxx" ATSC xx.xx.1997-ci il tarixdə Bakı "xxxx" fabrikinin bazasında yaradılaraq onun hüquqi varisi olmuşdur, xx.xx.2004-cü il tarixdən "xxxx" ATSC-nin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır.” Əlavə olaraq Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramıçərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli, № 1204 saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X1 bazasında "xxxx" X2 cəmiyyəti yaradılmış, sonradan həmin cəmiyyət, səhmləri Dövlət Proqramına uyğun olaraq tamamilə realizə edilməklə özəlləşdirilmiş, xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan xx.xx.2008-ci ildə adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorunda hesablama aparıldıqda görünür ki, 2025-ci ilin iyulayında, 2001-ci ilin iyulayına nisbətən istehlak qiymətləri indeksi 463,5 faiz təşkiletmiş, yəni qiymətlərin səviyyəsi 4,6 dəfə artmışdır. 1 saylıYerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulması qət edilən məbləğ isə denominasiya nəzərə alınmaqla 412.031 manat təşkiledir. Belə ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra Azərbaycan Respublikasının valyutasında denominasiyanın (1:5000 nisbətində) həyata keçirildiyi nəzərə alınaraq, həmin denominasiyaya uyğun olaraq borclu tərəfindən ödənilməli olan pul vəsaitinin məbləği 412.031 manat təşkiledir. Belə ki, ilkin məbləğ olan 2.060.156.607 manat 5000-lik nisbətə bölünməklə, yeniməbləğ 412.031 manat təşkil edir. (2.060.156.607 : 5000 = 412.031) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadı ilə 1 saylıYerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulmalı olan 412.031 manat məbləğində pulun indeksasiyası həyata keçirilməklə, 1.895.342 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki) manat, 60 (altmış) qəpik məbləğində pul Cavabdeh ASC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Hazırda borclu Cavabdeh ASC xx.xx.2025-ci il tarixində həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8- 2(113)-167/2025 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadı ilə borclu Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8-2(103)-28/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, 4127/23M saylı məktubundan göründüyü kimi,“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2003-ci il tarixli, 649/05-128 saylı icra sənədi üzrə borclu Cavabdeh ASC-dən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində pul vəsaiti tutularaq, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2003-ci il tarixli, 649/05-128 saylı icra sənədi üzrə borclu Cavabdeh ASC barəsində məcburi icra tədbirləri davam etdirilməsinə baxmayaraq, icra sənədi üzrə hər-hansı ödəniş həyata keçirilməmişdir.” Hesab edirik ki, Cavabdeh ASC-dən borcun icrasının gecikdirilməsinə görə illik 5 faiz pulun iddiaçı"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdi.
4. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 443.1-ci madəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsaəsn müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İş materiallarından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə "xxxx" X2 Cəmiyyətindən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100.000 (yüz min) manat məbləğində dövlət rüsumu "xxxx" X2 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
9. Qətnamə əsasında xx.xx.2003-cü il tarixdə icra vərəqəsi verilmişdir.
10. İcra sənədi üzrə tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan 412.031 manatın indeksasiyasını həyata keçirməklə, cavabdehdən 1.895.342,60 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki manat altmış qəpik) tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulmalı olan 412.031 manat məbləğində pulun indeksasiyası həyata keçirilməklə, 1.895.342 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki) manat, 60 (altmış) qəpik məbləğində pulun Cavabdeh ASC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır.
12. Borclu Cavabdeh ASC xx.xx.2025-ci il tarixində həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 8-2(103)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-167/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, qətnamə üzrə tutulmuş puldan hər hansı bir ödəniş edilmədiyini və ona görə də, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, Cavabdeh ASC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə 24 il üçün 566.826,7 manat pulun tutulmasını tələb edir.
15. İş materiallarında olan sənədlərdən və məhkəmə iclasında cavabdehin vermiş olduğu izahatlardan görünür ki, həqiqətən də, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi üzrə tutulmuş olan puldan ümumiyyətlə hər hansı bir ödəniş edilməmişdir.
16. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə Məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
17. Bundan sonra Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş, iddia müddətinin keçməsinə dair ərizəyə münasibət bildirilməlidir.
18. Cavabdeh tərəf ərizə təqdim edərək, 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
19. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
20. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsinin məzmunundan görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mübahisə olmuşdur.
21. Ona görə də, Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 649/05-18 saylı qətnaməsi ilə tutulmuş olan 412.031 (2.060.156.607/5000) manat üzrə son 3 il müddət hesablanaraq, 61.804 (412.031x5/100=20.601,65 (1 il üçün 5 faiz) 20.601,65x3=61.804,65 (3 il üçün 5 faiz)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 61.804 (altmış bir min səkkiz yüz dörd) manat 65 (altmış beş) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 275 (iki yüz yetmiş beş) manat 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov