Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7773/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3 Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: sudan istifadə qaydaları, borcun silinməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Əlizadə oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə1 oıunun iştirakı ilə, İddiaçı cavabdeh "X3 Xidməti" X2rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İŞİN FAKTİKİ HALLARİ
1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çayxana) iddiaçının istifadəsindədir və həmin ünvan üzrə iddiaçıya 380048 saylı abonent kodu verilmiş, eləcə də cavabdeh tərəfindən su və kanalizasiya xəttinə qoşulmuşdur (“Abunə haqqında məlumat”a əsasən iddiaçı ilə xx.xx.2007-ci il tarixdə müqavilə bağlanmışdır).
2. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyd edilən qeyri-yaşayış sahəsinə dair 951095 nömrəli akt tərətib edilmişdir. Aktda iddiaçıya məxsus obyektin restoran-çayxana kimi fəaliyyət göstərdiyi və obyektdə qeyri-qanuni su xəttinin aşkar edildiyi, sudan qeyri-qanuni istifadə olunmasının foto-video görüntüyə alınması qeyd edilmişdir. Həmin akt əsasında iddaçıya 4104 manat (2052 manat sudan, 2052 manat isə çirkab suyundan qanunsuz itifadəyə görə) borc hesablanmışdır. İddiaçı tərəfindən həmin borcdan, cəmi 70 manat (60 və 10 manat olmaqla) ödəniş edilmişdir.
3. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində sudan istifadə qaydalarının xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə (3 gün) plandankənar yoxlanılması “Saibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsanamənin tələblərinə uyğun olaraq İG242256954 nömrə ilə qeydiyyata alınmışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı 951095 saylı aktın ləğv edilməsi, həmin akt əsasında abonent hesabına əlavə edilmiş 4104 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-əhali qrupu üzrə 380048 saylı kodla abonent qeydiyyatındadər. ünvan 2 ünvanda çayxana-kafe təyinatlı obyekti fəaliyyət göstərir. Obyektin su təminatında günlük fasilə olduğundan suyu maşınla gətizdirib yeraltı anbara vurdurmaqla şirin su mənbəyi kimi həmin anbardan istifadə edirlər. Yeraltı anbardakı su fasilələrlə digər yerüstü anbarlara və çənlərə vurulur. xx.xx.2024-cü ildə cavabdehin X1 Sistemlərinin İstismar İdarəsinin iki əməkdaşı sudan istifadənin və “sudan istifadə qaydalarına” riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə qanunsuz olaraq obyektə daxil olub, gizli olaraq yerüstü anbara vurulan suyun təzyiqini video görüntüyə alaraq guya qanunsuz sudan istifadə halının müəyyən edilməsini aşkar ediblər. Amma onlar qanunsuz qoşulmanın mənbəyini müəyyən etməyiblər, əgər müəyyən edə bilsəydilər həmin suyun yeraltı su anbarından vurulmasını bilərdilər və ya qanunsuz qoşulmadırsa həmin mənbənin tapılaraq bağlanılmasını video görüntüyə alardılar. Nəticədə onlar tərəfindən qanunsuz akt tərtib edilib, həmin vaxtı obyektdə olmayan əməkdaşların adları aktda qeyd edilib. Həmin əməkdaşlar pozuntunu əyani olaraq görmədən akta yalan imzalar qeyd ediblər. Tərtib olunmuş 951095 saylı aktın məzmunundan belə məlum olur ki, su itkisinə görə 2052 manat, çirkaba görə də eyni məbləğ qeyd edilməklə cəmi 4104 manat qanunsuz borc yazılıb. Cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Saibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsanamənin tələblərinə əsasən onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər və baxışlar) o cümlədən, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterində qeyd olunmalıdır. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən ona məxsus obyektdə su təchizatı və ya kanalzasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablanıldığından həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində reyster qeydiyyatına alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. “Kargüzarlığın aparılması qaydası haqqında” Təlimatın 81-ci maddəsinə görə, akt onun tərtibində iştirak edən şəxslər tərəfindən imzalanılmalıdır. İki əməkdaş qanunsuz olaraq, xəbərdar etmədən və iki hal şahidinin iştirakı olmadan ona məxsus obyektdə gizli yoxlama aparır, guya qanunsuz hesab etdiləri xəttin mənbəyini bilmədən və aşkar etmədən sudan qanunsuz istifadə halını müəyyən edirlər, sonradan akt tərtib edərək orada iştirak etməyən əməkdaşların adını akta qeyd etməklə qanunsuz hərəkətlərə yol veriblər.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçının mümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, suyu onlar maşınla su idarəsindən alıb su özlərinə məxsus su quyusuna tökür, oradan da başqa bir su quyusuna vurular. Suyun maşılrala daşınmasına dair vide çəkiliş də var. Cavabdeh isə elə zənn etmişdir ki, su kənar xətt vasitəsi ilə istifadə edilir. Suyu ayda bir-iki dəfə alıb gətirmişlər. Bəzi halalrda su idarəsinin öz sürücüləri, bəzi hallarda isə başqa sürücülər vasitəsi ilə gətirilmişdir. Hazırda da, sayğac işləmir.
8. Cavabdehin nüayənəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus qeyriyşayış sahəsində sudan istifadə qaydalarının yoxlanılması barədə məlumat əvvəcədən dövlət qeydiyyatına alınmışdır. İddiaçı da aktın tərtib edilməsində iştirak etmişdir. İddiaçı suyu su maşını ilə su idarəsindən aldığını deyir, lakin bunun üçün şəxsin yazılı müraciəti olur, idarə tərəfindən sürücü ayrılır və bundan sonra müraciət edən şəxsə su daşınır. X1 Sistemlərinin İstismar İdarəsi tərəfindən verilmiş arayışda iddiaçıya məxsus obyektə 2024cü ildən sonra su xidməti göstərilmədiyi qeyd edilmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”.
11. 2.1-ci bənd. STKM-in vəzifələri aşağıdakılardır: 11.1. 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 11.2. 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 11.3. 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) və s.
12. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 12.1 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 12.2 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 12.3 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 12.4 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 12.5 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 12.6 4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək.
13. 6.14-cü bənd. Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir.
14. 6.16-cı bənd. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir.
15. 6.17-ci bənd. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir.
16. 6.18-ci bənd. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
17. 7.1-ci bənd. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
18. 7.2-ci bənd. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.
19. 7.8-ci bənd. İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu.
20. Maddə 3.2. Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
21. Maddə 31.2-ci və 31.2.3-cü maddələri. Yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.
22. 1.4-cü bənd. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
23. 1.5-ci bənd. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
24. 5.2-ci bənd. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
29. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassızdır.
30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
31. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında su təchizatı ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışsı. “Abunə haqqında məlumat”da tərəflər arasında xx.xx.2007-ci il tarixdə müqavilə bağlanldığı qeyd edilmişdir. Həmçinin, iddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən qeyr-yaşyış sahəsinə su sayğacının quraşdılması və 2012-2024cü ilədək su sərfiyatı ilə bağlı dövriyyənin olması tərəflərin qeyd edilən öhdəlik hüquq münasibələrinə daxil olması və hal-hazıradək davam etdirilməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
32. Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın yuxarıda göstərilə müddəalarından da görünü ki, istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək və s. cavabdehin, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək və s. iddiaçının öhdəlilərinə daxildir.
33. Tərəflər arasındakı mübahisə xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyd edilən qeyri-yaşayış sahəsinə dair 951095 nönrəli akt və onun nəticəsi (dəymiş zərərə görə hesablanmış borc vəsaiti) ilə bağlıdır. Akta iddiaçıya məxsus obyektin restoran-çayxana kimi fəaliyyət göstərdiyi və obyektdə qeyri-qanuni su xəttinin aşkar edildiyi qeyd edilmiş, buna görə dəymiş zərərin əvəsi kimi iddiaşıya 4104 manat məbləğində borc hesablanmışdır.
34. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması ayrı-ayrılıqda iki məsələyə hüquqi qiymət verilməsindən asılıdır. Onlardan birincisi xx.xx.2024-cü il tarixli, 951095 nönrəli aktın tərtib edilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydaya əməl etmək, ikincisi aktda qeyd edilən sudan istifadə qaydalarının pozulması faktının olubolmaması.
35. İşin faktiki halları və işdə olan sübutlar əsasında müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 951095 nömrəli aktın tərtib edilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydaya əməl edilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlərdə hər hansı yoxlamanın aparaılmasının qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlcədən müvafiq dövlət orqanında qeydiyyata alınması tələb edilir. İş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində sudan istifadə qaydalarının xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə (3 gün) plandankənar yoxlanılması “Saibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsanamənin tələblərinə uyğun olaraq İG242256954 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən birinci qaydaya qanunla müəyyən edilmiş qaydada əməl edilmişdir.
36. İkinci, yəni xx.xx.2024-cü il tarixli, 951095 nömrəli aktda qeyd edilən sudan istifadə qaydalarının pozulması məsələsinə gəldikdə, iddiaçı bunu tamamilə inkar edərək onun tərəfindən sudan qeyri-qanuni istifadə edilmədiyini bildirir və dəlilini onunla əsaslandırır ki, sayğac işləməsə də, o, suyu həm cavabdeh idarənin yerli qurumundən, həm də başqa şəxslərdən öz pul vəsaiti hesabına alır və su quyusuna tökərək oradan istifadə edir. Cavabdehin əməkdaşları isə su quyusundan istifadə edilən həmin suyun kənar xətt vasitəsi ilə istifadə edilməsini zənn edərək sözü gedən akt əsasında ona əlavə borc hesablamışlar.
37. Məhkəmə qeyd edir ki, iddiaçı istifadə edilən suyun özünün pul vəsaiti hesabına alınması barədə dəlilini təsdiq edəcək (bununla bağlı məhkəmə iclası təxirə salınaraq şərait yradılsa da) sübutlarını məhkəmyə təqdim edə bilməmişdir. İddiaçı suyun bir qismini cavabdehin yerli idarəsindən aldığını iddia etsə də, X1 Sistemlərinin İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda ünvan 3 ünvanında “Şəfa” restoranı kimi fəaliyyət göstərən obyektə onlar tərəfindən 2024-cü ildən hal-hazıradək daşınma yolu su xidməti göstərilməməsi qeyd edilmişdir.
38. Həmçinin, iddiaçı suyun digər şəxslərdən alınması ilə bağlı sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 951095 nömrəli akt əsasında hesablanmış borcdan iddiaçı tərəfindən, cəmi 70 manat pul ödənilmişdir.
39. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçınnı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Pərviz Zamanlı