Məhkəmə qərarları › İş №e-2-2(113)-778/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-778/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-778/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Vəlı̇ yev Ədalət Məmməd oğluna və Vəlı̇ yev Murad Ədalət oğluna qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh Vəlı̇ yev Ədalət Məmməd oğlunun iştirakı ilə ilə, İddiaçı ASC-nin cavabdehlər Vəlı̇ yev Ədalət Məmməd oğluna və Vəlı̇ yev Murad Ədalət oğluna qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC cavabdehlər Vəlı̇ yev Ədalət Məmməd oğluna və Vəlı̇ yev Murad Ədalət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18BK/030723 saylı, 03 iyul 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 45.584,76 manat əsas, 4.843,47 manat faiz borcu, 396,49 manat cərimə borcu olmaqla, ümumilikdə 50.824,72 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 242,48 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31 kv.m olan mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18BK/030723 saylı, 03 iyul 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 16% olmaqla 50 000 (əlli min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 03 iyul 2023-cü il tarixli 25ZM/030723 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 18BK/030723 saylı, 03 iyul 2023cü il tarixli Kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhər 14 saylı notariat ofisində "xxxx" ASC ilə Cavabdeh2 arasında 06 iyul 2023-cü il tarixli, 18İP/060723 saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhər 14 saylı notariat ofisinin 06 iyul 2023-cü il tarixli, 3M-2667 reyestr nömrəli qeydi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31 kv.m olan mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüşdür. X2 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 23 iyul 2024-cü il tarixli, ********** qeydiyyat və **********00-05101- 093009 reyestr nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Vəlı̇ yev Ədalət Məmməd oğlu borcu qəbul etdiyini bildirmişdir.

5. Digər Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, digər Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı ilə, Kapital Bank” ASC-nin Vəlı̇ yev Ədalət Məmməd oğluna və Vəlı̇ yev Murad Ədalət oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddianın “əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 18BK/030723 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 16% olmaqla 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir.

12. xx.xx.2023-cü il tarixli 18BK/030723 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bank ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2023-cü il tarixli 25ZM/030723 saylı zaminlik müqaviləsi bağlanmışdır.

13. Bundan başqa xx.xx.2023-cü il tarixdə bağlanılmış 18BK/030723 saylı kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin icrasını təmin etmək məqsədilə ilə Bank ilə Cavabdeh2 (borc alan, ipotekaya qoyan) arasında xx.xx.2023-cü il tarixli 18İP/060723 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasn Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur.

14. Kredit, zaminlik və ipoteka müqaviləsi tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən məlum olur ki, "xxxx"ASC (hüquq sahibi) müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri "xxxx"ASC-yə (hüquq əldə edən) ötürməklə güzəşt etməyi, hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi hüquq sahibinə ödəməyi öhdələrinə götürürlər.

16. Sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən kredit portfeli hüquq əldə edənə ötürüldükdən sonra müştərilər bütün öhdəliklərini hüquq əldə edən qarşısında daşıyacaqdır.

17. Müqavilə hər iki bankın izması və möhürü ilə təsdiq edilmişdir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 45.584,76 manat əsas, 4.843,47 manat faiz borcu və 396,49 manat cərimə borcu olmaqla, cəmi 50.824,72 manat borcu yaranmışdır.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

22. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

23. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

24. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh Vəlı̇ yev Ədalət Məmməd oğlu banka borcunun olduğunu qəbul etmişdir.

26. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 45.584,76 manat əsas və 4.843,47 manat faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydadad tutulmalıdır.

27. Məhkəmə hesab edir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırki işin hallarından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcuna münasibətdə 396,49 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

30. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8064/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, G-12/24-154 saylı hesabata əsasən Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 51 ünvanında yerləşən 18 nömrəli mənzilin bazar qiyməti 55.000, likvid qiyməti 46.000 manat müəyyən edilmişdir.

32. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 18BK/030723 saylı kredit üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 51 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan 18 saylı mənzilə ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

33. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

34. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 242,48 manat məbləğində pul da, cavabdehlərdən tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

35. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 53 manat məbləğində pul müştərək qaydada Vəlı̇ yev Ədalət Məmməd oğlu və Vəlı̇ yev Murad Ədalət oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

36. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 18BK/030723 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 45.584 (qırx beş min beş yüz səksən dörd) manat, 76 (yetmiş altı) qəpik, faiz borcu üzrə 4.843 (dörd min səkkiz yüz qırx üç) manat, 47 (qırx yeddi) qəpik, cərimə borcu üzrə 396 (üç yüz doxsan altı) manat 49 (qırx doqquz) qəpik olmaqla, cəmi 50.824 (əlli min səkkiz iyirmi dörd) manat, 72 (yetmiş iki) qəpik məbləğində pul müştərək qaydada Vəlı̇ yev Ədalət Məmməd oğlu və Vəlı̇ yev Murad Ədalət oğlundan tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2023-cü il tarixli 18BK/030723 saylı kredit üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, ev 51 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan 18 saylı mənzilə ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 53 (əlli üç) manat məbləğində pul müştərək qaydada Vəlı̇ yev Ədalət Məmməd oğlu və Vəlı̇ yev Murad Ədalət oğlundan tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 242 (iki yüz qırx iki) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul müştərək qaydada Vəlı̇ yev Ədalət Məmməd oğlu və Vəlı̇ yev Murad Ədalət oğlundan tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar