Məhkəmə qərarları › İş №e-2-2(113)-78/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-78/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-78/2023 13.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiyaya dair xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, №0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51-11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması və tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx və Cavabdeh2 MMC arasında xx.xx.2010-cı il tarixli, 145 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 85000 (səksən beş min) manat, illik 20% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə kredit verilmişdir. Həmin müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51-11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370- 1100/1108 nömrəli bağ evi Banka ipotekaya qoyulmuş, bu barədə Cavabdeh4 Qüdrət oğlu ilə xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx arasında xx.xx.2009-cu il tarixli 17 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2010-cu il tarixli razılaşma imzalanmış və müqavilə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda müvafiq qaydada rəsmiləşdirilmişdir. Bununla əlaqədar ipoteka hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA № 0130586, qeydiyyat tarixi xx.xx.2010-cu il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı” haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyat aparılmışdır. xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh1 arasında imzalanmış 18 oktyabr 2010-cu il tarixli, 110 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh3 MMC Cavabdeh2 MMC-yə zamin duraraq banka xx.xx.2010-cu il tarixli qaranti məktubu vermişdir ki, Cavabdeh3 MMC borcalan ilə birlikdə məsuliyyət daşıyacaqdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə tələblər borcalan və zaminlər tərəfindən pozulmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. xx.xx.2022-ci il tarixinə Borcalan Cavabdeh2 MMC-nin Kredit müqaviləsi üzrə Banka 43594,88 manat əsas, 43022,73 manat faiz olmaqla, cəmi 86617,61 manat borcu yaranmışdır. Dəfərlərlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdehlərin 10 gün əvvəlcədən sms və məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq, iştirak etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 400 (dörd yüz) manat mediasiya xərci ödənilmiş, mediator tərəfindən isə xx.xx.2021-ci il tarixli, A-018/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, № 0175164, xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51-11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107.2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilsə də, cavabdehlər və nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85000 (səksən beş min) manat məbləğində kredit götürmüşdür. - xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 Qüdrət oğlu tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşmada qeyd edilmişdir ki, 1) xxxnın Bakı xxx ilə Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixdə 80000 (səksən min) manat məbləğində kredit verilməsi barədə 24 ay müddətinə 55 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kreditin təminatı olaraq, Cavabdeh4 Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157,0 kv.m yaşayış 107,2 kv.m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi və 1000 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrinən çıxarış, (seriya N 0175164) (xx.xx.2009-cu il tarixli qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********51-11301). Həmin ipoteka müqaviləsi 15 iyul 2009-cu il tarixdə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ipotekanın qeydiyyatına dair 28 iyul 2009-cu il tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2) Cavabdeh2 MMC tərəfindən 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və xxxnın Bakı xxx ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixində 85000 (səksən beş min) manat məbləğinə 36 ay müddətinə yeni kredit verilməsinə dair müqavilə imzalanmışdır. 3) Hazırkı razılaşma ilə ipoteka saxlayan və ipoteka qoyan razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 17 saylı ipoteka müqaviləsinin müddəti xxxnın Bakı lilialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması tarixinə qədər uzadılır. 4) Bu razılaşma dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 5) Bu razılaşma 5 nüsxə tərtib olunur. Onlardan biri ipoteka qoyanda, biri ipoteka saxlayanda, biri borcalanda, biri müqaviləni təsdiq edən müvafiq notariat orqanında və biri isə ipotekanı qeydiyyata alan dövlət orqanında qalır. 6) İpoteka qoyan öhdəlik götürür ki, ipoteka qoyulmuş əmlakın sığorta müqaviləsinin müddəti bitdikdən sonra həmin əmlakın 36 ay müddətinə yenidən sığortalanmasını təmin edəcəkdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m yaşayış, 107.2 kv.m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 Qüdrət oğlunun adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış və MA seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli, 247 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh4 Qüdrət oğluna müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - xx.xx.2021-ci il tarixli, 246 nömrəli bildirişdən görünür ki, cavabdehlərə yuxarıda qeyd olunan müqavilə üzrə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 43594,88 manat, faiz borcu 43022,73 manat olmaqla, cəmi 86617,61 manat məbləğində borcu vardır. - xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinndən görünür ki, Cavabdeh2 MMC tərəfindən xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna 3000 (üç min) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. - xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinndən görünür ki, Cavabdeh2 MMC tərəfindən xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna 1000 (bir min) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/A 17-537/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 118000 (yüz on səkkiz min) manat, bazar dəyəri 131000 (yüz otuz bir min) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4989 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2010-cu il tarixli, 145 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin xx.xx.2013-cü il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62697,09 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 43559,15 manat, fazi borcu üzrə 19137,95 manat. Rəydə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2013-cü il tarixdən sonrakı dövrdə ümumilikdə 4000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda Cavabdeh2 MMC ilə xxx Bakı xxx arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 145 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh2 MMC-nin xxx Bakı xxxna olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixə əsas kredit borcu 43559,15 manat, faiz borcu 33027,44 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 43559,15 manat, faiz borcu 33747,38 manat. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 Qüdrət oğlu tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşma imzalanmışdır. xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxx ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 43559,15 manat (qırx üç min beş yüz əlli doqquz manat on beş qəpik) əsas borc, 19137,95 manat (on doqquz min yüz otuz yeddi manat doxsan beş qəpik) faiz borcu iddiaçı xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxnın xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normaları və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin edilərək, 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 14609,43 manat (on dörd min altı yüz doqquz manat qırx üç qəpik) məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə qeyri-müəyyən olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixədək 5% ilə hesablanmış faiz borcu 14609,43 manat (33747,38 manat - 19137,95 manat = 14609,43 manat) təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sözügedən şəxslər iddia tələbinin borcun tutulması hissəsində iddiaçı tərəfindən cavabdeh qismində qoyulsa da, iş materiallarından Cavabdeh3 MMC və Cavabdeh4 Qüdrət oğlu tərəfindən kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında zamin və ya hər hansı qisimdə birgə məsuliyyət daşımaq barədə öz üzərlərinə hər hansı bir məsuliyyətin götürülməsi müəyyən edilməmişdir. Cavabdeh4 Qüdrət oğlu yalnız 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ona məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçının istinad etdiyi, yuxarıda qeyd olunan məktub isə Cavabdeh3 MMC-dən hazırkı pul məbləğinin tutulmasının qət edilməsi üçün əsas ola bilməz. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh4 Qüdrət oğluna məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma 15 iyul 2009cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 18 oktyabr 2010cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşmaya əsasən Cavabdeh4 Qüdrət oğluna məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********51-11301, Qeydiyyat nömrəsi **********, seriya MH № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh4 Qüdrət oğluna qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəydən görünür ki, ipoteka predmeti olan, Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin likvid dəyəri 118000 (yüz on səkkiz min) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiyməti 118000 (yüz on səkkiz min) manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də tutma Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107.2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması təşkil edir. “İpoteka” haqqında Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq, tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlu həmin bağ evindən çıxarılmalı, əmlak boşaldılaraq təhvil verilməli, qalan hissədə isə təmin olunmamalıdır. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın, eləcə də kimliyi məlum olmayan digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia rədd edilməlidir. İddiaçı cavabdehlərdən müştərək qaydada ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 45 manat dövlət rüsumu və 400 manat mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 (qırx beş) manat rüsum və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2) borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilə 18 oktyabr 2010-cu il tarixdə bağlansa da, Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2021-ci il tarixdə isə 1000 (bir min) manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan göründüyü kimi, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, xx.xx.2021-ci il tarixdə iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 43559,15 manat (qırx üç min beş yüz əlli doqquz manat on beş qəpik) əsas borc, 19137,95 manat (on doqquz min yüz otuz yeddi manat doxsan beş qəpik) faiz borcu, 14609,43 manat (on dörd min altı yüz doqquz manat qırx üç qəpik) gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, cəmi 77751,53 manat (yetmiş yeddi min yeddi yüz əlli bir manat əlli üç qəpik) məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan xxxnın Azərbaycan Respublikası Bakı şəhərində xxxna ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ müvafiq olaraq Cavabdeh4 Qüdrət oğluna qaytarılsın. Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiyməti 118000 (yüz on səkkiz min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlu həmin bağ evindən çıxarılsın və əmlak boşaldılaraq təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar