Məhkəmə qərarları › İş №e-2-2(113)-7820/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7820/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7820/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birtərəfli qaydada və yaxud xx.xx.2023-cü il tarixdə müddətin qurtarması ilə ləğv edilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə həmin tarixdə öhdəliklərə xitam verilmiş hesab olunması və həmin tarixə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddətə görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcun (ümumilikdə 2.477,01 manat borc) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalanmış iddia ərizəsinin qoşma sənədlər hissəsində qeyd edilmiş 1-ci, 3-cü, 4-cü və 5-ci sənədlərdən başqa digər sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar