Məhkəmə qərarları › İş №e-2-2(113)-783/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-783/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-783/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 027A********** saylı kredit müqaviləsi üzrə 3225.63 manat məbləğində kredit bоrcu, 520.42 manat məbləğində faiz bоrcu və 156.76 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3902,81 manat, 027A********** saylı kredit müqaviləsi üzrə 3853.26 manat məbləğində kredit bоrcu, 493.97 manat məbləğində faiz bоrcu və 171.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4518,26 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 8421,07 manat məbləğində bоrcun və ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 027A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1774.37 manat ödəniş etmiş və оnun iddiaçıya 3225.63 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 243 gün üçün hesablanmış faiz borcu 520.42 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 243 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 156.76 manat təşkil edir. Bundan əlavə, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 027A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3146.74 manat ödəniş etmiş və оnun iddiaçıya 3853.26 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 216 gün üçün hesablanmış faiz borcu 493.97 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 216 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 171.03 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 110 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 104.22 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda bu dövlət rüsumunu ödəməkdən azaddır.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsinə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən bank ümumi məlbəği 7000 manat olan borc pulu aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə kredit alana verir.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.

7. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit kredit alana fərdi mikro kredit məqsəd üçün verilir və kredit alan ondan yalnız bu məqsəd üçün istifadə etmyi öz öhdəsinə götürür.

8. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit alandan daxil olan vəsait hesabına əvvəl xə\rclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir.

9. Müqavilənin 4.2.1-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağa borcludur.

10. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur.

11. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən aylıq ödənilməli olan məbləğ cəmi: - 8913.03 manat, kredit qalığından aylıq ödəmə məbləği 7000 manat və kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği 1913.03 manat müəyyən edilmişdir.

12. Kreditin verilməsinə dair xx.xx.2021-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh hesabına 7000 manat məbləğində köçürmə edilmişdir.

13. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027A**********S saylı sazişə əsasən:

14. Sazişin 1-ci bəndinə əsasən bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir.

15. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027A**********S saylı ödəniş planına əsasən aylıq ödənilməli olan məbləğ cəmi: - 5815,24 manat, kredit qalığından aylıq ödəmə məbləği 4488,57 manat və kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği 1326,67 manat müəyyən edilmişdir.

16. İddiaçının məhkəməyə təqdim etdiyi arayışa əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borcu 3853,26 manat, faiz üzrə borcu 493,97 manat, cərimə borcu 171,03 manat, cərimə hesablanmış gecikdirilən günlərin saylı 216 gün olmaqla cəmi borc məbləği 4518,26 manat müəyyən edilmişdir.

17. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsinə əsasən:

18. Müqavilənin 1.1-ci bəndinə əsasən bank ümumi məlbəği 5000 manat olan borc pulu aylıq faiz dərəcəsi 2.0833% olmaqla 24 ay müddətinə kredit alana verir.

19. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.

20. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit kredit alana fərdi mikro kredit məqsəd üçün verilir və kredit alan ondan yalnız bu məqsəd üçün istifadə etmyi öz öhdəsinə götürür.

21. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit alandan daxil olan vəsait hesabına əvvəl xə\rclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir.

22. Müqavilənin 4.2.1-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağa borcludur.

23. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur.

24. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsinin ödəniş planına əsasən aylıq ödənilməli olan məbləğ cəmi: - 6425,37 manat, kredit qalığından aylıq ödəmə məbləği 5000 manat və kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği 1425,37 manat müəyyən edilmişdir.

25. Kreditin verilməsinə dair xx.xx.2021-ci il tarixli köçürmədən göründüyü kimi Cavabdeh hesabına 5000 manat məbləğində köçürmə edilmişdir.

26. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027A**********S saylı sazişə əsasən:

27. Sazişin 1-ci bəndinə əsasən bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir.

28. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 027A**********S saylı ödəniş planına əsasən aylıq ödənilməli olan məbləğ cəmi: - 4437,8 manat, kredit qalığından aylıq ödəmə məbləği 3410 manat və kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği 1027,8 manat müəyyən edilmişdir.

29. İddiaçının məhkəməyə təqdim etdiyi arayışa əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 027A********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə borcu 3225,63 manat, faiz üzrə borcu 520,42 manat, cərimə borcu 156,76 manat, cərimə hesablanmış gecikdirilən günlərin saylı 243 gün olmaqla cəmi borc məbləği 392,81 manat müəyyən edilmişdir.

30. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

34. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

37. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

38. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrinndən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

39. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun 027A********** saylı kredit müqaviləsi üzrə 3225,63 manat məbləğində əsas borc məbləği, 520,42 manat məbləğində faiz borcunun və 027A********** saylı kredit müqaviləsi üzrə 3853.26 manat məbləğində əsas borc məbləği, 493.97 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən yaranmış borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

40. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 027A********** saylı kredit müqaviləsi üzrə 156,76 manat məbləğində və 027A********** saylı kredit müqaviləsi üzrə 171.03 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

42. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 027A********** saylı kredit müqaviləsi üzrə 156,76 manat məbləğində və 027A********** saylı kredit müqaviləsi üzrə 171.03 manat məbləğində dəbbə pulu tutulmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

46. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 110 manat mediasiya xərci ödəmişdir.

47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.

IV.Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh - 027A********** saylı kredit müqaviləsi üzrə 3225,63 manat məbləğində əsas borc məbləği, 520,42 manat məbləğində faiz borcu, 156,76 manat məbləğində dəbbə pulu, 027A********** saylı kredit müqaviləsi üzrə 3853.26 manat məbləğində əsas borc məbləği, 493.97 manat məbləğində faiz borcu, 171.03 manat məbləğində dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar