Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-785/2023 09.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxsnə qarşı iddiaçının Maraqlı şəxs direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi və həmin qərarın rəsmiləşdirilməsi (bu barədə qərarın qəbul edilməsi və hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması, işdən azad olunma ilə əlaqədar son haqq-hesabın hesabın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxsnə qarşı iddiaçının Maraqlı şəxs direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi və həmin qərarın rəsmiləşdirilməsi (bu barədə qərarın qəbul edilməsi və hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması, işdən azad olunma ilə əlaqədar son haqq-hesabın hesabın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək tələbin təmin olundugunu, buna görə də iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-785/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-785/2023
09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver