Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-788/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Suez Dı̇ strı̇ bution LLC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Suez Dı̇ strı̇ bution LLC-nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Suez Dı̇ strı̇ bution LLC Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Suez DiStribution” LLC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, SD4S/0612 saylı kredit xəttinin açılması barədə müqaviləyə əsasən 148000 (yüz qırx səkkiz min) Avro məbləğində əsas borc, 119 372 avro (yüz on doqquz min üç yüz yetmiş iki) məbləğində faiz, 200 222 (iki yüz min iki yüz iyirmi iki) avro məbləğində cərimə ümumilikdə 467594 (dörd yüz altmış yeddi min beş yüz doxsan dörd) avro məbləği (manatın ödəniş gününə məzənnə nisbəti ilə), 1154 (bir min yüz əlli dörd) manat ödənilmiş dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçı “Suez DiStribution” LLC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, 03 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən “SUEZ DİSTRİBUTİON” L.L.C (İN: *********), etibarnamə üzrə nümayəndə Vəkil (AA*******, FİN-xxxxxxx) şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), etibarnamə üzrə nümayəndəsi Nümayəndə (AA*******, FİN-xxxxxxx) şəxsində (bundan sonra “Cavabdeh”), birlikdə “Tərəflər” adlandırılacaqlar, bu Barışıq Sazişini (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçıya 148000 (yüz qırx səkkiz min) Avro məbləğində əsas borc, 119 372 avro (yüz on doqquz min üç yüz yetmiş iki) məbləğində faiz, ümumilikdə 267 372 (iki yüz altmış yeddi min üç yüz yetmiş iki) avro məbləği, (manatın ödəniş gününə məzənnə nisbəti ilə) 1154 (bir min yüz əlli dörd) manat dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin ödənilməsini öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. 1.2. Cavabdeh Bu Sazişin 1.1-ci bəndində göstərilən borcun əvəzi olaraq sahibliyində olan aşağıda adları qeyd olunan texnikaların Bu Saziş məhkəmə qaydasında təsdiq edildiyi tarixdən 3 (üç) iş günü ərzində könüllü qaydada İddiaçıya təhvil verməyi öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. - xx.xx.2023-cü il tarixli, **********0449 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 187 635.77 (yüz səksən yeddi min altı yüz otuz beş,77) manat olan “Glaas Dominator 130 Tier 3 markalı, (Serial № 70307255 biçicisi sökülmüş halda, hissələri ilə birlikdə) Mühərrik № PU82524R028174F nömrəli taxılyığan kombayn - xx.xx.2023-cü il tarixli, **********6742 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 187 282.44 (yüz səksən yeddi min iki yüz səksən iki, 44) manat olan “Glaas Dominator 130 Tier 3 markalı, (C420 Serial № 70307282 biçicisi sökülmüş halda, hissələri ilə birlikdə) Mühərrik № PU82524R028163F nömrəli taxılyığan kombayn - xx.xx.2022-ci il tarixli, **********0917 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 71025.25 (yetmiş bir min iyirmi beş, 25) manat olan “Amazone” markalı, ZA-M-1502 modelli 4 ədəd üzvi gübrə səpilməsi üçün aqreqat. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bir tərəfdən “SUEZ DİSTRİBUTİON” L.L.C (İN: *********), etibarnamə üzrə nümayəndə Vəkil (AA*******, FİN-xxxxxxx) şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), etibarnamə üzrə nümayəndəsi Nümayəndə (AA*******, FİN-xxxxxxx) şəxsində (bundan sonra “Cavabdeh”), birlikdə “Tərəflər” adlandırılacaqlar, bu Barışıq Sazişini (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1. Tərəflər razılaşırlar ki, Cavabdeh İddiaçıya 148000 (yüz qırx səkkiz min) Avro məbləğində əsas borc, 119 372 avro (yüz on doqquz min üç yüz yetmiş iki) məbləğində faiz, ümumilikdə 267 372 (iki yüz altmış yeddi min üç yüz yetmiş iki) avro məbləği, (manatın ödəniş gününə məzənnə nisbəti ilə) 1154 (bir min yüz əlli dörd) manat dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin ödənilməsini öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. 1.2. Cavabdeh Bu Sazişin 1.1-ci bəndində göstərilən borcun əvəzi olaraq sahibliyində olan aşağıda adları qeyd olunan texnikaların Bu Saziş məhkəmə qaydasında təsdiq edildiyi tarixdən 3 (üç) iş günü ərzində könüllü qaydada İddiaçıya təhvil verməyi öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. - xx.xx.2023-cü il tarixli, **********0449 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 187 635.77 (yüz səksən yeddi min altı yüz otuz beş,77) manat olan “Glaas Dominator 130 Tier 3 markalı, (Serial № 70307255 biçicisi sökülmüş halda, hissələri ilə birlikdə) Mühərrik № PU82524R028174F nömrəli taxılyığan kombayn - xx.xx.2023-cü il tarixli, **********6742 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 187 282.44 (yüz səksən yeddi min iki yüz səksən iki, 44) manat olan “Glaas Dominator 130 Tier 3 markalı, (C420 Serial № 70307282 biçicisi sökülmüş halda, hissələri ilə birlikdə) Mühərrik № PU82524R028163F nömrəli taxılyığan kombayn - xx.xx.2022-ci il tarixli, **********0917 nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş gömrük dəyəri 71025.25 (yetmiş bir min iyirmi beş, 25) manat olan “Amazone” markalı, ZA-M-1502 modelli 4 ədəd üzvi gübrə səpilməsi üçün aqreqat. Suez Dı̇ strı̇ bution LLC-nin Cavabdehnə qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov