Məhkəmə qərarları › İş №e-2-2(113)-7898/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7898/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7898/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X12 iştirikı ilə, İddiaçı cavabdeh “Bank "xxxx" ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və.s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"ASC ilə bağlanmış 31 iyul 2023-cü il tarixli SMN-00045-14/23A saylı Əsas kredit müqaviləs, i29 dekabr 2024-cü il tarixli RKB0045-14/24A saylı Əlavə Razılaşmanın və onun təminatı məqsədilə № SMNGZ3-00045- 14/23Asaylı X5 gecikdirilməsinə görə gündəlik 0,5% həcmində mütənasib olmayan cərimə hesablanmasını nəzərdə tutan hissəsini, İpoteka qoyanın məhkəmə qərarı olmadan əmlakı tərk etməsi öhdəliyini nəzərdə tutan hissəsini; Müqavilənin hər hansı cüzi şərtinin pozulmasını ipoteka predmetinə tutmanın yönəldilməsi üçün kifayət hesab edən hissəsinin bəndlərinin etibarsız hesab edilməsini,etibarsız sayılmış bəndlər nəzərə alınmaqla, kredit müqavilələri üzrə ümumi borcu (əsas borc, faiz və dəbbə pulu) yenidən hesablasını və artıq hesablanmış bütün məbləğləri borcdan silinməsini, yenidən hesablanmış yekun borc məbləğinə uyğun olaraq, tərəflər arasında aylıq ödənişlərimüəyyən edən yeni ödəniş cədvəlinin tərtib edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək "xxxx" ASC ilə bağlanmış 31 iyul 2023-cü il tarixli SMN-00045-14/23A saylı Əsas Kredit Müqaviləsi, 29 dekabr 2024-cü il tarixli RK-B0045-14/24A saylı Əlavə Razılaşma və onların təminatı məqsədilə bağlanmış № SMNGZ3-00045- 14/23A saylı İpoteka Müqavilələrinin -Borcun gecikdirilməsinə görə gündəlik 0,5% həcmində mütənasib olmayan cərimə (dəbbə pulu) hesablanmasını nəzərdə tutan bəndləri -İpoteka qoyanın məhkəmə qərarı olmadan ipoteka predmeti olan əmlakı tərk etməsi öhdəliyini nəzərdə tutan bəndləri -Müqavilənin hər hansı cüzi şərtinin pozulmasını və ya Bankın subyektiv rəyini ipoteka predmetinə tutmanın yönəldilməsi üçün kifayət hesab edən bəndlər hissələrinin etibarsız hesab edilməsi və etibarsız sayılmış bəndlər nəzərə alınmaqla, kredit müqavilələri üzrə ümumi borcun (əsas borc, faiz və dəbbə pulu) yenidən hesablanması və qanunsuz hesablanmış bütün məbləğlərin borcdan silinməsi və yenidən hesablanmış yekun borc məbləğinə uyğun olaraq, tərəflər arasında aylıq ödənişləri müəyyən edən yeni ödəniş cədvəlinin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndsəsi məhkəməyə vəsatət ilə müraciət edərək, İddiaçı "xxxx" ASCyə qarşı kredit müqaviləsinin şərtlərinin mübahisələndirilməsi və borcun yenidən hesablanması tələbinə dair kommersiya işinin, eyni müqavilələrdən irəli gələn və Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2818/2025 nömrəli mülki işlə birgə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-yə qarşı 31 iyul 2023-cü il tarixli SMN-00045-14/23A saylı Əsas Kredit Müqaviləsi, 29 dekabr 2024-cü il tarixli RK- B0045-14/24A saylı Əlavə Razılaşma və onların təminatı məqsədilə bağlanmış № SMNGZ3- 00045-14/23A saylı kredit müqaviləsinin mübahisələndirilməsi və borcun yenidən hesablanması tələbinə dair mülki iş baxılmaqdadır. Eyni zamanda bildiririk ki, cavabdeh "xxxx" ASC tərəfindən Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək edilmiş və həmin məhkəmənin icraatında e-2-2(115)-2818/2025 nömrəli mülki iş üzrə: İddiaçı – "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər – X10, X11, X9, X6, İddiaçı barəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması tələblərinə dair iddia ərizəsinə baxılır. Həmin iddia ərizəsi cavabdeh tərəfindən elektron kabinetə əlavə edilmişdir. Qeyd olunan hər iki mülki iş eyni kredit və ipoteka müqavilələrindən (№ SMNGZ3-00045-14/23A) irəli gəlir, mübahisənin predmeti və faktiki əsasları bir-biri ilə sıx bağlıdır. Bir işdə kredit müqaviləsinin mübahisələndirildiyi halda, digər işdə həmin müqaviləyə əsaslanaraq borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələb olunur. Bu səbəbdən işlərin ayrı-ayrı məhkəmələrdə baxılması ziddiyyətli məhkəmə aktlarının qəbul olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biribiri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı cavabdeh “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və.s.” tələbi ilə çıxış edir. Gəncə Kommersiya Məhkəməsinin icraatında iddiaçı – "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər – X10, X11, X9, X6, İddiaçı barəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması tələblərinə dair iddiası üzrə olan e-2-2(115)- 2818/2025 nömrəli iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı Bank "xxxx" ASCBank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, RKB0045-14/24A saylı kredit müqaviləsindən cəmi 204141.66 manat məbləğində borcun, cavabdehlər İddiaçı, X3, X1, X4 və X2 "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ əsasında - X7 məxsus olan Bərdə rayonu, Şəhriyar küçəsi,ev 7 ünvanında yerləşən əmlaka; - X7 məxsus olan ünvan 2 ünvanında yerləşən əmlaka; - X7 məxsus olan ünvan 3 ünvanlı qeyri-yaşayış binasına; - X8 məxsus olan ünvan 4 ünvanlı fərdi yaşayış evinəyönəldilməsinə, həmin əmlakın açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin və iddia qaldırlması üçün ödənilmiş 495 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulmasına, artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilələrdən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 27-ci bəndində qeyd olunmuşdur ki, “..məhkəmə əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir..” Həmin Qərarın 37-40-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, baxmayaraq ki, e-2-2(113)-7898/2025 saylı iş məhkəmənin icraatına daha tez qəbul edilmişdir, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının əsasən müqavilənin bəndlərinin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması yolverilməzdir. Ona görə də iddiaçı tərəfin vəsatəti təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2818/2025 nömrəli iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X10, X11, X9, X6, İddiaçı barəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması tələblərinə dair e-2-2(115)-2818/2025 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və.s.” tələbinə dair e-2-2(113)-7898/2025 saylı iş Gəncə Kommersiya Məhkəməsinin (hakim Əbülfəz Məmmədli) icraatında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X10, X11, X9, X6, İddiaçı barəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması tələblərinə dair e-2-2(115)-2818/2025 nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar