Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-792/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04457LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi X3 elektron imzası ilə təsdiq edilmişdir
2. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
3. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DC00332536-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%-lə, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 249616 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştərinin qanuni təmsiçisi X3 elektron imzası ilə təsdiq edilmişdir
4. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 14 fevral 2022ci il tarixli, DG**********212 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 249.616,00 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
5. xx.xx.2022-ci il tarixli S2022-013LG saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana əməliyyatın nominal illik faiz dərəcəsi 3% olmaqla xx.xx.2024cü il tarixədək 34.500 ABŞ dolları məbləğində daxili icra qarantiyası verilmişdir.
6. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 14 yanvar 2022-ci il tarixli, SZ-2022/009 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: S2022-013LG saylı Maliyyələşdirmə üçün ərizələr. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik faiz dərəcəsi 3% olan xx.xx.2024-cü il tarixindək ayrılmış, 34.500 ABŞ dolları məbləğində icra qarantiyası təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
7. PB/BPŞ-OUT-00275-2024 nömrəli, sonuncu xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 145.736,82 manat, faiz borcu 26.700,99 manat, 11.400,44 manat cərimə olmaqla, cəmi 183.838,25 manat təşkil edir. Gecikmə günü: 371 S2022-013LG saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 807,60 ABŞ dolları faiz borcu təşkil edir. Gecikmə günü 295.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/2150 saylı ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizə (Kredit Əməliyyatı üzrə) müqaviləsi qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilənin bitmə müddətinə, yəni xx.xx.2024-cü il tarixinə Cavabdeh1 MMC-nin banka olan əsas borcu 145694,56 manat faiz borcu 26009,28 manat, son maliyyə arayışında göstərilən, yəni xx.xx.2024-cü il tarixinə Cavabdeh1 MMC-nin banka olan əsas borcu 145694,56 manat faiz borcu 26422,08 manat, "xxxx" ASC və Cavabdeh1 MMC arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04457Le/2019 nömrəli razılaşma çərçivəsində xx.xx.2022-ci il tarixli S2022-013LG saylı maliyyələşdirmə üçün ərizə üzrə 34.500 ABŞ dolları məbləğində bank qarantiyasının verilməsinə görə həmin ərizənin şərtlərinə əsasən nominal illik faiz dərəcəsi 3% (86,25 ABŞ dolları — hər aya düşən faiz məbləği) olmaqla əməliyyat müddətinin bitdiyi tarixə yəni xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 2070.0 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
9. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 145.736,82 manat əsas borc, 15.827,40 manat faiz borcu, 3.489,26 manat cərimə borcu olmaqla, cəmi 165.053,48 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 56 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC- 04457LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00332536-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 249616 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borc alanın bank qarşısında DC00332536-08 saylı öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********212 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 204 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Hazırda borc alanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 145.736,82 manat əsas borc, 15.827,40 manat faiz borcu, 3.489,26 manat cərimə borcu olmaqla, cəmi 165.053,48 manat təşkil edir, gecikmə günlərinin sayı: 204 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 56 manat dövlət rüsumu ödəmişdir. X6 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. 12.Sonradan yenidən təqdim edilən iddia ərizəsinə əlavə (tələbin həcminin azaldılması barədə ərizə) ilə, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada S2022- 013LG saylı kredit müqaviləsinə əsasən 807,60 ABŞ dolları faiz borcu, olmaqla cəmi 807,60 ABŞ dolları, DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 145.736,82 manat əsas borc, 24.429,93 manat faiz borcu, 8.796,62 manat cərimə borcu olmaqla, cəmi 178.963,37 manat borcun, DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 69 manat dövlət rüsumunun, S2022-013LG saylı kredit müqaviləsi üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 266 manat dövlət rüsumunun,cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
14.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
15. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini və sonuncu iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə etmiş, iddia ərizəsində və ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
16. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
17. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
20. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
21. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
22. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04457LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş DC00332536-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, xx.xx.2024-cü il tarixədək müddətə 249616 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC Cavabdeh1 MMC--yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
25. Sözügedən maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, həmin ərizə üzrə kreditin verilmə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2024cü il tarixinə Cavabdeh1 MMC-nin banka olan əsas borcu 145694,56 manat təşkil edir.
26. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
27. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, DC00332536-08 saylı xx.xx.2022ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-dən tutulacaq əsas borc ekspert rəyinə uyğun olaraq 145.694,56 manat məbləğində müəyyən edilməlidir.
28. Maliyyələşdirmə üçün ərizə üzrə faizlərə gəldikdə məhkəmə ilk qeyd edir ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə müqavilə üzrə borcun ödənilməsi barədə bildiriş göndərsə də, həmin bildirişdə müqavilə üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılmasını deyil, bildirişin göndərildiyi tarixə gecikdirilmiş borcun qaytarılmasını xahiş etmiş, odur ki, həmin bildirişin müqavilənin ləğv edilməsi barədə iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
29. Belə olan halda isə mübahisəli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmədiyindən iddiaçı müqavilədə nəzərdə tutulmuş kreditin verilmə müddətinin başa çatanadək olan müddət üçün hesablanmış faizlərin tutulmasını tələb etməkdə haqlıdır.
30. Yuxarıda göstərilən ekspert rəyi ilə kreditin verilmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə faiz borcunun 26009,28 manat məbləğində müəyyən edilmişdir.
31. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab edir ki, DC00332536-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə faiz borcunun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh1 MMCdən 24.429,93 manat faiz borcu tutulmalıdır.
32. Bundan əlavə iddiaçı DC00332536-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış 8.796,62 manat manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
33. Məhkəmə qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin (dəbbə pulunun) ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
34. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 7500 manat məbləğində müəyyən edilməlidir.
35. Tələbin xx.xx.2022-ci il tarixli S2022-013LG saylı maliyyələşdirmə üçün ərizə (qarantiya müqaviləsinə) əsasən 807,60 ABŞ dolları faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə benefisiar "xxxx" MMC qarşısında xx.xx.2021-ci il tarixli M465/SC- 0001 saylı müqavilə üzrə öhdəliklərini təmin etmək üçün nominal illik faiz dərəcəsi 3 % olmaqla 1 il müddətinə qarantiya vermişdir. Lakin Cavabdeh1 MMC müqavilənin şərtlərinə əsasən qarantiya verilməsinə görə banka ödənilməli olan qarantiya məbləğinin illik 3%-i həddində faizləri banka ödəməmiş, nəticədə banka borcu yaranmışdır.
36. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspeertizasının rəyi ilə həmin müqavilə üzrə faiz borcunun məbləği 2070 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir.
37. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə də iddia tam təmin edilməli, Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixli S2022-013LG saylı maliyyələşdirmə üçün ərizə üzrə 807,60 ABŞ dolları faiz borcu tutulmalıdır.
38. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli S2022-013LG saylı və xx.xx.2022-ci il tarixli DC00332536-08 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən Cavabdeh1 MMC-nin öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 14 yanvar 2022-ci il tarixli, SZ-2022/009 saylı və 14 fevral 2022-ci il tarixli, DG**********212 saylı zaminlik zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 Cavabdeh1 MMC-nın sözügedən maliyyələşdirmə üçün ərizələrdən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
39. Məhkəmə zamin Cavabdeh2 mübahisəli maliyyələşdirmə üçün ərizələr (kredit və qarantiya müqavilələri) üzrə Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC həmi müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. 1.Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
2. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (artırılmış iddia tələbi) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 470 manat təşkil edir.
3. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
4. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
5. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 və dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
6. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 99 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 1 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada DC00332536-08 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 145.694,56 manat məbləğində əsas, 24.429,93 manat faiz borcu və 7500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 177.624,49 manat məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixli S2022-013LG saylı maliyyələşdirmə üçün ərizə üzrə 807,60 ABŞ dolları faiz borcu, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 400 və dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 99 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 1 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva