Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-793/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (İddiaçı1 ASC) cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17357,5 (on yeddi min üç yüz əlli yeddi manat əlli qəpik) manat borc – bundan 15000 (on beş min) manat əsas, 1845 (min səkkiz yüz qırx beş) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 512,50 (beş yüz on iki manat əlli qəpik) manat və iş üzrə ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə cavabdeh Qanuni nümayəndə1 arasında bağlanmış 21 iyun 2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 6 (altı) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. Cavabdeh Qanuni nümayəndə1 kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 MMC banka təqdim etdiyi xx.xx.2023-cü il tarixli zəmanət məktubuna əsasən fiziki şəxs sahibkar Qanuni nümayəndə1 İddiaçı1 ASC-dən 357/M saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən aldığı 15000 manat məbləğində kredit və ona hesablanacaq faiz borcunun vaxtında ödənilməsinə zəmanət vermişdir. Zəmanət məktubu ilə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirənə kimi qüvvədə olduğu yazılı surətdə bildirilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12-5/2-İ-21-577/2024 saylı, xx.xx.2024-cü il tarixli, 12-5/2-İ-21-1130/2024 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Qanuni nümayəndə1 kredit üzrə cəmi borcu 17357,50 (on yeddi min üç yüz əlli yeddi manat əlli qəpik) manat təşkil edir. Bundan 15000 (on beş min) manat əsas, 1845 (min səkkiz yüz qırx beş) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 512,50 (beş yüz on iki manat əlli qəpik) manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İddiaçı1 ASC ilə Qanuni nümayəndə1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 18% olmaqla 6 ay müddətinə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən FİFD 21% təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması, faizlər aylıq, əsas məbləğ müddətin sonunda ödənilməklə xx.xx.2023-cü il tarixinə qədər tam həyata keçirilməlidir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,1%-i miqdarında dəbbə pulu ödəyir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müqavilə tərəflərin imzası və İddiaçı1 ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, 357/M saylı kredit müqaviləsinə 1 saylı Əlavənin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə ödənilməli olan ümumi məbləğ 15797 manat təşkil edir (15000 əsas, 797 manat faiz borcu). Əlavə tərəflərin imzası və İddiaçı1 ASC-nin möhürü ilə təsdiq edilmişdir.
9. Ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, Qanuni nümayəndə1 bank hesabına 15000 manat vəsait köçürülmüşdür. Order tərəflərin imzası ilə təsdiq edilmişdir.
10. Cavabdeh1 MMC tərəfindən ləğv prosesində olan İddiaçı1 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli zəmanət məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh1 MMC direktor Qanuni nümayəndə1 şəxsində bütün öz aktivləri ilə, o cümlədən bank hesabında olan pul vəsaitləri ilə borc alan fiziki şəxs Qanuni nümayəndə1 İddiaçı1 ASC-dən 357/M nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən aldığı 15000 manat məbləğində kreditin və ona hesablanacaq faiz borcunun vaxtında ödənilmədiyi halda, bankın ilk yazılı tələbi ilə vaxtında ödənilməyən məbləğin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.
11. Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 12-5/2-İ-21- 578/2024 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı1 ASC ilə Qanuni nümayəndə1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357/M saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 15000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 1845 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 512,5 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 17357,5 manat təşkil edir.
12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
13. Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Qanuni nümayəndə1 və Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə1 müqavilə üzrə yaranmış 17357,5 manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 3(103)-54/2023 nömrəli qərarından görünür ki, İddiaçı1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/428 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim edilmiş iş materiallarına olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Qanuni nümayəndə1 iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə xx.xx.2023-cü il tarixə (müqavilənin bitdiyi tarix) 15000 manat əsas borc, 1350 manat faiz borcu, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) 15000 manat əsas, 1350 manat faiz borcu, 512,5 manat 5%-lə hesablanmış faiz borcu, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət edilən tarix) 15000 manat əsas borc, 1350 manat faiz borcu, 629,17 manat 5%-lə hesablanmış faiz borcu vardır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı1 ASC ilə Qanuni nümayəndə1 arasında xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc verən borc alana illik 18% olmaqla 6 ay müddətinə 15000 manat məbləğində kredit verməyi, 1.3-cü bəndinə əsasən borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qanuni nümayəndə1 bank qarşınıdakı öhdəliyinin təminatı kimi Cavabdeh1 MMC zəmanət məktubu ilə banka müraciət edərək, borclu Qanuni nümayəndə1 İddiaçı1 ASC qarşısında öhdəliklərini yerinə yetirməsinə görə öz üzərinə məsuliyyət götürmüş, beləliklə, MMC-nin bank qarşısında müvafiq vəzifəsi, iddiaçının da öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı1 ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borcalan və Cavabdeh1 MMC) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcları yaranmışdır.
17. İddia tələbinin bir hissəsini cavabdеhlər Qanuni nümayəndə1 və Cavabdeh1 MMC-dən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsi üzrə 15000 manat əsas, 1845 manat faiz bоrcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, ekspert rəyini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh1 MMC-dən xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsi üzrə 15000 (on beş min) manat əsas borc, 1350 (min üç yüz əlli) manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulması hissəsində iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/428 saylı ekspert rəyində ləğv prosesində olan İddiaçı1 ASC ilə Qanuni nümayəndə1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357/M saylı kredit müqaviləsi üzrə Qanuni nümayəndə1 müqavilə müddətinin sonuna banka olan faiz borcunun 1350 manat təşkil etdiyi qeyd olunmuşdur.
19. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 512,50 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2023-cü il tarixli, 357/M nömrəli kredit müqaviləsi üzrə 512,50 manat (beş on iki manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/428 saylı ekspert rəyində xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) 5%-lə hesablanmış faiz borcunun 512,5 manat təşkil etdiyi qeyd edilmişdir.
20. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 142 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Qanuni nümayəndə1 iddiaçının xeyrinə tutulmalı (digər cavabdehdən öhdəliyə daxil olmadığına görə tutula bilməz), ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilməmiş dövlət rüsumuna görə 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir
22. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 97,20 manat hissəsi cavabdeh Qanuni nümayəndə1, 2,80 manat hissəsi ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə1 müştərək qaydada 15000 (on beş min) manat əsas borc, 1350 (min üç yüz əlli) manat faiz borcu, 512,50 manat (beş on iki manat əlli qəpik) illik 5%-lə hesablanmış faiz məbləğ olmaqla, ümumilikdə 16862,5 manat (on altı min səkkiz yüz altmış iki manat əlli qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Qanuni nümayəndə1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilməmiş dövlət rüsumuna görə 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 97,20 manat hissəsi cavabdeh Qanuni nümayəndə1, 2,80 manat hissəsi ləğv prosesində olan İddiaçı1 Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova