Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7978/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun tutulması, cərimənin silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı borcun silinməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı1 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (istixana) hesablanmış 564648,96 manat məbləğində borcun **********00086 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (istixana) müqavilə əsasında **********00086 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. İstifadə edilmiş qazın dəyəri iddiaçı tərəfindən daim vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ilin aprel ayında cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, ötən illərdən iddiaçının 436573,28 manat ödənilməmiş borcu qalmışdır. O qədər borcun ödənilməmiş qalmasının mümkün ola bilməyəcəyini bildirsələr də, məhəl qoyan olmamışdır. Bu səbəbdən cavabdeh təşkilatdan abonent saldosunu əldə etmişlər və tarixçəni incələdikdən sonra məlum olmuşdur ki, cavabdeh təşkilat həqiqətə uyğun olmayan, dəfələrlə şişirdilmiş borc hesablamışdır. 2025ci ildə eyni səhnə təkrar olunmuşdur. İddiaçıya bildirilmişdir ki, 564648,96 manat borcunuz var. Məhkəmənin nəzərinə çatdırılır ki, abonent saldosuna baxdıqda görmək olar ki, 2018ci ilin yanvar ayında istifadə edilmiş qazın dəyəri 37805 manat təşkil etdiyi halda sonrakı illərdə yanvar ayına hesablanmış məbləğ 60299 manat olmuşdur. Eyni tendensiya digər aylarda da davam edir. Necə ola bilər ki, qazın dəyəri dəyişmədən, istixananın ölçüləri və əkin növü dəyişmədən hesablanan məbləğ 2 dəfə artıq olur. İddiaçı tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, cavabdeh təşkilat qaz tənzimləyici qurğunu qaz sayğacından sonraya keçirmiş və bu səbəbdən qaz sayğacı real sərfiyyatdan artıq hesabat aparmışdır. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, xx.xx.2025-ci il tarixdə istixanaya heç bir xəbərdarlıq edilmədən qazın verilməsi dayandırılmışdır. Lakin buna baxmayaraq, cavabdeh təşkilat 2025-ci ilin may ayında 7062,72 manat borc hesablamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, ötən illərin may ayında iddiaçı təbii qazdan ümumiyyətlə istifadə etmir. Bu hal cavabdeh təşkilatın iddiaçı kimi sahibkarları artıq və əsassız borcla qanunsuz yükləməsi deməkdir. Həmçinin qeyd edilir ki, qaz sayğacı istixanadan xeyli aralıda yerləşir və iddiaçının ona nəzarət etməyi, həmçinin mühafizə etməyi qeyri-mümkündür. Cavabdeh təşkilat özü istədiyi kimi iddiaçıya məlumat vermədən sayğacla qaz tənzimləyicinin yerini dəyişir. Sözügedən istixana yeganə dolanışıq yeridir və cavabdeh təşkilatın bu hərəkətləri iddiaçının tam müflis olmağına gətirib çıxarır.
3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li Qaydalarının 4.8, 5.2-ci bəndlərinə istinad olunmuşdur.
4. Eyni zamanda Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilkin iddia üzrə tələbinin rədd edilməsi və təbii qazdan istifadəyə görə yaranmış 564648,96 manat debitor borc məbləğinin, 855 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021 -ci il tarixli AMX-5441/21 saylı müqavilə əsasında cavabdeh İddiaçı1 məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (istixana) **********00086 saylı abonent hesabı verilərək, təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixə istehlak edilmiş təbii qaz sərfinə görə abonent hesabı üzrə ümumilikdə 564648,96 manat borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Cavabdehnə qarşı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinə (istixanaya) hesablanmış 564648, manat məbləğində borcun **********00086 saylı abonent kodundan silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus istixanada qaz tənzimləyici qurğunu qaz sayğacından sonraya keçirməsi səbəbindən qaz sayğacı real sərfiyyatdan artıq hesabat aparmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus istixananın qaz təminatı heç bir xəbərdarlıq verilmədən dayandırıldığı halda 2025-ci ilin may ayına görə ona 7062,72 manat əsassız borc hesablanaraq abonent saldosuna işlənmişdir. Bu səbəbdən qeyd olunan borc məbləğinin əsassız olduğunu bildirmişdir. Həmçinin İddiaçı1 “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5.2-ci bəndinə istinad edərək (istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz) düzgün hesablanmamış borc məbləğinin cavabdeh ‘Azəriqaz” İB tərəfindən tələb edilməsinin qanunsuz olduğunu qeyd etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi (istixana) Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli AMX- 5441/21 saylı müqavilə əsasında təbii qazla təchiz edilir və “Azəriqaz“ İB-nin Sumqayıt RQİİ-də qeyri-əhali abonenti kimi qeydiyyatdadır (Abonent kodu : **********00086) və abonentin 2024-cü ilin yanvar ayının 1-dək olan istehlak etdiyi təbii qaza görə olan borcu 283725,86 manat təşkil etmişdir. İddiaçı1 ümumilikdə 2024-cü il ərzində 216911,42 manat dəyərində təbii qazdan istifadə etmiş, lakin il ərzində heç bir ödəniş etməmişdir. Borcunun ödənilməsi barədə abonentə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Həmçinin abonent İddiaçı1 ilə təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli “Razılaşma protokolu” bağlanmış və imzalanmışdır. Həmin protokola əsasən İddiaçı1 təbii qazdan istifadəyə görə Cavabdehnə xx.xx.2024-cü il tarixinə 436573,28 manat məbləğində debitor borcunun olmasını qəbul etmiş, həmin borcun 250000 (iki yüz əlli min) manat hissəsini 20.11,2024-cü il tarixinədək, qalan 186573,28 manat hissəsini isə xx.xx.2024-cü il tarixinədək ödəmək barədə öhdəlik götürmüşdür. Lakin iddiaçı götürdüyü öhdəliyi nəinki tam, heç qismən də olsa, icra etməmiş, ümumiyyətlə heç bir ödəniş aparmamışdır. Hal-hazırda isə abonentin istehlak etdiyi təbii qaza görə borcu 564648,96 təşkil edir. Qeyd olunanlar abonentin saldosunda (debitor borcun olub-olmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsində “qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi nəticəsində sərfiyyatın artması” barədə qeyd etdiyi xüsusatlar tamamilə əsassızdır. Belə ki, qaz tənzimləyici qurğu qazın təzyiqini tənzimləyən texniki avadanlıqdır. Qaz sayğacının əsas funksiyası keçən qazın həcm miqdarını qeydə almaqdır. Sayğacın göstəriciləri isə yalnız keçən qaz miqdarı ilə müəyyən olunur. Bu isə o deməkdir ki, tənzimləyici qurğunun yeri dəyişsə belə, sayğacın ölçdüyü real qaz həcmi eyni qalır. Qaz təchizatı sistemində tənzimləyici və qoruyucu avadanlıqların yeri və texniki xüsusiyyətləri yalnız təhlükəsizlik və səmərəlilik baxımından dəyişdirilə bilər və ölçmə nəticələrinə təsir göstərmir. Qüvvədə olan qanunvericiliyə əsasən qaz sayğacının hesablama göstəriciləri rəsmi ölçmə göstəriciləri hesab olunur və bu sayğaclar mütəmadi olaraq dövlət yoxlamalarından keçirilir. Bu proses Azərbaycan Metrologiya İnstitutunun möhürləri olan xüsusi, pozulmayan ştrix kodların sayğaclara yapışdırılması ilə təsdiqlənir. Qarşılıqlı iddia üzrə cavabdeh qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus istixananın qaz təminatı heç bir xəbərdarlıq verilmədən dayandırıldığı halda 2025-ci ilin may ayına görə ona 7062,72 əsassız borc hesablanaraq abonent saldosuna işlənmişdir. İddiaçı1 ona məxsus olan istixananın qaz təminatının xəbərdarlıq edilmədən, qəfil və qanunsuz olaraq kəsilməsi barədə iddia ərizəsində qeyd etdikləri yalan və əsassızdır, həqiqətə uyğun deyildir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq abonentə hər ay debitor borcu ilə bağlı Bildiriş - “Hesab Faktura” göndərilmişdir. Həmçinin Sumqayıt RQİİ-nin rəhbərliyi tərəfindən abonent İddiaçı1 debitor borcunu ödəməyəcəyi təqdirdə ona məxsus, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixananın qaz təminatının dayandırılacağı barədə rəsmi xəbərdarlıq məktubu da göndərilmişdir. İddiaçı1 iddia ərizəsində qeyd etdiyi digər tələblər kimi may ayı üzrə sərfiyyatın hesablanması ilə bağlı irəli sürülən arqumentlər də tamamilə əsassızdır və işin faktiki hallarına ziddir. Belə ki, yuxarıda qeyd olunanlardan, eləcə də iddiaçının saldosundan göründüyü kimi, İddiaçı1 uzun müddət ərzində qaz təchizatı üzrə yaranmış debitor borcunu ödəməkdən boyun qaçırmışdır (2024-cü il ərzində 216911,42 manat dəyərində təbii qazdan istifadə etsə də, il ərzində ümumiyyətlə heç bir ödəniş etməmişdir). Mövcud borcun ödənilməsi ilə bağlı abonentə dəfərlərlə şifahi və yazılı xəbərdarlıq edilmiş, ona borcunu könüllü şəkildə ödənilməsi üçün kifayət qədər müddət verilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun icrası olaraq iddiaçı tərəfindən heç bir ödəniş aparılmamış və nəticədə 07 aprel 2025-ci il tarixdə İddiaçı1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixananın qaz təminatı 21225151 saylı, xüsusi zavod nömrəli plomb vasitəsilə dayandırılmışdır. Bununla belə, İddiaçı1 Cavabdeh qaz təchizatının dayandırılması ilə bağlı qanuni və əsaslı tədbirinə məhəl qoymadan, qanunsuz və özbaşına şəkildə qaz şəbəkəsinə müdaxilə etmiş, tətbiq olunmuş plombu çıxararaq istixananın qaz təminatını bərpa etmişdir. Məhz bu səbəbdən 14 aprel 2025-ci il tarixdə Cavabdeh İB tərəfindən həmin istixananın qaz təminatı 21225156 saylı, xüsusi zavod nömrəli plomb vasitəsilə təkrar olaraq dayandırılmışdır. Lakin abonent eyni qanunsuz hərəkəti növbəti dəfə təkrarlamış, plombu yenidən qıraraq qaz təchizatını icazəsiz şəkildə bərpa etmişdir. Beləliklə, 14 aprel 2025-ci il tarixdən 14 may 2025-ci il tarixinədək olan müddət ərzində abonent faktiki olaraq qazdan qanunsuz istifadə etmişdir. Nəticə etibarilə, 14 may 2025-ci il tarixdə Cavabdeh İB tərəfindən həmin istixananın qaz təminatı qaynaq üsulu ilə dayandırılmışdır ki, bu da təkrar pozuntuların qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və qaz şəbəkəsinə növbəti qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə həyata keçirilmiş qanuni və zəruri tədbirdir. 14 aprel tarixindən sonra abonent özbaşına şəkildə plombu çıxararaq qaz təminatını bərpa etdiyindən, həmin dövrdə qazdan faktiki istifadə baş vermişdir. Bu səbəbdən də 2025-ci ilin 14 aprel-14 may tarixləri üzrə sərfiyyat faktiki qaz istehlakı əsasında müəyyən edilmiş və sayğac göstəriciləri nəzərə alınmaqla hesablanmışdır. Qaz sərfiyyatının hesablanması yalnız sayğacın qeydə aldığı real həcmlərə əsaslandığından, bu hesablamanın qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Bir daha məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh tərəfindən atılmış bütün addımlar tam qanun çərçivəsində, mövcud qaydalara uyğun və borclu abonentin təkrar pozuntularının qarşısını almaq məqsədilə həyata keçirilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlər isə faktların təhrif olunması, mühüm hallar — xüsusilə plombun qanunsuz çıxarılması və qazdan qanunsuz olaraq özbaşına istifadə faktlarının gizlədilməsi üzərində qurulmuşdur. Qeyd edilən halları nəzərə alaraq, Cavabdeh İB-nin hərəkətləri hüquqi cəhətdən əsaslı, İddiaçı1 ilkin iddia üzrə tələbləri isə tamamilə əsassız hesab edilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsində “qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması, 2018-ci ilin yanvar ayında istehlak edilmiş qaz sərfinin məbləğinin 37805 manat olduğu halda, sonrakı illərin yanvar ayında sərfiyyat məbləğin kəskin artması” barədə qeyd etdikləri əsassızdır və faktiki reallığa uyğun olmayan sübutlara əsaslanır. Belə ki, 2017-ci ilin yanvar ayında həmin istixananın qaz sərfiyyatı 89552,40 manat məbləğində olmuş, sonrakı illərdə isə yanvar ayları üzrə müxtəlif məbləğlər — məsələn, 2018-ci ilin yanvarında 31535,40 manat, 2019-cu ilin yanvarında iddiaçının iddia ərizəsindən səhvən 2018-ci ilə aid olduğunu göstərdiyi 37805 manat (əslində 2019-cu ilin yanvar ayına aid olan göstəricidir) və daha sonra 2020-ci ilin yanvarında 42483,60 manat, 2021 -ci ilin yanvarında 38905,60 manat, 2022-ci ilin yanvarında 48229,72 manat və s. kimi dəyişkən göstəricilər qeydə alınmışdır. Bundan başqa, sayğac göstəricilərinin illər və aylar üzrə dəyişməsi adi haldır və müxtəlif obyektiv səbəblərlə — istixananın iş rejiminin, bitki örtüyünün və ya isitmə tələbatının dəyişməsi, avadanlıq və isitmə sistemlərində aparılan işlər, əkin-sulama dövrləri və s. ilə bağlı ola bilər. Bu səbəbdən İddiaçı1 iddia etdiyi “qaz sayğacının sərfiyyatdan artıq hesabat aparması” barədə əsassız və müdafiə xarakterli iddiası abonent saldosuna əsasən müəyyən edilmiş statistik məlumatlarla ziddiyyət təşkil edir. Nəticə etibarilə, qarşılıqlı iddia üzrə cavabdehin sayğacın düzgün işləməməsi barədə iddiası həm faktlarla, həm də hüquqi sübut tələbləri baxımından əsassızdır. Abonent saldosu, faktiki sərfiyyat göstəriciləri İddiaçı1 ilkin iddia üzrə tələbini əks etdirən heç bir davamlı və məntiqi əsas qoymur, əksinə mövcud sənədlər abonentin təbii qazı faktiki istehlak etdiyini və sayğac göstəricilərinin bu istehlakı əks etdirdiyini göstərir. Məhkəmənin bir daha diqqətinə çatdırmaq istərdilər ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia üzrə iddia ərizəsində irəli sürdüyü tələblər və arqumentlər heç bir hüquqi və faktiki sübutlarla təsdiqlənmir. Bu səbəbdən Cavabdeh tərəfindən abonentə tətbiq olunmuş hesablamalar yalnız İddiaçı1 məxsus istixanada faktiki istehlak olunmuş təbii qazın həcminə əsasən müəyyən edilmişdir. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdehin abonent saldosuna əsasən müəyyən olunmuş illik və aylıq sərfiyyat göstəriciləri, o cümlədən müxtəlif illərin yanvar ayları üzrə qeydə alınmış sərfiyyat məbləğləri göstərir ki, abonentin qaz istehlakı ardıcıl, məntiqli və istehsal fəaliyyətinin intensivliyinə uyğun dəyişkənlik nümayiş etdirir. Bu isə öz növbəsində təsdiqləyir ki, sayğacın qeydə aldığı göstəricilər tam şəkildə reallığı əks etdirir.
6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 442-ci maddələrinə və “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li Qaydalarının 5.2-ci bəndinə istinad olunmuşdur.
7. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı “AZEMİS” eektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı1 arasında xx.xx.2021-ci il tarixli, AMX-5441/21 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı1 tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, yazaraq bildirilir ki, xx.xx.2024-cü il tarixə istifadə etdiyi qaza görə 436573,28 manat borcu vardır. Həmin borcdan 250000 manatı xx.xx.2024-cü il tarixə kimi ödəyəcəyəinə, qalan borcu isə xx.xx.2024-cüi l tarixə kimi ödəyəcəyinə söz verir. Qazın açılmasına köməklik göstərilməsi xahiş edilir.
11. xx.xx.2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, Cavabdeh Sumqayıt QİS-nin rəisi X2 şəxsində təmsil olunan SOCAR-ın Cavabdeh bir tərəfdən və qazın alqı-satqısı əsasında təbii qazdan istifadə edən F/Ş İddiaçı1 Mirməmməd qızı (istixana) digər tərəfdən, birlikdə tərəflər adlanmaqla (abonent kodu: **********00086, KP kodu: 01/30092) hər hansı təzyiq altında qalmadan, könüllü, razılaşma protokolu üzrə götürdüyü riskləri tam dərk edərək, təbii qaza görə yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəldilər: 1. İstehlakçı: 1.1. Təbii qazdan istifadəyə görə Cavabdehnə xx.xx.2024-cü il tarixinə 436573.28 (dörd yüz otuz altı min beş yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul edir; 1.2. Həmin borcun 250000 (iki yüz əlli min) manat dəyərini xx.xx.2024-cü il tarixinədək, qalan 186573,28 (yüz səksən altı min beş yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat dəyərini isə xx.xx.2024-cü il tarixinə Cavabdehnə ödəməyi öhdəsinə götürür; 1.3. Bu razılaşma protokolunun 1.2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “X5”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür; 1.4. Hər ay hesab faktura təqdim edildikdən sonra bu razılaşma protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir, təbii qazın verilməsinin dayandırılmasından yaranan bütün risklər, zərər və ziyan üçün məsuliyyəti öz üzərinə götürür və bununla bağlı Cavabdehnə qarşı heç bir iddia və tələb irəli sürməyəcəyini bildirir.
12. Cavabdeh İB tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda qeyd edilmişdir ki, Sumqayıt QİS-in Abşeron xidmət sahəsinin rəhbərliyi nəzərinizə çatdırır ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən F/Ş X1 (istixana)nin (abonent kodu **********00088) istifadə edilmiş təbii qaza görə xx.xx.2025-ci il tarixinə 539946,52 manat (35615,28 manat mart ayı istisna olmaqla) debitor borc yaranmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 5.5-ci bəndində nəzərdə tutulmuşdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Yaranmış debitor borcun 5 (beş) iş günü müddətində tam ödənişini təmin etməyiniz xahiş edilir. Əks halda qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır.
13. xx.xx.2025-ci il tarixli kəsim aktında qeyd edilmişdir ki, Aşağıda imza edənlər: Abşeron XS-in nümayəndələri Əliyev Elman, Məmmədov Emin, Əliyev Elşən aktı tərtib etdilər ondan ötrü ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı1 məxsus istixananın qaz təchizatı debitor borcla əlaqədar kəsilir.
14. İş materiallarına Cavabdeh İB tərəfindən foto-şəkillər əlavə edilmişdir.
15. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixə Cavabdeh İB-yə 436573,28 manat məbləğində debitor borcu vardır. Akt hər iki tərəfin imzası və Cavabdeh İB-nin möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2025-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı1 (abonent kodu: **********00086) qeyd edilən tarixə ümumilikdə borcu 564648,96 manat (sayğac oxunması: 1957216,78 manat + aktlar: 0 manat – ödəmələr: 1392567,82 manat – güzəşt: 0 manat = son borc: 564648,96 manat) təşkil edir.
17. xx.xx.2026-cı tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı1 (abonent kodu: **********00086) qeyd edilən tarixə ümumilikdə borcu 623925,52 manat (sayğac oxunması: 2029233,34 manat + aktlar: 0 manat – ödəmələr: 1405307,82 manat – güzəşt: 0 manat = son borc: 623925,52 manat) təşkil edir.
18. İddiaçı1 tərəfindən Cavabdeh İB-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun silinməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir.
19. Cavabdeh İB tərəfindən İddiaçı1 ünvanlanmış pretenziya məktubundan görünür ki, təbii qazdan istifadəyə görə yaranmış borcun 10 (on) gün müddətində tam ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq
20. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “X5”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın: 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
24. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh İB arasında xx.xx.2021-ci il tarixli, AMX-5441/21 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərinə öhdəliklər götürmüşlər.
25. İlkin iddia tələbi Cavabdeh tərəfindən iddiaçıya hesablanmış 564648,96 manat borcun silinməsindən ibarətdir.
26. İddiaçı iddia ərizəsində qeyd olunmuş əsaslarla göstərilən borcun silinməsini xahiş etmiş, lakin qeyd etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
27. Belə ki, İddiaçı1 məxsus, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsi (istixana) (abonent kodu: **********00086) qazla təchiz edilmişdir. Məhkəmənin qənaətinə əsasən iddiaçının istinad etdiyi illər üzrə istifadə olunan qaz sərfiyyatında olan fərqlər istifadə olunan qaz sərfinin həcmi ilə əlaqədar olmuşdur. Həmçinin abonent saldosundan da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi aylar üzrə sərfiyyatı əvvəlki və sonrakı aylarla müqayisə etdikdə elə də ciddi fərqlərin olması müəyyən edilmir. Belə ki, 2018-ci ilin yanvar ayında istifadə edilmiş qazın dəyəri 31535,4 manat, 2019-cu ilin yanvar ayında 37805 manat, 2020-ci ilin yanvar ayında 42483,6 manat, 2021-ci ilin yanvar ayında 38905,6 manat, 2022-ci ilin yanvar ayında 48229,72 manat, 2023-cü ilin yanvar ayında 59863,54 manat, 2024-cü ilin yanvar ayında 60299,8 manat, 2025-ci ilin yanvar ayında 37616,72 manat təşkil etmişdir. Belə ki, göründüyü kimi, 2025-ci ilin yanvar ayında qaz sərfiyyatı (37616,72) iddiaçının müqayisə etdiyi 2019-cu ilin yanvar ayında olan sərfiyyatdan (37805 manat) daha aşağı olmuşdur. İddiaçı1 tərəfindən silinməsi tələb edilən borc məbləği onun tərəfindən təbii qazdan istifadəyə görə yaranmış, sayğac göstəricisinə əsasən hesablanmış borcdur.
28. Həmçinin müəyyən olunur ki, İddiaçı1 ümumilikdə 2024-cü il ərzində 216911,42 manat dəyərində təbii qazdan istifadə etmiş, lakin il ərzində heç bir ödəniş etməmişdir, 2025-ci ilin dekabr ayınadək 229133,36 manat dəyərində təbii qazdan istifadə etmiş, 105845,12 manat ödəniş etmişdir və s.
29. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, 564648,96 manat borc İddiaçı1 tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış təbii qazın dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda İddiaçı1 həmin borcun silinməsini tələb etməsi əsassızdır.
30. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır.
31. Qarşılıqlı iddia tələbi cavabdeh İddiaçı1 təbii qazdan istifadəyə görə yaranmış 564648,96 manat debitor borc məbləğinin tutulmasından ibarətdir.
32. Qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 564648,96 manat məbləğində borcu yaranmışdır.
33. Məhkəmə qanunvericilik normalarının tələblərini, müqavilə şərtlərini, işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 564648,96 manat (beş yüz altmış dörd min altı yüz qırx səkkiz manat doxsan altı qəpik) debitor borc qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.
34. Qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 855 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
35. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 854,65 manat (səkkiz yüz əlli dörd manat altmış beş qəpik) (Qeyd: qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği) məbləğdə pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1 564648,96 manat (beş yüz altmış dörd min altı yüz qırx səkkiz manat doxsan altı qəpik) debitor borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 854,65 manat (səkkiz yüz əlli dörd manat altmış beş qəpik) olmaqla, ümumilikdə 565503,61 manat (beş yüz altmış beş min beş yüz üç manat altmış bir qəpik) məbləğində pul vəsaiti tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova