Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-798/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pu tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 14400 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumlarına və mediasiya xərclərinə görə 424 manatı Cavabdeh MMC-dən tutaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26.09.2020-ci il tarixli 415 nömrəli ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı tərəfindən işlərin icrasında sonra onun dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəfimizdən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. 05.11.2021-ci il tarixinə qədər olan ümumi borc məbləği 14400 manat müəyyən edilmişdir. Lakin “Cavabdeh MMC tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və verilmiş avadanlıqlar geri qaytarılmamışdır. Hesab edirik ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2022-ci ilin yanvar ayının beşinci gününü götürsək və manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə ödəyərək xərc çəkmişdir. Həmçinin tərəfimizdən Cavabdeh MMC-yə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Eyni zamanda İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCnin adına olan bank hesablarının üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir və iddiaçı tərəfindən dövlət rüsumu olaraq 14 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi,Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatlarında tərəflərin arasında 25.04.2022-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilən 25.04.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1 Cavabdeh hazırki tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini, 9000 manatı beş dəfəyə bölməklə, 30 sentyabr 2022-ci il tarixinə kimi aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür. -1800 manat 2022-ci ilin may ayının 31-dək -1800 manat 2022-ci ilin iyun ayının 30-dək -1800 manat 2022-ci ilin iyun ayının 31-dək -1800 manat 2022-ci ilin avqust ayının 31-dək -1800 manat 2022-ci ilin sentyabr ayının 30-dək 1.2. İddiaçı bu sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün, mediasiya və dövlət rüsumuna görə ödədiyi 438 manat məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni- 30 sentyabr 2022-ci il tarixinədək müddətində həyata keçirilməməsi saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, iddiaçı cavabdehdən ilkin tələb olunan əsas borc məbləğini dəyərləndirilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir. 1.4. Cavabdeh iki ay ərzində müqavilə üzrə iddiaçı tərəfindən onlarla icarəyə verilmiş tikinti materiallarının geri qaytarılması öhdəliyini üzərinə götürür. 2.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış 25.04.2021-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 22.09.2021ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 21.12.2021-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25.04.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-798/2022 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-798/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-798/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver