Məhkəmə qərarları › İş №e-2-2(113)-8/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 Dekabr 2015-ci il tarixli 216 nömrəli kredit müqaviləsi üzrə ********* (yüz əlli milyon bir yüz səksən yeddi min) manat məbləğində əsas borc, 34111510 (otuz dörd milyon bir yüz on bir min beş yüz on) manat məbləğində faiz borcu, 16583151,45 (on altı milyon beş yüz səksən üç min yüz əlli bir manat qırx beş qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, ümumilikdə 200881661,49 (iki yüz milyon səkkiz yüz səksən bir min altı yüz altmış bir manat qırx doqquz qəpik) manat məbləğində borcun, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 795,60 manat «Rossmils İnvestmenrt Limited» şirkətindən tutularaq ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun ipoteka predmeti olan əmlaklara (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.105026 ha torpaq sahəsində yerləşən 5 otaqlı ümumi sahəsi 317.86 kv.m. ibarət 948 nömrəli bağ evi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.1078 ha torpaq sahəsi olan 948 A nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.1 ha torpaq sahəsi olan 1751Q nömrəli bağ sahəsi; Abşeron rayonu, Saray qəsəbəsi 1.2161 ha torpaq sahəsində yerləşən 13486.8 kv.m. olan “Villa Badam” yaşayış kompleksi; ünvan 4 Yeni qaydalarla: Az 1121, ünvan 1 ünvanında yerləşən 927.3 kv.m ibarət qeyriyaşayış sahəsi; Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, b 4A Yeni qaydalarla: Az 1121, ünvan 2 ünvanında yerləşən 927.3 kv.m ibarət qeyri-yaşayış sahəsi; ünvan 4 Yeni qaydalarla: Az 1121, ünvan 3 ünvanında yerləşən 308.7 kv.m ibarət qeyri-yaşayış sahəsi; ünvan 4 ünvanında yerləşən 308.3 kv.m ibarət 1/Z saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsindən ibarət, 335.2 kv.m. olan 1237A nömrəli bağ evi və 0.12 ha torpaq sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən, 1237 B nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1068 J nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1068 Q nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1068 X nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1068 Z nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,23 nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1237 Ç nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1237 D nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1237 C nömrəli bağ sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 012 ha torpaq sahəsində yerləşən,1237 E nömrəli bağ sahəsi; Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 40. Yeni qaydalarla: AZ 1110, Bakı şəhəri,Nərimanov rayonu, C.Hacıbəyli küçəsi , 256 A daşınmaz əmlak; Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 38 ünvanında yerləşən qeyriyaşayış sahəsi; Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ünvanında yerləşən 1464 nömrəli bağ sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,1280 saylı sahə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1406 saylı sahəsi) yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin «Rossmils İnvestmenrt Limited» şirkətinin ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlaklar hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 həmin ərizəni müdafiə edərək bildirdi ki, borc məbləği tam şəkildə ödənilmişdir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 150 manat məbləğində ekspertiza xərci cavabdehin vəkili tərəfindən ödənilmişdir. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə ərizəni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır, 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar