Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-80/2021 08.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO İddiaçı ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Mənzil Tikinti Kooperativinə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə qalan 2146795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 234418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat faiz, 679878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat cərimə, 274018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3335110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat və 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə qalan 278497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas, 34695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat faiz, 101359,24 (yüz bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat cərimə, 35546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 450098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən borcalana 12 (on iki) ay müddətinə, illik 16% (on altı faiz) ödənilmək şərtilə ******* (üç milyon dörd yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 268/13/1, 268/13/2 və 268/13/3 saylı kredit müqavilələrinə əlavə ilə müvafiq olaraq 12.12.2015-ci il, 12.03.2016-cı il tarixə və sonradan 11.03.2017-ci il tarixədək uzadılmışdır. 268/13/3 saylı, 01.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə ******* (üç milyon dörd yüz yetmiş min) manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə əsasən borcalana 12 (on iki) ay müddətinə, illik 16% (on altı faiz) ödənilmək şərtilə 321600 (üç yüz iyirmi bir min altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 289/13/2 və 289/13/3 saylı kredit müqavilələrinə əlavə ilə müvafiq olaraq 13.03.2016-cı il tarixə və sonradan 11.03.2017-ci il tarixədək uzadılmışdır. 289/13/4 saylı, 01.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə 321600 (üç yüz iyirmi bir min altı yüz) manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh (Məhdud Məsuliyyətli Cəmiyyəti) kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka: 1) 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə qalan 2146795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 234418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat faiz, 679878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat cərimə, 274018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3335110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat; 2) 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə qalan 278497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas, 34695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat faiz, 101359,24 (yüz bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat cərimə, 35546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 450098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat borcu mövcuddur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirərək göstərdi ki, borcun olduğunu qəbul edir, lakin iddiaçının iddia tələbində qeyd etdiyi borc məbləğləri həddindən artıq şişirdilmiş məbləğlərdir. Kredit müqavilələri üzrə yaranmış borc məbləğləri düzgün hesablanmamışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 12 dekabr 2014-cü il tarixli 268/13/1 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq ******* manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 12 dekabr 2015-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 12 dekabr 2015-ci il tarixli 268/13/2 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq ******* manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 12 mart 2016-cı il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin qalıq ******* manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 11 mart 2017-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 268/13/3 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş ******* manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 321600 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13/2 saylı kredit müqaviləsinə 13 dekabr 2015-ci il tarixli 289/13/2 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321600 manat məbləğində kreditin qalıq 321600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 13 mart 2016-cı il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 289/13/3 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321600 manat məbləğində kreditin qalıq 321600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 11 mart 2017-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 289/13/4 saylı Əlavəyə əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş 321600 manat məbləğində kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. - 08.10.2019-cu il tarixli, **********987 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 sentyabr 2019-cu il tarixə əsas borcu 278497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 34695,51 (otuz dörd min altı yüz doxsan beş manat əlli bir qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 101359,24 (yüz bir min üç yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 35546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat olmaqla, cəmi 450098,67 (dörd yüz əlli min doxsan səkkiz manat altmış yeddi qəpik) manat təşkil edir. - 15.10.2019-cu il tarixli, **********209 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 sentyabr 2019-cu il tarixə əsas borcu 2146795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 234418,16 (iki yüz otuz dörd min dörd yüz on səkkiz manat on altı qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 679878,17 (altı yüz yetmiş doqquz min səkkiz yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 274018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat olmaqla, cəmi 3335110,4 (üç milyon üç yüz otuz beş min yüz on manat qırx qəpik) manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli, 9/98 saylı ekspert rəyində qeyd olunur ki, “Cavabdeh" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 12 dekabr 2013-cü il tarixli 268/13/1 saylı, 12 dekabr 2015-ci il tarixli 268/13/2 saylı, 11 mart 2016-cı il tarixli 268/13/3 saylı və 01 iyul 2016-cı il il tarixli 268/13/3 saylı əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 2292238,51 manat məbləğində, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 2494148,86 manat məbləğində və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 2515113,39 manat məbləğində borcu müəyyən edilir, o cümlədən: 1) 11.03.2017-ci il tarixə əsas borc üzrə 2096453,09 manat, faiz borcu üzrə 195785,42 manat, 2) 30.09.2019-cu il tarixə əsas borc üzrə 2096453,09 manat, faiz borcu üzrə 397695,77 manat, 3) 17.12.2019-cu il tarixə əsas borc üzrə 2096453,09 manat, faiz borcu üzrə 397695,77 manat məbləğində müəyyən edilir. Cavabdeh MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 13 dekabr 2015-ci il tarixli 289/13/2 saylı, 11 mart 2016-cı il tarixli 289/13/3 saylı və 01 iyul 2016-cı il il tarixli 289/13/ saylı əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 345.995,81 manat məbləğində, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 342.882,21 manat məbləğində və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla 345.615,62 manat məbləğində borcu müəyyən edilir, o cümlədən: 11.03.2017-ci il tarixə əsas borc üzrə 316443,51 manat, faiz borcu üzrə 29552,31 manat; 30.09.2019-cu il tarixə əsas borc üzrə 273340,51 manat, faiz borcu üzrə 69541,71 manat; sualda qeyd edilən, 17.12.2019-cu il tarixə əsas borc üzrə 273340,51 manat, faiz borcu üzrə 72275,11 manat məbləğində müəyyən edilir. İddiaçı” ASC («borcverən») ilə Cavabdeh MMC («borcalan») arasında 12 dekabr 2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi və 13 dekabr 2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Göstərilən səbəblərdən hazırki tədqiqatla kredit müqavilələri üzrə cərimə hesablanmadı. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 31.10.2019-cu il tarixdə **********848 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MTK-ya müraciət edilərək, borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqavilələri əsasında cavabdehə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Sonradan həmin müqavilələrə əlavələr edilmiş və tərəflər üzərlərinə müvafiq öhdəliklər götürmüşdür. İddiaçı ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas borcun tutuması hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 2146795,84 (iki milyon yüz qırx altı min yeddi yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 278497 (iki yüz yetmiş səkkiz min dörd yüz doxsan yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borcu 2096453,09 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 273340,51 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki müqaviləyə münasibətdə iddia tələbi əsas borcun tutulması hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi hər iki müqavilə üzrə faiz borcun tutulması hissəsində də qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 234418,16 manat faiz, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 34695,51 manat faiz borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi, cavabdehin 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsinə əsasən iddiaçıya olan faiz borcu 195785,42 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə faiz borcu 29552,31 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki müqaviləyə münasibətdə iddia tələbi faiz borcun tutulması hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır. İddiaçı 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi 679878,17 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 101359,24 manat cərimə məbləğlərinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 50000 manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 12000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı adıçəkilən hər iki müqavilə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan, yuxarıda göstərilən məbləğlərin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında qeyd olunur ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin hissədə iddia hər iki müqaviləyə münasibətdə tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 6 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 24 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 12.12.2013-cü il tarixli, 268/13 saylı kredit müqaviləsi üzrə 2096453,09 (iki milyon doxsan altı min dörd yüz əlli üç manat doqquz qəpik) manat əsas borc, 195785,42 (yüz doxsan beş min yeddi yüz səksən beş manat qırx iki qəpik) manat faiz borcu, 50000 (əlli min) manat cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 274018,23 (iki yüz yetmiş dörd min on səkkiz manat iyirmi üç qəpik) manat, 13.12.2013-cü il tarixli, 289/13 saylı kredit müqaviləsi üzrə 273340,51 (iki yüz yetmiş üç min üç yüz qırx manat əlli bir qəpik) manat əsas borc, 29552,31 (iyirmi doqquz min beş yüz əlli iki manat otuz bir qəpik) manat faiz borcu, 12000 (on iki min) manat cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 35546,92 (otuz beş min beş yüz qırx altı manat doxsan iki qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 24 (iyirmi dörd) manat olmaqla, ümumilikdə 2966720,48 (iki milyon doqquz yüz altmış altı min yeddi yüz iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 6 (altı) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-80/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-80/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver