Məhkəmə qərarları › İş №e-2-2(113)-8028/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8028/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8028/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birtərəfli qaydada və yaxud xx.xx.2023-cü il tarixdə müddətin qurtarması ilə ləğv edilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə həmin tarixdə öhdəliklərə xitam verilmiş hesab olunması və həmin tarixə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddətə görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcun (ümumilikdə 2477,01 manat borc) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan ərizənin icraata qəbulundan imtina edilməlidir. Çünki eyni tərəflər arasında, eyni müqavilədən irəli gələn tələb üzrə "xxxx" ASC-nin İddiaçı qarşı iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Əliyeva tərəfindən icraat qəbul edilmiş və hal-hazırda iş icraatdadır. Belə ki, həmin məhkəmə mübahisəsi "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsinə dair X2 çərçivəsində imzalanmış DCLT00278228-01 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı öhdəliklərinin icra edilməməsi, yəni həmin maliyyələşdirmə üçün ərizə üzrə yaranmış ümumilikdə 486,41 manat məbləğində borcun ödənilməsi, həmçinin 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat məbləğində əsas borcun İddiaçı tutularaq iddiaçı Cavabdeh ASCnin xeyrinə ödənilməsi ilə bağlıdır. Hazırda İddiaçı isə DCLT00278228-01 saylı xx.xx.2022ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə borcun əsaslılığını mübahisələndirməklə, öhdəliklərə xitam verilməsi və borcun silinməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının hazırki tələbi üzrə mübahisəyə, yəni tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən öhdəliyin icra olunması tələbinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında baxılmaqdadır. Həmin iş üzrə tələbin əsassız olması, öhdəliyin icrasına xitam verilməli və borc məbləğinin silinməli olması ilə bağlı iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinə etiraz, o cümlədən etirazının əsaslandığı hallara dair sübutlar təqdim etmək imkanı vardır, bunun üçün ayrıca iddia tələbinin irəli sürülməsinə ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğuna görə hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar