Məhkəmə qərarları › İş №e-2-2(113)-803/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-803/2023

24.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-803/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılqılı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə iddiaçılar qarşılqılı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddiaçılar İddiaçı1, İddiaçı2 ilkin cavabdeh “Standard” Lizinq” MMC-yə qarşı xx.xx.2012-ci il tarixli, DLM231 saylı, xx.xx.2012-ci il tarixli, DLM290 saylı, xx.xx.2012-ci il tarixli, DLM302 saylı, xx.xx.2012-ci il tarixli, DLM237 saylı və xx.xx.2013-cü il tarixli, DLM326 saylı müqavilələrə əsasən pul vəsaitinin tutulması tələbinə ilkin, Cavabdeh MMCnin İddiaçı1, İddiaçı2 qarşı vurulmuş ziyanın, əldən çıxmış faydanın tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə faiziər üzrə ödənilmiş 105.125,41 manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə faizlər üzrə ödənilmiş 97.743,35 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında 02 iyul 2012-ci il tarixli DLM231 saylı; 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı; 01 noyabr 2012ci il tarixli DLM302 saylı X7 müqavilələri, Cavabdeh MMC ilə E İddiaçı2 arasında 09 iyul 2012-ci il tarixli DLM237 saylı; 04 fevral 2013-ci il tarixli DLM326 saylı X7 müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən lizinq alanlar lizinq obyektlərindən istifadə etdiklərinə görə 02 iyul 2012-ci il tarixli DLM231 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə və həmin müqavilələrə 2 saylı Əlavələrə və Lizinq müqavilələrinin 4.2-ci bəndinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla, 09 iyul 2012-ci il tarixli DLM237 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 219.250 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 170.040 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 01 noyabr 2012-ci il tarixli DLM302 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 42.510 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla, 04 fevral 2013-ci il tarixli DLM326 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 209.200 manat başlanğıc balans məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşlər. Satıcı "xxxx" MMC, Cavabdeh MMC, İddiaçı1 arasında 02 iyul 2012-ci il tarixli AS231 saylı; 26 sentyabr 2012-ci il tarixliAS290 saylı; 01 noyabr 2012-ci il tarixli AS302 saylı, "xxxx" MMC, Cavabdeh MMC, İddiaçı2 arasında 09 iyul 2012-ci il tarixli, AS237 saylı; 04 fevral 2013-cü il tarixli, AS326 saylı 3 tərəfli alqı-satqı müqavilələri bağlanmış, 02 iyul 2012-ci il tarixli, DLM231 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 200.000 manat, 09 iyul 2012-ci il tarixli, DLM237 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 200.000 manat, 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 180.000 manat, 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 45.000 manat, 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı müqaviləyə əsasən lizinq obyektinin qiyməti 260.000 manat təşkil etmişdir. İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC tərəfindən “SHACMAN SX3315DT406” markalı **-JU-***; **-JU-***; 10-JU173; **-JU-***; 10- JU-171 dövlət nömrə nişanlı, “HOWO ZZ3317N3867W” markalı **-JV-***; **-JV-***; **-JV-***; 90-JV523; **-JV- ***; 90- JU523; **-JU-***; 90-JV-, **-JU-***; **-JU-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; 90- JZ- 726; **-JZ-*** dövlət nömrə nişanlı, cəmi 20 ədəd yük avtomobili təhvil verilmişdir. Müqavilələrin 2.2-ci bəndinə əsasən, alıcı, yəni Cavabdeh MMC bu müqavilələr üzrə əmlakın 100% dəyərini maşınlar təhvil verildiyi tarixdən 10 iş günü ərzində satıcının, yəni "xxxx" MMC-nin hesablaşma hesabına köçürməyi öhdəsinə götürür. Lizinq müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MMC arasında 02 iyul 2012-ci il tarixli, DLM231 saylı; 26 sentyabr 2012-ci il tarixli, DLM290 saylı; 01 noyabr 2012-ci il tarixli, DLM302 saylı, 09 iyul 2012-ci il tarixli, DLM237 saylı; 04 fevral 2013-ci il tarixli, DLM326 saylı zaminlik müqavilələri bağlanmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılarla Cavabdeh MMC arasında bağlanmış 2 iyul 2012-ci il tarixli, 09 iyul 2012- ci il tarixli, 26 sentyabr 2012-ci il tarixli, 1 noyabr 2012-ci il tarixli, 04 fevral 2013-cü il tarixli X7 müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçılar tərəfindən Cavabdeh MMC-yə ödənilmiş pulların iddiaçılara qaytarılması, müqavilələr üzrə iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçıların "xxxx" MMC-yə ödədiyi 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMCdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdehlərdən 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması, “SHACMAN SX3315DT406” markalı 90- JU-170; 90- JU-171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı 90-JU522; **-JV-***; 90- JV522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə dəfələrlə müxtəlif məhkəmə instansiyalarında baxılmış, nəticədə lizinq obyektləri lizinq verənə qaytarılmış, "xxxx" MMC-yə qarşı İddiaçı1 və İddiaçı2 pul tələbinə dair iddiaları təmin edilmiş, Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli Qərarı ilə apellyasiya instansiyası məhkəməsinin iş üzrə son qərarı (2022-ci il 17 may) dəyişdirilmədən saxlanmışdır. Lizinq müqavilələrini maliyyələşdirmək üçün Cavabdeh MMC ilə “Bank Standard” KB arasında 36 ay müddətinə, 1 illik faiz dərəcəsi 16% olmaqla, 06 iyul 2012-ci il tarixli, 1xx/xx/2134/12 saylı; 13 iyul 2012-ci il tarixli, 1xx/xx/2196/12 saylı; 23 oktyabr 2012-ci il tarixli, 1xx/xx/2441/12 saylı; 08 fevral 2013-cü il tarixli, 1xx/xx/2603/13 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 1.4- cü bəndində göstərilir ki, kreditin iddiaçılara "xxxx" MMC-dən lizinq vasitəsilə “Shachman” və “HOWO” markalı yük avtomaşınlarının alınması məqsədilə verilməsinə baxmayaraq, sözügedən yük avtomaşınlarının alınması məqsədilə Cavabdeh MMC-nin bankdan götürdüyü kredit təyinatına uyğun istifadə edilməyib, lizinq obyektini satan "xxxx" MMC-yə cavabdeh lizinq obyektlərinin alınması üçün kredit götürülmüş puldan heç bir vəsait ödəməmişdir. Əksinə, "xxxx" MMC-dən lizinq obyektləri elə İddiaçı1 və İddiaçı2 ödədikləri pul vəsaitləri hesabına alınmış, nəticədə Cavabdeh MMC təyinatı üzrə istifadə edilməmiş kredit vəsaitlərini lizinq ödənişlərinə daxil edərək iddiaçılara ödətdirmişdir. Cavabdeh MMC–yə müqaviləyə xitam verilmiş xx.xx.2014-cü il tarixədək, cəmi 521.900 manat pul ödənilmişdir ki, bundan da 202868,76 manat faiz borcuna silinmişdir. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış lizinq müqavilələri üzrə müqavilələrə xitam verilən tarixədək, yəni xx.xx.2014-cü il tarixədək aylıq lizinq ödənişlərinin qrafik üzrə kredit faizi məbləği aşağıdakı kimi hesablanmış və İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir: - 02 iyul 2012-ci il tarixli DLM231 saylı X7 Müqaviləsi üzrə - 57353,70 manat; - 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı X7 Müqaviləsi üzrə - 38736,84 manat; - 01 noyabr 2012-ci il tarixli DLM302 saylı X7 Müqaviləsi üzrə - 9034,87 manat məbləğində, cəmisi 105125,41 manat məbləğində faizlər üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış lizinq müqavilələri üzrə müqavilələrə xitam verilən tarixədək, yəni xx.xx.2014-cü il tarixədək aylıq lizinq ödənişlərinin qrafik üzrə faiz məbləği aşağıdakı kimi hesablanmış və İddiaçı2 tərəfindən Cavabdeh MMC- yə ödənilmişdir. - 09 iyul 2012-ci il tarixli DLM237 saylı X7 Müqaviləsi üzrə - 61100 manat; - 04 fevral 2013- ci il tarixli DLM326 saylı X7 Müqaviləsi üzrə - 36643,35 manat məbləğində, cəmisi 97743,35 manat məbləğində faizlər üzrə ödəniş həyata keçirilmişdir. Yekun olaraq 202.868,76 manat faizlər üzrə ödənişlər ödənilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı1 172.745 manat va cavabdeh İddiaçı2 126.691 manat vurulmuş ziyanın; 257.400 manat əldən çıxmış faydanın; vəkil xərcinin əvəzi olaraq 210 manat; ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 410 manat, qiymətləndiricinin hesabatlarına gorə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, dövlət rüsumunun əvəzi olaraq 850,27 manat məbləğinin isə cavabdehlər cavabdeh İddiaçı1 va İddiaçı2 müştərək qaydada tutularaq iddiaçı “Standard” Lizinq” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-840/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, "İddiaçı1 və İddiaçı2 «SHACMAN SX3315DT406" markalı **-JU-***; **-JU-***; **-JU- ***; **-JU-*** dövlət nömrə nişanlı və "HOWO ZZ3317N3867W' markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 06 iyul 2021-ci il tarixli 2-2(102)-5/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-840/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi i "İddiaçı1 və İddiaçı2 "SHACMAN SX3315DT406" markalı **-JU-***; 90- JU171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və "HOWO ZZ3317N3867W" markalı 90- JU-522; **-JV-***; 90- fV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin "xxxx" MMC-yə qaytarılması" hissəsində dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehlər 13 ədəd lizinq obyektlərini iddiaçıya qaytarmalı olduğuna baxmayaraq, 06 iyul 2021-ci il tarixdən bu günə qədər həmin lizinq obyektlərindən 6 ədədini, o cümlədən 90-JU- 170; **-JU-***; **-JU-***; **-JU-***; 90- JV- 521; **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınlarını istifadəyə tam yararsız vəziyyətdə, metal qırıntısı kimi icra hərəkətləri həyata keçirilərkən təqdim etmişlər. Halbuki AR MM-in 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Bununla cavabdehlər iddiaçının mülkiyyətində olan əmlakı məhv etməklə iddiaçıya ziyan vurmuşdur. Bu azmış kimi, cavabdehlər digər 7 ədəd, o cümlədən 90- JV522; **-JV-***; **- JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınları ümumiyyətlə nəinki qaytarmamışlar, hətta hər vəchlə müxtəlif əsassız bəhanələr gətirərək qaytarmaqdan yayınırlar. Nəticə etibarı ilə cavabdehlər iddiaçının əmlakının bir hissəsini məhv etməklə, digər hissəsini isə qaytarmamaqla "xxxx" MMC-yə ziyan vurmuşlar. Belə ki, əvvəla, icra hərəkətləri həyata keçirilərkən istifadəyə tam yararsız vəziyyətdə metal qırıntısı kimi təqdim edilmiş lizinq obyektilərinin qiymətləndirilməsi üçün iddiaçı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə müəyyən edilmişdir ki, "SHACMAN SX3315DT406" markalı **-JU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan nəqliyyat vasitəsi yararsız haldadır, istismara yaralı deyildir. Nəqliyyat vasitəsinin mühərriki, ötürücü sürətlər qutusu və salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s) mövcud deyildir. "HOWO ZZ3317N3867W" markalı 90-JU522 dövlət qeydiyyat nişanlı özüboşaldan nəqliyyat vasitəsi tam yararsız vəziyyətdədir. Nəqliyyat vasitəsinə aid olan sürücü kabinası sökülmüş vəziyyətdə olan nəqliyyat vasitəsindən ayrılmış və dayanacaq ərazisində aşkar olunub. Sökülmüş vəziyyətdə və nəqliyyat vasitəsinin ramalarının üzərinə qoyulmuş mühərriyi həmin nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin mühərrik yararsız vəziyyətdə və üzərində müəyyənedici nişanlar mövcud deyildir. Ötürücü sürətlər qutusu, salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s) mövcud deyildir. Eyni zamanda sözügedən hesabatda qeyd edilir ki, qiymətləndirilən nəqliyyat vasitələrinin tam yararsız vəziyyətini nəzərə alaraq və onları işlək vəziyyətinə qaytarmaq mümkün olmadığı üçün qiymətləndirici onları metal qırıntısı kimi qiymətləndirmişdir (ləğv etmə dəyəri). Metal qırıntısı qəbul edən "X13" MMC şirkətinin avqust 2022-ci il üçün 1 ton metal qırıntısı üçün alış qiyməti 450 manat müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə "SHACMAN SX3315DT406" markalı nəqliyyat vasitəsinin metal qırıntısı kimi bazar dəyəri (çəkisi 14.6 ton x 450 manat = 6570 manat), "HOWO ZZ3317N3867W markalı nəqliyyat vasitəsinin metal qırıntısı kimi bazar dəyəri (çəkisi 13,18 ton x 450 manat = 5931 manat) müəyyən edilmişdir. İkincisi, iddiaçı bundan başqa, cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan 13 ədəd lizinq obyektilərinin bazar dəyərinin qiymətləndirilməsi üçün "X10" MMC-yə müraciət etmişdir. "X10" MMC-nin 15/12- 22 nömrəli 23 dekabr 2022-ci il tarixli Hesabatı ilə müəyyən edilmişdir ki, 9 ədəd "HOWO ZZ3317N3867W" markalı yük avtomobillərinin bazar dəyəri 238.723 manat, 4 ədəd "SHACMAN SX3315DT406" markalı yük avtomobillərinin bazar dəyəri 98.856 manat, ümumilikdə 13 ədəd yük avtomobillərinin 2021-ci ilin iyul ayına bazar dəyəri 337.578 manat təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş "vurulmuş ziyanın hesablanması barədə" Hesabata əsasən "X10" MMC-nin hesabatı ilə müəyyən edilmiş 13 ədəd yük avtomobillərinin 337.578 manat bazar dəyərindən 6 ədəd nəqliyyat vasitələrinin metal qırıntısının dəyərini çıxdıqda cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləği 299.436 manat təşkil edir. Bundan əlavə hesab edirlər ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehlər 13 ədəd lizinq obyektlərini iddiaçıya vaxtında qaytarmadıqlarına görə iddiaçı mülkiyyətində olan əmlakından məhrum olmuşdur. İddiaçı lizinq obyektlərini digər müştərilərə lizinqə vermiş olsaydı, bunun müqabilində 2021-ci ilin iyul ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr üçün hər ay hər bir maşına görə 1100 manat olmaqla, ümumilikdə 1100X 18 ay X 13 avtomaşın = 257400 manat məbləğində gəlir əldə edə bilərdi. Odur ki, hesab edirlər ki, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilməli və həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulmuş hüququnu bərpa etmək üçün: vəkilin göstərdiyi yardıma görə 210 manat; "xxxx" MMC-nin hesabatına görə 300 manat; X10" MMC-nin hesabatına görə 500 manat məbləğində xərc çəkmişdir. Hesab edirlər ki, qeyd edilən xərclərin əvəzi də cavabdehlərdən tutulmalıdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmiş, lakin təəsüflər olsun ki, bundan sonra da iddiaçının tələbi təmin edilməmişdir. Qanunvericiliyin tələblərindən irəli gələrək iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 410 manat xərc çəkmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh MMCnin qarşılıqlı cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddaya qarşı etiraz verərək, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əvvəla hesab edirlər ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddianı irəli sürmək hüququ olan subyektin müəyyən edilməsidir. Belə ki, lizinq obyektinin kredit hesabına və ya digər maliyyə vəsaitləri hesabına əldə edibetməməsinin, eləcə də "xxxx" MMC-nin bankdan götürdüyü kredit pullarının təyinatı üzrə istifadə edib-etməməsinin mübahisələndirmək hüququ iddiaçılara deyil, banka məxsusdur. Çünki kreditlə bağlı hüquq münasibətləri bank və lizinq şirkəti arasında olmuş və Standard Lizinq" MMC-nin hazırkı iş üzrə ilk iddiaçılar qarşısında kredit pulları ilə bağlı heç bir öhdəliyi olmamış, ola da bilməzdi. Odur ki, hesab edirlər ki, iddiaçıların subyektiv hüququ yoxdur. Eyni zamanda qanunvericiliyə görə, lizinq şirkətləri cəlb edilmiş və ya öz vəsaiti hesabına lizinq obyektini lizinqə vermək hüququna malikdir. Belə ki, AR MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Digər tərəfdən, "xxxx" MMC iş materiallarında olan alğı-satqı müqavilələrə əsasən 20 ədəd lizinq obyektlərini "xxxx" MMC-yə ümumilikdə 885.000 manat ödəyərək öz mülkiyyətinə almış və həmin lizinq obyektlərini müvafiq lizinq müqavilələri əsasında lizinq alanlara (hazırkı iş üzrə ilk iddia üzrə iddiaçılara) lizinqə vermişdir. 20 ədəd lizinq obyektlərinə görə satıcı şirkət "xxxx" MMC-yə pul ödəmədən həmin lizinq obyektlərinin lizinq şirkətinin adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi (texniki pasportlara əsasən lizinq obyektləri lizinq şirkətinə məxsusdur) mümkünsüzdür. Daha sonra xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh MMC-nin qarşılıqlı iddiasına qarşı etiraz verərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə iddiaçı Cavabdeh MMC və cavabdeh İddiaçı1 arasında 02 iyul 2012-ci il tarixli DLM231 saylı; 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı; 01 noyabr 2012-ci il tarixli DLM302 saylı, iş üzrə digər cavabdeh İddiaçı2 arasında isə 09 iyul 2012-ci il tarixli DLM237 saylı; 04 fevral 2013-ci il tarixli DLM326 saylı daxili maliyyə lizinq müqavilələri bağlanmışdır. Lizinq müqavilələrini maliyyələşdirmək üçün Cavabdeh MMC ilə “Bank Standard” KB arasında 36 ay müddətinə, 1 illik faiz dərəcəsi 16% olmaqla, 06 iyul 2012-ci il tarixli, 1xx/xx/2134/12 saylı; 13 iyul 2012-ci il tarixli, 1xx/xx/2196/12 saylı; 23 oktyabr 2012-ci il tarixli, 1xx/xx/2441/12 saylı; 08 fevral 2013-cü il tarixli, 1xx/xx/2603/13 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 1.4- cü bəndində göstərilmişdir ki, kreditin təyinatı iddiaçılara "xxxx" MMC-dən lizinq vasitəsilə “Shachman” və “HOWO” markalı yük avtomaşınlarının alınmasıdır. Lakin buna baxmayaraq, sözügedən yük avtomaşınlarının alınması məqsədilə Cavabdeh MMC-nin bankdan götürdüyü kredit təyinatına uyğun istifadə edilməmiş, Cavabdeh MMC, lizinq obyektini satan "xxxx" MMCyə həmin avtomaşınların alınması üçün kredit götürdüyü puldan heç bir vəsait ödəməmişdir. Əksinə, "xxxx" MMC-dən lizinq obyektləri elə İddiaçı1 və İddiaçı2 pul vəsaitləri hesabına alınmış, nəticədə Cavabdeh MMC təyinatı üzrə istifadə edilməmiş kredit vəsaitlərini və faizlərini lizinq ödənişlərinə daxil edərək İddiaçı1 və İddiaçı2 ödətdirmişdir. Daxili maliyyə lizinq müqavilələri bağlandıqdan bir müddət sonra müqavilə tərəfləri arasında mübahisə yaranmış, mübahisənin həlli məqsədilə tərəflər məhkəməyə müraciət etmişlər. Uzun müddət sürən məhkəmə çəkişmələri nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 2- 2(103)-l 106/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı 90 JUV 522 dövlət qeydiyyat nişanlı, İ- İOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867Z 727 dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867Z 728 dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867Z 729 dövlət qeydiyyat nişanlı avtomobillərin İddiaçı1 və İddiaçı2 alınaraq Cavabdeh MMC-yə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021 -ci il tarixdə icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilmişdir. xx.xx.2021 -ci il tarixdə aşağıda qeyd olunan avtomobillər icra məmuru tərəfindən müvafiq akt tərtib edilməklə duracağa yerləşdirilmişdir: Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı 90 J V 522 dövlət qeydiyyat nişanlı avtomobil və Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2022-ci il tarixdə duracağa yerləşdirilmiş, bununla bağlı akt tərtib edilmiş və Cavabdeh MMC-yə məlumat verilmişdir. Həmin avtomobillər 8 ildir ki, istifadə edliməmişdir. İddiaçı1 və İddiaçı2 avtomaşınları qəsdən zədələməmişlər və ya hər hansı hissəsini sındırmamışlar. Həmin avtomobillərin duracağa yerləşdirilməsi və buna dair akt tərtib edilməsi ilə bağlı icra məmuru tərəfindən Cavabdeh MMC-yə rəsmi məlumat verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan avtomobillər xx.xx.2021-ci il tarixdən artıq İddiaçı1 və İddiaçı2 sahibliyindən çıxmışdır. Belə olan halda, həmin avtomobillərin saz və istismara yararlı vəziyyətdə saxlanılmasına görə, İddiaçı1 və İddiaçı2 heç bir məsuliyyət daşımır və bununla bağlı həmin şəxslərin üzərinə hər hansı məsuliyyət qoyula bilməz. Bundan başqa, bildirirlər ki, lizinq obyekti olan və istifaydəyə verilməli olan HOWO ZZ3317N3867W markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cü ildə qəzaya uğramışdır. Həmin hadisə ilə bağlı vurulmuş zərərin əvəzi sığorta müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə 11.450 manat məbləğində sığorta pulu Sığorta şirkəti tərəfindən mülkiyyətçi kimi Cavabdeh MMCyə ödənilmişdir. Lakin Cavabdeh MMC sığorta pulu hesabına avtomobili təmir etdirməmiş, avtomobilə dəymiş zərəri qarşılamamışdır. Halbuki, sığorta pulu elə avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün ödənilən vəsait olmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, duracaqdakı avtomobillər uzun müddətdir ki, birbaşa açıq havada, qarın, yağışın, günəşin altında qalıblar. Bu faktın da avtomobillərin ümumi və texniki vəziyyətinə təsir etməməsi mümkün deyil. Uzun müddət lizinq fəaliyyətini həyata keçirən Cavabdeh MMC-nin bu barədə məlumatsız olması inandırıcı deyil. Çünki həmin MMC-nin yüzlərlə problemli lizinq müqavilələri və bu müqavilələr üzrə məhkəmə mübahisələri mövcuddur. Həmin müqavilələr üzrə mübahisəli olan lizinq obyektlərinin (avtomobillərin) məcburi qaydada lizinq alandan alınaraq duracağa yerləşdirilməsi halları da yetərincədir. Bütün bunlardan məlumatı olan Cavabdeh MMC nədənsə, avtomobilləri xx.xx.2021-ci il tarixdən bu günə qədər, buna imkanı olduğu halda duracaqdan çıxarmamış, avtomobilləri qəsdən duracaqda saxlamaqla, gələcəkdə süni şəkildə maddi zərərə uğraması görüntüsü yaratmaq, İddiaçı1 və İddiaçı2 qarşı əsassız tələblər irəli sürmək və onlardan əsassız olaraq pul tələb etməklə əsasız varlanmaq məqsədi güdmüşdür. Bu baxımdan hesab edirlər ki, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillərin yararsız vəziyyətə salınmasına görə cavabdehlər İddiaçı1 və İddiaçı2 üzərinə hər hansı öhdəlik, o cümlədən də ümumilikdə 299.436 manat məbləğində pulun tutulması öhdəliyi qoyula bilməz. İddiaçı Cavabdeh MMC-nin bununla bağlı irəli sürdüyü tələb əsassızdır və rədd edilməldiir. Bunlardan başqa, tərəflər arasında bağlanmış daxili maliyyə lizinq müqavilələrinin predmeti olan aşağıda qeyd olunan digər avtomobillər də cavabdehlər İddiaçı1 və İddiaçı2 sahiblik və istifadəsində deyildir: HOWO ZZ3317N3867W markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia irəli sürərək, arasında bağlanmış 2 iyul 2012-ci il tarixli, 09 iyul 2012-ci il tarixli, 26 sentyabr 2012-ci il tarixli, 1 noyabr 2012-ci il tarixli, 04 fevral 2013-cü il tarixli X7 müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçılar tərəfindən Cavabdeh MMC-yə ödənilmiş pulların iddiaçılara qaytarılması, müqavilələr üzrə iddiaçılara lizinqə verilmiş 20 ədəd avtomaşına görə cavabdehə verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomaşınların 2/5 hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması, müqavilələrin 4.2-ci bəndlərinə dəyişiklik edilərək, müqavilələr üzrə ödənilməmiş qalıq borcun hesablanaraq cavabdehə 36 ay müddətində qaytarılması şərtinin əlavə edilməsi ilə yeni müqavilənin imzalanması vəzifəsinin cavabdeh “Standard Lizinq» MMC-yə həvalə edilməsi, iddiaçıların "xxxx" MMC-yə ödədiyi 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC- dən tutularaq iddiaçılara qaytarılması barədə qətnafmə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC də öz növbəsində İddiaçı1 və Klnur İsgəndərova qarşı qarşılıqlı iddia verərək, cavabdehlərdən 359.571 manat məbləğində vaxtı keçmiş lizinq ödənişlərinin, lizinq ödənişləri gecikdirildiyi üçün hesablanmış 81.916 manat dəbbə pulunun, lizinq obyekti təhvil verilmədiyi üçün hesablanmış 308.758 manat dəbbə pulunun, 208.025 manat məbləğində əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması, “SHACMAN SX3315DT406” markalı **-JU-***; 90- JU-171; **-JU-***; 90- JU-173 dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı 90-JU522; **-JV-***; 90- JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iddia əsasında 2- 2(81)-76/2016 saylı işə baxmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə ilk iddianı qismən təmin etmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - “HOWO ZZ3317N3867W” markalı **-JV-***; 90-JV- 523; **-JV-***; **-JZ-***; **-JZ-***; 90- JZ-728; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adma olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli şəhadətnamələrin ləğv edilməsini, həmin avtomobillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınmasını, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsini qət etmişdir. Birinci instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən 32 gün keçdikdən sonra, daha dəqiq xx.xx.2016-cı il tarixdə qətnamə Baş X15 İdarəsi tərəfindən icra olunmuş, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı1 adına, HOWO ZZ3317N3867 markalı ** JZ *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867 markalı ** JZ *** dövlət qeydiyyat nişanlı. HOWO ZZ3317N3867 markalı ** JZ *** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867 markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı2 adına rəsmiləşdirilmişdir. Daha sonra isə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ əsasında özlərinə məxsus həmin avtomobillər üzərində öz mülahizələrinə uyğun sərəncam vermiş, qanuni yolla avtomobilləri üçüncü şəxslərə, vicdanlı alıcılara satmışlar. Qətnamədən Cavabdeh MMC-nin apelyasiya şikayəti verməsi barədə İddiaçı1 və İddiaçı2 yalnız xx.xx.2016-ci il tarixdə yük maşınlarını özgəninkiləşdirildikdən 1 ay sonra bu barədə məhkəmə bildirişini aldıqdan sonra məlumatları olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh MMC, səlahiyyətli nümayəndələri vasitəsilə müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Həmin şikayətlərdən biri əsasında Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsində araşdırma aparılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi rəsmi qaydada Baş X15 İdarəsinə 1 ay 2 gün sonra daxil olduğundan, həmçinin qətnamənin qəbulundan qeyd olunan müddət keçdiyindən, qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən 1 ay müddətində qüvvəyə mindiyindən və qətnamə ilə qeydiyyat hərəkətlərinin aparılması üçün hər hansı məhdudiyyət nəzərdə tutulmadığından xx.xx.2016-cı il tarixdə qeyd edilən avtomobillər İddiaçı1 və İddiaçı2 adına müvafiq qaydada rəsmiləşdirilmişdir. Cavabdeh MMC-nin eyni məzmunlu, yəni avtomaşınların qanunsuz olaraq satılmasına dair başqa bir şikayəti əsasında Bakı Şəhər Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı yuxarıda qeyd olunan xüsusatlar, yəni İddiaçı1 və İddiaçı2 avtomobillər üzərində mülkiyyət hüququnun tanınması barədə məhkəmə qətnaməsi rəsmi qaydada Baş X15 İdarəsinə, qətnamə qəbul edildiyi tarixdən 1 ay 2 gün sonra daxil olması, qətnamənin qəbulundan qeyd olunan müddətin keçməsi və qətnamə ilə qeydiyyat hərəkətlərinin aparılması üçün hər hansı məhdudiyyətin nəzərdə tutulmaması, bu səbəbdən də xx.xx.2016-cı il tarixdə avtomobillərin İddiaçı1 və İddiaçı2 adlarına rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Araşdırma nəticəsində şikayətdə göstərilən hadisədə cinayət hadisəsi olmadığına görə, xx.xx.2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Şəhər Prokurorluğunun həmin xx.xx.2020-ci il tarixli qərarı qüvvədədir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayətlə müraciət edərək MMC-yə məxsus 13 ədəd yük avtomobillərdən 11 ədədinin İddiaçı1 və İddiaçı2 tərəfindən mülkiyyətçiyə qaytarılmaması və digər 2 ədəd avtomobilin yararsız hala salınaraq geri qaytarılması barədə məlumat vermiş və cinayət işinin açılmasını, İddiaçı1 və İddiaçı2 cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli qərraı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh MMCnin vermiş olduğu vəsatət əsasında Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019 -cu il tarixli qərardadına əsasən Cavabdeh MMC tərəfindən “iddiaçıların əməllərinə hüquqi qiymət verilməsini və xüsusi qərardad çıxarılmasına “ dair vəsatət daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 08 iyul 2016- cı il tarixli qətnaməsi hazırda qüvvəyə minməmiş və həmin qətnamədən verilmiş şikayətə baxılmaqdadır. Lakin buna baxmayaraq, iddiaçılar hüquqi qüvvəyə minməmiş qətnaməni əsas tutmaqla xx.xx.2016- cı il tarixdə heç bir hüquqi əsas olmadan HOWO markalı 90- JV-522, 90- JV-523, 90- JV-724 dövlət nömrə nişanlı avtomobillər İddiaçı1, **- JZ-***, **-JZ-***, **-JZ-***, 90- JZ-729 dövlət nömrə nişanlı avtomobillər isə İddiaçı2 adma rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş X15 İdarəsinin cəmiyyətin təqdim etdiyi sorğusuna cavabında xx.xx.2016- cı il tarixdə HOWO markalı 90- JV-522, 90- JV-523. 90- JV-724 dövlət nömrə nişanlı avtomobillər İddiaçı1, 90- JZ-726, **-JZ-***, **-JZ-***, 90- JZ-729 dövlət nömrə nişanlı avtomobillər isə İddiaçı2 adına rəsmiləşdirildiyi qeyd edilir. Göstərilənlərə əsasən “iddiaçıların əməllərinə hüquqi qiymət verilməsini və xüsusi qərardad çıxarılmasını” xahiş edir. Cavabdeh MMC-nin həmin vəsatəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, İŞ № 2-2(103) -840/2019 saylı qərardadında qərara alınmışdır ki, cavabdehlər Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 əməllərinə hüquqi qiymət verilməsini və xüsusi qərardad çıxarılmasına dair vəsatət təmin edilməsin. Bunlardan başqa, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru, icraatında olan 2-2(103)- 1106/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin icrasından yayınmasını əsas gətirərək, İddiaçı1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli protokol tərtib etmiş və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol əsasında işə baxmış Nərimanov Rayon Məhkəməsi, qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı1 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Nərimanov Rayon Məhkəməsinin həmin qərarında bildirilir ki, “Məhkəmə, İddiaçı1 hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də, İddiaçı1 barəsində başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir”. Bütün bu göstərilənlər əsasında müəyyən edilir ki, İddiaçı1 və ( və ya) İddiaçı2 6 ədəd avtomobili - Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanla, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilləri qəsdən zədələməmiş, ehtiyat hissələrini çıxarmamış, itirməmiş və ya avtomobillərin tamlığına və sazlığına başqa cür zərər vurmamışlar. Həmin avtomobillər duracağa yerləşdirilmişdir. Cavabdeh MMCnin həmin avtomobilləri duracaqdan götürməməsinə və bu hərəkətsizliyin törətdiyi mənfi nəticələrə görə nə İddiaçı1, nə də ki, İddiaçı2 hər hansı məsuliyyət daşımır. İddiaçı1, nə də ki, İddiaçı2 həmin avtomobillərə zərər vurmamışlar. İddiaçı1 və İddiaçı2, Cavabdeh MMC-yə qarşı delikt törətməmişlər. Bu halı təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı1 və İddiaçı2 bu avtomobillər 2012-ci ildə lizinqə verilmişdir. Həmin vaxtdan artıq 11 il keçir. 11 il ərzində avtomobillərin dəyərdən düşməsi normal aşınmaya məruz qalması, amortizasiya olunması, uzun müddət dayanacaqda istifadəsiz qaldığı üçün istismara yararsız vəziyyətə düşməsi normal haldır. Həmin avtomobillərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən illik 15% amortizasiya və aşınmaya məruz qalmasının qanunda nəzərdə tutulması, həmin avtomobillərin 2018-ci ildə dəyərinin 0 (sıfır) manata düşməsi qanunidir. Bu baxımdan hesab edirlər ki, avtomobillərə vurulmuş zərərin əvəzinin İddiaçı1 və İddiaçı2 tələb olunması barədə iddia əsassızdır. Həmçinin hesab edirlər ki, 7 ədəd - yəni, HOWO ZZ3317N3867W markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317TN3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı və HOWO ZZ3317N3867W markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında tanınmış və miivatıq dövlət orqanı tərəfindən rəsmiləşdirilmişdir. Daha sonra isə həmin avtomobillər üçüncü şəxslərə satılmışdır. Başqa sözlə desələr, həmin avtomobillər 6 ildən artıqdır ki, İddiaçı1 və İddiaçı2 sahiblik və istifadəsində deyillər. Belə olan vəziyyətdə guya İddiaçı1 və İddiaçı2 həmin avtomobilləri qaytarmaqdan yayınmalarından söhbət gedə bilməz. Göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan 7 avtomobillə bağlı zərərin əvəzinin İddiaçı1 və İddiaçı2 tələb olunması barədə tələb də əsassızdır. Bunlardan başqa, Cavabdeh MMC-nin iddia ərizəsindən görünür ki, MMC, avtomobillərin 2021 -ci ilin iyun ayına bazar dəyərini təşkil edən məbləğin İddiaçı1 və İddiaçı2 tutulmasını tələb edir. Maşınlar 2022- ci ilin Vİ-Vİİ-Vİİİ aylarında təhvil verildiyi halda, hansı əsasla 2021- ci ilin iyun ayına qiymətlənmə aparılır. Bununla bağlı bildirirlər ki, avtomobillərin lizinqə verilməsi barədə tərəflər arasında Daxili maliyyə lizinq müqavilələri 2012-ci ildə bağlanmışdır. Həmin vaxtdan 2022-ci il tarixədək keçən müddətdə digər əşyalar kimi, avtomobillər də köhnəlir, amortizasiya olunur. Yəni müddət keçdikcə avtomobillərin dəyəri azalmış olur. Bu hal "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli MG-16/0221 və MB-16/0222 saylı qiymətləndirmə hesabatı ilə təsdiq olunur. Sözügedən hesabatlarda aşağıdakılar bildirilir: “Xərc yanaşması ilə seçilmiş yararlı vəziyyətdə olan oxşar analoqlara aşınma tətbiq edilərək, bazar dəyəri müəyyən edilmişdir. Belə ki, seçilmiş analoqlara əsasən həmin ilə yararlı vəziyyətdə olan HOWO markalı ANV-nin orta bazar dəyəri 62.000 manat, SHACMAN markalı ANV-nin orta bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan qiymətləndirmə hesabatı ilə avtomobilərin müəyyən edilmiş dəyərləri reallığı əks etdirən məbləğlərdir. Qiymətləndirmə aparılarkən avtomobillərin həm fiziki aşınması, həm funksonal aşınması, həm də iqtisadi aşınması nəzərə alınmışdır. Bunlardan başqa, həmin qiymətləndir Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, Shacman SX3315DT406 markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JU *** dövlət qeydiyyat nişanlı, HOWO ZZ3317N3867W markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillərə mütəxəssis tərəfindən baxış keçirməklə qiymətləndlirmə aparılmışdır. Cavabdeh MMC-nin təqdim etdiyi “X11” MMC-nin qiymətləndirilmə rəyindən isə görünür ki, qiymətləndirmə aparılarkən, duracaqda yerləşdirilmiş avtomobillərin hər hansı birinə əyani baxış keçirmədən, avtomobillərin köhnəlmə indeksi nəzərə alınmadan, “Turbo.az”, “Avto.az”, “Texnika.az”, Makina.az” internet saytlarından istifadə olunaraq, xx.xx.2021-ci il tarixə avtomobilərin bazar dəyəri müəyyən edilmişdir. Rəydə əks olunan qiymətlər reallığı əks etdirmir. Sözügedən qiymətləndirmə işi üçün tapşırıq səhifə 6-da qeyd olunmuşdur ki, özüboşaldan yük avtonəqliyyat vasitələrindən ibarət daşmar əmlakın normal istismar şərtlərində və istismara yararlı vəziyyətdə olması çərçivəsində qiymətləndirilmə tarixinə bazar dəyərinin müəyyən edilməsi qeyd olunmuşdur. Lakin 4 ədəd SHAQMAN markalı maşının 90- JU-170, **-JU-***, 90-JU172, **-JU-***, HOWO markalı 2 ədəd **-JU-***, **- JV-*** markalı yük maşınlarının Nərimanov rayon icra məmuru, Cavabdeh MMC-nin əməkdaşlarının və onların iştirakları ilə maşınların təhvil verilmə aktlarında, Cavabdeh MMC tərəfindən istismara yararsız kimi qeyd edərək təhvil götürməmişlər. Maşınların təhvil-təslim aktlarında istismara yararsız olması Cavabdeh MMC tərəfindən qeyd olunması ekspert rəylərində istismara yararlı qeyd olunması nə dərəcədə düzgündür? Qeyd etdiyim kimi maşınlar 2022- ci ilin Vİ-Vİİ-Vİİİ aylarında təhvil verildiyi halda, hansı əsasla 2021-ci ilin iyun ayına qiymətlənmə aparılır. Səh.7 hesabat 2-də, Qiymətləndirmənin keyfiyyət sertifikatının 3-cü bəndində göstərilir ki, qiymətləndiricilər qiymətləndirilən əmlaka onun fiziki cəhətdən yerləşdiyi ərazidə sahə baxışını həyata keçirmişlər. Əgər baxış keçirmiş olsaydılar yük maşınlarının hansı vəziyyətdə olmasını görər və şəkillərini çəkərdilər. Hesabatda bu şəkillər yoxdur. Bundan başqa satılmış 7 ədəd HOWO markalı yük maşınlarının harada olması məlum olmadığı halda, necə baxış keçirə bilərdilər? Səh.7 hesabat 3-də, məhdudlaşdırıcı şərtlərin 4-cü bəndində göstərilir ki, qiymətləndirilən daşınar əmlak olan 9 ədəd HOWO VƏ 4 ədəd SHAQMAN özüboşaldan yük avtonəqliyyat vasitələrinin sifarişçinin məlumatlarına əsasən 2012-ci ildə yeni vəziyyətdə alındığı, 9 il ərzində normal şərtlərlə istismar edildiyi, vaxtlı-vaxtında servis xidmətləri və texniki baxışdan keçdiyi, qiymətləndirmə tarixinə istismara yararlı vəziyyətdə olduğu ehtimalı qiymətləndirmə üçün məhdudlaşdırıcı şərt kimi qəbul edilmişdir. Əvvəla onu qeyd edir ki, 2012-ci ildə alınmış maşınların qiymətləndirilməsi 23 dekabr 2022- ci il tarixdə aparıldığı üçün 9 il yox, 10 il edir. Həmin yük maşınlarından Cavabdeh MMC tərəfindən yox, aralarında bağlanmış müqaviləyə əsasən onlar tərəfindən istifadə olunmuşdur. Odur ki, yük maşınlarının vaxtlı-vaxtında servis xidmətləri aparılması və texniki baxışdan keçdiyi onlar tərəfindən aparıldığı halda, istifadəçi onlar olduqları halda, Cavabdeh MMC bunları necə edə bilər? Əgər ediblərsə, servis xidmətləri və texniki baxışdan keçirilmə sənədlərini məhkəməyə təqdim etməlidirlər. Həmin yük maşınlarından HOWO markalı 90- JU-522 seriyalı yük maşını 2014-cü ilin axırlarında qəza törətmiş, qəzaya görə “Standard Sığorta” tərəfindən Cavabdeh MMC-yə 11.450 manat təmir pulu ödənildiyi halda, təmir etmədikləri üçün 2014-cü ildən sonra duracaqda yararsız vəziyyətdə qalmışdır. Eyni zamanda SHAQMAN markalı **-JU-*** seriyalı yük maşını 2014-cü ilin axırından mühərriki və sürətlər qutusu yararsız hala düşdüyündən həmin tarixdən duracaqda dayanmışdır. Onun bu sözlərini duracağın işçiləri də təsdiqləyə bilər. SHAQMAN markalı 90- JU-170, **-JU-***, **-JU-***, HOWO markalı **-JU-*** seriyalı yük maşınları da həmin tarixdən 2019-cu ilə kimi Müşfiq qəsəbəsindəki duracaqda işlək vəziyyətdə olmadıqları üçün duracaqda saxlanmışdır. 2019-cu ilin Vlİİ-ayında həmin 4 ədəd yük maşınları X4 tərəflərindən hər bir maşına 10000 manata yaxın cəmi 40000 manat xərc çəkilərək istismara yararlı vəziyyətə gətirilmiş və Qarabağ zonasında işlətmək üçün icarəyə verilmişdir. Həmin şəxs 2019-cu ilin axırlarında vəfat etdiyi üçün istifadəsi dayandırılmış və Qarabağ zonasında hərbi hissənin yanında saxlanılmışdır. 2019-cu ildən sonra həmin maşınlar işləməmişdir. 3 il müddətində çöllərdə qalmış yük maşınları necə istismara yararlı ola bilər? Məlum səbəbdən maşınları gətirmək mümkün olmamışdır. Satılmış 7 ədəd HOWO markalı yük maşınları naməlum istiqamətdə olduğundan qiymətləndirmə tarixinə istismara yararlı və yaxud yararsız vəziyyətdə olmasını necə müəyyən edə bilərdilər? Səh. 14 hesabat 7-də “qiymətləndirmənin məqsədi”ndə də 9 ədəd HOWO və 4 ədəd SHAQMAN yük avtonəqliyyat vasitələrinin qiymətləndirmə prosesində həmin yük maşınlarının normal şərtlərində istismar edildiyi, vaxtlı-vaxtında servis xidmətləri və texniki baxışdan keçdiyi və qiymətləndirmə tarixinə istismara yararlı vəziyyətdə olduğu ehtimalı qiymətləndirmə üçün məhdudlaşdıncı şərt kimi qəbul edilmişdir. Ekspertin bu rəyinə də yuxarıda dedikləri şamil olunur. Səh. 15 hesabat 9-da “Əmlak haqqında qısa məlumat” cədvəlində vaxtında servis xidməti göstərilib, hər il texniki baxışdan keçib, istismara yararlı vəziyyətdə, problemləri, nasazlıqları yoxdur rəyinə də yuxarıda qeyd etdikləri şamil olunur. Səh. 16 hesabat 10-da “Nəqliyyat vasitələrinin qiymətləndirmə yanaşmaları və metodları” bölməsində nəqliyyat vasitəsinin qiymətləndirilməsi zamanı aşağıdakı 3 klassik yanaşma metodundan istifadə edilir. Bazar (müqayisə) yanaşması zamanı yük maşınlarına 10 illik aşınma faizi qeyd olunmamış və hesablanmamışdır. Çəkilmiş xərc (məsrəf) yanaşması onlar tərəfindən aparıldığı üçün “Standard Lizinq“ MMC bu xərci necə bilə bilərdi? Təkrar bazarı olmadıqda aşınmaya görə düzəlişlər aparmaqla təzə analoq metodu ilə bağlı bildirirlər ki, yük avtomaşınlarına 10 illik aşınma hesablanmamışdır. Həmçinin “texniki istismar xarakteristikaları haqqında informasiya tələb olunur” bölməsində maşınların yürüşü, texniki vəziyyəti “Standard Lizinq“ MMC tərəfindən təhvil verilən maşınlara və satılmış maşınlara maşınlar onlar istifadələrində olduğu halda, necə qeyd oluna bilər? “Fiziki aşınma və nəqliyyat vasitəsinin texniki vəziyyəti” bölməsində yük maşınlarına heç bir aşınma hesablanmamışdır. Avtomobil nəqliyyat vasitələri qiymətləndirilməsi zamanı əsas metod - müqayisə yanaşması metodudur və bu metod çox geniş yayılmışdır. Ekspert satılmış maşınların indiki vəziyyətini görə bilmədiyi üçün müqayisə apara bilməzdi. Səh. 17 hesabat 2-də “Xərc yanaşması” bölməsində göstərilən faktlar, Cavabdeh MMC tərəfindən heç bir xərc çəkilmədiyi halda, istismar xərcləri onlar tərəfindən aparıldığı üçün Cavabdeh MMC bunu necə qeyd edə bilər? “Ekspertin texniki və xarici görünüşün dəyişdirilməsi üçün xərc çəkilməmişdir” fikri tamamilə yanlış fikirdir. Əgər maşınları görmüş olsaydı təhvil verilmiş yük maşınlarının xarici görünüşünün dəyişməsinə çəkilən xərcləri görərdi. Eyni zamanda onu da qeyd edirlər ki, satıcıdan alınmış 20 ədəd HOWO və SHAQMAN markalı yük maşınlarının alınmasına Cavabdeh MMC tərəfindən heç bir vəsait ödənmədiyi halda, necə özünə balans dəyəri hesablaya bilər? Səh. 26 cədvəl 4-də “Ehtimal edilən istismar şəraiti” cədvəlində 1 maşına gündəlik yürüş 336 km, aylıq yürüş 10080 km, illik yürüş 120960 km qeyd olunur. Buradan belə görünür ki, ağır tonnajlı yük maşını 1 gündə olsun təmirə dayanmır, halbuki ağır tonnajlı yük maşınları ayın 1520 gün ancaq işləyə bilir. Cədvəl 5. İstismar şərtləri və gəlirlər cədvəlində bir səfərə daşıyacağı yükün orta çəkisi 30- 35 ton göstərilir. Lakin həmin yük maşınlarına 22 tondan artıq daşımağa icazə verilmirdi. Onu da qeyd etməyi vacib bilirlər ki, həmin yük maşınları, daim ağır tonnajlı işlərdə, təmir olunmalı yol çəkilişi işlərində, daim çınqıllı yollarda işlədiyi üçün aşınma faizi digər nəqliyyat vasitələrinə hesablanan illik 15 faiz yox, 20-25 faiz illik aşınma faizi hesablanmalıdır. Hesab edirlər ki, bu üsulla aparılmış qiymətləndirmə ilə müəyyən edilən məbləğlərin cavabdehlərdən tutulmasının heç bir hüquqi əsası yoxdur, qanunvericiliyin tələblərinə və ədalətlilik prinsipinə ziddir. Bildirirlər ki, həmin avtomobillərə qiymətləndirici tərəfindən baxış keçirmədən onlara təqdim edilmiş sənədlər əsasında qiymət qoyulmuşdur. Göstəriləndərə əsasən hesab edirlər ki, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh İddiaçı1 172.745 manat, digər cavabdeh İddiaçı2 126.691 manat məbəlğində pulun iddiaçı MMC-nin xeyrinə tutulması barədə iddianın təmin edilməsi üçün hüquqi əsas yoxdur. Cavabdeh MMC-nin irəli sürdüyü ikinci tələb - əldən çıxmış fayda olaraq 257.400 manat məbləğində pulun cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı MMC-nin xeyrinə tutulması barədədir. Birinci, bu tələbin təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, 13 ədəd avtomobil Xanlar Məmədov və İddiaçı2 təqsiri üzündən MMC-yə qaytarılmamışdır. Lakin yuxarıda qeyd olunduğu kimi, həmin avtomobillərin MMC-yə qaytarılmaması faktı üzrə İddiaçı1 və İddiaçı2 təqsirini müəyyən edən cinayət təqibi orqanının və ya məhkəmənin qoran yoxdur. Bu halı təsdiq edən sübut da iş materiallarında yoxdur. Ona görə də hesab edirlər ki, Cavabdeh MMC gəlirindən məhrum olmuşsa belə, bunda İddiaçı1 və İddiaçı2 heç bir təqsiri yoxdur. İkinci, AR MM-in 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Qanunun mənasına görə, əldən çıxmış fayda çəkilmiş ağlabatan xərclərlə müəyyən olunur. İddiaçının hər hansı mötəbər sübutla təsdiq edilməyən və güman olunan xərcləri və ya qazancı əldən çıxmış fayda kimi qəbul edilə və təmin edilə bilməz. İddiaçı əldən çıxmış faydanı əldə etmək üçün hər hansı tədbir görməsi və hazırlıq işləri aparması (maşınların qəbulu, təmiri, istifadəsi, satılması, icarəyə (lizinqə) verilməsi və s.) barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir (qanunvericiliyin tələbinə görə, bu haclarla bağlı sübut etmə vəzifəsi məhz iddiaçının üzərinə düşür). Əksinə, iddiaçı maşınları qəbul etdikdən sonra uzun müddət onların duracaqda qalaraq yararsız hala düşməsinə laqeyd yanaşmış, zərərin yaranmasına və artmasına özü səbəb olmuşdur. Bu səbəbdən də MMC əldən çıxmış faydanı cavabdehlərdən tələb edə bilməz. Bu tələb də əsassızdır. Üçüncü, MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu halda cavabdehlərin hər hansı təqsirli davranışı (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmadığına görə onlar məsuliyyətə cəlb edilə bilməzlər. AR MM-in tələblərinə görə, öhdədiyin yaranması üçün delikt törədilməlidir. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə qarşı mülki hüquq pozuntusu (delikt) və ya cinayət əməli törədilməmişdir. Sonuncu halla bağlı məhkəmə və istintaq orqanlarının qərarları, var və onlar qüvvədədir. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 240.500 manat va cavabdeh İddiaçı2 171.000 manat vurulmuş ziyanın; 257.400 manat əldən çıxmış faydanın; vəkil xərcinin əvəzi olaraq 210 manat; ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 410 manat, qiymətləndiricinin hesabatlarına gorə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, dövlət rüsumunun əvəzi olaraq 850,27 manat məbləğinin isə cavabdehlər cavabdeh İddiaçı1 va İddiaçı2 müştərək qaydada tutularaq iddiaçı “Standard” Lizinq” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və qarşılıqlı iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar qarşılqılı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və qarşılıqlı iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin və ilkin iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası üzrə verilmiş 12 iyun 2023-cü il tarixli, 9/2589 nömrəli ekspert rəyi ilə bağlı yaranmış sualları cavablandırmaq üçün ilkin iddia üzrə iddiaçılar qarşılqılı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən ekspert X1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə cəmi 6 ədəd avtomobilə, 4 ədəd avtomobilə Qobustan şəhərinin yaxınlığında, 2 ədəd avtomobilə isə Müşviq postunda baxış keçirmişdir. xx.xx.2023-cü il tarixli rəy məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd etdiklərini təsdiq edir. Ekspert K.Dünyamalıyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobillərin dəyəri bazarda formalaşan qiymət ilə müəyyən edilir. Buna görə də avtomobilllərin bazar qiyməti müəyyən edilərkən amortizasiya faizi tətbiq edilmir. Həmin əmlaka buraxılış ilinə uyğun qiymət müəyyən edilir. Eyni tipli mallar bazarda satışda olduqda onların dəyəri amortizasiya faizləri çıxılmaqla deyil, bazardakı qiymətlə müəyyənləşdirilir. Yararlı vəziyyətdə olan avtomobillər qiymətləndirilərkən ekspertiza mərkəzində olan məlumatlar və internet saytlarından istifadə edilir. Hazırkı halda stifadə edilmiş, lakin istifadə edilməyə yararlı olan avtomobillərin qiyməti müəyyən edilmişdir. Baxış keçirilmiş avtomaşınlar yararsız vəziyyətdə olduğundan onların hazırkı vəziyyətdə bazar dəyəri hərəkətverici hissələrinin texniki vəziyyətinə uyğun qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 arasında bağlanılmış DLM231 nömrəli xx.xx.2012-ci il tarixli X7 müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq verən alqı-satqı müqaviləsində Lizinq obyektinin satıcısına həmin obyektin lizinq alana lizinqə verilməsıni şərtləndirməyi öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 200.000 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə xərcləri ödəmək məqsədilə lizinq verənə 4.400 məbləğində birdəfəlik mükafat ödəyir. 2.2-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi Lizinq verənin və Lizinq alanın nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. 2.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə keçir. 2.4-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə sahiblik və istifadə hüququ Lizinq alana keçir. 2.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 21% təşkil edir. Lizinq müddəti təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 5.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.4. bəndində göstərilən Lizinq obyektinin qiymətinin 2,5% miqdarında 5.000 manat avansı bu müqavilə imzalandığı andan 5 gün müddətində ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ümumi məbləği 305.363,35 manat, o cümlədən: • Lizinq obyektinin amortizasiya ödənişləri 200.000 manat; • Lizinq verənin mükafatının məbləği 76.513,35 manat; • Bank Xidməti haqqı 200 manat; • Birdəfəlik Bank mükafatı 4.400 manat; • Sığorta haqqı 24.250 manat 5.3-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikində (əlavə 2) müəyyən edilir. 5.4-cü bəndinə əsasən lizinq alan hər ayın 30 (otuz) tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlənnin qrafikinə (əlavə 2) müvafiq olaraq İizinq ödənişlərinı həyata keçirir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. DLM231 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 40.000 manat və istehsal ili 2012-ci il olan 5 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobiliözüboşaldan) təsdiq edirlər. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 06 iyul 2012-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, DLM231 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd 40.000 manat dəyərində “SHACMAN SX3315DT406” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 40.000 manat dəyərində “SHACMAN SX3315DT406” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 40.000 manat dəyərində “SHACMAN SX3315DT406” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 40.000 manat dəyərində “SHACMAN SX3315DT406” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) və 1 ədəd 40.000 manat dəyərində “SHACMAN SX3315DT406” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin və lizinq alan İddiaçı1 imzası və möhürü ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən (əlavə 2) görünür ki, DLM231 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alan İddiaçı1 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2012-ci ildir) hər ay 8.200 manat, 36-cı ayda (xx.xx.2015-ci ildə) 8.763,51 manat olmaqla cəmi 295.763,51 manat lizinq ödənişlərini “Standard” Lizinq” MMC-yə ödəməli idi. Ödəniş cədvəli (əlavə 2) lizinq verənin və lizinq alanın imzası və möhürü ilə təsdiq edilmişdir. QSC “Bank Standard” Kommersiya Bankı (kreditor) “Standard” Lizinq” MMC (borc alan) arasında bağlanılmış 1xx/xx/2134/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur ki, kreditor borc alana 200.000 manat məbləğində kredit verir və kredit "xxxx" MMC-dən 5 ədəd Shacman SX3315DT406 markalı nəqliyyat vasitəsinin (özüboşaldan) alınması məqsədilə ilə verilir. Lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 arasında bağlanılmış DLM290 nömrəli xx.xx.2012-ci il tarixli X7 müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq verən alqı-satqı müqaviləsində Lizinq obyektinin satıcısına həmin obyektin lizinq alana lizinqə verilməsıni şərtləndirməyi öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 180.000 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə xərcləri ödəmək məqsədilə lizinq verənə 3.440 məbləğində birdəfəlik mükafat ödəyir. 2.2-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi Lizinq verənin və Lizinq alanın nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. 2.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə keçir. 2.4-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə sahiblik və istifadə hüququ Lizinq alana keçir. 2.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 20% təşkil edir. Lizinq müddəti təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 5.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.4. bəndində göstərilən Lizinq obyektinin qiymətinin 16% miqdarında 28.800 manat avansı bu müqavilə imzalandığı andan 5 gün müddətində ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ümumi məbləği 261.655,51 manat, o cümlədən: • Lizinq obyektinin amortizasiya ödənişləri 180.000 manat; • Lizinq verənin mükafatının məbləği 59.175,51 manat; • Bank Xidməti haqqı 200 manat; • Birdəfəlik Bank mükafatı 3.440 manat; • Sığorta haqqı 18.840 manat 5.3-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikində (əlavə 2) müəyyən edilir. 5.4-cü bəndinə əsasən lizinq alan hər ayın 30 (otuz) tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlənnin qrafikinə (əlavə 2) müvafiq olaraq İizinq ödənişlərinı həyata keçirir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. DLM290 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 45.000 manat və istehsal ili 2012-ci il olan 4 ədəd HOWO ZZ3317N3867W markalı yük avtomobiliözüboşaldan) təsdiq edirlər. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 28 sentyabr 2012-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, DLM290 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd 45.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 45.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 45.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) və 1 ədəd 45.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin imzası və möhürü ilə, lizinq alan İddiaçı1 adından “İsgəndərov” soyadlı şəxsin imzası ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən (əlavə 2) görünür ki, DLM290 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alan İddiaçı1 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2012-ci ildir) hər ay 6.350 manat, 36-cı ayda (xx.xx.2015-ci ildə) 6.965,67 manat olmaqla cəmi 229.215,67 manat lizinq ödənişlərini “Standard” Lizinq” MMC-yə ödəməli idi. Ödəniş cədvəli (əlavə 2) lizinq verənin və lizinq alanın imzası və möhürü ilə təsdiq edilmişdir. QSC “Bank Standard” Kommersiya Bankı (kreditor) “Standard” Lizinq” MMC (borc alan) arasında bağlanılmış 1xx/xx/2441/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur ki, kreditor borc alana 80.000 manat məbləğində kredit verir və kredit "xxxx" MMC-dən 4 ədəd HOWO markalı nəqliyyat vasitəsinin (ekskavator) alınması məqsədilə ilə verilir. Lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 arasında bağlanılmış DLM302 nömrəli xx.xx.2012-ci il tarixli X7 müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq verən alqı-satqı müqaviləsində Lizinq obyektinin satıcısına həmin obyektin lizinq alana lizinqə verilməsıni şərtləndirməyi öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 45.000 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə xərcləri ödəmək məqsədilə lizinq verənə 860 məbləğində birdəfəlik mükafat ödəyir. 2.2-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi Lizinq verənin və Lizinq alanın nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. 2.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə keçir. 2.4-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə sahiblik və istifadə hüququ Lizinq alana keçir. 2.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 21% təşkil edir. Lizinq müddəti təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 5.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.4. bəndində göstərilən Lizinq obyektinin qiymətinin 16% miqdarında 7.200 manat avansı bu müqavilə imzalandığı andan 5 gün müddətində ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ümumi məbləği 65.187,71 manat, o cümlədən: • Lizinq obyektinin amortizasiya ödənişləri 45.000 manat; • Lizinq verənin mükafatının məbləği 14.417,71 manat; • Bank Xidməti haqqı 200 manat; • Birdəfəlik Bank mükafatı 860 manat; • Sığorta haqqı 4.710 manat 5.3-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikində (əlavə 2) müəyyən edilir. 5.4-cü bəndinə əsasən lizinq alan hər ayın 30 (otuz) tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlənnin qrafikinə (əlavə 2) müvafiq olaraq İizinq ödənişlərinı həyata keçirir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. DLM302 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (qiyməti 45.000 manat və istehsal ili 2012-ci il olan 1 ədəd “HOWO ZZ3317N3867W” markalı markalı yük avtomobiliözüboşaldan) təsdiq edirlər. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 06 noyabr 2012-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, DLM302 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd 45.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin imzası və möhürü, lizinq alan İddiaçı1 adından “Həşimov” soyadlı şəxsin imzası ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən (əlavə 2) görünür ki, DLM302 nömrəli xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alan İddiaçı1 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2012-ci ildir) hər ay 1.600 manat, 36-cı ayda (xx.xx.2015-ci ildə) 902,54 manat olmaqla cəmi 56.927,57 manat lizinq ödənişlərini “Standard” Lizinq” MMC-yə ödəməli idi. Ödəniş cədvəli (əlavə 2) lizinq verənin və lizinq alanın imzası və möhürü ilə təsdiq edilmişdir. Lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı2 arasında bağlanılmış DLM326 nömrəli xx.xx.2013-cü il tarixli X7 müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən lizinq verən alqı-satqı müqaviləsində Lizinq obyektinin satıcısına həmin obyektin lizinq alana lizinqə verilməsıni şərtləndirməyi öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 260.000 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə xərcləri ödəmək məqsədilə lizinq verənə 4.250 məbləğində birdəfəlik mükafat ödəyir. 2.2-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi Lizinq verənin və Lizinq alanın nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. 2.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə keçir. 2.4-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan Lizinq obyektinə sahiblik və istifadə hüququ Lizinq alana keçir. 2.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 20% təşkil edir. Lizinq müddəti təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. 5.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.4. bəndində göstərilən Lizinq obyektinin qiymətinin 28,5% miqdarında 74.000 manat avansı bu müqavilə imzalandığı andan 5 gün müddətində ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ümumi məbləği 358.848,99 manat, o cümlədən: • Lizinq obyektinin amortizasiya ödənişləri 260.000 manat; • Lizinq verənin mükafatının məbləği 71.198,99 manat; • Bank Xidməti haqqı 200 manat; • Birdəfəlik Bank mükafatı 4.250 manat; • Sığorta haqqı 23.200 manat 5.3-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikində (əlavə 2) müəyyən edilir. 5.4-cü bəndinə əsasən lizinq alan hər ayın 30 (otuz) tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlənnin qrafikinə (əlavə 2) müvafiq olaraq İizinq ödənişlərinı həyata keçirir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. DLM326 nömrəli xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, lizinq verən “Standard” Lizinq” MMC ilə lizinq alan İddiaçı2 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 52.000 manat və istehsal ili 2012-ci il olan 5 ədəd “HOWO ZZ3317N3867W” markalı markalı yük avtomobiliözüboşaldan) təsdiq edirlər. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 07 fevral 2013-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, DLM326 nömrəli xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd 52.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 52.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 52.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012), 1 ədəd 52.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) və 1 ədəd 52.000 manat dəyərində “HOWO ZZ3317N3867W” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2012) yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı2 təhvil verilmişdir. Təhvil-təslim aktı llizinq verənin və lizinq alan İddiaçı2 imzası və möhürü ilə təsdiq edilmişdir. Ödəniş cədvəlindən (əlavə 2) görünür ki, DLM326 nömrəli xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alan İddiaçı2 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2013-cü ildir) hər ay 7.800 manat, 36-cı ayda (xx.xx.2016-cı ildə) 7.398,95 manat olmaqla cəmi 280.398,95 manat lizinq ödənişlərini “Standard” Lizinq” MMC-yə ödəməli idi. Ödəniş cədvəli (əlavə 2) lizinq verənin və lizinq alanın imzası və möhürü ilə təsdiq edilmişdir. QSC “Bank Standard” Kommersiya Bankı (kreditor) “Standard” Lizinq” MMC (borc alan) arasında bağlanılmış 1xx/xx/2603/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə müəyyən olunur ki, kreditor borc alana 200.000 manat məbləğində kredit verir və kredit "xxxx" MMC-dən 5 ədəd HOWO markalı nəqliyyat vasitəsinin (özüboşaldan) alınması məqsədilə ilə verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 01 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi əsasında “HOWO ZZ3317N3867W” markalı **-JV-***, **-JV-***, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin adından qeydiyyatdan çıxarılaraq İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə nəqliyyat vasitələri alqı-satqı müqaviləsi əsasında İddiaçı1 adından qeydiyyatdan çıxarılaraq X3 adına rəsmiləşdirilmiş, xx.xx.2017-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq başqa şəxslərə satılmışdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi əsasında “HOWO ZZ3317N3867W” markalı **-JZ-***, **-JZ-***, **-JZ-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə nəqliyyat vasitələri alqı-satqı müqaviləsi əsasında İddiaçı2 adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmiləşdirilmiş, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq başqa şəxslərə satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə (qətnaməsinə) əsasən müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ- ***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektləri Cavabdeh MMC-yə qaytarılmalıdır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Nərimanov rayon icra şöbəsinin icra məmurları (Cəmil Tağıyev və Elzamin İsayev), borclu İddiaçı1, tələbkar Cavabdeh MMC (nümayəndə Murad Şabanzadə) və hal şahidləri Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı-Şamaxı yolu Müşfiqabad qəsəbəsinə gəlmişlər, borclu İddiaçı1 icra vərəqəsində qeyd olunan “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomobilləri onlara təqdim etmiş, avtomobillərə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin avtomobillər istismara yararsızdır. İcra hərəkətləri zamanı avtomobillər istismara yararsız olamsına baxmayaraq tələbkarın nümayəndəsinə götürülməsi üçün təklif edilmiş, təklifə cavab olaraq tələbkarın nümayəndəsi tərəfindən bildirilmişdir ki, hər iki avtomobilin dəyəri yararsız olduğundan çox aşağıdır və bu səbəbdən onun yerindən daşınması xərclərini hal-hazırda ödəmək imkanında deyillər və bu səbəbdən avtomobillərin götürülməsi üçün 10 gün vaxt istəmişlər. Bununla yanaşı borclu İddiaçı1 icra məmurunun tələbinə cavab olaraq icra sənədində qeyd edilən digər avtomobillərin bir hissəsinin lizinq verənin mülkiyyətindən çıxarıldığını və özgəninkiləşdirilmiş digər avtomobillər Qarabağ ərazisində olduğundan qısa müddət ərzində gətiriləcəkdir. Akt iştirak edən şəxslərin, o cümlədən tələbkar Cavabdeh MMC-nin nümayəndəsinin və borclu İddiaçı1 imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Nərimanov rayon icra şöbəsinin icra məmuru (Zamiq Kazımov), tələbkar Cavabdeh MMC (nümayəndə Murad Şabanzadə) və hal şahidlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı “SHACMAN SX3315DT406” markalı **- JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin tələbkarın nümayəndəsinə təhvil verilməsi məqsədilə Qaradağ rayonu Lökbatan qəsəbəsinin 16-cı km-liyində yerləşən BDYP-nin duracağında olmuşlar, lakin tələbkarın nümayəndəsi sadalanan avtomobillərin istismara tam yararsız olmasını əsas gətirərək götürməkdən imtina etmiş, həmçinin bildirmişdir ki, avtomobillərin çox hissələri dəyişdirilməlidir. Bununla bağlı ətraflı qüsur aktı təqdim edəcəyini qeyd etmişdir. Akt iştirak edən şəxslərin, o cümlədən tələbkar Cavabdeh MMC-nin nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli icra sənədi üzrə təhvil verilməli yük avtomobillərin yerinin müəyyən olunmasına dair aktdan görünür ki, Nərimanov rayon icra şöbəsinin icra məmurları (Zamiq Kazımov və Azər Əliyev), borclu şəxs İddiaçı1 və hal şahidlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə qaytarılmalı olan “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərindən (yük avtomobillərindən) “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət nömrə nişanlı yük avtomobili borclu tərəfindən Qaradağ rayonunda (16 km-də olan 18 saylı cərimə meydançasında) yerləşən saxlama meydançasına yerləşdirilmişdir. Lizinq predmetinin vəziyyəti aşağıdakı kimidir: - istismara yararlığını yoxlamaq mümkün olmamış, kabin qurğusu sökülmüş vəziyyətdədir, akkumulyator və dövlət nömrə nişanları yoxdur, avtomobilin digər qüsurlarını yoxlamaq səlahiyyətdən kənar olduğundan buna dair qüsurları mütəxəssislərin köməyi ilə müəyyən etmək mümkündür. Akt tərəflərin o cümlədən borclu İddiaçı1 imzası ilə təsdiq edilmişdir. "xxxx" MMC-nin 05 avqust 2022-cü il tarixli qiymətləndirmə hesabatına (rəyinə) əsasən xx.xx.2022-ci il tarixə 1 ədəd «HOWO ZZ3317N3867W» markalı 90-JV- 522 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi metal qırıntısı kimi qiymətləndirilməklə (qeyd: Baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi tam yararsız vəziyyətdədir. Nəqliyyat vasitəsinə aid olan sürücü kabinası sökülmüş vəziyyətdə olan nəqliyyat vasitəsindən ayrılmış və dayanacaq ərazisində aşkar olunub. Sökülmüş vəziyyətdə olan və nəqliyyat vasitəsinin ramalarının üzərinə qoyulmuş mühərrik həmin nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin mühərrik yararsız vəziyyətdə və üzərində müəyyənedici nişanlar mövcud deyildir. Ötürücü sürətlər qutusu, salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s.) mövcud deyildir) 1 ton metal qırıntısı üçün alış qiyməti 450 manat müəyyənləşdirilməklə bazar dəyəri 15,18 ton (yüksüz kütləsi) - 2 ton (mövcud olmayan hissələr) = 13,18 ton x 450 manat = 5.931 manat və 1 ədəd «SHACMAN SX3315DT406» markalı 90-JU173 dövlət qeydiyyat nişanlı nəqliyyat nəqliyyat vasitəsi metal qırıntısı kimi qiymətləndirilməklə (qeyd: Baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi yararsız haldadır və istismara yararlı deyil. Nəqliyyat vasitəsinin mühərriki, ötürücü sürətlər qutusu və salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s.) mövcud deyildir) 1 ton metal qırıntısı üçün alış qiyməti 450 manat müəyyənləşdirilməklə bazar dəyəri 16,6 ton (yüksüz kütləsi) - 2 ton (mövcud olmayan hissələr) = 14,6 ton x 450 manat = 6.570 manat olmaqla cəmi 12.501 manat dəyərində müəyyən edilmişdir. Qeyd: Qiymətləndirilən nəqliyyat vasitələrinin tam yararsız vəziyyətini nəzərə alaraq və onları işlək vəziyyətinə qaytarmaq mümkün olmadığı üçün qiymətləndirici onları metal qırıntısı kimi qiymətləndirmişdir (ləğvetmə dəyəri). Metal qırıntısı qəbul edən “X13” MMC şirkətinin avqust 2022-ci il üçün 1 ton metal qırıntısı üçün alış qiyməti 450 manat müəyyənləşdirilmişdir. “X10.” MMC-nin 23 dekabr 2022-cü il tarixli, 02QH/12-22 saylı qiymətləndirmə rəyinə əsasən xx.xx.2021-ci il tarixinə 9 ədəd «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV- ***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bazar dəyəri 238.723 manat və 4 ədəd «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90-JU171; **-JU-***; 90-JU173 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bazar dəyəri isə 98.856 manat olmaqla cəmi 337.578 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 17 fevral 2023-cü il tarixli, MB-16/0221 saylı qiymətləndirmə hesabatına (rəyinə) əsasən xx.xx.2023-cü il tarixinə müvafiq olaraq “HOWO ZZ3317N3867W” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.800 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “HOWO ZZ3317N3867W” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.300 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “HOWO ZZ3317N3867W” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.000 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “HOWO ZZ3317N3867W” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.700 manat və “HOWO ZZ3317N3867W” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.200 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb) dəyərində müəyyən edilmişdir. Qeyd: Sifarişçinin (İddiaçı2) məlumatına əsasən avtonəqliyyat vasitələri yararsız vəziyyətdədir və qiymətləndirmə yararsız vəziyyətdə olması nəzərə alınaraq aparılmışdır. Təqdim edilmiş akta əsasən maşınların istismara yararlığını yoxlamaq mümkün olmamış, kabin qurğusu sökülmüş vəziyyətdə, akkumulyator yoxdur. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 17 fevral 2023-cü il tarixli, MB-16/0222 saylı qiymətləndirmə hesabatına (rəyinə) əsasən xx.xx.2023-cü il tarixinə müvafiq olaraq “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.900 manat, “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.300 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.100 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.500 manat (baxışa təqdim edilmədiyindən, qiymət il və istismar şəraitinə uyğun aşınma ilə hesablanıb), “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.200 manat, “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.700 manat, “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.900 manat və “SHACMAN SX3315DT406” markalı **- JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4.800 manat dəyərində müəyyən edilmişdir. Qeyd: Sifarişçinin (İddiaçı1) məlumatına əsasən avtonəqliyyat vasitələri yararsız vəziyyətdədir və qiymətləndirmə yararsız vəziyyətdə olması nəzərə alınaraq aparılmışdır. Təqdim edilmiş akta əsasən maşınların istismara yararlığını yoxlamaq mümkün olmamış, kabin qurğusu sökülmüş vəziyyətdə, akkumulyator yoxdur. Ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə müxtəlif vaxtlarda (2012-ci ildə) ödənişlər edilmişdir. Kassa mədaxil qəbzləri və ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 660.250 manat pul vəsaiti ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyul 2016-cı il tarixli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 389.730 manat əsas məbləğ və 58.459,50 manat faiz məbləği, cəmi 448.189,5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddiası təmin edilməmişdir. Həmçinin qətnamə ilə müəyyən olunur ki; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; 90-JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90-JU171; **-JU-***; 90- JU-173 dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi üzrə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli Qətnaməsi qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; 90- JV-724; 90-JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90- JU-171; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı 90-JU522; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **- JZ-***; **-JZ-***; 90-JZ728; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-201/19 saylı iş üzrə qəbul etdiyi 28 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti tam, Cavabdeh MMC-nin kassasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-2(103)-07/2018 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı iş üzrə 08 iyul 2016-cı il tarixli qətnaməsinin qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; 90-JV523; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU- ***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU- ***; 90-JV521 dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq Cavabdeh MMCyə qaytarılması» hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiasının “iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312332 manat borc (241342 əsas borc, 70990 manat faiz), 1000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; 90-JU171; **-JU-***; 90- JU173 dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı 90- JU-522; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin Cavabdeh MMC-yə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 290 manat pulun 145 manatı müştərək qaydada İddiaçı1 və İddiaçı2, 145 manatının isə Cavabdeh MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-5/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2- 2(103)-840/2019 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə qismən – “ilk iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2-2(103)57/2022 saylı qətnaməsi ilə iddiaçılar və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-76/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2016-cı il 8 iyul tarixli qətnaməsi qismən, yəni iddiaçılar tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və Cavabdeh MMC tərəfindən iddiaçılara qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilmiş, iddiaçıların cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 389.730 manat əsas məbləğ və 58.459,50 manat faiz məbləği, cəmi 448.189,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi qət edilmiş, Cavabdeh MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə ilk iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-601/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli, 2- 2(103)-57/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “X10” MMC-nin hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “LCG” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı1 və İddiaçı2 pretenziya məktubu ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. LPO QSC “Bank Standart” KB tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2013-xx.xx.2015-ci illər əhatə edən dövrdə 5 ədəd HOVO ZZ3317N3867V markalı texnika üçün "xxxx" MMC-nin hesabına 220.338,98 manat pul vəsaiti köçürülmüşdür. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədini Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Qərardan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 1106/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə qaytarılmalı olan “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ- ***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərindən (yük avtomobillərindən) “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri tələbkar Cavabdeh MMC-yə təhvil verilməsi məqsədi ilə görünüşdə istismara yararsız vəziyyətdə borclu tərəfindən duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)- 76/2016 saylı qətnaməsinə əsasən «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; 90-JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən borclu tərəfindən həmin avtomobillərin tələbkara təhvil verilməsi mümkün deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2589 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 6 ədəd yük avtomobillərinin hazırki təyinatı üzrə istifadəyə tam yararsız vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 43.500 manat, ekspertiza təyini qərardadda qeyd edilən 13 ədəd yük avtomobillərin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 455.000 (13x35.000 manat) manat müəyyən olunur. Həmin yük avtomobillərinin ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş dəymiş ziyanın hesabatından görünür ki, tam yararsız vəziyyətdə olan (“SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **- JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **- JV-*** dövlət nömrə nişanlı) avtomobillər və geri qaytarılmayan (“HOWO ZZ3317N3867W” markalı **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı) avtomobillər üzrə cəmi dəymiş ziyanın məbləği 411.500 manat, o cümlədən İddiaçı1 aid hissə 240.500 manat, İddiaçı2 aid hissə 171.000 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilkin Cavabdeh MMC (lizinq verən) ilə ilkin İddiaçı1 (lizinq alan) arasında bağlanmış 02 iyul 2012-ci il tarixli DLM231 saylı, 26 sentyabr 2012-ci il tarixli DLM290 saylı, 01 noyabr 2012-ci il tarixli DLM302 saylı; ilkin Cavabdeh MMC ilə ilkin İddiaçı2 arasında bağlanmış 09 iyul 2012-ci il tarixli DLM237 saylı; 04 fevral 2013-ci il tarixli DLM326 saylı X7 müqavilələrinə əsasən cəmi 20 ədəd “Howo” markalı və “Shacman” markalı yük avtomaşınları müvafiq olaraq İddiaçı1 və İddiaçı2 lizinqə verilmişdir. İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 lizinq müqavilələri üzrə əsas və faiz borclarından müəyyən ödənişlər etsə də, həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bununla bağlı lizinq müqavilələrinə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Hazırda ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq mübahisəli lizinq müqavilələrinə əsasən faizlər üzrə ödənilmiş 105.125,41 manat məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə və faizlər üzrə ödənilmiş 97.743,35 manat məbləğində pul vəsaitinin isə İddiaçı2 xeyrinə tutulmasını tələb edir və iddialarını onunla əsaslandırır ki, ilkin Cavabdeh MMC mübahisəli lizinq obyektlərinin alınması məqsədilə QSC “Standard Bank” KB-dən kredit götürsə də, kreditdən təyinatı üzrə istifadə etməmiş, satıcı "xxxx" MMC-yə lizinq obyekti olmuş yük avtomaşınlarının dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, birincisi, Mülki Məcəllənin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən izinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Sözügedən normaların məzmunundan da göründüyü kimi lizinq verənin lizinq obyektini özünə məxsus maliyyə vəsaiti hesabına əldə etməsi qanunla qadağan edilməmişdir. İkincisi, tərəflər arasında bağlanmış lizinq müqavilələrində də lizinq obyektlərinin məhz kredit vəsaiti hesabına alınmalı olması barədə şərt nəzərdə tutulmamış, eləcə də lizinq verənin lizinq müqaviləsi üzrə faizləri almaq hüququ lizinq obyektlərinin kredit hesabına alınması ilə şərtləndirilməmişdir. Üçüncüsü, lizinq müqaviləsi uzunmüddətli maliyyələşdirmənin növlərindən biri olmaqla həmin müqavilə bağlanarkən lizinq verənin əmlak (lizinq obyektini) əldə etməkdə marağı mövcud olmur, lizinq müqaviləsinin bağlanmasında lizinq verənin güddüyü əsas məqsəd lizinq obyektinin əldə edilməsi və lizinq alanın icarəsinə verilməsi yolu ilə uzunmüddətli maliyyələşdirməni həyata keçirərək gəlir əldə etməkdən ibarət olur. Bu baxımdan da lizinq verən maliyyələşdirməni öz vəsaiti və ya kredit götürdüyü bankın vəsaiti hesabına həyata keçirməsindən asılı olmayaraq maliyyələşdirmədən faiz formasında təzahür edən gəlir əldə etmək hüququna malikdir. Əks yanaşma lizinq müqaviləsinin mahiyyətinə ziddir. Bununla yanaşı lizinq müqaviləsi üzrə faizlərin lizinq obyektinn əldə etmək üçün alınan kreditə görə faizləri də ehtiva etməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli lizinq müqavilələrinin şərtlərinə əsasən (bənd 5.2) lizinq ödənişlərinə aşağıdakılar aid edilmişdir: Lizinq obyektinin amortizasiya ödənişləri; lizinq verənin mükafatının məbləği; bank xidməti haqqı; birdəfəlik bank mükafatı; sığorta haqqı. Göründüyü kimi hazırkı halda mübahisəli lizinq müqavilələri üzrə lizinq ödənişlərinə lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər daxil edilməmişdir. Halbuki mübahisəli müqavilələr üzrə lizinq obyektlərinin əldə edilməsi məqsədilə ilkin cavabdehin bankdan bir neçə kredit almaqla həmin kreditlər üzrə faizləri ödəmək öhdəliyini üzərinə götürdüyündən (bu işin mübahisəsiz halıdır) lizinq verən lizinq ödənişlərinə lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizləri də daxil etmək hüququna malik olmuşdur. Bundan əlavə o da qeyd edilməlidir ki, ilkin cavabdehin lizinq müqavilələri üzrə lizinq alan qarşısında götürdüyü öhdəlikləri lazimi qaydada icra etməsi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Belə olan halda isə lizinq verən tərəfindən digər müqavilələr (alqı-satqı və kredit müqaviləsi) üzrə bank və satıcı qarşısında öhdəliklərinin pozulması (lizinq obyektinin dəyərini satıcıya ödəməməsi, bankın verdiyi krediti təyinatı üzrə istifadə etməməsi, krediti qaytarmaması və s.) lizinq alanı lizinq müqaviləsi üzrə lizinq verən qarşısında götürdüyü öhdəliklərdən, o cümlədən faiz borcunu ödəmək öhdəliyindən azad etmir. Beləliklə, yuxarıda göstərilən hallar ona dəlalət edir ki, ilkin iddiaçının iddia tələblərinin əsası kimi istinad etdikləri halların (Cavabdeh MMC-nin kredit müqavilələri və alqı-satqı müqavilələri üzrə öhdəlikləri pozaraq kredit vəsaitini təyinatı üzrə istifadə etməməsi və satıcıya lizinq obyektlərinin dəyərini ödəməməsi) mövcudluğu ehtimal edilsə belə, həmin hallar lizinq müqavilələri üzrə ödənilmiş faizlərin qaytarılması barədə ilkin iddianın təmin edilməsi üçün əsas vermir. Odur ki, ilkin iddia əsassız olmaqla rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-840/2019 saylı qətnaməsi ilə “SHACMAN SX3315DT406” markalı **-JU-***; 90-JU171; **-JU-***; 90- JU173 dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı 90- JU-522; **-JV-***; 90-JV- 522; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin qarşılıqlı cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qaytarılması qət edilmiş və həmin hissədə qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki¸ həmin qətnamənin icrası mərhələsində qarşılıqlı cavabdehlər tərəfindən “SHACMAN SX3315DT406” markalı **-JU- ***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı yük avtomaşınları yararsız vəziyyətdə icra məmurlarına təqdim edilərək duracağa yerləşdirilmiş, digər 7 ədəd yük avtomaşını isə ümumiyyətlə qarşılıqlı iddiaçıya qaytarılmamışdır. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh MMC məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan 13 avtomobildən 6-ın yararsız vəziyyətdə qaytarılması, digərlərinin isə qaytarılmaması nəticəsində dəymiş real maddi zərərin, eləcə də əldən çıxmış faydanın qarşılıqlı cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1 və 1097.1, 21-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddianın yararsız vəziyyətdə qaytarılmış avtomobillərə dəymiş real zərərin əvəzi olaraq pulun tutulması hissəsində qarşılıqlı cavabdehlər qarşılıqlı iddiaya etirazlarını həmin avtomobillərin uzun müddət ərzində açıq dayanacaqlarda qalması nəticəsində yararsız vəziyyətə düşməsi, yəni avtomobillərin yararsız vəziyyətə düşməsində onların təqsirinin olmaması ilə əsaslandırmışlar. Bununla bağlı məhkəmə qeyd edir ki, 6 ədəd yük avtomaşının icra məmurlarına təhvil verilərkən yararsız vəziyyətdə olması Nərimanov rayon icra məmurlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli aktlarla öz təsdiqini tapır. Bundan əlavə qarşılıqlı cavabdeh İddiaçı1 məhkəməyə verdiyi izahatında avtomobillərin yararsız vəziyyətə düşməsini qaytarılmamışdan əvvəlki uzun müddət ərzində açıq havada istifadəsiz qalması ilə izah etmiş, bununla da faktiki olaraq avtomobillərin məhz onların sahibliyində olduğu dövrdə yararsız vəziyyətdə düşməsini təsdiq etmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları belə qənaətə gəlməyə əsasən verir ki, qaytarılmış 6 ədəd yük avtomaşını qarşılıqlı cavabdehlərin sahibliyində olduğu müddətdə yararsız vəziyyətə düşmüşdür. Həmin əmlakların qarşılıqlı cavabdehlərin təqsirli hüquqa zidd əməlinin nəticəsində yararsız vəziyyətə düşməsi məsələsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, lizinq müqavilələrinin qüvvədə olduğu müddətdə lizinq obyektlərinin qanuni sahibi kimi qarşılıqlı cavabdehlərin lizinq obyektlərinin işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıması Mülki Məcəllənin 748-7.1-ci və 748-1.8-ci maddələrinin tələblərindən və lizinq müqavilələrinin şərtlərindən (müqavilələrin 2.5-ci və 10.25-ci bəndləri) irəli gəlir. Mülki Məcəllənin: 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lizinq müqavilələrinə xitam verilməsindən sonra qarşılıqlı cavabdehlərin 6 ədəd lizinq obyektinə sahiblik etdiyi dövrə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı cavabdehlərin lizinq obyektlərinə sahiblik etməsi üçün əsas olmuş hal (lizinq müqaviləsinin qüvvədə olması) aradan qalxdığından lizinq müqaviləsinə xitam verildikdən sonra qarşılıqlı cavabdehlərin sözügedən lizinq obyektlərini mülkiyyətçiyə qaytarmamaqla həmin lizinq obyektlərinə sahiblik etməkdə davam etməsi qanunsuz olmuşdur. Digər tərəfdən qarşılıqlı cavabdehlər mübahisəli lizinq obyektlərinə sahiblik edərkən həmin əmlaklara dair bağlanmış lizinq müqavilələrinə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi əsası ilə qarşılıqlı iddiaçı (lizinq verən) tərəfindən xitam verildiyini və belə olan halda sözügedən əmlakların lizinq verənin mülkiyyətində olduğunu bilirdilər. Əmlakı istifadə etməmək, işlək vəziyyətdə saxlamamaq və hətta məhv etmək hüququna malik olan (ictimai mənafelərə qəsd edən hallar istisna olmaqla) mülkiyyətçidən fərqli olaraq əşyanın mülkiyyətçisi olmadığını, yəni həmin əşya üzərində hüquqlarının digər şəxsin mülkiyyət hüququ ilə məhdudlaşdığını bilən sahib (qanunsuz və ya qanuni olmasından asılı olmayaraq) isə sahibliyini mülkiyyətçinin həmin əşya üzərindəki hüquqlarına ziyan vurmayan formada həyata keçirməli, yəni ən azı sahibliyində olan əşyanın yararlı vəziyyətdə saxlanılması üçün elementar ehtiyatlılıq tədbirləri görməlidir. Hazırkı halda isə hətta qarşılıqlı cavabdehlərin iddiaya etirazına əsas kimi istinad etdiyi hallar (lizinq obyektlərindən illər ərzində istifadə edilməməsi, həmin avtomaşınların üzun müddət ərzində açıq duracaqda saxlanılması) da avtomaşınların təqsirli olaraq, yəni qarşılıqlı cavabdehlərin kobud etinadsızlığı nəticəsində yararsız vəziyyətə düşməsinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, lizinq müqavilələrinə xitam verildikdən sonra əmlaka qanunsuz sahiblik edən qarşılıqlı iddiaçıların əmlakı mülkiyyətçiyə qaytarmamaqla yanaşı həmin əmlakın normal vəziyyətdə saxlanılması üçün lazımi ehtiyatlılıq göstərməməsi mülkiyyətçinin əmlak hüququnu pozulmasına və sonuncuya zərər vurulmasına səbəb olan təqsirli olaraq törədilmiş hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu kimi dəyərləndirilməlidir. Qarşılıqlı iddianın 7 ədəd yük avtomaşınının qaytarılmamasına görə dəymiş zərərin tutulması hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2-2(81)-76/2016 saylı qətnaməsi ilə həmin avtomaşınların - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV- ***; **-JV-***; 90-JZ726; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair Cavabdeh MMC-nin adına olan xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində qarşılıqlı iddiaçıların mülkiyyət hüququnun tanınması qət edilmişdir (həmin hissədə qətnamə saonradan ləğv edilmişdir). Həmin qətnamə əsasında 10 avqust 2016-cı il tarixdə həmin avtomaşınlar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmış, bundan sonra xx.xx.2016-cı il tarixdə sonuncular tərəfindən üçüncü şəxslərə satılmışdır. Odur ki, hazırda sözügedən avtomaşınlar İddiaçı1 və İddiaçı2 sahibliyində olmadığından, eləcə də üçüncü şəxslərin mülkiyyətində olduğundan onların qarşılıqlı iddiaçıya qaytarılması mümkün deyil. Qarşılıqlı cavabdehlər həmin hissədə qarşılıqlı iddiaya etirazını mübahisəli avtomaşınlar üçüncü şəxslərə satılarkən onların mülkiyyətində olması, yəni həmin avtomaşınları satmaqla onların mülki hüquq normalarını pozan təqsirli hərəkətə yol verməmələri ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçıların avtomaşınlarla bağlı məhkəmə mübahisəsinin mövcud olmasını və müvafiq qətnamədən apellyasiya şikayətinin verilməsi ehtimalının olmasını bilə-bilə avtomaşınların onların mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsinin 1 ay 2 gün sonra həmin avtomaşınları öz adlarına rəsmiləşdirməsinin və daha 12 gün sonra (məhkəmə qətnaməsinin qəbul edilməsindən 1 ay 14 gün sonra) avtomaşınları üçüncü şəxslərə satılmasının qəsdən olmasa belə, ən azı təqsirin ehtiyatsızlıq formasında törədilməsi şübhə doğurmur. Belə ki, göstərilən halda lazımi ehtiyatlılıq və vicdanlı davranış qarşılıqlı iddiaçılardan avtomaşınları üçüncü şəxslərə satarkən məhkəmə qətnaməsindən şikayət verilibverilməməsini və qətnamənin qanuni qüvvəyə minib-minməməsini aydınlaşdırmağı tələb edirdi. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı məhkəmə qətnaməsinə əsasən qarşılıqlım cavabdehlər tərəfindən onlara qaytarılmalı olan 13 ədəd avtomaşından 6-ın yararsız vəziyyətdə qaytarılması, 7-sinin isə avtomaşınların qaytarılmaması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq pul vəsaitinin qarşılıqlı iddiaçılardan tutulmasını tələb etməkdə haqlıdır. Vurulmuş zərərə görə tutulmalı olan məbləğlərə gəldikdə məhkəmə qeyd edir ki, avtomaşınların qaytarılmaması və yararsız vəziyyətdə qaytarılması nəticəsində qarşılıqlı iddiaçıya dəymiş real maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə 13 ədəd avtomaşının qətnamənin qüvvəyə mindiyi tarixə təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə hər birinin orta bazar qiymətinin 35.000 manat olması, qaytarılmış “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin istismara tam yararsız olması, eləcə də həmin avtomobillərin hazırkı vəziyyətdə qiymətlərinin aşağıdakı kimi olması müəyyən edilmişdir. **-JU-***-8300 manat, **-JU-***-7000 manat, **- JU-***-8300 manat, **-JU-*** -8300 manat, **-JU-*** -4000 manat, **-JU-***- 7600 manat. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Beləliklə, ekspert rəyi əsas götürülməklə İddiaçı1 vurulmuş maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir. Məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan İddiaçı1 lizinqə verilmiş 8 ədəd avtomaşının (**-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***) yararlı vəziyyətdə dəyəri 280.000 (8x35.000), onlardan yararsız vəziyyətdə qaytarılmış avtomaşınların (**-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** və **-JV-***) dəyəri 39.500 (8300+7000+8300+8300+7600), dəymiş zərər isə 240.500 (280.000-39.500) manat təşkil edir. İddiaçı2 isə vurulmuş maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir. Məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan İddiaçı2 lizinqə verilmiş 5 ədəd avtomaşının (**-JU-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***) yararlı vəziyyətdə dəyəri 175.000(35.000x5) manat, onlardan yararsız vəziyyətdə qaytarılmış avtomaşınların 4000(**-JU-***) manat, dəymiş zərər 171.000 manat (175.000-4000). Beləliklə, real maddi zərərin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia əsaslı olduğundan tam təmin edilməli, qarşılıqlı cavabdeh İddiaçı1 240.500 manat və qarşılıqlı cavabdeh İddiaçı2 171.000 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən normanın məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. Əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə isə qarşılıqlı cavabdehlər tərəfindən qarşılıqlı iddiaçının hüquqlarının təqsirli pozuntusuna yol verilməsi və nəticədə qarşılıqlı iddiaçıya real zərər vurulması müəyyən edilsə də, qarşılıqlı iddiaçı tərəfindən ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını, eləcə də zərərin məbləğini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia verilərkən ilkin iddiaçılar tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 93 manat məbləğində dövlət rüsumu ilkin iddiaçılar tərəfindən, eləcə də qarşılıqlı iddia verilərkən 410 manat mediasiya xərcləri, 850,27 manat məbləğində dövlət rüsumu və 800 manat məbləğində digər məsrəflər (qiymətləndiricinin hesabatlarının alınmasına görə) qarşılıqlı iddiaçı tərəfindən çəkilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia rədd edilyindən ilkin iddia verilərkən çəkilmiş xərclər ilkin iddiaçıya aid edilməli, qarşılıqlı iddia qismən təmin edildkiyidən isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli və qarşılıqlı cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 350 manat, digər məsrəflərin əvəzi olaraq 550 manat pul vəsaiti tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 959 manat təşkil edir. Beləliklə, qarşılıqlı iddiaçı isə 410 manat mediasiya xərci ilə yanaşı 850 manat, cəmi 1260 manat məbləğində dövlət rüsumu ödəməklə cəmi 301 manat məbləğində artıq ödəniş etmişdir. MPM-in 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, qarşılıqlı iddia verilərkən ödənilmiş 301 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıya geri qaytarılmalıdır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə ilkin iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə qarşılıqlı cavabdehlərdən müştərək qaydada 210 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Bundan əlavə məhkəmə hazırkı qətnamə ilə qarşılıqlı iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 70 manat hissəsi ilkin iddiaçılar, qarşılıqlı cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin cavabdeh “Standard” Lizinq” MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia verilərkən çəkilmiş məhkəmə xərcləri ilkin iddiaçılara aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı1 240.500 manat və qarşılıqlı cavabdeh İddiaçı2 171.000 manat məbləğində pul vəsaiti, eləcə də qarşılıqlı cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 350 manat, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş vəkil xərclərinin əvəzi olaraq 210 manat pul vəsaiti, digər məsrəflərin əvəzi olaraq 550 manat pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Artıq ödənilmiş 301 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qaytarılsın. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı cavabdehlərdən tutularaq qarşılıqlı iddiaçıya ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 70 manat hissəsi ilkin iddiaçılar, qarşılıqlı cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçı “Standard” Lizinq” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar